Məhkəmə qərarları › İş №1(049)-129/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-129/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-129/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Lənkəran rayonu Tükəvilə kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan 16 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin fevral ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Mamusta kənd sakini Zərərçəkmiş şəxs ləğv edilmiş əlillik dərəcəsinin bərpa edilməsi və sonuncuya yenidən təqaüd verilməsinə nail olacağına yalandan vəd verərək onu özünə inandırıb, bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə Lənkəran şəhər Mərkəzi bazarında görüşüb sonuncunun əlillik dərəcsini bərpa edilməsi və təqaüdə çıxarılması adı ilə 4000 (dörd min) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 4000 (dörd min) manat məbləğin 1000 (min) manatını 15 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu Mamusta kəndindəki evində, 500 (beş yüz) manatını 2023-cü ilin fevral ayın axırlarında Lənkəran şəhər Mərkəzi bazarında, 1000 (min) manatını 2023-cü ilin mart ayın əvvəlində və 700 (yeddi yüz) manatını 2023-cü ilin mart ayın ortalarında Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu Mamusta kəndindəki evində, 200 (iki yüz) manatını 2023-cü ilin mart aym axırlarında və qalan 600 (altı yüz) manatını 03 aprel 2023-cü il tarixdə Lənkəran şəhər Mərkəzi bazarında Zərərçəkmiş şəxs qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası Şövqiyyə Abbasova, arvadı Şəlalə Abbaszadə və dörd azyaşlı uşaqları ilə birlikdə yaşayır. Əvvəllər Lənkəran şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Təxminən 2023cü ilin sentyabr ayında işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxta kimi Lənkəran şəhərində nənəsi Həvva Cahangirova məxsus, etibarnamə ilə idarə etdiyi Vaz 21074 markalı, **-BN-*** dövlət nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin sentyabr ayında isə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri Xətai rayonunda bir neçə şadlıq saraylarında xidmətçi işləmişdir. Hazırda da, Xətai rayonu H.Aslanov metrosunun yaxınlığında yerləşən “Səadət” şadlıq sarayında xidmətçi işləyir. O Bakı şəhərində işlədiyi üçün elə orada kirayə ev tutub orada qalırmış. Bakı şəhərinə gedəndən sonra demək olar ki, Lənkərana gəlməmişdir. Yeni ildə bir dəfə gəlib evə baş çəkmişdir. Belə ki, Lənkəran rayonu Mamusta kənd sakini Zərərçəkmiş şəxs 2023-cü ilin fevral ayın əvvəllərindən tanıyır. Həmin vaxtlar həmdə Lənkəran şəhəri Ş.Xiyabanı ərazisində yerləşən çayxanada işləyirmiş. Çayxanada iş zəif olduğundan həmdə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Çox vaxtlar Lənkəran rayon Mərkəzi Xəstəxananın ətrafında da, qalırmış. Həmçinin “1635” taksi şirkətinə də qoşulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs kürəkəni Lənkəran rayonu Mamusta kənd sakini Nurlan adlı şəxsi də tanıyırmış. Nurlanla birlikdə futbol oynunda tanış olmuşlar. Onlar birlikdə futbol oynadığı üçün tanış olmuşlar. Həmçinin, Nurlana görə qaynanası Ülviyyəni də tanımışdır. Səhv etmirsə Ülviyyə Lənkəran rayon Mərkəzi xəstəxanasından çıxan vaxtlar da onu görmüş və avtomobili ilə sonuncunu Lənkəran şəhər Mərkəzi bazarına da aparmışdır. Ülviyyə ona demişir ki, onun xəstəliyi var, əvvəllər İİ qrup əlilliyi olmuş və sonra müddəti bitdiyindən əlilllik dərəcəsi kəsilmiş, həmçinin təqaüdü də kəsilmişdir. Ülviyyəyə demişdir ki, kürəkəni Nuralnı da tanıyır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək Əhməd adlı şəxsin özü olduğunu və imkansızlığı ilə əlaqədar hazırki cinayəti törətdiyini bildirmişdir. Cinayət işi üzrə dəymiş ziyanı, yəni 4000 manat pulu zərərçəkmiş Zərərçəkmiş şəxs tam şəkildə ödəmişdir, onlar barışmışlar və bu səbəbdən də cinayət işinin icraatına xitam veriləsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Mamusta kəndində yaşayır. Özü heç bir yerdə işləmir. 2016-cı ildə səhətində yaranan xəstəliklərlə bağlı İİ qrup əlillik almış və təqaüdə çıxmışdır. Həmin əlillik qrupunun müddəti 5 illik olduğundan, 2021-ci il tarixdə müddət bitdiyindən əlillik dərəcəsi ləğv olunmuş və təqaüdü də kəsilmişdir. Ona görə də, o özünə yenidən əlillik dərəcəsi almaq istəyirmiş. Çünki özü, şəkər, təzyiqdən əziyyət çəkir. Həmdə ürəy xəstəliyindən də əziyyət çəkir. Ona görə də,mütamadi olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına gəlib müalicə alırmış. Belə ki, 2023-cü ilin fevral aym əvvəllərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müalicə və müayinəyə gəlmişdir. Lənkəran rayon Tükəvilə kənd sakini Təqsirləndirilən şəxs də xəstəxananın yaxınlığında idarə etdiyi ağ rəngli VAZ 21074 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Bir neçə dəfə xəstəxanadan çıxanda Muradın idarə etdiyi avtomobillə şəhər ərazisində lazımi olan yerlərə, və Lənkəran mərkəzi bazarına getmişdir. Çünki, xəstəxanadan çıxanda kənddə getmək üçün Lənkəran şəhər Mərkəzi bazarına getməli imiş. Ona görə də, çox vaxt Muradın idarə etdiyi taksi ilə bazara gedib oradan avtobusla kənddə gedirmiş. 2023-cü ilin fevral ayın əvvəllərində xəstəxanadan çıxıb yenidən bazara getmək üçün sonuncunun idarə eldiyi avtomobillə bazara getmişdir. Muradla yolda söhbət zamanı demişdir ki, təqaüdü kəsilmiş, əlillik dərəcəsi də ləğv olunub yenidən əllillik almaq istəyir, lakin çətindir, ala bilmir. Bu zaman Murad ona demişdir ki, o bu işlərlə məşğuldur, bir neçə nəfər üçün sosial müavinət düzəltdirmiş, bir neçə şəxsin əlillik dərəcəsini bərpa etmiş və təqaüd aldırmışdır. O bunun necə etdiyini soruşanda Murad demişdir ki, onun dayısı aprel döyüşlərində şəhid olmuş, o buna görə hər bir qruma istədiyi vaxt girib çıxır, elə şeylər onun üçün rahatdır. Murad demişdir ki, istəsə onun üçün əlillik dərəcəsi ala bilər. Murad demişdir ki, gərək özü sənədlərinə baxsın, sonra onunla danışacaqdır. O razılaşmış və biri-birilərinə telefon nömrələrini vermişlər. O evə gedib bu barədə yoldaşı Şahid1 da demişdir. Həmin vaxtdan bir neçə gün sonra Murada zəng edib demişdir ki, gəlib sənədlərə baxsın, çünki vaxtı gedir. Murad demişdir ki, gəlib baxacaqdır. Təxminən 2023-cü il ilin fevral ayın 7 və yaxud 8-də Murad evə gəlmişdir. Murad evə gəlib ona məxsus xəstəlik sənədlərinə baxmışdır. Onun xəstəxanada yatdığı sənədlərə, həkim müayinənin sənədlərinə müalicə sənədlərinə baxıb demişdir ki, bu sənədlərlə ona əlillik dərəcəsi almaq olar. Həmin vaxt əri Rahab da evdə olmuşdur. Murad sənədləri ondan alıb demişdir ki, bu sənədlərə özü də yaxşı-yaxşı baxacaq və bir-iki günə xəbər edəcəkdir. O razılaşmış və sənədlərini götürüb getmişdir. Təxminən 2 gün keçəndən sonra Murad ona zəng edib demişdir ki, Lənkəran şəhər Mərkəzi bazarına gəlib onunla görüşüb söhbət edəcəkdir. Bilmişdir ki, Murad onunla pul söhbətini edəcəkdir. Ona görə də, Murada demişdir ki, telefonda desin. Murad demişdir ki, telefonda deyə bilməz. O bazara gedib Muradla avtobusların dayanacağında görüşmüş və söhbət etmişlər. Murad demişdir ki, bu sənədlərlə ona əlillik düşər, lakin buna görə 4000 manat pul lazımdır. O demişdir ki, buna imkanı yoxdur. Murad demişdir ki, səhəri artıq pulu verməlidir və o işə başlamalıdır, 5 aydan sonra təqaüdə çıxa bilər. O demişdir ki, həmin məbləği birdəfəlik verə bilməz. Murad demişdir həmin pulu 2 ay müddətində hissə-hissə versin, pulu versə 2023-cü ilin iyun ayında təqaüdü hazır olacaq. O Muraddan bu işi necə edəcəyini soruşanda sonuncu demişdir ki, ona aidiyyəti yoxdur, özü hər şeyi edəcəkdir. Murad işi kiminlə birlikdə edəcəyini deməmişdir. Muradla qərara gəlmişlər ki, iki ay müddətində 4000 manatı verər. Muradla sağollaşıb ayrılıb evə getmişlər. Evdə əri Rahaba bu barədə danışmış və sonuncu da razılaşmışdır. Belə ki, 15 fevral 2023-cü il tarixdə Murada zəng edib demişdir ki, 1000 manat düzəltmişdir. Murad demişdir ki, özü gəlib pulu götürəcəkdir. Həmin gün Murad tək onlara gəlmişdir. O 1000 manat pulu əri Rahabın yanında Murada vermişdir. Murad demişdir ki, qalan 3000 manatıda hissə-hissə versin. O razılaşmışdır. Murad demişdir ki, bu gündən işə başlayacaqdır. O Murada inanmışdır. Murad pulu alıb gedəndən sonra onunla mütamadi olaraq danışırmış və ona deyirmiş ki, 3000 manatıda tezləşdirsin. Daha sonra 2023-cü ilin fevral ayın axırında 500 manat pulu Lənkəran şəhər mərkəzi bazarında, 2023-cü ilin mart ayın əvvəlində 1000 manat pulu yaşadığı evdə, mart ayın ortalarında 700 manatı yenidən yaşadığı evdə, 200 manatı yenidən mart ayın axırlarında Lənkəran şəhər Mərkəzi bazarında və 2023-cü ilin aprel ayın 3-də qalan 600 manatı Murada bazarda vermişdir. Murada ümumilikdə 4000 manat pul vermişdir. O 2023-cü ilin fevral ayın 15-dən başalayaraq 03 aprel 2023-cü il tarixədək Murada 4000 manat pulu vermişdir. Murada demişdir ki, 2023-cü ilin iyun ayında təqaüdü bərpa olunacaqdır. O Murada inanmışdır. Lakin iyun ayında Muradla əlaqə saxalayanda sonuncu ona gah bu gün, gah sabah deyərək onu aldadırmış. Bilmişdir ki, Murad onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona vurulmuş dörd min manat maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Arvadı Ülviyyə 2016-cı ildə səhətində yaranan xəstəliklərlə bağlı İİ qrup əlillik almış və təqaüdə çıxmışdır. Həmin əlillik qrupunun müddəti 5 illik olduğundan, 2021ci il tarixdə müddət bitdiyindən Ülviyyənin əlillik dərəcəsi ləğv olunmuş və təqaüdü də kəsilmişdir. Ona görə də, arvadı Ülviyyə özünə yenidən əlillik dərəcəsi almaq istəyirmiş. Çünki Ülviyyə şəkər, təzyiqdən əziyyət çəkir. Arvadı Ülviyyə mütamadi olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına gəlib müalicə alırmış. 2023-cü ilin fevral ayın əvvəllərində bir gün arvadı Ülviyyə xəstəxanadan evə gəlib ona demişdir ki, Lənkəran rayonu Tükəvilə kənd sakini Murad adlı şəxs xəstəxananın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur, o çox vaxtlar xəstəxanadan çıxıb Muradın idarə etdiyi taksi ilə bazara gəlib, oradan da avtobusla evə gəlir. Ülviyyə demişdir ki, söhbət əsnasında Murad ona demişdir ki, istəsə onun əlillik dərəcəsini bərpa edəcək, o bu işlərlə məşğuldur, yaxın qohumu şəhid olduğundan hər bir yeə əli çatır, əlillik qrupunu bərpa edə bilər. Ülviyyə demişdir ki, Murad ona görə 4000 manat pul lazım olduğunu bildirmişdir. Arvadı Ülviyyə bunu ona deyəndən sonra qərara gəlmişlər ki, Murad adlı şəxs Ülviyyənin təqaüdünü bərpa edə bilər. Çünki, Murad Ülviyyəni elə inandırmışdır ki, sonuncu buna tam əmin olmuşdur. O da Ülviyyəyə demişdir ki, əgər Murada inanırsa qoy işini düzəltsin. Arvadı Ülviyyə sonra bununla bağlı Muradla danışırmış. Təxminən 2023-cü il ilin fevral ayın əvvəllərində Murad evinə gəlmişdir. Murad evə gəlib onunla da tanış olmuş və sonra arvadı Ülviyyəyə məxsus xəstəlik sənədlərinə baxmışdır. Murad, arvadı Ülviyyənin xəstəxanada yatdığı sənədlərə, həkim müayinənin sənədlərinə müalicə sənədlərimə baxıb demişdir ki, bu sənədlərə ona əlillik dərəcəsi almaq olar. Murad arvadı Ülviyyənin sənədlərini alıb demişdir ki, bu sənədlərə özü də yaxşı-yaxşı baxacaq və bir-iki günə xəbər edəcəkdir. Ülviyyə də razılaşmış və Murad sənədləri götürüb getmişdir. Təxminən 2 gün keçəndən sonra Murad arvadı Ülviyyəyə zəng edib demişdir ki, Lənkəran şəhər Mərkəzi bazarına gəlib onunla görüşüb söhbət etsinlər. X4 demişdir ki, nə deyirsə telefonda desin, lakin Murad razılaşmamışdır. Murad demişdir ki, telefonda deyə bilməz. Ülviyyə bazara gedib Muradla görüşüb söhbət edib evə gəlmişdir. Ülviyyə demişdir ki, Murad onunla bazarda avtobusların dayanacağında görüşmüş və söhbət etmişlər. Murad demişdir ki, bu sənədlərlə görə əlillik düşür, lakin buna görə 4000 manat pul lazımdır. Ülviyyə demişdir ki, buna imkanı yoxdur. Murad demişdir ki, səhəri artıq pulu verməlidir və işə başlamalıdır, təxminən 5 aydan sonra təqaüdə çıxa bilər. Ülviyyə demişdir ki, həmin məbləği birdəfəlik verə bilməz, hissə-hissə verə bilər. Murad razılaşmış və pulu 2 ay müddətində hissə-hissə verməsini demişdir. Murad demişdir ki, pulu versə 2023-cü ilin iyun ayında təqaüdü hazır olacaq. Muradla söhbət zamanı bu işi necə gördyümü soruşanda ona da demişdir ki, onlara aidiyyəti yoxdur, özü hər şeyi edəcəkdir. Murad işi kiminlə birlikdə edəcəyini deməmişdir. 15 fevral 2023-cü il tarixdə 1000 manat pul düzəltmişlər və Ülviyyə Murada zəng edib demişdir ki, 1000 manat hazırdır, gəlib götürə bilər. Həmin gün Murad tək onlara gəlmişdir. Ülviyyə 1000 manat pulu onun yanında Murada vermişdir. Murad demişdir ki, qalan 3000 manatıda hissə-hissə verərlər. Ülviyyə də razılaşmışdır. Murad demişdir ki, bu gündən işə başlayacaqdır. Onlar Murada inanmışlar. Murad pulu alıb gedəndən sonra arvadı Ülviyyə onunla mütamadi olaraq danışırmış və Murad deyirmiş ki, 3000 manatıda tezləşdirsin. Daha sonra arvadı Ülviyyə 2023-cü ilin fevral ayın axırında 500 manat pulu Lənkəran şəhər mərkəzi bazarında, 2023-cü ilin mart ayın əvvəlində 1000 manat pulu yaşadığı evdə, 2023-cü ilin mart ayın ortalarında 700 manatı yenidən yaşadığı evdə, 200 manatı yenidən mart ayın axırlarında Lənkəran şəhər Mərkəzi bazarında və 2023-cü ilin aprel ayın 3-də qalan 600 manat Murada bazarda vermişdir. X4 ümumilikdə 4000 manat pul vermişdir. Arvadı Ülviyyə 2023-cü ilin fevral ayın 15-dən haşalayaraq 03 aprel 2023-cü il tarixədək Murada 4000 manat pulu vermişdir. Muradda demişdir ki, 2023-cü ilin iyun ayında təqaüdü bərpa olunacaqdır. Onlarda Murada inanmışlar. Lakin iyun ayında arvadı Ülviyyə Muradla əlaqə saxlayanda, Murad Ülviyyəni aldadıb gah bu gün, gah sabah deyirmiş. Onlar sonradan bilmişlər ki, Murad onları aldatmışdır. Ülviyyə, Muraddan pulunu istəyəndə də, sonuncu puluda qaytarmırmış. 2023-cü ilin iyul ayında arvadı Ülviyyə Muraddan 500 manatı geri ala bilmişdir. Qalan 3500 manatı isə Murad qaytarmamışdır. Onlar bilmişlər ki. Murad arvadı Ülviyyənin ona olan etibarından istifadə edərək dələduzluq edib sonuncunu aldatmışdır. Daha sonra Muradın telefonuna zəng də çatmamış və Muradla danışmaq mümkün olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Mamusta kəndində yaşayır. Lənkəran rayonu Mamusta kənd sakini Zərərçəkmiş şəxs onun qaynanasıdır. Qaynanası Ülviyyə 2016-cı ildə səhətində yaranan xəstəliklərlə bağlı İİ qrup əlillik almış və təqaüdə çıxmışdır. Həmin əlillik qrupunun müddəti 5 illik olduğundan, 2021-ci il tarixdə müddət bitdiyindən Ülviyyənin əlillik dərəcəsi ləğv olunmuş və təqaüdü də kəsilmişdir. Ona görə də, Ülviyyə əlillik dərəcəsini bərpa etmək istəyirmiş. Ülviyyə Lənkəran rayon Mərkəzi xəstəxanasına gedib müalicə alırmış. 2023-cü ilin fevral ayında qaynanası Ülviyyənin evində olduğu zaman deyirmiş ki, Lənkəran rayonu Tükəvilə kənd sakini Murad adlı şəxslə tanış olmuş, sonuncu xəstəxananın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur, Murad ona demişdir ki, əlillik dərəcəsini bərpa etmək üçün köməklik edəcək və o əlillik dərəcəsini alacaq. Ülviyyə Murad barəsində danışan zaman demişdir ki, sonuncu özü VAZ 21074 markalı avtomobili idarə edir. Ülviyyə Murad adlı şəxs barəsində danışanda ona məlum olmuşdur o Muradı tanıyır. Çünki Tükəvilə kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Muradla Lənkəran şəhərində bir yerdə futbol oynamışlar. Murad özü futbol həvəskarı imiş X2 barəsində danışdıqdan sonra o Muradı tanımışdır. Ülviyyə demişdir ki, özü də Muradla danışar. Təxminən 2023-cü ilin fevral ayın əvvəllərində Muradla Lənkəran şəhərində yerləşən “Zeytun” çayxanasında görüşmüşdür. Murada demişdir ki, Ülviyyə qaynanasıdır. Murad demişdir ki, Ülviyyənin təqaüdünü bərpa edəcəkdir, onun hər yerdə tanışı var, bu işi bacarır. O Muraddan xahiş etmişdir ki, Ülviyyə qaynanası olduğu üçün onun işini düzəltsin. Daha Murada həmin işi hansı qiymətə və kiminlə görəcəyi barədə danışmamışdır. Sonra ayrılmışlar. Daha sonra Muradla görüşməmiş və bu barədə danışmamışdır. Həmçinin qaynanası Ülviyyədən də heçnə soruşmamışdır. Təxminən 2023-cü ilin yay aylarında Ülviyyədən eşitmişdir ki, təqaüdünü bərpa etmək üçün Murada hissə-hissə ümumilikdə 4000 manat pul vermiş, sonuncu heç bir iş gömədən onu aldatmışdır. O bunu eşidib Muradla telefonla əlaqə saxlamış və sonuncu demişdir ki, iş biraz yubanır. Murad ondan xahiş etmişdir ki, Ülviyyəyə desin ki, işi tezliklə həll edəcəkdir və ondan şikayət etməsin. Murad ondan xahiş etmişdir ki, Ülviyyə desin ki, şikayət etməsin. O Murada demişdir ki, onun yanında pul söhbətini etməmiş və danışmamış,özünüz bilərsiz. X3 4000 manat aldığını ona etiraf etmişdir. Bir müddət sonra yenidən Murada zəng etsə də onun istifadə etdiyi telefona zəng çatmamışdır. Qaynanası Ülviyyə də, Muraddan şikayət etmişdir. Sonradan bilmişdir ki, Murad, Ülviyyəni aldadaraq 4000 manat pulunu almış, sonradan 500Murada bazarda vermişdir. X4 ümumilikdə 4000 manat pul vermişdir. Arvadı Ülviyyə 2023-cü ilin fevral ayın 15-dən haşalayaraq 03 aprel 2023-cü il tarixədək Murada 4000 manat pulu vermişdir. Muradda demişdir ki, 2023-cü ilin iyun ayında təqaüdü bərpa olunacaqdır. Onlarda Murada inanmışlar. Lakin iyun ayında arvadı Ülviyyə Muradla əlaqə saxlayanda, Murad Ülviyyəni aldadıb gah bu gün, gah sabah deyirmiş. Onlar sonradan bilmişlər ki, Murad onları aldatmışdır. Ülviyyə, Muraddan pulunu istəyəndə də, sonuncu puluda qaytarmırmış. 2023-cü ilin iyul ayında arvadı Ülviyyə Muraddan 500 manatı geri ala bilmişdir. Qalan 3500 manatı isə Murad qaytarmamışdır. Onlar bilmişlər ki. Murad arvadı Ülviyyənin ona olan etibarından istifadə edərək dələduzluq edib sonuncunu aldatmışdır. Daha sonra Muradın telefonuna zəng də çatmamış və Muradla danışmaq mümkün olmamışdırTəqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsini məhkəmədə özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası Ülviyyə 2016-cı ildə səhətində yaranan xəstəliklərlə bağlı İİ qrup əlillik almış və təqaüdə çıxmışdır. Həmin əlillik qrupunun müddəti 5 illik olduğundan, 2021-ci il tarixdə müddət bitdiyindən Ülviyyənin əlillik dərəcəsi ləğv olunmuş və təqaüdü də kəsilmişdir. Ona görə də, anası Ülviyyə özünə yenidən əlillik dərəcəsi almaq istəyirmiş. Çünki Ülviyyə şəkər, təzyiqdən əziyyət çəkir. Anası Ülviyyə mütamadi olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına gəlib müalicə alırmış. 2023-cü ilin fevral ayın əvvəllərində bir gün anası Ülviyyə xəstəxanadan evə gəlib ona demişdir ki, Lənkəran rayonu Tükəvilə kənd sakini Murad adlı şəxs xəstəxananın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur, o çox vaxtlar xəstəxanadan çıxıb Muradın idarə etdiyi taksi ilə bazara gəlib, oradan da avtobusla evə gəlir. Ülviyyə demişdir ki, söhbət əsnasında Murad ona demişdir ki, istəsə onun əlillik dərəcəsini bərpa edəcək, o bu işlərlə məşğuldur, yaxın qohumu şəhid olduğundan hər bir yeə əli çatır, əlillik qrupunu bərpa edə bilər. Ülviyyə demişdir ki, Murad ona görə 4000 manat pul lazım olduğunu bildirmişdir. Anası Ülviyyə bunu ona deyəndən sonra qərara gəlmişlər ki, Murad adlı şəxs Ülviyyənin təqaüdünü bərpa edə bilər. Çünki, Murad Ülviyyəni elə inandırmışdır ki, sonuncu buna tam əmin olmuşdur. Təxminən 2023-cü il ilin fevral ayın əvvəllərində Murad evlərinə gəlmişdir. Murad evə gəlib onunla da tanış olmuş və sonra anası Ülviyyəyə məxsus xəstəlik sənədlərinə baxmışdır. Murad, arvadı Ülviyyənin xəstəxanada yatdığı sənədlərə, həkim müayinənin sənədlərinə müalicə sənədlərimə baxıb demişdir ki, bu sənədlərə ona əlillik dərəcəsi almaq olar. Murad anası Ülviyyənin sənədlərini alıb demişdir ki, bu sənədlərə özü də yaxşı-yaxşı baxacaq və bir-iki günə xəbər edəcəkdir. Ülviyyə də razılaşmış və Murad sənədləri götürüb getmişdir. Təxminən 2 gün keçəndən sonra Murad arvadı Ülviyyəyə zəng edib demişdir ki, Lənkəran şəhər Mərkəzi bazarına gəlib onunla görüşüb söhbət etsinlər. X4 demişdir ki, nə deyirsə telefonda desin, lakin Murad razılaşmamışdır. Murad demişdir ki, telefonda deyə bilməz. Ülviyyə bazara gedib Muradla görüşüb söhbət edib evə gəlmişdir. Ülviyyə demişdir ki, Murad onunla bazarda avtobusların dayanacağında görüşmüş və söhbət etmişlər. Murad demişdir ki, bu sənədlərlə görə əlillik düşür, lakin buna görə 4000 manat pul lazımdır. Ülviyyə demişdir ki, buna imkanı yoxdur. Murad demişdir ki, səhəri artıq pulu verməlidir və işə başlamalıdır, təxminən 5 aydan sonra təqaüdə çıxa bilər. Ülviyyə demişdir ki, həmin məbləği birdəfəlik verə bilməz, hissə-hissə verə bilər. Murad razılaşmış və pulu 2 ay müddətində hissə-hissə verməsini demişdir. Murad demişdir ki, pulu versə 2023-cü ilin iyun ayında təqaüdü hazır olacaq. Muradla söhbət zamanı bu işi necə gördyümü soruşanda ona da demişdir ki, onlara aidiyyəti yoxdur, özü hər şeyi edəcəkdir. Murad işi kiminlə birlikdə edəcəyini deməmişdir. 15 fevral 2023-cü il tarixdə 1000 manat pul düzəltmişlər və Ülviyyə Murada zəng edib demişdir ki, 1000 manat hazırdır, gəlib götürə bilər. Həmin gün Murad tək onlara gəlmişdir. Ülviyyə 1000 manat pulu onun yanında Murada vermişdir. Murad demişdir ki, qalan 3000 manatıda hissə-hissə verərlər. Ülviyyə də razılaşmışdır. Murad demişdir ki, bu gündən işə başlayacaqdır. Onlar Murada inanmışlar. Murad pulu alıb gedəndən sonra arvadı Ülviyyə onunla mütamadi olaraq danışırmış və Murad deyirmiş ki, 3000 manatıda tezləşdirsin. Daha sonra anası Ülviyyə 2023-cü ilin fevral ayın axırında 500 manat pulu Lənkəran şəhər mərkəzi bazarında, 2023-cü ilin mart ayın əvvəlində 1000 manat pulu yaşadığı evdə, 2023-cü ilin mart ayın ortalarında 700 manatı yenidən yaşadığı evdə, 200 manatı yenidən mart ayın axırlarında Lənkəran şəhər Mərkəzi bazarında və 2023-cü ilin aprel ayın 3-də qalan 600 manatı Murada bazarda vermişdir. X5 ümumilikdə 4000 manat pul vermişdir. Arvadı Ülviyyə 2023-cü ilin fevral ayın 15-dən haşalayaraq 03 aprel 2023-cü il tarixədək Murada 4000 manat pulu vermişdir. Murad da demişdir ki, 2023-cü ilin iyun ayında təqaüdü bərpa olunacaqdır. Onlarda Murada inanmışlar. Lakin iyun ayında arvadı Ülviyyə Muradla əlaqə saxlayanda, Murad Ülviyyəni aldadıb gah bu gün, gah sabah deyirmiş. Onlar sonradan bilmişlər ki, Murad onları aldatmışdır. Ülviyyə, Muraddan pulunu istəyəndə də, sonuncu puluda qaytarmırmış. 2023-cü ilin iyul ayında anası Ülviyyə Muraddan 500 manatı geri ala bilmişdir. Qalan 3500 manatı isə Murad qaytarmamışdır. Onlar bilmişlər ki. Murad arvadı Ülviyyənin ona olan etibarından istifadə edərək dələduzluq edib sonuncunu aldatmışdır. Daha sonra Muradın telefonuna zəng də çatmamış və Muradla danışmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2016-cı il tarixli xxxxxxx0002 nömrəli sənədindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdə İİ dərəcəli əlillik qrupu ilə müayinə olunmuş və xx.xx.2021-ci il tarixdən müayinə olunmamışdır. İş materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli 216 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş yaşayış yerindən arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Tükəvilə kəndində yaşayır, himayəsundə dörd azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4.000 manat maddi ziyan tam həcmdə ödənilmişdir və onlar barışmışlar. Cinayət işinin icraatına xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar