Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-128/2025 18.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,955(sıfır tam mində doqquz yüz əlli beş)qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 21:28-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində, yaşadığı binanın həyətində piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,955 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Əvvəlki məhkəmə baxışında iştirak etmiş Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, təxminən 4 ildir ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini yandırıb tüstüsünü udmaqla istifadə edir. Narkotik vasitələri Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında “Ələt- Astara” magistral avtomobil yolunun kənarında, rayonun Girdəni kəndi ərazisində olarkən orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı adını Elçin kimi bildiyi və Masallı rayonundan olduğunu güman etdiyi şəxsi təsadüfən görmüşdür. Həmin şəxslə söhbət əsnasında həmin şəxs onda şüşə, yəni metamfetamin olduğunu demişdir. Həmin şəxs şüşəni sata biləcəyini demişdir. O, da şüşədən istifadə etdiyindən 50 manat həmin şəxsə verib bir bükümdə təxminən 1 qrama yaxın metamfetamin almışdır. Aldığı metamfetamini üzərimdə saxlamışdır ki, istifadə edər. Həmin gün, axşam saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində, yaşadığı binanın həyətində piyada gəzərkən Elçin adh şəxsdən 50 manata aldığı şüşə əynində olan şalvarın sol yan cibində olmuşdur. Saat təxminən 21 radələrində piyada hərəkətdə olarkən qarşısına bir neçə mülki geyimli şəxs çıxaraq ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ- nin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə alırmış. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamışdır. Baxış zamanı Loğman adh polis işçisi tərəfindən ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarın sol yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümlərin ona məxsus olduğunu, bükümün içində “şüşə” deyilən metamfetamin olduğunu, həmin bükümü saxlanıldığı gün, günorta saatlarında Masallı rayonundan olan tanımadığı şəxsə 50 manat verməklə aldığını, öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakı ilə elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi l,25qram olmuşdur. Sonra Loğman adh polis işçisi üstünə baxış keçirmiş və üzərindən bir ədəd ona məxsus “Samsung” markalı mobil telefon, alışqan, bank kartı və qəbz aşkar edilmişdir. Üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkarlanmış bank kartı, alışqan və qəbz isə ona geri qaytarılmışdır. Lakin mobil telefonunu polis işçiləri götürmüşlər. Sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmişdir. O, da protokolu oxuyub imza etmişdir. Polis şöbəsində otaqların birində təhqiqatçı Baxşəli adh şəxs tərəfindən üzərindən aşkarlanmış bükümlərin qoyulduğu zərfə və mobil telefonuna videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olub imza etmişdir. Təhqiqatçı Baxşəli adh şəxs tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. Üzərindən aşkar edilən bir bükümdə metamfetamini xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən üzdən tanıdığı, adını “Elçin” kimi bildiyi şəxsdən öz istifadəsi üçün 50 manata almışdır. Həmin şəxsdən əvvəllər bir neçə dəfə narkotik vasitə alan zaman özünü ona Masallı rayon sakini kimi təqdim etmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış metamfetamini əldə etdiyi şəxsin telefon nömrəsini və yaşadığı ünvanı bilmir, orta yaşlı, arıq, qaraşın, orta boylu birisi olmuşdur. Barəsində başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir formada təzyiq olmamışdır. İstintaq zamanı iş üzrə dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarım əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatıma əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran şəhəri Z.Əliyeva küçəsində müşahidəyə götürülmüş və saat 21:28-də həmin küçədə 7 saylı binanın qarşısında piyada hərəkətdə olarkən saxlanılmışdır. Saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək metamfetaminə bənzər kütlənin l,25qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstü Şahid2 tərəfindən yoxlanılmış, yoxlama zamanı üzərindən bir ədəd alışqan, 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, həmin büküm özünə məxsusdur, təqdim etdiyi metamfetamini həmin gün günorta saatlarında tanımadığı Masallı rayon sakinindən özü qəbul etmək üçün 50 manata almış, satışı ilə məşğul olmur, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur. Sonda alışqan və bank kartı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Mobil telefon isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən Şahid2 tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ- nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü tərəfindən raport tərtib edilmişdir. Polis əməkdaşı Şahid3 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək ona təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş zərfdə olan bir bükümdə metamfetamin mobil telefon və bir ədəd CD disk tərəfindən təhqiqatçı Baxşəli Rufullayevə təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyalara baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs də həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil Müdafiəçi seçmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi şəxsi ifşa etməmək üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. İş üzrə dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis baş-leytenantı Şahid2 digər şahid X3 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 may 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Lənkəran ŞRPŞ- nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:28-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə l,25qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin bükümü günorta saatlarında tanımadığı Masallı rayon sakinindən özü qəbul etmək üçün 50 manata aldığını, narkotik vasitənin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 21:28-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilən və təhqiqat bölməsinə təqdim olunan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar edilərək bir ədəd zərfdə qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər kütləyə, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış bir ədəd CD diskdə olan videogörüntüyə təhqiqatçı Baxşəli Rufullayev tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən məhkəmə-kimyəvi ekspertizasının 21 may 2025-ci il tarixli, 19/208 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış olunmuş 1 büküm kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,955 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə 1 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,077 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 277 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,955 qram psixotrop maddə metamfetamin, 0,077 qram narkotik vasitə heroin, üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü maddi sübut kimi tanınmış, 0,077 qram narkotik vasitə heroinlə bağlı cinayət təqibi rədd edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,905 qram olan psixotrop maddə metamfetamin Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 02 (iki) ədəd CD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran şəhər İHB-nın Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 427 nömrəli məktubundan görünür ki, Babayev X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. AZ-İİ seriyalı, 533112 saylı ölüm haqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə ölmüşdür. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tarixdə ölmüşdür. ünvan 2 ünvanında yaşayan X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs mərhum qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Cinayət Prosessual Məcəllənin 39.1.5-ci maddəsi ilə barəaətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyə ünvanladığı ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Cinayət Prosessual Məcəllənin 39.1.5-ci maddəsi ilə barəaətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1- 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin bacısı X5 və müdafiəçisi Müdafiəçi, ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölməsini nəzərə alıb mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi və təqsirləndirilən şəxsin hüquqi varisinin, işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazları olmadığından cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,905 qram psixotrop maddə metamfetamin və 0,047 qram narkotik vasitə heroin məhv edilməli və 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalı, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat dövlət nəfinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,905 qram psixotrop maddə metamfetamin və 0,047 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat dövlət nəfinə aid edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-128/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-128/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver