Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-131/2024 21.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil, marketinqçi işləyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə 08 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və 09 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilərək qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 may 2024-cü il tarixdə, saat 17.51-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 25 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,256 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla, daşımış və 26 yanvar 2024-cü il tarixdə saat 12 radələrində DİN-nin BNMİ-nin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 12:40 dəqiqədə yaşadığı ünvan 1 ünvanının yaxınlığında küçədə saxlanılaraq CBRŞ-nm inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə olan heroin bir ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki boz rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cii maddələri ilə məhkum olunmuşdur. Təxminən 2 il ərzində mütəmadi olaraq narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. O, istifadə etdiyi heroini həmişə Lənkəran şəhərində yerləşən "Kiçik bazar" adlanan yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır.O, 25 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində evdən çıxıb istifadə etmək üçün heroin almaq məqsədilə piyada Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən əraziyə getmiş və üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata bir bükümdə heroin alıb cibində gizlətmişdir.Sonra isə piyada yaşadığı evə qayıtmışdır.Bir neçə dəqiqdən sonra evdən küçəyə çıxmış və münasib bir yer tapıb aldığı heroinin az bir hissəsini siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla qəbul etmişdir.Sonra isə yaşadığı evə getmişdir.26 yanvar 2024-cü il tarixdə,saat 13 radələrində evdən küçəyə çıxmış və heroindən istifadə etmək üçün münasib yerə axtarmaq istəyərkən, polis işçiləri onu küçədə tutub Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional şöbəsinə aparmışlar.Regional polis şöbəsində onu bir otağa aparmışlar və polis işçisi, ona Lənkəran rayon vəkillərinin siyahısını təqdim etmiş və özü seçdiyi vəkil İntiqam Hüseynovun və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır.Polis işçisi axtarış aparmazdan əvvəl ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışın video çəkilişlə aparılacağı barədə məlumat vermişdir.Bundan sonra, adını bilmədiyi polis işçisi "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başlamışdır.Polis işçisi,ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə varsa təqdim etsin.O da əynində olan boz rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir bükümdə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi həmin bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin bükülünün içərisində heroin olduğunu bildirmişdir.Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd Samsung markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi, içərisində heroin olan həmin bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 1,60 qram olduğunu görmüşdür.Bundan sonra, polis işçisi, içərisində heroin olan həmin 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur.O, vəkil İntiqam Hüseynovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir.Polis işçisi həmin heroini haradan və hansı məqsədə aldığını ondan soruşmuşdur.O da həmin bir bükümdə olan heroini özü istifadə etmək üçün dünən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir.Bundan sonra videoçəkiliş dayandırılmışdır. Polis işçisi protokol tərtib etmiş və o da, vəkil İntiqam Hüseynovla birlikdə həmin protokola imza etmişdir.Polis işçisi ona məxsus Samsung markalı mobil telefonu protokola əlavə edib götürmüşdür.Ona həmişə heroin satmış şəxsin adını və harada yaşadığını bilmir Həmin ŞƏXS, orta bədən quruluşlu,sarışın,boyu 175-180 sm, 25-30 yaşlarında olan bir oğlandır.Ona məxsus həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini işlətmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdıı. O, son sözündə əməlindən peşman olduğunu bidirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün cinayəti etiraf ifadələri ilə yanaşı,şəxsi axtarış və götürmə aparılması haqqında protokol,həmin protokola əlavə edilmiş videogöriintü, maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə ambulator-narkoloji ekspertizalarının rəyləri, DİN-nin, Baş Narkotiklə Mübarizə İdarəsinin,X4 şöbəsinin baş əməliyyat müvəkkili X2 xx.xx.2024-cü il tarixli raportu, şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin, Baş Narkotiklə Mübarizə İdarəsinin,X4 şöbəsinin baş əməliyyat müvəkkili X3 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tanıyır.Onunla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.2024-cü ilin yanvar ayının ortalarından etibarən DİN-nin Baş NMİnin X4 Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur.Sonuncu dəfə 26 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Bu barədə tərəfindən dərhal DİN-nin Baş NMİ-nin X4 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsahnmadan əməliyyat tədbirləri həyata keçirib cinayət başından yaxalanması məqsədi ilə qərar qəbul edilmişdir.Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsahnmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, onu rəhbərliyi altında, Regional şöbənin polis nəfərləri, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 12:40 dəqiqədə yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmişdir.Bundan sonra, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis mayoru Yelmar Vahabov xidməti otaqda, onun, Şahid3, Şahid2 və Lənkəran rayonu Vəkil bürosunun vəkili İntiqam Flüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir.Şəxsi axtarış keçirilməzdən əvvəl Yelmar Vahabov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra, Şahid2 "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başlamışdır.Yelmar Vahabov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir.Yelmar Vahabov, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur .Yelmar Vahabov həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra,X8 Quliyevin üzərində şəxsi axtarış keçirmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd Samsung markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymuşdur.Bundan sonra Yelmar Vahabov, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd bükülüyə baxış keçirmiş və baxış zamanı həmin bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur.Yelmar Vahabov içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və çəkisinin 1,60 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür.Yelmar Vahabov içərisində heroinə bənzər kütlə olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoymuş və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 7(1) nömrəli möhürünü vurmuşdur.Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov həmin zərfin üzərinə imza etmişlər.Yelmar Vahabov həmin heroinə bənzər kütləni haradan və hansı məqsədə aldığını Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir bükümdə olan heroini özü istifadə etmək üçün dünən Lənkəran şəhəri ərazisində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı,amma adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir.Bundan sonra, Şahid2 videoçəkilişi dayandırmışdır.Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "Samsung" markalı mobil telefon Yelmar Vahabov tərəfindən protokola əlavə olunaraq götürülmüşdür.O, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onunla qohumluğum yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarından etibarən DİN-nin Baş NMİ-nin X4 Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olurdu. Sonuncu dəfə 26 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, bu barədə Şahid1 tərəfindən dərhal DİN-nin Baş NMİ-nin X4 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildi. Sonra isə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə ətrafında təxirəsalmmadan əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edildi. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında onun və Regional şöbənin polis nəfəri Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradıldı. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 12:40 dəqiqədə yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirildi. Bundan sonra, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Yelmar Vahabov xidməti otaqda, onun , Şahid1, Şahid3 və Lənkəran rayonu Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirdi. Şəxsi axtarış keçirilməzdən əvvəl Yelmar Vahabov tərəfindən üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verildi. Bundan sonra, o, "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başlamışdı. Yelmar Vahabov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdi. Yelmar Vahabov, Təqsirləndirilən şəxs təklif etdi ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoydu. Yelmar Vahabov həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşdu. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində heroin olduğunu bildirdi. Bundan sonra,X8 Quliyevin üzərində şəxsi axtarış keçirdi və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoydu. Bundan sonra Yelmar Vahabov, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd bükülüyə baxış keçirdi və baxış zamanı həmin bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Yelmar Vahabov içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkdi və çəkisinin 1,60 qram olduğunu elektron tərəzinin ekranında gördü. Yelmar Vahabov içərisində heroinə bənzər kütlə olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoydu və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 7(1) nömrəli möhürünü vurdu. Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov həmin zərfin üzərinə imza etdilər. Yelmar Vahabov həmin heroinə bənzər kütləni haradan və hansı məqsədə aldığını Təqsirləndirilən şəxs soruşdu. Təqsirləndirilən şəxs də dedi ki, həmin bir bükümdə olan heroini özü istifadə etmək üçün dünən Lənkəran şəhəri ərazisində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata almışdır. Bundan sonra, o, videoçəkilişi dayandırmışdır. Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "Samsung" markalı mobil telefon Yelmar Vahabov tərəfindən protokola əlavə olunaraq götürüldü. O, digər iştirakçılarla birlikdə həmin protokola imza etdi. Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmadı. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onunla qohumluğum yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarından etibarən DİN-nin Baş NMİ-nin X4 Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olurdu. Sonuncu dəfə 26 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, bu barədə Şahid1 tərəfindən dərhal DİN-nin Baş NMİ-nin X4 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildi. Sonra isə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə ətrafında təxirəsalmmadan əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edildi. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsahnmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında, onun və Regional şöbənin polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradıldı. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 12:40 dəqiqədə yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirildi. Bundan sonra, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Yelmar Vahabov xidməti otaqda, onun , Şahid1, Şahid2 və Lənkəran rayonu Vəkil bürosunun vəkili İntiqam Ffiiseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirdi.Şəxsi axtarış keçirilməzdən əvvəl Yelmar Vahabov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verildi.Bundan sonra, Şahid2 "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başladı. Yelmar Vahabov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdi. Yelmar Vahabov, Təqsirləndirilən şəxs təklif etdi ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoydu. Yelmar Vahabov həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşdu. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində heroin olduğunu bildirdi. Bundan sonra,X8 Quliyevin üzərində şəxsi axtarış keçirdi və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoydu. Bundan sonra Yelmar Vahabov, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd bükülüyə baxış keçirdi və baxış zamanı həmin bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Yelmar Vahabov içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkdi və çəkisinin 1,60 qram olduğunu elektron tərəzinin ekranında gördü. Yelmar Vahabov içərisində heroinə bənzər kütlə olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoydu və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 7(1) nömrəli möhürünü vurdu. Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov həmin zərfin üzərinə imza etdilər.Yelmar Vahabov həmin heroinə bənzər kütləni haradan və hansı məqsədə aldığını Təqsirləndirilən şəxs soruşdu. Təqsirləndirilən şəxs də dedi ki, həmin bir bükümdə olan heroini özü istifadə etmək üçün dünən Lənkəran şəhəri ərazisində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata almışdır.Bundan sonra,Şahid2 videoçəkilişi dayandırdı. Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "Samsung" markalı mobil telefon Yelmar Vahabov tərəfindən protokola əlavə olunaraq götürüldü. O, digər iştirakçılarla birlikdə həmin protokola imza etdi. Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs və vəkil İntiqam Hüseynov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmadı. İşdə olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin bir ədəd bükülüdə narkotik vasitə olan heroınin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 yanvar 2024-cii il tarixli, 19/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə "sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-1,256 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalığı 1,206 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 60 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nm yanında DSMFnin təqdim etdiyi 3-17-1/2-31321 nömrəli arayışına əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 1,256 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq və 25 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə 30 manat müqabilində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,256 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin satmış orta bədən quruluşlu, sarışın, boyu 175-180 sm, 25-30 yaşlarında olan naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı əməliyyat tədbirləri davam etdirilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 72 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan tələbnamə və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə 08 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və 09 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi -1,256 qram (qalıq -1,206 qram) olan narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 1 ədəd DVD diskdə videogörünütü maddi sübut hesab edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını, etdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunduğu CM-nin 234.4.1-234.4.3-cü maddələrində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli ağır cinayətlər təsnifatına aiddir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 avqust 2020ci il tarixli qərarı ilə 08 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və 09 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,206 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,206 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(049)-131/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-131/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver