Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-126/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 08 iyun 2025-ci il tarixdə, saat 21 radələrində Lənkəran rayonu, İstisu qəsəbəsində küçədə bacısı əri Zərərçəkmiş şəxs bir müddət əvvəl bacısı Şahid2 döyməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs istehza ilə cavab verib, onu məsxərəyə qoymasından əsəbləşərək, yumruqla sonuncunun burun, sol gözaltı nahiyələrinə və taxta parçası ilə isə sağ bud nahiyəsinə qəsdən zərbələr vurmaqla ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində sıyrıq, sol gözaltı, sağ bud nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərinə gedib tikintidə fəhlə kimi işləyir və hərdənbir Lənkəran rayonu İstisu qəsəbəsinə gəlib valideynlərinə baş çəkir. 05 iyun 2025-ci il tarixdə Bakı şəhərindən Lənkəran rayonu İstisu qəsəbəsinə ata evinə gəldikdə bacısı Şahid2 də azyaşlı uşaqları ilə birlikdə ata evinə gəlib, orada qaldığını bilmişdir. Ailə üzvlərilə söhbət zamanı ona məlum olmuşdur ki, 2025ci ilin may ayının əvvəlində bacısı Aydan əri Cəbrayılın başqa qadınlarla sevgili kimi münasibət saxlamasını bilmiş, aralarında bu səbəbdən yaranmış mübahisə zamanı əri Cəbrayıl Aydanı döyərək, ona xəsarətlər yetirmiş və bacısı Aydan da uşaqlarını da götürüb ata evinə gəlib həmin vaxtdan ata evində qalmağa başlamışdır. Bacısı Aydanın döyüldüyünü bildikdən sonra Cəbrayılla görüşüb, onunla bu barədə söhbət edib müzakirə etmək istəmişdir. Lakin həmin günlərdə ot biçini ilə əlaqədar məşğul olduğu üçün Cəbrayılla görüşüb söhbət etməyi təxirə salmışdır. 08 iyun 2025-ci il tarixdə saat 21 radələrində bacısı əri Zərərçəkmiş şəxs ilə mobil telefonla əlaqə saxlayıb, onunla görüşüb, söhbət etmək istədiyini bildirmişdir. Cəbrayıl görüşməyə razılıq verdikdən sonra idarə etdiyi atasına məxsus Vaz 2107 markalı avtomobillə İstisu qəsəbəsində onun olduğu küçəyə gedib, onu avtomobilə götürmüşdür. Cəbrayıl avtomaşına əyləşdikdən sonra avtomobili İstisu qəsəbəsində yerləşən “SitrusValley” adlanan istirahət parkının yaxınlığına sürmüşdür. Həmin yerdə avtomaşını saxladıqdan sonra yerə düşmüşlər və Cəbrayıldan bacısı Aydanı nə üçün döydüyünü soruşmuşdur. Cəbrayıl isə ona iztehza ilə məsxərə edərcəsinə “get ver polisə, mən bilərəm, o bilər sən kimsən” demişdir. Cəbrayılın bacısı Aydanı döyməklə bərabər onunla məsxərə edərcəsinə danışmasından əsəbləşib, yumruqla burun, sifət nahiyələrinə zərbələr vurmuşdur. Vurduğu yumruq zərbələri nəticəsində Cəbrayıl yerə yıxılmışdır. Cəbrayıl yerdə olduğu zaman yerdə olan ağac parçasını götürüb həmin ağac parçası ilə də onun ayağına bir zərbə vurmuşdur. Bundan sonra Cəbrayıla avtomobilə əyləşməyini, yaşadıqları evə getmələrini təklif etmişdir. Cəbrayıl da yerdən qalxıb, avtomobilə əyləşmişdir. Avtomobili sürüb, yaşadıqları evə getmişlər. X3 sifətində xəsarətləri, burnundan qan axdığını görüb, nə baş verdiyini soruşmuşdur. Atasına Cəbrayılı döydüyünü demişdir. X4 döyməsinə görə ona acıqlanıb, irad bildirmişdir. Heç nə deməyib, öz otağına getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2025-ci ilin may ayının əvvəlində arvadı X1 onun bibisi qızı ilə sevgili kimi yaxın münasibətdə olduğunu deyib ona böhtan atmasına görə aralarında münaqişə yaranmış və Aydanın sifətinə şillə ilə zərbə vurub onu döymüşdür. Həmin münaqişə səbəbindən qaynatası Arzuman Aydanı öz evinə aparmışdır. Həmin vaxtdan arvadı Aydan atası evində qalmağa başlamışdır. 08 iyun 2025-ci il tarixdə, saat 20 radələrində gecə düşdüyü zaman qaynı Təqsirləndirilən şəxs mobil telefonla ona mesaj yazıb görüşüb, söhbət etmək istədiyini demişdir. Görüşməyə razılıq verdikdən sonra Ülvi idarə etdiyi atasına məxsus Vaz 2107 markalı avtomobillə İstisu qəsəbəsində olduğu küçəyə gəlib, onu götürmüşdür. Avtomaşına əyləşdikdən sonra Ülvi avtomobili İstisu qəsəbəsində yerləşən “SitrusValley” adlanan istirahət parkının yaxınlığına sürmüşdür. Həmin yerə çatdıqda əvvəlcə özü avtomobildən düşmüşdür. Ülvi avtomobili döndərdikdən sonra əlində taxta parçası ilə yerə düşmüşdür. Ülvi bacısı Aydanı nə üçün döydüyünü soruşub, buna görə ondan qisas aldığını deyib üstünə hücum edərək, əlindəki taxta parçası ilə sağ ayağına zərbə vurmuşdur. Ülvi taxta parçası ilə onu vurduqdan sonra yumruqla sol gözaltı, burun, sifət nahiyələrinə ardıcıl olaraq bir neçə zərbə vurmuşdur. Zərbələr nəticəsində burun nahiyəsindən qan axmağa başlamışdır. Ülvi onu döydükdən sonra ona avtomobilə əyləşməyini, yaşadıqları evə getmələrini, arvadı Aydanı öz evinə aparmağını bildirmişdir. Ülvi avtomobili sürüb, yaşadıqları evə getmişlər. Qaynatası Arzuman sifətində xəsarətləri, burnundan qan axdığını görüb, Ülvidən nə baş verdiyini soruşmuşdur. Ülvi də atasına onu döydüyünü demişdir. Qaynatası Arzuman onu döyməsinə görə Ülviyə acıqlanıb, irad bildirmişdir. Ülvi də heç nə deməyib, öz otağına getmişdir. Təxminən 5 dəqiqə qaldıqdan sonra qaynatasmm evindən çıxıb getmişdir. O da 10 iyun 2025-ci il tarixdə Lənkəran şəhər rayon polis şöbəsinə yaxınlaşıb, Ülvinin onu döyüb xəsarət yetirməsi barədə ərizə ilə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 iyun 2025-ci il tarixdə gecə saatlarında evdə olduğu zaman oğlu Ülvi kürəkəni Cəbrayılla birlikdə evinə gəlmişdir. Cəbrayılın burnundan qan axdığını görüb, Ülvinin onunla dalaşdığını bilmişdir. Ülvidən nə baş verdiyini soruşmuşdur. Ülvi də ona Cəbrayılı döydüyünü demişdir. Cəbrayılı döydüyünə görə Ülviyə acıqlanıb irad bildirmişdir. Ülvi də heç nə deməyib, onların yanından uzaqlaşıb getmişdir. Bir qədər sonra Cəbrayıl da evindən çıxıb getmişdir. İş materiallarının 10-11-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən 11 iyun 2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu İstisu qəsəbəsində avtomobil yolunun kənarında baş vermişdir. İş materiallarının 17-19-cu vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən məhkəmə-tibb ekspertizasının 11 iyun 2025-ci il tarixli, 373 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində - burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində sıyrıq, sol gözaltı, sağ bud nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 40-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-126/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-126/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver