Məhkəmə qərarları › İş №1(049)-13/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-13/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-13/2024 19.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməməsi, məhkum olunmamış, Lənkəran Ş.Xiyabanı küçəsi ev 155/27-də qeydiyyatda olmaqla orada yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,208 qr, 0,165 qr, 0,235 qr, 0,152 qram ümumi 0,760 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 23:05-də Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 4 ədəd bükümdə ümumi 0,760 qram çəkidə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, arabir narkotik vasitədən istifadə etmişdir. Lakin ona elan edilmiş ittihamda istinad olunun narkotik vasitənin axtarış zamanı üzərində olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində radələrində polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmiş və orada onu müdafiəçi ilə təmin etmək üçün vəkil dəvət etmişlər. Həmin müddətə qədər polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmiş, onu döymüş və üzərinə narkotik vasitə heroin və elektron tərəzi qoymuşlar. O da məcbur qalıb protokolu imzalamış və etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu ona bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü elan olunmuş ittiham üzrə təqsirli bilir. Ev ustalığı ilə və santexnik işi ilə məşğul olur. 2 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Narkotik vasitədən istifadə etməyi bədənindəki ağrılarla bağlıdır. Anası Esmira və atası Vahid şəkər xəstəsidir. Qardaşı Elvin isə ankoloji xəstədir. İdmançıdır, qaydasız döyüş üzrə iki dəfə Respublika çempionu olmuşdur. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. O şüşə adlanan metamfetamindən və kakos adlanan heroindən istifadə edir. Hər ikisini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. 28 yanvar 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 20 manata 4 büküm heroin almışdır. Həmin heroin bükümlərini istifadə etməsi üçün gödəkçəsinin cibində saxlamışdır. Heroini alandan sonra uzun müddət özündə olan elektron tərəzidə çəkisini yoxlamaq istəmişdir. Görmüşdür ki, tərəzi işləmir. Həmin tərəzi uzun müdətdir ki, onda olmuşdur. Tərəzini bir neçə il əvvəl Bakı şəhərində almışdır. Həmin tərəzi işləmədiyinə görə onda qalmış, daha onu atmamışdır. Həmin gecə saat 23 radələrində yaşadığı binanın yaxınlığında olduğu zaman üç polis əməkdaşı avtomobillə gəlib yanında saxlamışdır. Həmin polis əməkdaşları avtomobildən düşüb ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etməyini deyib birlikdə Lənkəran ŞRPŞ-nə getməyini demişlər. O razılaşmış və avtomobilə əyləşmişdir. Onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Şöbədə vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt dəvət olunuş hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirtmişlər. Polis əməkdaşı fotoşəkillər çəkmişlər. Əynində olan gödəkçəsinin sol yan cibindən 4 büküm heroini və gödəkçəmin sağ yan cibindən isə tərəzini çıxarıb təqdim etmişdir. Həmin cibindən 2 ədəd mobil telefonları da təqdim etmişdir. Telefonlardan biri “İphone 5 S” digəri isə “Nokia” markalı olmuşdur. “İphone 5 s”-də nömrə olmamış, “İphone 5 S” markalı mobil telefon xarab olduğu üçün onu təmir etdirmək istəmiş, digər köhnə “Nokia” markalı mobil telefonda ona məxsusdur. ”Nokia” markalı mobil telefon isə sınmış vəziyyətdə olmuşdur. Həmin telefonda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə olmuşdur. O həmin nömrədən istifadə edir. Təhqiqatçı daha sonra üzərinə şəxsi axtarış keçirtmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Həmin vaxt üzərindən aşkar edilmiş heroinləri tərəzidə çəkmişlər və çəkisi 0,88 qram olmuşdur. Həmin vaxt fotoşəkil çəkmişlər və protokol tərtib etmişlər. O da protokolu imza etmişdir. O narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilmiş narkotik vasitəni istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə istintaqında Şahid4 verdiyi ifadəsindən görünür ki, o 28 yanvar 2023-cü il tarixdə saat 23 radələrində evdən çıxıb piyada Lənkəran şəhəri T.İsmayılov küçəsində gəzmişdir. Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən Lənkəran polis şöbəsinin inzibati binasının qarşısında küçədən keçən zaman bir polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və bildirmişdir ki, narkotik vasitələrin üzərində gəzdirməsində şübhəli olan bir şəxsi polis şöbəsinə gətirmişlər və ondan xahiş etmişdir ki, şöbəyə şübhəli şəxs qismində gətirilmiş şəxsin üzərinə axtarış keçirilməsində o hal şahidi kimi iştirak etsin. O da, könüllü olaraq razılaşmışdır. Polis əməkdaşı ilə birlikdə Lənkəran ŞRPŞ-nin inzibati binasına daxil olmuşdur. Lənkəran ŞRPŞ-nin inzibati binasında əvvələr tanımadığı şübhəli şəxsin üzərinə baxış keçirməzdən əvvəl ona və orada olan digər hal şahidi Şahid5 hüquq və vəzifələri elan olunmuşdur. Şübhəli şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs görməmiş və onu tanımır. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Həmin vaxt vəkil də, şöbəyə dəvət olunmuşdur. Lənkəran ŞRPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş narkotik vasitə və digər cinayət xarakterli əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələri və təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 0,88 qram olmuşdur. Həmin kütlələr və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroin bükümlər ona məxsusdur və həmin tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. Şahid1 Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məluatla əlaqədar Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 28 yanvar 2023-cü il tarixdə raportla şöbənin rəisinə müraciət etmişdir. 28 yanvar 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərarə əsasən, o Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı onun və PPXB-nın polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin saat 23 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Məmmədli X4 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ora hal şahidləri dəvət olunmuşdur. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkmişdir. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd “Nokia” və 1 ədəd “İphone “ markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bəznər kütlələrin olması müəyyənləşmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlarda götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və özünə məxsusdur, narkotik vasitə heroin bükümlərini Lənkəran şəhəri Böyük bazar adlanan ərazisində tanımadığı şəxsdən 4 ədəd bükümünü 20 manata almışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qimsində dindirilmiş Şahid3 və Şahid5 Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantıdır. Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 155/27-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 28 yanvar 2023-cü il tarixdə raportla şöbənin rəisinə müraciət etmişdir. 28 yanvar 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərarə əsasən, o Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və PPXB-nın polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin saat 23:05-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Məmmədli X4 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ora hal şahidləri dəvət olunmuşdur. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkmişdir. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd “Nokia” və 1 ədəd “İphone “ markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bəznər kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,88 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlarda götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və özünə məxsusdur, narkotik vasitə heroin bükümlərini Lənkəran şəhəri Böyük bazar adlanan ərazisində tanımadığı şəxsdən 4 ədəd bükümünü 20 manata almış, tərəzinidə onu aldatmasınlar deyə aldığı heroinin çəkisini yoxlamaq üçün üzərində saxlamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 büküm narkotik vasitə heroini haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, o narkotik vasitələrin istifadəsi ilə məşğuldur, satışı ilə məşğul deyil. Sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə deyil, istifadəsi ilə məşğuldur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 28 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə 0,88 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2023-cü il tarixli 19/119 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qr; 0,165 qr; 0,235 qr; 1,152 qram: ümumi təmiz çəkisi-0,760 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatı üçün 0,2 qr (hər ob,-0,05) qram heroin istifadə edilmiş, 0,560 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Əşyaya baxış keçirilməsi haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5 s”, “Nokia c3-00” mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Həmin tarixli qəbzlə mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmışdır. Əşyaya baxış keçirilməsi haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi işlək vəziyyətdə deyildir. Məhkəmə mühəndis-texniki ekspertizasının 24 fevral 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş tərəzinin üzərində zədə və çatışmazlıqlar yoxdur, aparılmış tədqiqatlarla elektron tərəzi istismara yararsızdır. Lənkəran ŞRPŞ-nin st.XPŞ-nin qətimkan tədbirinin seçilməsi barədə 30 yanvar 2023-cü il tarixli, ********* saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, barəsində axtarış elan edilmiş, iş üzrə icraat dayandırılmışdır. Lənkəran ŞRPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-96/2-25968/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində tutularaq Lənkəran ŞRPŞ-nin MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Maddi sübut kimi tanınma haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,760 qram çəkidə 4 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut qismində tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti MTİ-nin rəis səlahiyyətlərini icra edən Ruslan Qafarlının verdiyi Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası, X6, anası X3 və qardaşı X7 ilə birlikdə Lənkəran Ş.Xiyabanı küçəsi ev 155/27-də qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, əməl törədilən zaman qüvvədə olan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək, heab edir ki, həmin ifadələr aşağıda qeyd olunanlara əsasən özünümüdafiə xarakterli olmaqla, iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsini və buna görə də şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroinin ona məxsus olduğunu dediyini bildirsə də, lakin o istər şübhəli şəxs, istərsə də təqsirləndirilən şəxs qismində ifadə verərkən də heroinin ona məxsus olduğunu bildirmiş, cinayət işinin materialları tanış olduğu zamanda da döyülməsi, ona hədə qorxu gəlinməsi ilə bağlı hər hansı fikir bildirməmişdir. Halbuki o təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə cinayət işinin materialları ilə tanış olarkən müdafiəçiyə malik olmuş və ifadələrini sonuncunun iştirakı ilə bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən etibarən verdiyi izahat və ifadələrinin ardıcıl təhlili göstərir ki, cinayət təqibi başlananadək CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı, şəxsi axtarışdan sonra izahat və ifadələrində narkotik vasitə heroinin üzərindən götürülməsini təsdiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadələri cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Şahid ifadələri və iş materialları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlarla onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Belə ki, əməl törədilən zaman qüvvədə olan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşını o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasını təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,560 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 7(yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək, həbsdə saxlanıldığı 2(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6(altı) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,560 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar