Məhkəmə qərarları › İş №1(049)-127/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-127/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-127/2023 23.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 10:25 xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2qa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 0,410 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22 avqust 2022-ci il tarixdə saat 17:00-də Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Nəsir küçəsində olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 4rilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. . Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitə heroini 6-7 ilə yaxındır tüstüsünü udmaqla qəbul edir. İstifadəsi üçün heroini Lənkəran şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 22 avqust 2022-ci il tarixdə, saat 10- 11 radələrində Lənkəran şəhəri, “böyük bazar” ərazisinə getmiş, orada bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ondan şəxsi istifadəsi üçün 10 manat qarşılığında 1 büküm narkotik vasitə heroin alaraq qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü saat 17 radələrində yaşadığı H.Nəsir küçəsində olanda tanımadığı üç şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək onu şöbəyə dəvət etmişlər. Hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edildikdə əynindəki şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına vermiş, bükümdə heroin olduğunu, ona məxsus olduğunu, Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını demişdir. Həmin bükümdə olan heroin elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o təyin edilmiş, qrupun üzvləri isə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olmuşdur. 22 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Nəsir küçəsində görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış və axtarışdan əvvəl ona üzərində qanunsuz saxladığı nə varsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirildikdə içərisində heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğuda Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün Lənkəran şəhəri ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilən bir ədəd bükümdəki maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 22 avqust 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 01(bir) ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,46 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Lənkəran şəhəri “böyük bazar” ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 23 avqust 2022-ci il tarixli 19/876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0.410 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroindən 0.05 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi-0.360 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli, 872 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 18 sentyabr 2022-ci il tarixli, 773 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Şiriyev X4 Rayon Məhkəməsinin 12 iyul 2018-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 5(049)-308/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin NQM-nin əməliyyat müvəkkili Şahid3 22 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə, təmiz çəkisi 0,410 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,360 qram qalığı və şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk maddi sübut qismində tanınmış, 0,360 qram narkotik vasitə heroinin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, bir ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Şiriyev X4 ŞRPŞ–nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqından qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə 22 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tutularaq Lənkəran ŞRPŞ -nin MSY-yə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, Şiriyev X4 şəhəri, M.Fizuli küçəsi, ev 94 anası X1 ilə birgə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək və 22 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək olan 4 gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək və 22 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək 4 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar