Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-130/2024 12.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 1(089)- 355/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr – Zəfər günü ilə əlaqədar olaraq amnistiya elan edilməsi haqqında” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri Heydər Əliyev prospekti ev 17 V-də qeydiyyatda olmaqla tutulanadək Bakı şəhərində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2023-cü il tarixdə, saat 16 radələrində kirayə qaldığı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 32 №-li evin 41 №-li mənzilindən 900 manat qiymətində “Samsung” markalı tozsoran və 300 manat qiymətində orta ölçülü “Samsung” markalı televizoru gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 cəmi 1200 (min iki yüz ) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 05 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə sonuncuya məxsus Lənkəran şəhəri, Heydər Əliyev prospekti 125 ünvanında yerləşən yeni tikilmiş evə və həyətə nəzarət etməyə razılaşıb, eyni həyətdə olan Heydər Əliyev prospekti 127 ünvanında yerləşən köhnə evə köçüb yaşamağa başladıqdan sonra oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 11 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində onun nəzarətində olan həmin həyətdən Zərərçəkmiş şəxs1 məxsus- 500 manat qiymətində dəmir materialından hazırlanmış 12x0,7x0,7 metr ölçüdə 1 (bir) ədəd su istilik qızdırıcısı,120 manat qiymətində dəmir materialından hazırlanmış, hündürlüyü 2,4 metr, eni 4 metr olan üstü olmayan, düzbucaq formalı, 1 (bir) ədəd qapı çərçivəsi, 1(bir) ədədinin qiyməti 60 manat olmaqla cəmi 120 manat qiymətində 2(iki) ədəd çuqun materialından hazırlanmış 12 seksiyalı, 80 manat qiymətində 1 (bir) ədəd 20 seksiyalı və 50 manat qiymətində 1 (bir) ədəd 10 seksiyalı istilik radiatorları, 80 manat qiymətində 4 metr uzunluqda, 12 sm qalınlıqda 1 (bir) ədəd 90 diametrlik dəmir boru, 1(bir) ədədinin qiyməti 150 manat olmaqla cəmi 300 manat qiymətində dəmir materialından hazırlanmış, 4 metr uzunluqda 2 (iki) ədəd qövsvari formalı balkon məhəccəri, 1(bir) ədədinin qiyməti 15 manat olmaqla cəmi 90 manat qiymətində 6 metr uzunluqda 6 (altı) ədəd kvadrat formalı dəmir material, 1(bir) ədədinin qiyməti 60 manat olmaqla cəmi 240 manat qiymətində 6 metr uzunluqda 4 (dörd) ədəd paslanmayan sink borular, 1(bir) ədədinin qiyməti 30 manat olmaqla cəmi 60 manat qiymətində 6 metr uzunluqda 2 (iki) ədəd dəmir borular, 150 manat qiymətində dəmir materialından hazırlanmış 3,5 metr uzunluqda 1 (bir) ədəd sürahi, 200 manat qiymətində paslanmayan dəmir materialından kustar üsulla hazırlanmış, 1,5 metr hündürlükdə, 70 sm diametrli 1 (bir) ədəd su qızdırıcısı, 150 manat qiymətində paslanmayan dəmir materialından kustar üsulla hazırlanmış, 1,3 metr hündürlükdə, 40 sm diametrli 1 (bir) ədəd su qızdırıcısı, 180 manat qiymətində dəmir borudan kustar üsulla hazırlanmış, 1,2 metr hündürlükdə, 30 sm diametrli istilik sistemində istifadə edilən 1 (bir) ədəd su qızdırıcısı, 1(bir) ədədinin qiyməti 150 manat olmaqla cəmi 300 manat qiymətində dəmir materialından hazırlanmış, hər biri 2 metr uzunluqda, dörd hissədən ibarət 2 (iki) ədəd rəflər, 100 manat qiymətində dəmir materialından hazırlanmış, uzunluğu 2 metr, eni 60 sm olan 1 (bir) ədəd dördayaqlı kabab manqalı,1(bir) ədədinin qiyməti 250 manat olmaqla cəmi 500 manat qiymətində alüminim materialından hazırlanmış, 1,2x2 metr ölçüdə 2 (iki) ədəd qapılar, 250 manat qiymətində alüminium materialından hazırlanmış, 1,4x2,8 metr ölçüdə 1 (bir) ədəd dördlaylı pəncərə və 1(bir) ədədinin qiyməti 100 manat olmaqla cəmi 200 manat qiymətində dəmir materialından hazırlanmış, 1,5x 2 metr ölçüdə 2 (iki) ədəd darvaza qapıları olmaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 3670 (üç min altı yüz yetmiş) manat qiymətində əmlakı vahid niyyətlə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri Heydər Əliyev prospekti 125-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinə qapının açarını tapıb açmaq yolu ilə qanunsuz daxil olaraq, evin 1-ci mərtəbəsində yerləşən hamam otağından 30 manat qiymətində 30 sm x 30 sm ölçüdə 1(bir) ədəd hava ventilyasiya qurğusu, 1(bir) ədədinin qiyməti 75 manat olmaqla cəmi 150 manat qiymətində hər biri 25 kiloqramlıq 2( iki) ədəd “Gorella” markalı ağ rəngli emulsiya, evin birinci və ikinci mərtəbələrinin arasında olan döşəmədən 250 manat qiymətində 1(bir) ədəd “Hoffmann” markalı elektrik sobası,100 manat qiymətində 1 (bir) ədəd “Hoffmann” markalı ütü,240 manat qiymətində 1(bir) ədəd “Bosch” markalı ətçəkən maşın, ikinci mərtəbənin zal otağından 1450 manat qiymətində iki qapılı,no-frost texnikası ilə təhciz edilmiş 1(bir) ədəd təzə “LG” markalı soyuducu, üçüncü mərtəbənin qonaq otağından 550 manat qiymətində 108 diaqonallı 1(bir) “Vesta” markalı tezevizor,90 manat qiymətində üçlü qazan dəsti, 20 manat qiymətində 1(bir) kisə 5 kiloqramlıq “Əşrəfi” düyüsü, 1 (bir) balonunun qiyməti 3 manat olmaqla cəmi 15 manat qiymətində 5 ədəd 800 qramlıq balonda olan gavalı mürəbbəsi, 1(bir) balonunun qiyməti 2 manat olmaqla cəmi 12 manat qiymətində 6 ədəd 800 qramlıq balonda olan alça turşusu olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2907 (iki min doqquz yüz yeddi) manat olan əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının son günləri Bakı şəhərində olduğu zaman kirayə ev tapmaq üçün elanlara baxarkən Nərimanov rayonu Z.Bünyadov küçəsi ev 32, 41 nömrəli mənzilin kirayəyə verilməsi barədə elan görmüşdür. Həmin mənzilin sahibi olan Fərid adlı şəxslə telefon əlaqəsi saxlamış və 01 mart 2023-cü il tarixdə həmin mənzildə Fəridlə görüşmüşdür. Ev bir otaqlı olsa da, evi bəyənmişdir. Fərid evi 350 manata kirayə verdiyini demiş, lakin aralarında olan danışıqdan sonra 300 manata razılaşmışdır. Həmin gün mənzilin iki aylıq kirayə haqqını Fəridə ödəmişdir. Həmin gündən etibarən qeyri-rəsmi arvadı olan Günayla birlikdə Z.Bünyadov küçəsi ev 32,mənzil 41 ünvanında yaşamağa başlamışlar. O həmin ərəfələrdə Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən "Yaşıl" bazarda fəhlə işləmişdir. 01 may 2023-cü il tarixdə mənzilin 1 aylıq kirayə haqqını da Fəridə ödəmişdir. 2023-cü ilin iyun ayına görə mənzilin kirayə haqqını ödəmək üçün pulu olmadığına görə Fəridlə telefon əlaqəsi saxlayıb ona kirayə haqqını ödəmək üçün 15 gün vaxt verməsini xahiş etdikdə Fərid onunla razılaşmışdır. Lakin pul qazana bilmədiyi üçün Fəridə məxsus mənzili başqa şəxslərə kirayə verib evdən çıxmasını və özlərinə kirayəyə başqa bir ev tapması barədə qərara gəlmişdir. Kağızdan elan düzəldib ətrafda olan binaların küncünə yapışdırmış və ***-***-**-** mobil telefon nömrəsini kağızın üzərinə qeyd etmişdir. 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu S.Vurğun küçəsi ərazisində nömrəsini bilmədiyi bir otaqlı fərdi yaşayış evini kirayəyə götürmüş və arvadı Günayla birlikdə həmin evə köçmüşdür. 08 iyun 2023-cü il tarixdə, saat 15 radələrində pulu olmadığı üçün Fəridə məxsus mənzildə olan "Samsung" markalı televizoru və "Samsung" markalı tozsoran aparatını oğurlayıb sataraq pul qazanmasını qərarlaşdırmışdır. Günaya yalandan Fəridə mənzilinin açarını vermək üçün onunla görüşməyə getdiyini bildirmişdir. 08 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Fəridə məxsus həmin mənzildən "Samsung" markalı televizoru və "Samsung" markalı tozsoran aparatını oğurlayıb mənzildən çıxmışdır. Sonra isə həmin əşyaları Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl" bazara aparmış və əşyaları "Yaşıl" bazar ərazisində adını bilmədiyi və tanımadığı şəxsə 150 manata satmışdır. Amma həmin əşyaları oğurluq olmasını həmin şəxsə deməmişdir. 12 iyun 2023cü il tarixdə həmin mobil telefon nömrəsinə zəng gəlmiş və elanla bağlı mənzil baxmaq istədiyini bildirdikdə razılaşmış və Z.Bünyadov küçəsi 32 nömrəli binanın qarşısında həmin şəxslə görüşmüşdür. Həmin şəxslə birlikdə Fəridə məxsus 41 nömrəli mənzilə daxil olmuşdur. Mənzili 360 manata hazırda adını xatırlamadığı şəxsə kirayəyə vermişdir. Amma mənzilini başqa şəxsə kirayəyə verdiyini Fəridə deməmiş və 360 manat pulu xərcləmişdir. 2023-cü ilin iyul ayının axırlarında pul qazana bilmədiyi üçün arvadı Günayla birlikdə Lənkəran şəhərinə qayıdıb orada kirayə ev tutub yaşaması barədə qərara gəlmişlər. 01 avqust 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən "Sədərək bazarı"nın yanına getmiş və qırmızı rəngli "Mersedes Benz" markalı yük maşınına yaxınlaşmış və həmin yük maşınının sürücüsünə ailəsi ilə birlikdə Lənkəran şəhərinə getmək istədiyini, ev əşyaları ilə birlikdə onları Lənkəran şəhərinə apara biləcəyini soruşduqda həmin sürücü onula razılaşmışdır. Nə qədər yüklərinin olmasını soruşduqda yükünün iki oturacaqdan və yorğan-döşək, paltarlarlardan ibarət olduğunu demişdir. Sürücü də ona demişdir ki, 40 manata onları Lənkəran şəhərinə apara bilər. O da razılaşmış və kirayədə yaşadıqları Nərimanov rayonu S.Vurğun küçəsində yerləşən evin qarşısına gəlmişlər. Evdən iki ədəd oturacaq, yorğan-döşəyi və iki ədəd böyük sellofan torbada olan paltarlarını daşıyıb avtomobilin yük yerinə yığmışdır. Həmin avtomobilin yük yerində tanımadığı və bilmədiyi şəxslərə məxsus başqa əyşalar da olmuşdur. Sürücü maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Yolda söhbət əsasında sürücünün Astara rayonunun Siyəkü kəndindən olması ona sifariş edən şəxslərin yüklərini Bakı şəhərindən Astara şəhərinə, Astara şəhərindən isə Bakı şəhərinə aparması məlum olmuşdur. Maşınını qaynatasına məxsus ünvan 3 ünvanının qarşısında saxlamış və maşından düşmüşlər. O, həmin şəxsə 40 manat pul vermiş və maşının yük yerindən əşyalarını qaynatasının evinə daşıyıb qoymuşdur. Günayla birlikdə qərara gəlmişlər ki, Lənkəran şəhərində özlərinə iş və yaşamaq üçün kirayəyə ev axtarsınlar. 03 avqust 2023-cü il tarixdə səhər saatlarında Günayla birlikdə Lənkəran şəhərində yerləşən Heydər Əliyev adına mərkəzi parka getmiş və parkda onunla birlikdə Lənkəran Dövlət Universitetində təhsil almış, Lənkəran şəhər Ekologiya İdarəsində işləyən Raminlə qarşılaşmışlar. O, Raminlə söhbət edən zaman demişdir ki, münasib qiymətə yaşamaq üçün kirayəyə ev axtarır. Ramin də bir tanışının Lənkəran şəhəri Heydər Əliyev prospektində evi olduğunu və həmin evi kirayəyə vermək istədiyini demiş, istədiyi təqdirdə həmin evə baxa biləcəyini bildirmişdir. O da Raminlə razılaşmış və Ramin ev sahibinə zəng etmişdir. Sonra isə o və Günay Raminin idarə etdiyi maşına əyləşib Heydər Əliyev prospektində yerləşən “Panorama” adlı restoranla üzbəüz olan həyət evinin qapısının qarşısına gəlmişlər. Həmin evin sahibi olan sonradan adını bildiyi Qurbanəli onları küçədə qapının qarşısında qarşılamış və onları evinin həyətinə dəvət etmişdir. Onlar Qurbanəli ilə birlikdə evin həyətinə daxil olmiş və Qurbanəli əvvəlcə Günaydan kimliyini soruşmuşdur. Arvadı Günay da valideyinləri barədə Qurbanəliyə məlumat verdikdən sonra onlar köhnə tanış çıxmışlar. Onlar Qurbanəlinin kirayəyə verəcəyi evə baxmağa başlamışlar. Kirayəyə veriləcək evə baxdıqdan sonra Qurbanəli onları həyətdə olan təzə evə baxmağa dəvət etmişdir. Həmin vaxt Ramin də onlarla birlikdə olmuşdur. Onlar təzə evin üçüncü mərtəbəsinə qalxmış və Qurbanəli onları arvadı ilə tanış etmişdir. Qurbanəli arvadına Günayın valideynlərini, əmisini tanıdığını demiş və keçmiş günlərdən danışmışlar. Onlar Qurbanəli ilə belə razılığa gəlmişlər ki, Qurbanəli onlardan kirayə pulu almayacaq, onlar da həyətə baxıb evi təmiz saxlayacaqlar. Bundan sonra onlar evdən çıxıb Raminin idarə etdiyi maşınla qaynatasının evinə getmişlər. Səhərisi günü o və Günay Qurbanəlinin evinə gəlmiş və onlara kirayəyə verdiyi həyətdə olan köhnə evi təmizləyib səliqəyə salmağa başlamışlar. Qurbanəli də onların yanlarında imiş və evdə nəyi necə etməli olduqlarını ona göstərmişdir. Həmin günü axşam saatlarında təmizlik işlərini görüb qurtarmışlar. Sonra isə o və Günay qaynatamın evinə getmişdir. 05 avqust 2023-cü il tarixdə, səhər saatlarında Günayla birlikdə Qurbanəlinin evinə yerləşmişlər. O, Qurbanəlidən xahiş etmişdir ki, təzə evinin birinci mərtəbəsinin açarını onlara versin ki, Günay orada olan sanitar qovşağından istifadə etsin, çünki Qurbanəlinin onlara yaşamaq üçün verdiyi köhnə evdə olan sanitar qovşağı yararsız vəziyyətdə olmuşdur. Qurbanəli də təzə evinin həyətə açılan qapısının açarını ona vermişdir. Həmin evin başqa qapıları bağlı olmuşdur. Həmin gün, saat 14 radələrində Qurbanəli arvadı ilə birlikdə Bakı şəhərinə getmişdir. Arvadı Günay onunla birlikdə yalnız bir gün həmin evdə qalmışdır. Həmin evdə lazımi şərait olmadığından, həm də Günay hamilə olduğundan həmin evdə bütün günü qala bilməmiş və növbəti gündən etibarən hər səhər atasının evinə gedir, axşamlar isə yatmaq üçün Qurbanəlinin evinə gəlmişdir. O da gün ərizində evdə tək qalmışdır. Təxminən, 5 gündən sonra pulu qurtarmış və qərara gəlmişdir ki, Qurbanəlinin həyətində olan dəmir əşyaları satıb pul əldə etsin. 11 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində hər gün evdə olan müşahidə kamerasını söndürür və evdən küçəyə çıxmışdır. Motosikletlə hərəkət edən adlarını bilmədiyi və soruşmadığı dəmiryığan şəxsləri əl edərək saxlatdırmış, Qurbanəlinin evinin həyətinə dəvət etmişdir. Həmin şəxslərə yalandan evin ona məxsus olduğunu və həyətdə olan dəmir əşyaları satdığını bildirmişdir. Həyətdə olan dəmir əşyalarını onlara satır və onlar da dəmir əşyalarını motoskletlərinə yükləyib aparmışlar. Qurbanəlinin həyətində olan dəmir əşyalarını satıb qurtardıqdan sonra 19 avqust 2023-cü il tarixdə yenidən qərara gəlmişdir ki,Qurbanəlinin təzə evində olan əşyaları oğurlayıb sataraq pul əldə etsin. Lakin evin ikinci mərtəbəsinin qapısı bağlı olmuşdur. Həmin günü açarı axtarmağa başlamış və evin birinci mərtəbəsində olan sayğacın içərisindən açarı tapmışdır. Sonra isə həmin açarı 2-ci mərtəbənin qapısının üzərində yoxlamış və həmin qapının açarı olduğunu dəqiqləşdirmişdir. O, açarla 2-ci mərtəbənin qapısını açmış, sonra isə evin 2-ci və 3-cü mərtəbəsinə daxil olmuşdur. Evin 2-ci mərtəbəsində təzə "LG" markalı, iki qapılı qutusu açılmamış soyuducunun və 3-cü mərtəbəsində televizor, qazan dəsti, 5 kq-lıq qabda olan düyü, şüşə balonlarda mürəbbə və turşular olduğunu görmüşdür. Evin 1-ci, 2-ci və 3-cü mərtəbələrində olan əşyaları oğurlayıb kimə satacağını fikirləşən zaman onu və Günayı əşyalarla birlikdə idarə etdiyi qırmızı rəngli "Mersedes- Benz" markalı yük maşını ilə Lənkəran şəhərinə gətirən nömrəsini götürdüyü şəxs yadına düşmüşdür. Həmin şəxsə zəng edərək ev əşyalarını satıb Bakı şəhərinə köçmək istəyir, əgər almaq istəsə, həmin əşyaları sata bilər. Həmin şəxs də onunla razılaşmış və demişdir ki, səhər Lənkəran şəhərində görüşərlər. 20 avqust 2023-cü il tarixdə, saat 13 radələrində həmin "Mersedes Benz" markalı yük maşının sürücüsü ilə Lənkəran şəhərində görüşmüş və onunla birlikdə Qurbanəlinin evinin həyət qapısının qarşısına gəlmişdir. O evin həyət qapısını açmış və maşını həyətə salmışdır. Həmin şəxs ondan evin kimə məxsus olduğunu soruşduqda evin qohumuna məxsus olduğunu və müvəqqəti yaşamaq üçün ona verib, evdə olan əşyalar ona məxsusdur və o, Bakı şəhərində özünə iş tapmışdır, ev əşyalarını satıb Bakı şəhərinə köçəcəkdir. Həmin şəxs də ona inanmışdır. O, həmin şəxslə birlikdə evə daxil olmuş və onlar birlikdə evin 2-ci və 3-cü mərtəbəsində olan soyuducunu, televizoru və qazan dəstini evin 1-ci mərtəbəsinə düşürmüşlər. Sonra isə həmin əşyaları və evin 1-ci mərtəbəsində olan hava ventilyasiya qurğusunu, iki ədəd içərisində "emulsiya" olan qutuları, elektrik sobasını, ütünü və ətçəkən maşını həmin "Mersedes Benz" markalı yük maşınının yük yerinə qoymuşlar. O, həmin əşyalara görə hazırda adını xatırlamadığı şəxsdən 1100 manat pul almışdır. Sonra isə həmin şəxs "Mersedes Benz" markalı yük maşınının sükanı arxasına əyləşib həyətdən çıxaraq getmişdir. Həmin günü qərara gəlmişdir ki, Bakı şəhərinə getsin. Çünki artıq Qurbanəlinin evində qalmaq təhlükəli olmuş, Qurbanəli hər an evə gələ bilərmiş. O, qaynatasının evinə getmiş və arvadı Günayla danışıb razılaşmışlar ki, əvvəlcə o, Bakı şəhərinə gedib ev tutsun, sonra isə onun yanına gəlsin. Qurbanəlinin evinə getmiş və evdən oğurladığı 5 kq-lıq qabda olan düyünü, şüşə balonlarda olan mürəbbə və turşuları götürüb evdən çıxmışdır. Evin müşahid kamerasının enerji blokunu yararsız hala salmışdır ki, Qurbanəli evindən oğurluq etdiyini bilməsin. O, həyət qapısını açarla bağlamış, sonra isə həyət qapısının və evin açarlarını dənizə atmışdır. Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsində tanımadığı taksi maşınına əyləşib Bakı şəhərinə getmişdir. Bakı şəhəri Nərimaov rayonu S.Vurğun küçəsində kirayəyə ev tutmuş və Qurbanəlinin evindən oğurlayaraq götürdüyü həmin ərzaq məhsullarını yemişdir. Mobil telefonunu və telefon nömrələrini də Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Qurbanəlinin evindən oğurluq etməyindən Günayın məlumatı olmamışdır. Qurbanəliyə məxsus evin həyətindən yadında qaldığı qədər ilə qızdırıcı, qapı çərçivəsi, dəmir seksiyalar, istilik radiatoru, müxtəlif formalı dəmir parçalar, məhəccər, sink boru, sürahilər, su qızdırıcısı, həyətdə olan dəmir konksturksiyalardan ikisini, iki ədəd alüminium materiallı qapı, dəmir manqal, darvaza qapısı, pəncərə oğurlamışdır. Əməlindən çox peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən aşağı cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini məhkəməyə bildirmişdir. İşin məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Heydər Əliyev prospekti 125-də yerləşən bir üçmərtəbəli evi, həmin evin yanında da torpağı alan zaman orada olan köhnə, yaşayışa yararlı başqa bir evi var. Üçmərtəbəli evi təmir etdirirmiş, məqsədi ilin müəyyən vaxtlarında ora gəlib ailəsi ilə birlikdə qalmaq olmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində ayında həmin evə gəlmiş və evin qarşısında olan ağacın budağının uzanaraq evin damına dayandığını, yağış yağdıqdan sonra həmin budaqların dam örtüklərinin kirəmitlərini (suvalları) axan su damlalarının evin tavanına ziyan vurduğunu görmüşdür. Bu səbəbdən də həmin vaxt Lənkəran şəhərində yerləşən 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmişdir. Orada Ramin adlı bir işçi ilə qarşılaşmış, Ramindən ağac budanması üçün icazə almaq istəyirmiş. Həmin zaman onların tanışlığı yaranmışdır. O Ramilə Lənkəran şəhəri Heydər Əliyev prospektində evi olduğunu və həyətə baxmaq şərti ilə normal bir ailəyə təmənnasız verəcəyini bildirmişdir. Ramin adam tapan zaman əlaqə saxlamaq üçün onun telefon nömrəsini almış və sağollaşmışlar. 03 avqust 2023-cü il tarixdə Ramin ona zəng edib evi kiməsə verib-vermədiyimi soruşmuş, o da adam tapmadığını demişdir. Ramin də ona yeni evlənən təmiz bir ailə tapdığını demişdir. Xahiş etmişdir ki, axşam həmin şəxsləri gətirib onlarla tanış etmək istəyir. O növbəti gün Bakı şəhərinə gedəcəyini demiş və Bakıdan qayıdandan sonra gəlib qala biləcəklərini bildirmişdir. Lakin Ramin onların qalmağa evi olmadığını demişdir. O da Raminlə razılaşmış və axşam Ramin həmin şəxsləri özünə məxsus olan nəqliyyat vasitəsilə onun evinə gətirmişdir. Həmin şəxslərin evli olduğunu, oğlanın adının Təqsirləndirilən şəxs, qızın adının isə Günay Məmmədova olduğunu, oğlanın onun sinif yoldaşı olduğunu demişdir. O həm Həbibdən, həm də Günaydan bir neçə sual soruşmuşdur. Nəticədə məlum olmuşdur ki, Günay onun ata evinin olduğu küçədə - Lənkəran şəhəri Səməd Vurğun küçəsində böyüyüb, qızın atasını tanımış, onun yaxşı kişi olduğunu bildiyini demişdir. Bundan sonra o həmin şəxsləri həyat yoldaşı ilə tanış olmaları üçün yuxarı dəvət etmiş, Ramin də onlarla birlikdə yuxarı qalxmışdır. Həmin şəxslərə bildirmişdir ki, o, Lənkəranda olmur, gec-gec gəlir, onlardan istəyi sadəcə həyətə baxmaq, səliqəli saxlamaq, həyətdə olan otları və başqa yerləri təmizləməkdir. Əvəzində onlardan pul da almayacaq, hətta kommunal ödənişlərini də özü verəcəkdir. Həmin şəxslərə həyətdə olan dördotaqlı evi vermiş və orada qalacaqlarını demişdir. Həmin evin içərisindəki sanitar qovşağında unitaz olmadığını, həyətdə olduğunu, təzə tikdirdiyi üçmərtəbəli evdə isə sanitar qovşağı olduğunu bildirmişdir. Həbib həyat yoldaşının hamilə olduğunu, həyətə gedib qayıtmağın ona çətinlik yaradacağını demişdir. O, əvvəlcə Həbibə təklif etmişdir ki, təzə evin sanitar qovşağında olan unitazı götürüb köhnə evin sanitar qovşağında qoysun, Həbib bir az çalışsa da unitazı oradan çıxara bilməmişdir. Ondan xahiş etmişdir ki, təmir aparılan evin giriş qapısının açarını ona versin və həyat yoldaşı həmin evin birinci mərtəbəsində olan sanitar qovşağından istifadə etsin. Onun təmir etdirdiyi evin birinci mərtəbəsinin iki giriş qapısı var, bir qapı küçədən, o biri qapı isə həyətdəndir. O, həyətdən olan giriş qapısının açarını Həbibə vermişdir. Bakı şəhərinə gedən zaman təzə evin ikinci mərtəbəsinə çıxan pilləkənə açılan qapının açarını isə evin birinci mərtəbəsində olan sayğac qutusunun içərisində gizlətmişdir. Növbəti gün Bakı şəhərinə qayıdıb oradan da Almaniya Federativ Respublikasına getmişdir. 22 avqust 2023-cü il tarixdə oradan Bakı şəhərinə qayıtmışdır. Telefonunu açan kimi qonşusu Rövşənin bir neçə dəfə ona zəng etdiyini görmüşdür. Elə bu anda Rövşən yenidən ona zəng edərək ondan evini verdiyi adamları tanıyıb-tanımadğını soruşmuş və evin həyətində olan əşyaları daşıyıb apardıqlarını, həyətdə maşın və motosiklet izləri olduğunu və həmin şəxslərin, deyəsən, evdə qalmadıqlarını, çünki onları görmədiklərini demişdir. O bu zaman Raminə zəng etmiş, Ramindən Həbib və həyat yoldaşının evdə qalıb-qalmadıqlarını soruşmuş, Ramin də Həbibin həyat yoldaşının xəstə olduğunu, Bakı şəhərinə getdiklərini, lakin qayıdıb evdə qalacaqlarını demişdir. O düşünmüşdür ki, Həbib həyətdə olan yararsız əşyaları aparıb, ona görə də əhəmiyyət verməmişdir. 22 avqust 2023-cü il tarixdə Bakı şəhərinə gəlsə də 27 avqust 2023-cü il tarixdə Lənkəran şəhərinə - evinə gəlmişdir. Evə gələn zaman evdə və həyətdə olan əşyaların olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sayğacın içərisində qoyduğu açarı gizlincə götürərək ikinci mərtəbəyə çıxmaq üçün istifadə etdikləri pilləkənə açılan qapını açmış və yuxarı qalxaraq oradan müxtəlif əşyaları oğurlamışdır. O, Raminə zəng edib bu barədə məlumat vermişdir. Ramindən Həbibin nömrəsini istəmiş, lakin Ramin nömrəni tapıb deyəcəyini desə də nömrəni verməmişdir. Sonra Raminlə yenidən əlaqə saxlayıb Həbibin nömrəsini istəsə də Ramin yenə də verməmişdir. Bu səbəbdən də o düşünür ki, Ramin də Təqsirləndirilən şəxslə əlbirdir. Hətta bu hadisələrdən sonra Ramin ondan üzrxahlıq da etməmişdir. Raminin Təqsirləndirilən şəxs və həyat yoldaşını öz maşınına əyləşdirərək onun evinə gətirməsi, həmin şəxsləri ona halal insanlar olaraq tanıtdırması, Həbibin nömrəsini dəfələrlə istəsə də hər dəfə müxtəlif bəhanələr gətirərək verməməsi, hadisədən sonra da ondan üzrxahlıq etməməsi onda elə fikir formalaşdırmışdır ki, Ramin və Təqsirləndirilən şəxs bu işdə əlbirdirlər. Həmçinin, evdə elə əşyalar var imiş ki, həmin əşyaları bir nəfərin düşürüb maşına yükləməsi qeyri-mümkün imiş. 28 avqust 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. O gəldikdən sonra qonşusu Heybət ona Həbibin bir neçə boru qoyub küçədə gözlədiyini gördüyünü demiş, onun bilib-bilmədiyini soruşmuş, o da ev tikdiyi üçün həmin boruların ona lazım olduğunu bildirmiş, üzbəüz tikintidə çalışan Emil və Fikrət adlı şəxslər, həmçini qonşusu Ramiz adlı şəxs ona Həbibin əşyaların müəyyən hissəsini aparan zaman Həbibi gördüklərini demişlər. Evinin həyətindən 500 manat dəyərində, kustar üsulla hazırlanmış, ölçüləri 1,2 metr x 0,7 metr x 0,7 metr olan dəmir materiallı istilik qızdırıcısı, 120 manat dəyərində hündürlüyü, 2,4 metr, eni 4 metr olan dəmir materiallı, üstü olmayan natamam düzbucaq formasında olan qapı çərçivəsi, bir ədədinin qiyməti 60 manat olan 2 ədəd 12 seksiyalı, qiyməti 80 manat olan 1 ədəd 20 seksiyalı və qiyməti 50 manat olan 1 ədəd 10 seksiyalı, çuqun materialdan olan istilik radiatoru, 80 manat dəyərində 4 metr uzunluğu, divarlarının eni 12 santimetr olan 90 dərəcəlik dəmir, 4 metr uzunluqda, dəmir borudan hazırlanmış qövsvari formada olan iki ədəd, bir ədədinin qiyməti 150 manat olan balkon məhəccəri, dörd ədəd kvadrat formalı, 6 metr uzunluqda, bir ədədinin qiyməti 15 manat olan 6 ədəd dəmir material, dörd ədəd 6 metr uzunluqda, bir ədədinin qiyməti 60 manat olan paslanmayan sink boru, iki ədəd, bir ədədinin qiyməti 30 manat olan 6 metr uzunluqda dəmir boru, 3,5 metr uzunluqda, qiyməti 150 manat olan dəmir materialdan sürahi, bir ədəd, paslanmayan dəmirdən, 1,5 metr hündürlükdə, 70 santimetr diametrli, kustar üsulla hazırlanmış, qiyməti 200 manat olan su qızdırıcı, bir ədəd dəmir borudan kustar üsulla hazırlanmış, 1,3 metr hündürlükdə, 40 santimert diametrli, qiyməti 150 manat olan su qızdırıcı, bir ədəd dəmir borudan kustar üsulla hazırlanmış, 1,2 metr hündürlükdə, 30 santimetr diametrli, qiyməti 180 manat olan istilik sistemində istifadə edilən su qızdırıcı, hər biri 2 metr uzunluqda, dörd hissədən ibarət olan, dəmir materiallı, içərisində taxtadan rəf qoymaqla istifadə edilməsi nəzərdə tutulmuş, bir ədədinin qiyməti 150 manat olan dörd hissəli iki rəf, dəmirdən hazırlanmış, 2 metr uzunluqlu, 60 santimetr enində, qiyməti 100 manat olan dördayaqlı kabab manqalı, iki ədəd 1,2 metr x 2 metr ölçüdə alüminium materialdan, qiyməti 250 manat olan qapı, bir ədəd 1,4 metr x 2,8 ölçülü alüminium materialdan, qiyməti 250 mnanat olan dördlaylı pəncərə, iki ədəd, 1,5 metr x 2 metr uzunluqlu, bir ədədinin qiyməti 100 manat olan dəmir darvaza qapısı, evin birinci mərtəbəsində olan hamam otağından 30 sm x 30 sm ölçülü, qiyməti 30 manat olan hava ventilyasiya qurğusu, iki ədəd, 25 kiloqramlıq, bir ədədinin qiyməti 75 manat olan “Gorella” markalı ağ rəngli emulsiya, birinci və ikinci mərtəbə arasında olan döşəmədən “Hoffmann” markalı, qiyməti 250 manat olan elektrik sobası, qiyməti 100 manat olan bir ədəd “Hoffmann” markalı ütü, qiyməti 240 manat olan bir ədəd “Bosch” markalı ətçəkən, ikinci mərtəbənin zalından qiyməti 1450 manat olan “LG” markalı, iki qapılı, no-frost texnikası ilə təchiz edilmiş, təzə, qutusu açılmamış soyuducu, üçüncü mərtəbənin qonaq otağından “Vesta” markalı, 108 diaqonallı, qiyməti 550 manat olan televizor, qiyməti 90 manat olan üçlü qazan dəsti, qiyməti 20 manat olan 5 kiloqramlıq “Əşrəfi” düyüsü, bir balonunun qiyməti 3 manat olan 5 ədəd 800 qramlıq balonda olan gavalı mürəbbəsi, bir balonunun qiyməti 2 manat olan 6 ədəd 800 qramlıq balonda olan alça turşusu oğurlanmış, ümumilikdə mənə 6570manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilmədiyini məhkəməyə bildirmişdir. İşin məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ev 32, mənzil 41-də yerləşən ev ona məxsusdur. Həmin evdə yaşayış olmadığından evi kirayə vermək qərarına gəlmişdir. Bu məqsədlə mənzili “bina.az” saytında yerləşdirmişdir. Bir neçə gün sonra ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs ona zəng etmiş, evə baxmaq və xoşuna gələr, evi kirayə götürmək istədiyini demişdir. O, Həbiblə 01 mart 2023-cü il tarixdə kirayə vermək istədiyi evdə görüşmüşdür. Həbibə mənzili təqdim etmiş, sonuncu mənzili bəyənmiş və razılaşmışlar. Həbibə mənzili 300 aylıq manata kirayə verəcəyimi demiş, Həbib də razılaşmışdır. Bundan sonra Həbib mənzildə yaşamağa başlamışdır. Həbib sentyabr ayına qədər icarə haqqını vaxtında ödəyirmiş. Lakin sentybar ayında ona zəng etsə də telefonuna zəng çatmamışdır. Bu səbəbdən də o, kirayə verdiyi ünvana gəlmişdir. Lakin ünvanda Həbibin yox, başqa şəxslərin qaldığını görmüşdür. Həmin şəxslərdən evdə nə etdiklərini, Həbibin harada olmağını soruşan zaman həmin şəxslər Həbibin evi onlara 360 manata kirayə verdiyini demişlər. O, evin əşyalarına baxan zaman qonaq otağında olan “Samsung” markalı, orta boylu televizor və “Samsung” markalı tozsoranın olmadığını aşkar etmişdir. O, evdə qalan şəxslərdən televizor və tozsoranın harada olduğunu soruşmuş, həmin şəxslər ona əşyaları Həbibin götürərək apardığını bildirmişlər. O, həmin şəxslərə mənzilin onun olduğunu izah etmiş, Həbibi onu aldadaraq mənzili həmin şəxslərə kirayə verdiyini bildirmişdir. Həmin şəxslər məsələnin mahiyyətini dərk etdikdən sonra mənzili boşlatmışlar. Televizorun qiyməti 900 manat, tozsoranın qiyməti 300 manat olmaqla ümumilikdə ona 1200 manat ziyan dəymişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Lənkəran şəhəri Təqsirləndirilən şəxs prospekti ev 127 ünvanında yaşayır. Həmin ünvanda iki ev yerləşir və həmin evin biri ona, biri isə Zərərçəkmiş şəxs1 məxsusdur. Qurbanəli evlərinin arasında olan setka çəpəri sökmüş və həyətləri birləşdirmişdir. O və Qurbanəliyə məxsus evlərin bir ümumi dəmir qapısı var. Qurbanəli Təqsirləndirilən şəxs prospekti 125 ünvanında yerləşən köhnə evi sökmüş və yerində üçmərtəbəli yeni ev tikdirmişdir. Qurbanəliyə məxsus Təqsirləndirilən şəxs prospekti 127 ünvanında yerləşən ev köhnə bir mərtəbəli evdir. Qurbanəli Bakı şəhərində yaşasa da, hərdən bir arvadı ilə birlikdə evinə gəlib bir neçə gün qalır, sonra isə Bakı şəhərinə qayıdırlar. Qurbanəliyə məxsus həmin evlərdə heç kim yaşamır. O santexnika ustasıdır və fərdi evlərdə işləyir. Hər gün saat 08 radələrində evdən çıxıb işə gedir və saat 18-19 radələrində yaşadığı evə qayıdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən etibarən tanıyır. 05 avqust 2023-cü il tarixdə saat 18-19 radələrində işdən çıxıb evə gəlmişdir. .Həyətə daxil olanda görmüşdür ki, bir qadın və sonradan adını bildiyi Həbib adlı şəxs həyətdə olan otu və zibilləri təmizləyirlər, Qurbanəli də onların yanında dayamışdır. Həmin şəxslərə onlara salam verib evinə tərəf gedən zaman Qurbanəli ona demişdir ki, bu oğlannan adı Həbibdir, həmin qadın da Həbibin arvadıdır və atası yaxşı kişi olmuşdur, həmin şəxslər onun köhnə evində yaşayacaqlar, həm də onun yeni tikilmiş evinə və həyətinə nəzarət edəcəklər. O da Qurbanəliyə demişdir ki,yaxşı iş görmüşdür, o, tezdən çıxıb axşam evə gəlir, həyətə nəzarət edə bilmir. Həmin gündən etibarən o axşamlar evə gələndə Həbibin və onun arvadının yaşadıqları evdən səslərinin gəldiyini eşidirmiş, amma o həmin şəxsləri həyətdə görməmişdir. Təxminən 6-7 gündən sonra saat 19 radələrində işdən çıxmış və idarə etdiyi Mersedes Benz markalı maşını ilə həyət qapılarının qarşısına gəlmişdir. Həyət qapısını açmış və maşınını həyətə salmışdır. Sonra isə maşından yerə düşmüş və həyət qapısını bağlamaq üçün gedən zaman həyətdə motosklet təkərlərinin izlərini görmüşdür. Həyətdə dəmir boruların izlərinin olduğunu görmüşdür. Həmin vaxtı fikirləşmişdir ki,yəqin Həbib adlı şəxs Qurbanəlinin həyətindən çıxardığı otları və zibilləri motoskletlə daşıtdırıb həyətdən çıxarmışdır. Həmçinin fikirləşmişdir ki, Həbib adlı şəxs Qurbanəlinin razılığı ilə həyətdən dəmir əşyalarını götürüb satmışdır. Təxminən 5-6 gündən sonra işdən çıxıb idarə etdiyi maşınla həyət qapısının qarşısına gəlmiş və maşından yerə düşüb darvazanı açmaq istəyəndə görmüşdür ki,həyət qapılarının qarşısında olan şam ağaclarının qozaları yerə tökülmüşdür. O, həyət qapısını açmış və maşını həyətə salmışdır. O, maşından yerə düşüb həyət qapısını bağlamaq üçün gedən zaman həyətdə yük maşınının təkərlərinin izlərini görmüşdür. Həmin vaxtı fikirləşmişdir ki, yəqin Həbib adlı şəxs yaşadığı evə ev əşyaları gətirmişdir. O, həyət qapısını bağlayıb evinə tərəf gedən zaman görmüşdür ki,Həbibin yaşadığı köhnə evin işığı yanmır. O, fikirləşmişdir ki, yəqin onlar harasa gediblər. O, səhərisi günü saat 08 radələrində evdən çıxmış və axşam tərəfi evə qayıtmışdır. Həyətə daxil olmuş və maşından yerə düşmüşdür. Həmin vaxtı da Həbibin yaşadığı evin işıqlarının yanmadığını və pəncərələrin bağlı olduğunu görmüşdür. O, Həbib və onun arvadının artıq evdə yaşamadıqlarından şübhələnmişdir. Səhərisi günü Qurbanəlinin mobil telefon nömrəsinə zəng etmiş, amma onun telefon nömrəsinə zəng çatmamışdır. Təxminən, 2 gündən sonra yenidən Qurbanəliyə zəng etmiş və Qurbanəlinin telefon nömrəsinə zəng getmişdir. Qurbanəli telefonunu açmış və sonuncuya demişdir ki, 2-3 dəfə zəng etsə də telefona zəng çatmır. Qurbanəli də ona demişdir ki, Almaniyada imiş, ona görə də telefonuna zəng ona görə çatmamışdır. Söhbət əsnasında bir neçə gündür evdən Həbib və onun arvadının səslərini eşitmədiyini, evin işığının yanmadığınıpəncərələrin bağlı olduğunu Qurbanəliyə bildirmişdir. Təxminən, 5-6 gündən sonra saat 18 radələrində yaşadığı evdə olduğu zaman Qurbanəlinin onu çağırdığını eşitmişdir. Evdən həyətə çıxmış və Qurbanəli ilə həyətdə görüşmüşdür. Qurbanəli ona demişdir ki, Həbib təzə evinin əşyalarını və həyətində olan dəmir əşyalarını oğurlayıb aparmışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhər 1 X7 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində çalışır. Təxminən, 2 ay bundan əvvəl idarəyə Zərərçəkmiş şəxs1 adlı bir şəxs gəlmiş, ağac budamaq üçün məlumat almaq istəmişdir. O həmin şəxsə məlumat vermiş, həmin əsnada onlar tanış olmuşlar. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Lənkəran şəhərində iki evi var. Lənkəran şəhəri Təqsirləndirilən şəxs prospektində yerləşən evini tanıdığı, güvənli bir ailəyə vermək istəyir, qarşılığında pul almayacaq, evində qalan şəxslərdən sadəcə evinə və həyətinə baxmağı istəyəcək. O da Qurbanəliyə hər hansı bir şəxs tapacağı halda məlumat verəcəyini demişdir. Təxminən, bir həftə sonra Zərərçəkmiş şəxs1 yenidən ona zəng etmiş və adam tapıb-tapmadığını soruşmuşdur. O da tapan kimi deyəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra Lənkəran şəhəri Heydər Əliyev adına parkda olan zaman Lənkəran Dövlət Universitetində onunla eyni vaxtda təhsil alan və həmin zamandan tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. Həbib həyat yoldaşı ilə birlikdə imiş. Həbibin həyat yoldaşını da tanıyır, əvvəllər tədbirlərdə görmüşdür. O, həmin şəxslərlə hal-əhval etmişdir. Həbib ona bildirmişdir ki, onlar evləndikdən sonra Bakı şəhərinə getmişlər, lakin orada işləri düz gətirmədiyi üçün Lənkəran şəhərinə qayıtmışlar və ev axtarırmışlar. Onun da Zərərçəkmiş şəxs1 evi yadına düşmüşdür. Həbibə demişdir ki, belə bir şəxslə tanış olmuşdur, öz evini ailəyə verir, pul da istəmir, tək istəyi onun həyətinə baxılmasıdır. Həbib və həyat yoldaşı da onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs1 zəng etmiş, Qurbanəliyə evi üçün ailə tapdığını və evə baxmaq istədiklərini demişdir. Qurbanəli də evdə olduğunu bildirmişdir. O, Həbib və həyat yoldaşı Günay Qurbanəlinin evinə getmişlər. Qurbanəli onları həyətdə qarşılamış, Həbib və Günaydan kim olduqlarını soruşmuşdur. X4 qohum çıxmışdır. Qurbanəli Günayı tanıdıqdan sonra onu, Həbibi və Günayı evə dəvət etmişdir. Qurbanəlinin həyat yoldaşı da Günayı tanımışdır. Bir az söhbətləşmişlər, Qurbanəli ona narahat olmamağını, Günayı tanıdığını və evi ona verəcəyini demişdir. O da evdən çıxıb getmişdir. Təxminən, bir ay bundan əvvəl Qurbanəli ona zəng edərək bildirmişdir ki, onun tanışı olan Həbib evdə olan zaman evdəki məişət əşyalarını götürərək evdən çıxmışdır. O, bilən kimi Həbibə zəng etmiş, lakin Həbib cavab verməmişdir. Sonra da o, Həbibin yoldaşı Günayı yığmış, Günaya evdən oğurluq olduğunu və orada yaşayıb-yaşamadığını soruşmuşdur. Günay da evdən çıxıb Bakıya getdiklərini demişdir. O da Həbiblə əlaqə saxlamaq istədiyini demişdir. Bir az sonra Həbib ona zəng etmişdir. Həbibə məsələ barədə məlumat verib ondan oğurluğu edib-etmədiyini soruşmuşdur. Həbib də anlaşılmazlıq olduğunu və Qurbanəlini razı salacağını demişdir. O, bundan sonra Həbiblə polis şöbəsində danışmışdır. Həbib Bakı şəhərində olduğunu demişdir. Sonradan isə Həbib telefonu söndürdüyü üçün əlaqə saxlaya bilməmişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş polis əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Heydər Əliyev prospekti 17 V ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və onun həyat yoldaşı X1 Lənkəran ŞRPŞ-nə dəvət edilməsi ilə əlaqədar olaraq əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırığın icrası ilə əlaqədar olaraq Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Pərvin Tağıyevlə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində keçirdikləri axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X2 04 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səməd Vurğun küçəsində olan zaman saxlanılmış və Lənkəran ŞRPŞ-yə dəvət edilmişlər. Əliyev X5 ŞRPŞ-də verdiyi ifadəsində törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün etirafedici ifadəsi və zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilən: “İfadənin yerində yoxlanılması” haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan evdən törətdiyi oğurluq hadisənin baş vermə mexanizm və ardıcıllığını göstərmişdir. “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan evdən törətdiyi oğurluq hadisənin baş vermə mexanizm və ardıcıllığını göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 oktyabr 2023-cü il tarili, 19/916 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 25 kiloqramlıq “Corellea” marklı, ağ rəngli emulsiyanın bir ədədinin qiyməti 75 manat, istifadə edilməmiş “Hoffmann” marklı elektrok sobasıbıb qiyməti 200 manat, istifadə edilməmiş “Hoffmann” markalı ütünün qiyməti 40 manat, istifadə edilməmiş “Bosch” markalı ətçəkənini qiyməti 200 manat, istifadə edilməmiş “LG” markalı, no-frost texnikalı soyuducunun qiyməti 1250 manat, “Vesta” markalı, 108 diaqonallı televizorun qiyməti 250 manat, 5 kiloqramlıq “Aşrəfi” düyüsünün qiyməti 20 manat, 800 qramlıq balonda olan gavalı mürəbbəsinin bir ədədinin qiyməti 3 manat, 800 qramlıq balonda olan alça turşusunun bir ədədinin qiyməti 2 manatdır. Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada, təxminən, 2137,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, materialları və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları, sayları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 09 oktyabr 2023-cü il tarixli, 10576 nömrəli məktubdan görünür ki, Əliyev X5 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqdim edilmiş hökm surətindən görünür ki, Əliyev X5 Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 1(089)-355/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr – Zəfər günü ilə əlaqədar olaraq amnistiya elan edilməsi haqqında” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-278/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 04 oktyabr 2023-cü il saat 19:30-dan hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, enerji bloku iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7, 11,12, 17 və 18-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — təkrar törədildikdə; aşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs etdiyi cinayəti etiraf etdiyini və əməlindən səmimi peşmançılıq bildirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, yenidən qəsdən cinayət törətməsini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 04 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş enerji bloku Zərərçəkmiş şəxs1 qaytarılmalı, məhkəmə xərci 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınmalıdır. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları onlara izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş enerji bloku Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmə hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-130/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-130/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver