Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-128/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəmn oğlunun katibliyi ilə, X1 «X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında CM-nin) 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması» haqqında xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayət verərək, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırılması barədə hökm çıxarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclası 30 yanvar 2023-cü il tarixə saat 09:15-ə Lənkəran Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aybəniz Hüseynova və barəsində şikayət verilmiş şəxs Nuridə Mirzəyeva məhkəmə bildirişi göndərilməklə yanaşı, sms bildiriş də göndərilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmənin baxış iclası 13 fevral 2023-cü il tarixə, saat 09:30-a təxirə salınmışdır. Məhkəmə 13 fevral 2023-cü il tarixə təyin edilmiş baxış iclasının yeri və barədə təkrarən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aybəniz Hüseynovaya poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aybəniz Hüseynova məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.4-cü maddəsinə əsasən xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Həmin Məcəllənin 315.5-ci maddəsinə görə xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 QİZİnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-128/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-128/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver