Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-13/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X1 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq üzərində 02 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri “Qala Xiyabanı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1,140 (bir tam mində yüz qırx) qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 14:40-da Lənkəran rayonu, Girdəni kəndində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin T.İsmayılov küçəsi 26 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham edildiyi cinayət hadisəsini törətməmişdir. Belə ki, yığıb topladığı metal məmulatları və sınıq çuqun vannanı satmaq üçün 23 aprel 2024-cü il tarixdə saat 11 radələrində İntizar adlı taksi sürücüsü ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Lənkəran şəhəri Ləvəngi dairəsinə yaxın “Zərintacın zaprafkası” adlanan ərazidə yerləşən Azər İsayevə məxsus metal qəbulu məntəqəsinə getmişdir. Metal məntəqəsində olarkən Nəvai adlı polis əməkdaşı adını bilmədiyi başqa polis işçisi ilə birlikdə onun qolundan tutub oğurluq hadisəsi törətdiyini bildirərək ona polis şöbəsinə getməsini təklif etmişlər. O, hər hansı cinayət, o cümlədən oğurluq etmədiyini bildirsə də, polis işçiləri “gedək şöbədə aydınlaşdırarıq” deyərək mülki avtomobillə onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Onun polis işçiləri tərəfindən aparılmasını həm taksi sürücüsü İntizar, həm də metal qəbulu məntəqəsində işləyən şəxslər görmüşlər. Polis işçiləri İntizara da avtomobili ilə birgə polis şöbəsini gəlməsini bildirmişlər. Şöbədə olarkən ona bir bükümdə psixotrop maddə təqdim edərək üzərinə götürməsini polis işçiləri ondan tələb etmişlər. O, razı olmasa da götürməyə məcbur olmuş, lakin azyaşlı uşağı xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunmalı olduğu üçün ona təqdim edilmiş bükümü ibtidai istintaq dövründə həbs edilməyəcəyi şərti ilə qəbul etmişdir. Polis işçiləri onunla razılaşmışdır. İki gün şöbədə saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Polis işçiləri tərəfindən ona qarşı fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsindən görünür ki, Lənkəran rayonu Girdəni kəndində arvadı Fəridə Şabanova, övladları Mələk Şabanova, Cənnət Əlizadə və Mehdi Əlizadə ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2015-ci il tarixdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü udmaqla istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri Qala Xiyabanı ərazisində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir bükümdə metamfetamin almışdır. Metamfetamini şalvarının sol yan cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün, saat 14 radələrində yaşadığı Lənkəran rayonu, Girdəni kəndinə gedərkən Ələt-Astara magistral avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Şöbədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Ona polis əməkdaşı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da üzərində olan psixotrop maddəni polis əməkdaşlarının aşkar edəcəklərini bilib əynində olan şalvarın sol yan cibində şəxsi istifadəsi üçün saxladığı bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Həmçinin mobil telefonunu da təqdim etmişdir. Təqdim etdiyi büküm polis işçisi tərəfindən götürülmüşdür. Polis əməkdaşları üzərindən aşkarlanmış metamfetamini haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmişlər, o da aşkarlanmış metamfetamini saxlanıldığı gün, günorta saatlarında Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisi 1,21 qram olması müəyyən edilmiş, daha sonra zərfdə qablaşdırılmış, o və vəkili tərəfindən zərfin üzəri imzalanmışdır. Protokol tərtib edilmiş və o da heç bir təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkarlanmamışdır. Aşkarlanmış bir ədəd “Samsung” markalı mobil telefon polis işçisi tərəfindən götürülmüşdür. Müdafiəçinin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmiş, polis əməkdaşlarından şikayəti yoxdur. Aşkarlanmış mobil telefon arvadına məxsusdur. Həmin telefonda arvadının istifadəsində olan ***-***-**-** nömrəsi vardır. Üzərindən aşkar edilən bir ədəd bükümdə metamfetamini xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri Qala Xiyabanı ərazisində “Dayday” kimi deyilən şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. O, narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa, narkotik vasitələrin satışını həyata keçirmir. Əldə edən zaman özü istifadə edir. Aşkarlanmış metamfetamini əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir, həmin şəxs 45-50 yaşlarında birisi olmuşdur. Başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən və ya polis şöbəsində üzərində axtarış aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:40-da Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeni Ələt-Astara avtomobil yolunun yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, videoçəkiliş vasitəsilə dəvət olunmuş Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Baxşəli Rufullayev tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Baxşəli Rufullayev tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin 1,21 qram olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, özünə məxsusdur, saxlanılmamışdan bir qədər əvvəl Lənkəran şəhəri Qala Xiyabanı ərazisində üzdən tanıdığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş üzrə dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir. 2024-cü ilin aprel ayının 23-də yolda hərəkətdə olan zaman Təqsirləndirilən şəxs ona işarə verərək maşını saxlatdırmışdır. Təqsirləndirilən şəxs ondan topladığı metal məmulatları satması üçün Azər İsayevə məxsus metal qəbulu məntəqəsinə getməsini xahiş etmişdir. Metal məntəqəsində olarkən Xudaverən maşından düşmüş, o isə avtomaşında olmuşdur. Bir qədər sonra iki nəfər mülki geyimdə olan şəxsin Xudaverənin qoluna girdiyini görmüşdür. O, avtomobildən düşüb Xudaverənin hara aparılmasını soruşduqda həmin şəxslərin polis işçisi olduqlarını öyrənmişdir. Polis işçiləri onun avtomobilinin yük yerinə baxıb orada çuqun ve digər metal qırıntıları olduğunu görmüş, ondan da polis şöbəsinə gəlməsini tələb etmiş, o da polis şöbəsində getmişdir. Təqribən 30-40 dəqiqə polis şöbəsində qaldıqdan sonra buraxılmışdır. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, metal qəbulu məntəqəsində fəhlə işləyir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs taksi ilə məntəqəyə metal gətirmişdi. O, gələndən bir qədər sonra məntəqəyə bir neçə mülki geyimli şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs oğurluq etməsi şübhəsi ilə Lənkəran ŞRPŞ-yə aparmışdır. Həmin vaxt onunla gələn taksi də şöbəyə aparıldı. Daha sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs məntəqəyə gəlib metal məmulatları məntəqəyə verdi. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs taksi ilə məntəqəyə gəlmişdir. Həmin vaxt Xudaverən satmaq üçün çuqun vanna gətirmişdi. Bir qədər sonra məntəqəyə bir neçə mülki geyimli şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs oğurluq etməsi şübhəsi ilə Lənkəran ŞRPŞ-yə aparmışdır. Həmin vaxt onunla gələn taksi də şöbəyə aparıldı. İki gündən sonra taksi sürücüsü məntəqəyə çuqun vannanı məntəqəyə verdi. Daha sonra Xudaverən də məntəqəyə gəlib satdığı vannanın pulunu almışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqi varisi X5 oğlu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Lənkəran rayonu, Girdəni kəndində öldüyünü bildirərək, mərhum oğlu barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini etiraz etmədiyini bildirmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: 23 aprel 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayon sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran rayonu Girdəni kəndi ərazisində, küçədə saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən sellofan bükümün içərisindən 1,21qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü saxlanılmamışdan qabaq Lənkəran şəhəri Qala Xiyabanı xiyabanı ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsə 20 manat verərək aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 23 aprel 2024-cü il tarixli, 19/353 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,140 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatınnı dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olan, Lənkəran rayonu Girdəni kənd sakini Əlizadə X2 rayonu ərazisində, məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Girdəni kəndində, küçədə saxlanılıb Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra üzərindən bir bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 8 ay 14 gün şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq üzərində 02 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18 radələrində Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1578 nömrəli arayışından məlum olur ki, Əlizadə X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran şəhər İHB-nın Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 may 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əlizadə X2 rayonu, Girdəni kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,140 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qaytarılmış təmiz çəkisi -1,090qram metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Doğum akt qeydiyyatından çıxarışdan görünür ki, X4 xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs anasıdır. Ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə ölmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşının narkotik vasitəni psixotrop maddəni üstünə qoyması, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etməsi, şəxsi axtarış zamanı üzərində olan psixotrop maddənin ona məxsus olmaması və polis əməkdaşı tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş CD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə münasibət bildirərək, qeyd edir ki, həmin şahidlərin verdikləri ifadələr arasında ziddiyyətli məqamların olması həmin ifadələrin mötəbərliyini şübhə altına alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi və təqsirləndirilən şəxsin hüquqi varisinin, işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazları olmadığından cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1.090 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat dövlət nəfinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1.090 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat dövlət nəfinə aid edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-13/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-13/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver