Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-131/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Saat 16:45 xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi və xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-153/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, 24 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında, satış məqsədi olmadan, qanunsuz olaraq Lənkəran şəhər sakini, Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,492 qram psixotrop maddə metamfetamini 25 manat pulun müqabilində əldə edərək üzərində saxlamaqla daşımış və 24 oktyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış keçirilən zaman, həmin bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, 24 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində tanışı, Təqsirləndirilən şəxs3 20 manat qarşılığında satış məqsədilə qanunsuz olaraq, üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,219 qram, -0,205 qram, -0,492 qram ümumi təmiz çəkisi -0,916 qram psixotrop maddə metamfetamin əldə edərək, həmin psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 24 oktyabr 2022-ci il tarixdə həmin psixotrop maddə metamfetamindən bir bükümdə təmiz çəkisi -0,492 qram metamfetamini tanışı, Təqsirləndirilən şəxs1 25 manat pul qarşılığında satmış, qalan bükümləri satış məqsədiylə üzərində saxlayaraq daşımış, sonuncu 24 oktyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış keçirilən zaman, həmin bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, daha sonra, bu barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 24 oktyabr 2022-ci il tarixdə, saat 17:45 dəqiqədə Lənkəran şəhəri M.Əsədov küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, yolla piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən iki bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,219 qram, -0,205 qram ümumi təmiz çəkisi -0,424 qram olan psixotrop maddə metamfetamin sellofan kəsiklərinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3, 2022-ci ilin oktyabr ayında, Lənkəran rayonunda, istintaqa məlum olmayan dəqiq vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, səkkiz bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,139 qram, -0,109 qram, -0,164 qram, -0,051 qram, -0,125 qram, -0,492 qram, -0,219 qram və 0,205 qram ümumi təmiz çəkisi 1,504 qram psixotrop maddə metamfetamini əldə etmiş, 24 oktyabr 2022-ci il tarixdə, üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,219 qram, -0,205 qram, -0,492 qram ümumi təmiz çəkisi -0,916 qramını Lənkəran şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, qalan bükümləri üzərində saxlayaraq daşımış, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ondan aldığı psixotrop maddə metamfetamindən onun məlumatı olmadan bir bükümdə təmiz çəkisi -0,492 qram olan psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs1 25 manat pul qarşılığında satmış, sonuncu 24 oktyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış keçirilən zaman, həmin bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 24 oktyabr 2022ci il tarixdə, saat 17:45 dəqiqədə Lənkəran şəhəri M.Əsədov küçəsində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, yolla piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən iki bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,219 qram, -0,205 qram ümumi təmiz çəkisi -0,424 qram olan psixotrop maddə metamfetamin sellofan kəsiklərinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin nəticəsi olaraq özü də, 24 oktyabr 2022-ci il tarixdə, saat 18:45 dəqiqədə yaşadığı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 5 ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,139 qram, -0,109 qram, -0,164 qram, -0,051 qram, -0,125 qram; ümumi təmiz çəkisi 0,588 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ailə üzvləri ilə birlikdə yaşayır. İki uşağı var. Rəsmi olaraq heç yerdə işləmir. Narkotik vasitə istifadəçisidir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 306 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2021-ci ildə azadlığa çıxmışdır. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində adətən tanımadığı şəxslərdən əldə edir. 24 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin binasına gətirilmişdir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmamışdır. Şöbədə polis əməkdaşları tərəfindən döyülərək ona verilmiş psixotrop maddə metamfetamini onunla qonşuluqda yaşayan və əvvəllər dəfələrlə müştərək şəkildə narkotik vasitə alaraq birlikdə istifadə etdiyi Təqsirləndirilən şəxs2 alması barədə ifadə verməyə məcbur edilmiş, o da yenidən döyüləcəyindən qorxduğu üçün şəxsi axtarış zamanı öz üzərindən aşkar edilmiş kimi təqdim etdiyi psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 ona 25 manat müqabilində satdığını bildirmişdir. Videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı, eləcə də həmin vaxt onunla aparılmış şifahi sorğu-sual zamanı psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 25 manat qarşılığında aldığını bildirmişdir. Həqiqətdə Təqsirləndirilən şəxs2 metamfetamin almamışdır. Təqsirləndirilən şəxs1 son sözündə özünü narkotik istifadəçisi kimi təqsirli bildiyini, lakin saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmadığını bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi ev 78/14, mənzil 14-də ailə üzvləri ilə birlikdə yaşayır. İki övladı var. Rəsmi olaraq heç yerdə işləmir. Narkotik vasitə istifadəçisidir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 306 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2021-ci il tarixdə azadlığa çıxmışdır. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində adətən tanımadığı şəxslərdən əldə edir. Narkotik vasitə istifadə etmədiyi zamanlar bədənində ağrıları olur. Buna görə də, məcbur qalıb hər gün narkotik vasitə əldə edir. 24 oktyabr 2022-ci il tarixdə günorta saat 15-16 radələrində bədənində olan ağrılara görə narkotik vasitə almaq üçün Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində elə həmin küçədə yaşayan, tanışı Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün bir bükümdə psixotrop maddə metamfetamin almış və Elşənə 25 manat pul vermişdir. O, Elşəni tanıyır, münasibətləri yaxşıdır, narkotik vasitə istifadəçisidir. Bir yerdə də narkotik vasitə istifadə etmişlər. Ayın 25-də də ona bədənində ağrıları olduğunu, mal tapa bilmədiyini deyəndən sonra, o özündə metamfetamin olduğunu və ona sata biləcəyini demişdir. O da, onunla 25 manata razılaşmışdır. Ondan malı alıb bir qədər söhbət etdikdən sonra uzaqlaşmış, öz işinin arxasıca getmişdir. Saat 17 radələrində Zərifə Əliyeva küçəsi ilə piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra, isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, Təqsirləndirilən şəxs2 aldığı əynində olan şalvarının sol yan cibində olan 01 bükümdə psixotrop maddə metamfetamini polisə təqdim etmişdir. Həmin bükümün özünə məxsus olduğunu və istifadəsi üçün Zərifə Əliyeva küçəsində Elşəndən 25 manata aldığını səmimi etiraf etmişdir. Həmin kütlə iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,54 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evlidir. Həbs olunana qədər fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Bir neçə il olar ki, narkotik vasitə istifadə edir. İstifadə etmədiyi zaman bədənində güclü ağrıları olur. Adətən narkotik vasitə olan heroindən və metamfetamindən zərdə tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri rayon ərazisində adətən tanımadığı şəxslərdən əldə etmişdir. 24 oktyabr 2022-ci il tarixdə günorta saat 18 radələrində evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin binasına gətirilmişdir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmamışdır. Şöbədə polis əməkdaşları tərəfindən döyülərək ona verilmiş psixotrop maddə metamfetamini onun tanışı və əvvəllər narkotik vasitə alaraq birlikdə istifadə etdiyi Təqsirləndirilən şəxs3 alması barədə ifadə verməyə məcbur edilmiş, o da yenidən döyüləcəyindən qorxduğu üçün şəxsi axtarış zamanı öz üzərindən aşkar edilmiş kimi təqdim etdiyi psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 ona 20 manat müqabilində satdığını bildirmişdir. Videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı, eləcə də həmin vaxt onunla aparılmış şifahi sorğu-sual zamanı psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 20 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 metamfetamin almamış, Təqsirləndirilən şəxs1 da satmamışdır. Təqsirləndirilən şəxs2 son sözündə özünü narkotik istifadəçisi kimi təqsirli bildiyini, lakin saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmadığını, heç kəsə satmadığını bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Evlidir. Heç yerdə işləmir. İş olanda günəmuzd işləyir. Bir neçə il olar ki, narkotik vasitə istifadə edir. İstifadə etmədiyi zaman bədənində güclü ağrıları olur. Adətən narkotik vasitə olan heroindən və metamfetamindən zərdə tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri rayon ərazisində adətən tanımadığı şəxslərdən əldə edir. 24 oktyabr 2022-ci il tarixdə günorta saat 15 radələrində təsadüfən Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkət edərkən yolda tanışı həm də, məhəllə sakini, Təqsirləndirilən şəxs3 ilə qarşılaşmışdır. Rövşəni tanıyır. Münasibətləri həmişə yaxşı olmuş, onun narkotik vasitə istifadəçisi olduğunu və həm də, satdığını bilmişdir. O, əvvəllər də, Rövşəndən mal (narkotik vasitə) almışdır. Söhbət əsnasında ondan üzərində “şüşə” olub-olmadığını soruşmuşdur. Rövşən də, olduğunu, istəsə verə biləcəyini demişdir. O, Rövşəndən 2 büküm metamfetamin istəmişdir. Rövşən də, ona 20 manat müqabilində iki büküm “şüşə” (metamfetamin) vermişdir. Malları alıb əynində olan cins şalvarının sağ yan cibinə qoyub şəhər ərazisini gəzməyə başlamışdır. Saat 18 radələrində M.Əsədov küçəsində piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Bəhrəm Muxtarovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra, isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, Təqsirləndirilən şəxs3 aldığı əynində olan şalvarının sağ yan cibində olan 02 bükümdə psixotrop maddə metamfetamini polisə təqdim etmişdir. Həmin bükümün özünə məxsus olduğunu və istifadəsi üçün mikrorayon ərazisində, yəni Zərifə Əliyeva küçəsində Rövşəndən 20 manata aldığını səmimi etiraf etmişdir. Həmin kütlə iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,48 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evlidir. Heç yerdə işləmir. Fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Təxminən 10 ildir ki, narkotik vasitə istifadə edir. İstifadə etmədiyi zaman bədənində güclü ağrıları olur. Adətən narkotik vasitə olan heroindən və şüşədən (metamfetmin) zərdə tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri adətən rayon ərazisində tanımadığı şəxslərdən əldə edir. Əvvəllər CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. 2020-ci il tarixdə azadlığa çıxmışdır. 24 oktyabr 2022-ci il tarixdə günorta saat 19 radələrində evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin binasına gətirilmişdir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmamışdır. Şöbədə polis əməkdaşları tərəfindən döyüldüyü üçün polis işçiləri tərəfindən ona verilmiş psixotrop maddə metamfetamini “Elçin” adlı şəxsdən 50 manat müqabilində aldığını, həmin 8 büküm metamfetamindən tanışı Təqsirləndirilən şəxs2 20 manat müqabilində 3 büküm satdığını bildirmişdir. Həqiqətdə “Elçin” adlı şəxsi tanımır, ondan heç vaxt metamfetamin almamış, Təqsirləndirilən şəxs2 da satmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü kimi yuxarıda göstərilən məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs3 son sözündə özünü narkotik istifadəçisi kimi təqsirli bildiyini, lakin saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmadığını, heç kəsə satmadığını bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Evlidir. Heç yerdə işləmir. İş olanda günəmuzd işləyir. Təxminən 10 ildir ki, narkotik vasitə istifadə edir. İstifadə etmədiyi zaman bədənində güclü ağrıları olur. Adətən narkotik vasitə olan heroindən və şüşədən(metamfetmin) zərdə tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri adətən rayon ərazisində tanımadığı şəxslərdən əldə edir. Əvvəllər CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. 2020-ci il tarixdə azadlığa çıxmışdır. Arabir narkotik vasitələrin satışı ilə də, məşğul olur ki, dolanışığını təmin etsin. 24 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Zərifə Əliyeva küçəsində üzdən tanıdığı, adını ona Elçin kimi bildirən şəxsdən 8 büküm psixotrop maddə metamfetamin alıb ona 50 manat pul vermişdir. Elə həmin günü Zərifə Əliyeva küçəsində tanışı Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Asif ondan bədənində olan ağrılarını sakitləşdirmək üçün 3 büküm psixotrop maddə metamfetamin istəmişdir. O da, ona Elçindən aldığı bükümlərdən 3 büküm metamfetamini 20 manata satmışdır. Bir az söhbət edəndən sonra Elşən çıxıb getmişdir. O, da, öz işinə davam etmişdir. Saat 19 radələrində Zərifə Əliyeva küçəsində məhəllədə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Əbdülhəsən Əzimovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra, isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bağlamada olan beş büküm metamfetamini təqdim etmişdir. Həmin bükümlərin ona məxsus olduğunu, istifadəsi üçün, həm də, satmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0,75 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Kütlə ekspertizaya göndərilməsindən üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs1la heç bir qərəzli münasibətləri olmamış, onu xidmət etdiyi ərazinin sakini kimi tanımış və onun barəsində icraatına əməliyyat məlumatları daxil olmuşdur. 24 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməyi təklif olunduqda əynində olan şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra, götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,54 qram olmuşdur. Büküm ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Elşən adlı şəxsdən 25 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın adını qeyd etdiyi “Elşən” adlı şəxs, şəhər sakini- Təqsirləndirilən şəxs2dur. Həmin gün şöbə əməkdaşlarının keçirdiyi tədbiri zamanı Təqsirləndirilən şəxs2 da, saxlanılmış və üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra, götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,54 qram olmuşdur. Büküm ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Elşən adlı şəxsdən 25 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın adını qeyd etdiyi “Elşən” adlı şəxs, şəhər sakini-Təqsirləndirilən şəxs2dur. Həmin gün şöbə əməkdaşlarının keçirdiyi tədbir zamanı Təqsirləndirilən şəxs2 da, saxlanılmış və üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra, götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,54 qram olmuşdur. Büküm ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Elşən adlı şəxsdən 25 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın adını qeyd etdiyi “Elşən” adlı şəxs, şəhər sakini- Təqsirləndirilən şəxs2dur. Həmin gün şöbə əməkdaşlarının keçirdiyi tədbir zamanı Təqsirləndirilən şəxs2 da, saxlanılmış və üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs2la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri M.Əsədov küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,48 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Rövşən adlı şəxsdən 20 manat verərək əldə etdiyini bildirmişdir. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın dediyi “Rövşən” adlı şəxs, Təqsirləndirilən şəxs3dur. Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Təqsirləndirilən şəxs3 da, saxlanılmış və üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin, 24 oktyabr 2022-ci il tarixdə şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılmış və üzərindən bir büküm metamfetamin aşkar edilmişdir. O, həmin bükümü Təqsirləndirilən şəxs2 əldə etdiyini göstərmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 icraatına Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuş, qrupa rəhbərliyi Şahid4 etmişdir. Təqsirləndirilən şəxs2la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 17:45 dəqiqədə Lənkəran şəhəri M.Əsədov küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,48 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Rövşən adlı şəxsdən 20 manat verərək əldə etdiyini bildirmişdir. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın dediyi “Rövşən” adlı şəxs, Təqsirləndirilən şəxs3dur. Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Təqsirləndirilən şəxs3 da, saxlanılmış və üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin, 24 oktyabr 2022-ci il tarixdə şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılmış və üzərindən bir büküm metamfetamin aşkar edilmişdir. O, həmin bükümü Təqsirləndirilən şəxs2 əldə etdiyini göstərmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 icraatına Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuş, qrupa rəhbərliyi Şahid4 etmişdir. Təqsirləndirilən şəxs2la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 17:45 dəqiqədə Lənkəran şəhəri M.Əsədov küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,48 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində Rövşən adlı şəxsdən 20 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Orxanın dediyi “Rövşən” adlı şəxs, Təqsirləndirilən şəxs3dur. Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Təqsirləndirilən şəxs3 da, saxlanılmış və üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin, 24 oktyabr 2022-ci il tarixdə şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılmış və üzərindən bir büküm metamfetamin aşkar edilmişdir. O, həmin bükümü Təqsirləndirilən şəxs2 əldə etdiyini göstərmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs3 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs3la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən 05 ədəd şəffaf selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmışdır. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində “Elçin” adlı şəxsdən 50 manat verərək əldə etdiyini bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 3 bükümdə psixotrop maddə metamfetamin satmışdır. Təqsirləndirilən şəxs2 da, 24 oktyabr 2022-ci il tarixdə keçirilən tədbirlər zamanı saxlanılmış və üzərindən 2 büküm metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 da, saxlanılan vaxta kimi aldığı bükümlərdən birini şəhər sakini Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs1 da, saxlanılmış və həmin büküm üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs3 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuş, qrupa rəhbərliyi Şahid6 etmişdir. Təqsirləndirilən şəxs3la heç bir qərəzli münasibətləri olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə, saat 18:45 dəqiqədə Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən 05 ədəd şəffaf selofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,75 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini Lənkəran şəhərində “Elçin” adlı şəxsdən 50 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 3 bükümdə psixotrop maddə metamfetamin satmışdır. Təqsirləndirilən şəxs2 da, 24 oktyabr 2022-ci il tarixdə keçirilən tədbirlər zamanı saxlanılmış və üzərindən 2 büküm metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 da, saxlanılan vaxta kimi aldığı bükümlərdən birini şəhər sakini Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs1 da saxlanılmış və həmin büküm üzərindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: a) Təqsirləndirilən şəxs1 münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 oktyabr 2022-ci il tarixdə saat 16:40-da saxlanılmış, saat 17:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. 24 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş, Təqsirləndirilən şəxs1 24 oktyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,54 qram olur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və tanışı-Təqsirləndirilən şəxs2 25 manata əldə etdiyini bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 19/1112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2020-ci il tarixli, 1114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(049)-392/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ərizəsi təmin edilmiş və o, azadlıqdan məhrum etmə cəzasından 01 ay 02 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1084 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əsgərov X4 şəhəri, Z.Əliyeva küçəsi ev 78/14, mənzil 14 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 881 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda deyil. b) Təqsirləndirilən şəxs2 münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki Təqsirləndirilən şəxs2 24 oktyabr 2022-ci il tarixdə 17:45-də saxlanılmış, saat 18:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. 24 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 oktyabr 2022-ci il tarixdə saat 17:45 dəqiqəqədə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, M.Əsədov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,48 qram olur. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 şifahi suallara cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və tanışı- Təqsirləndirilən şəxs3 20 manata əldə etdiyini bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 19/1113 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümlər..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram; 0,205 qram; ümumi təmiz çəkisi- 0,424 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2020-ci il tarixli 1116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(049)-394/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1081 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Talıbov X12 şəhəri, M.Əsədov küçəsi ev 35 ünvanında arvadı X9 və uşaqları – 2013-cü il təvəllüdlü X6 və 2015-ci il təvəllüdlü X1 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 882 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda deyil. c) Təqsirləndirilən şəxs3 münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 oktyabr 2022-ci il tarixdə 18:45-də saxlanılmış, saat 19:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. 24 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 oktyabr 2022-ci il tarixdə saat 18:45 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən beş ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,75 qram olur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, şəxsi istifadəsi və satmaq məqsədilə üzərində saxladığını, Lənkəran şəhərində “Elçin” adlı tanışından 50 manat müqabilində əldə etdiyini bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 19/1114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bükümlər..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,139 qram; 0,109 qram; 0,164 qram; 0,051 qram; 0,125 qram ümumi təmiz çəkisi-0,588 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. -Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bükümlər...” , “Təqsirləndirilən şəxs1 məxsus 1 büküm metamfetamin Rəy № 19/1112...” və “Təqsirləndirilən şəxs2 məxsus 2 büküm metamfetamin Rəy № 19/1113...” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 8 ədəd bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2020-ci il tarixli 1112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2014-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(049)-393/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs3 barəsində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Tahirov X2 Ağır Cinayətlər Məhkəməsinin 1(089)-153/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-153/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1080 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Tahirov X2 şəhəri, Z.Əliyeva küçəsi ev 78/17, mənzil 46 ünvanında arvadı X3 və uşaqları – 2009-cu il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X10 ilə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 883 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada qeydiyyatda deyil. 26 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, dindirmə zamanı Təqsirləndirilən şəxs3 24 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində Təqsirləndirilən şəxs2la qarşılaşdığını, söhbət əsnasında Elşənə bədənində olan ağrılara görə 3 bükümdə psixotrop maddə metamfetamini 20 manat müqabilində satdığını sonuncunun üzünə bildirmişdir. Təqsirləndirilən şəxs2 da, öz növbəsində dindirmə zamanı Təqsirləndirilən şəxs3 2 bükümdə metamfetamin aldığını onun üzünə bildirmişdir. 26 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, dindirmə zamanı Təqsirləndirilən şəxs1 24 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində Təqsirləndirilən şəxs2 özü üçün bir büküm metamfetamini 25 manata əldə etdiyini və həmin vaxt Elşənin üstündə 3 büküm metamfetamin olduğunu Təqsirləndirilən şəxs2 üzünə bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara 22 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 öz istifadələrində olan mobil nömrələrdən müxtəlif vaxtlarda qarşılıqlı zənglər etmişlər. Eyni zamanda sms mətnlərinə baxış zamanı Təqsirləndirilən şəxs3 mobil nömrəsinə göndərilən istintaq üçün sübut əhəmiyyətli aşağıdakılar sms mətnləri müəyyən edilmişdir: xx/xx/2022,11:53:42, **********80, **********99, - “Sen menim lomkami bilirsen dedin gelirem indi ne telfona cavab verirsen nede gelib cixirsan, ne olar eybi yox bu gunu yadinda saxla,” xx/xx/2022,07:15:14, **********10, **********80, - “brat heydərdi cavab verde men gelim 5 manat verim sene agrıdayam yata bilmemisem.” xx/xx/2022,07:20:30, **********10, **********80, - “yeke kisen cavab verde diyirem agrıdayam necur adamsız ebi yox rovsen.” xx/xx/2022,07:37:12,**********10,**********80, - “senin qardasdqin budur mencin adboy verib telonuvu sondursen elize mal kecen kimi naxadi deyslsiz ebi yox maldan cox mal var prosda bir nefer ozum kimsin gormedim.” İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində polis şöbəsinin cinayətaxtarış bölməsinə narkotik vasitələri qanunsuz olaraq üzərlərində gəzdirmələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə əməliyyat marağı kəsb edən məlumatlar daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatlarının həqiqliyinin yoxlanılması istiqamətində tədbirlər görülmüş və nəticədə hər üç şəxs 24 oktyabr 2022-ci il tarixdə saxlanılmışdır. Şifahi sorğu zamanı da, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 əldə etdiyini, Təqsirləndirilən şəxs1 da, Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmişdir. Keçirilmiş tədbirlərlə “Elçin” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Maddi sübut kimi tanınmaq haqqında 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə 0,492 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,219 qram; 0,205 qram; ümumi təmiz çəkisi-0,424 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 5 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,139 qram; 0,109 qram; 0,164 qram; 0,051 qram; 0,125 qram ümumi təmiz çəkisi-0,588 qram psixotrop maddə metamfetamin və 4 ədəd CD disklərdə məlumatlar maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə qalıq çəkisi 0,442 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 bükümdə qalıq çəkisi 0,324 qram metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 5 ədəd bükümdə qalıq çəkisi 0,438 qram metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 4 ədəd CD disklərdə məlumatlar cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 tərəfindən 126C-2023 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» psixotrop maddələr siyahısının 67-ci bəndində psixotrop maddə metamfetaminin 0,15 qramından artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ifadələrinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxslərin üzərində hər hansı psixotrop maddə olmaması, onların polis əməkdaşları tərəfindən döyülərək üzərilərinə psixotrop maddə qoyulması, ibtidai istintaq zamanı bir-birilərinin əleyhinə ifadə verməyə məcbur edilmələri, habelə təqsirləndirildikləri maddələri üzrə onlara bəraət verilməsi” barədə ifadə və çıxışlarına, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda “narkotik vasitənin satışı ilə məşğul olmamaları barədə” ifadələrində göstərdiklərinə qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs1 şəxsi istifadə məqsədi ilə psixotrop maddə metamfetamin əldə etməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etmələri, üzərində saxlamaqla daşımaları və satmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntüləri, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında mobil baş tutmuş sms yazışmaları və telefon zəgləri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi, onların barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslərin onlara polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülmələri ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 tərəfindən 126C-2023 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1080, 1081 və 1084 nömrəli rəylərindən bir daha görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bədənləri üzərlərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı onlara verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş psixotrop maddə metamfetaminin özlərinə məxsus olduğunu, Təqsirləndirilən şəxs1 ondan üzərində aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 ondan aşkar edilən metamfetamini Təqsirləndirilən şəxs3, sonuncu isə “Elçin” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişlər. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə onlara bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri və yaxud həmin maddə ilə onlara bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. a) Təqsirləndirilən şəxs1 münasibətdə: İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. b) Təqsirləndirilən şəxs2 münasibətdə: Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı yüngülləşdirən hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. c) Təqsirləndirilən şəxs3 münasibətdə İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs3 yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs3 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında 2014-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götülümüş 01 ədəd bükümdə və eksertiza tədqiqatından sonra qalıq qalan 0,442 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 2 ədəd bükümdə və eksertiza tədqiqatından sonra qalıq qalan 0,324 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs3 aşkar edilərək götülürmüş 5 ədəd bükümdə və eksertiza tədqiqatından sonra qalıq qalan 0,438 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin şəxsi axtarışı və mobil telefona baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazısı olan 4 ədəd CD diskin maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən müştərək qaydada iş üzrə məhkəmə məsrəflərinə aid edilən ekspertiza xərci 180 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2014-cü ildən “opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması alınsın. Maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götülümüş və 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,442 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 2 ədəd bükümdə və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,324 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 5 ədəd bükümdə və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,438 qram psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin və mobil telefona baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazısı olan 4 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 180 (bir yüz səksən) manat tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ******************** hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-131/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-131/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver