Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-128/2024 19.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx.xx.1991-ci il tarixdə Lənkəran şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməməsi, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 2/5-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 29 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 3-də yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarın üstündən tullanaraq qanunsuz həyətə daxil olub həmin evin saxlanc yeri olan zirzəmisindən Zərərçəkmiş şəxs məxsus qiyməti 800 manat olan 01 ədəd elektron divar deşici alət, qiyməti 60 manat olan 01 ədəd elektron burğu aləti (drel) və qiyməti 150 manat olan 01 ədəd birləşdirici ütü olmaqla, ümumilikdə 1010 (min on) manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 05 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərində istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi -1,943 qram olub xeyli miqdar təşkil edən ağ rəngdə kristal formada psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 05 yanvar 2024-cü il tarixdə, saat 10:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olaıı metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ibtidaqi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ondan aşkar olunaraq götürülmüş metamfetamini özünün istifadəsi üçün almışdır. Çünki iki ildir ki, ağrıları var və bu səbəbdən də, ondan istifadə edir. Ağrılarının azaldılması üçün həkimə müraciət etməmişdir. Zərəçəkmiş şəxsə vurduğu zərər ödənilmişdir. Onu evinə nə səbəbdən oğurluğa getdiyini bilmir. Ona qarşı polislər tərəfindən zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. İbtidai istintaq zamanı isə göstərmişdir ki, subaydır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən istifadə edir. 05 yanvar 2024-cü il tarixdə, şəxsi istifadəsi üçün Lənkəran şəhəri, “Böyük bazar” deyilən ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat pulun müqabilində 01 ədəd bükümdə psixotrop maddə olan “şüşə” (metamfetamin) almışdır. Gələcəkdə istifadə etmək üçün öz üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin Lənkəran ŞRPŞ-nin əməkdaşı olduğunu demişlər və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil İntiqam Hüseynov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və özünə məxsus olan 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə metamfetamindir, ona məxsusdur. Həmin kütləni 05 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərində “Böyük bazar” deyilən yerdə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdikr. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetamini 05 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərində “Böyük bazar” deyilən ərazidə tanımadığı şəxsdən 15 manata almış və üzərində saxlamışdır. O, psixotrop maddə qəbul edir, həmin 01 ədəd bükümdə psixotrop maddəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, psixotrop maddələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü psixotrop maddə olan metamfetamin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Bundan başqa o, Lənkəran şəhəri, Koroğlu küçəsində 01 ədəd divardeşən alət, 01 ədəd drel və 01 ədəd birləşdirici ütü oğurlamışdır. Bunlardan başqa hər hansı bir qanunsuz əməli olmamışdır. Sadalanan əşyaları 29 dekabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində oğurlamış və sadalanan əşyaları Lənkəran şəhəri bazar adlanan ərazidə tanımadığım şəxslərə dəyər-dəyməzinə satmışdır. Həmin oğurluğu tək törətmişdir. Bu barədə heç kimin məlumatı olmayıb. Mobil nömrəsi vardır, həmin telefonun içərisində işlək vəziyyətdə ***-***-**-** saylı mobil nömrə vardır. Polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə keçirilmiş baxış, ifadələrin yerində yoxlanılması, “şəxsi axtarış aparılması” barədə protokollar, həmin istintaq hərəkətinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, mütəxəssis rəyi, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi tanımasa da, onun valideynlərini tanıyır. Bakı şəhərindən evinə qayıtdığı zaman arvadı evlərindən oğurluq olunduğundan şübhələnərək ona evi yoxlamasını xahiş etmiş, bu zaman evindən oğurluq olunduğunu aşkar etmişdir. Sonradan təqsirləndirlən şəxsin yaxınları tərəfindən ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirlən şəxsə qarşı şikayəti yoxdur. Bu barədə ərizə məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı isə göstərmişdir ki, ünvan 1 ünvanında arvadı X2 əmisi Mirməmməd Əhmədova məxsus evdə ailəsi ilə bərabər yaşayır. Evlidir, bir övladı var. Özünə məxsus 01 ədəd göy rəngdə olan qiyməti 800 manat olan preparator, qiyməti 60 manat olan 01 ədəd boz rəngdə olan drel və qiyməti 150 manat olan dəstəyi göy rəngdə olan elektrik ütüsü yaşadığı evin zirzəmisindən qoyduğu yerdən oğurlanmışdır. Belə ki, övladı Seyidxanım Məmmədova dil qusuru olduğu üçün 25 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixdək olan müddət ərzində Bakı şəhərində olmuşlar. 30 dekabr 2023cü il tarixdə səhər saatlarında yaşadığı evə geri qayıtmış və həmin gün axşam saatlarında evin zirzəmisinə baxan zaman görmüşdür ki, ona məxsus olan 01 ədəd preparator, 01 ədəd drel və 01 ədəd elektrik ütüsü qoyduğu yerdə yoxdur, yəni oğurlanmışdır. Daha sonra o, bununla bağlı 05 yanvar 2024-cü il tarixdə Lənkəran şəhər rayon polis şöbəsinə gələrək məlum oğurluq hadisəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, ona məxsus 01 ədəd preparator, 01 ədəd drel və 01 ədəd elektrik ütüsünü oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Oğurlanmış 01 ədəd preparatorun qiyməti 800 manat, 01 ədəd drelin qiyməti 60 manat və 01 ədəd elektrik ütüsünün qiməti isə 150 manat olduğunu bildirmişdir. Yaşadığı evin zirzəmisindən 01 ədəd 800 manat dəyərində preparator, 01 ədəd 60 manat qiymətində drel və 01 ədəd 150 manat qiymətində elektrik ütüsündən başqa heç bir əşya və ya predmet oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. İbtidai istintaq zamanı o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarım əldə etməsi, üzərində saxlaması və daşıması, həmçinin rayon ərazisində oğurluq hadisələrini törətməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis kiçik leytenantı Şahid3 iştirak etmişlər. Həmin tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək Lənkəran şəhəri, Z.Əliyeva küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər, saxlanılma səbəbini izah etmişlər və həmin yerdə insanların intensiv hərəkətini nəzərə alıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha təhqiqatçı Eynulla Məmmədov tərəfindən hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bir bükümdə psixotrop maddəyə bənzər kütlə və 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxarkən kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildikdə, kütlənin 2,12 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə olan metamfetamindir. Özünə məxsusdur, psixotrop maddəni saxlanılan günü Lənkəran şəhəri, “Böyük bazar” ərazisində, tanımadığı şəxsdən 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra təhqiqatçı Eynulla Məmmədovun ona verdiyi əvvəllər hər hansı bir cinayətdə iştirakının olubolmaması barədə sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarından tullanaraq daxil olub, evin arxasında yerləşən pəncərənin altmdaki zirzəmi hissəsindən fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd divardeşən preparator, 01 ədəd drel və 01 ədəd elektron ütünü oğurlamış və Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxslərə 280 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi İntiqam Hüseynovun verdiyi suala isə cavab olaraq bildirmişdir ki, aşkarlanmış psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluq və ya zor tətbiq edilməmiş, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün üzərində saxlamış, həmin psixotrop maddələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsi ifşa etməmək üçün üzərindən aşkarlanmış psixotrop maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən əldə etməsi istiqamətində əməliyyat tədbirlərimiz davam etdirilir. Lakin hələ ki, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən Nihad Mənnədova məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanaraq daxil olub, fərdi yaşayış evin zirzəmisindən 01 ədəd divardeşən preparator, 01 ədəd drel və 01 ədəd elektron ütünü oğurlamış və Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxslərə 280 manata satmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da ifadələrində X4 ibtidai istintaqda verdiyi ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmə qeyd edir ki, cinayət işində olan 05 yanvar 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq etməsində şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş halda bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, aşkarlanmış kütlə elektron tərəzidə çəkilərək çəkisinin 2,12 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd özünə məxsus nokia markalı mobil telefon aşkar edilmiş və istintaq əhəmiyyəti kəsb edə biləcəyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet götürülməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, metamfetaminin özünə məxsus olduğunu, metamfetamini Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin bir neçə gün əvvəl Lənkəran şəhəri Koroğlu küçəsində yerləşən tanımadığı həyətdən hasardan qanunsuz daxil olaraq evin zirzəmisində yerləşən 01 ədəd preparator, 01 ədəd drel və 01 ədəd birləşdirici ütünü oğurlayıb satdığını bildirmişdir. Sonda protokol tərtib olunaraq iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Şəxsiaxtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Cinayət işində olan “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisində qoyulmuş 01 ədəd elektron divar deşən preparator, 01 ədəd elektron drel və 01 ədəd birləşdirici ütünün olduğu yeri təqdim etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində evdə olmadığını və oğurluq hadisəsinin də həmin vaxt baş verdiyini bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2024-cü il tarixli 19/06 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən bir bükümdə metamfetaminə bənzər (kütlə aşkar edildi...”sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,943 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.. Tədqiqatdan sonra qalıq çəkisi 1,843 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 05 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işində olan 06 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: qeyd olunmuş 01 ədəd çoxfunksiyalı, elektron dinardeşici (perparator) alətin orta bazarda təklif qiyməti 800 manat; qeyd olunmuş 01 ədəd elektron burğu aləti (drel) orta bazarda təklif qiyməti 60 manat və qeyd olunmuş vir dəst plastik borularıbirləşdirən elektrik ütüsünün orta bazarda qiyməti 150 manat göstərilmişdir. Cinayət işində olan “qiymətləndirmə xərclərinə dair” bildirişdən görünür ki, mütəxəssis rəyinin xərci 30 manat təşkil eləyir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, psixotrop maddələrin aludəçisi olan, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün bir bükümdə psixotrop maddə metamfetamini əldə etmişdir. 05 yanvar 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada gedərkən tərəfimizdən saxlanılmış və polis şöbəsinə gətirildikdən sonra üzərindən bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs psixotrop maddələrə olan tələbatını ödəməkdən ötrü pul əldə etmək üçün xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətinə qanunsuz daxil olaraq evin zirzəmisində olan 01 ədəd elektron divar deşici alət, 01 ədəd elektron burğu aləti (drel) və 01 ədəd birləşdirici ütünü oğurlamışdır. Təqsirləndirilən şəxs ilə eyni ünvanda yaşayan ailə üzvlərinin və ya digər şəxslərin onun oğurluq etməsindən məlumatları olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən ona heç kim köməklik etməmiş, ona oğurlanmış əşyam qabaqcadan alacağı ilə bağlı vəd verən olmamışdır. Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də müəyyən etmək mümkün olmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə, təmiz çəkisi -1,943 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 bükümdə, təmiz çəkisi -1,843 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən, hökm və qərarın sutərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 04 ay 05 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtarmış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2052.50 manat cərimə cəzalarına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını xx.xx.2019-cu il tarixdə çəkib azadlığa buraxılmış, cərimə məbləğini dövlət büdcəsinə tam olaraq ödədiyindən xx.xx.2020-ci tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-nin 177.2.3-cü maddəsinə münasibətdə), 59.2-ci maddəsinə əsasən etdiyi əməldən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, hazırki cinayət əməlindən əvvəl təqsirləndirlən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Həmin CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aid olmuşdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və və onun 2023-cü il tarixdən “Polinarkomaniya” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 1,843 qram olan metamfetamin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan 90 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə maddi ziyanın tələbi, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. şəxsə qarşı mülki iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun 2023-cü il tarixdən “Polinarkomaniya” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1,843 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 90 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(049)-128/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-128/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver