Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-132/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndinda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü iİ tarixdə, saat 10 radələrində “BC" dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyetdə olan “Vaz 21063 minik" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri, H.Abdulayev küçəsi ilə üzü Lənkəran şəhəri, Z.Əİiyeva küçəsi istiqamətində yaşayış məntəqəsi daxilində 50-60 km/saat sürətlə idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobili idarə etməsindən ayırmamalı, piyadanın yolu sağdan sola keçməsini nəzərə alaraq avtomobili öz nərəkət zolağında dayandırmas üçün tədbir görməli və sola doğru hərəkət təhlükəsizliyini təmin etməyən manevr aparmamalı, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyaıt vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərinə riayət etmklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərini pozaraq, qeyd olunan yol şəraitində yolu sağdan sola doğru iti addımla keçən piyada xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmamaq üçün avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin edərək dayandırmaq əvəzinə, sola doğru təhlükəsizliyi təmin etməyən manevr apararaq hərəkətini davam etdirib, əks zolağa çıxaraq, ehtiyatsızlıqdan avtomobilin ön sağ təkər nissəsi ilə onun hərəkət zolağını boşaltmış olan piyada Zərərçəkmiş şəxs vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid İ oma fəqərəsinin pol çıxıntısının sınığı, sol qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları, sağ çiyin, əl və üzün sağ yarısında sıyrıqlardan ibarət xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ildən çoxdur ki, avtomobil idarə edir. Heç vaxtda qəza törətməmişdir. Hazırda idarə etdiyi Vaz-2106 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil atası Zəkəriyyə Əsgərova məxsusdur. Atası ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobil idarə etməyə dair BC katiqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində idarə etidyi avtomobil ilə Lənkəran şəhəri H.Abdullayev küçəsi ilə Lənkəran şəhəri Z.Əliyeva küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yolun üzərində yerləşən səfərbərlik idarəsinin qarşısından keçərkən bu zaman getdiyi istiqamətdə you sağdan sola qaçaraq keçən bir qızı görmüşdür. O qızın yola qaçaraq çıxmağını görəndə onunla arasında 10-12 metr məsafə olmuşdur. O qızı vurmamaq üçün avtomobili əks hərəkət zolağına tərəf qaçırsa da qəzadan yayına bilməmişdir. Hadisə zamanı avtomobilnin qabaq sağ tərəfi yolu piyada keçən qızın sol yan tərəfinə dəymişdir. Avtomobil qıza dəydikdən dərhal sonra dayanmışdır. Adını sonradan bildiyi Jalə adlı həmin qız zərbənin təsirindən avtomobildən bir qədər aralıda yerə çırpılmışdır. O, Jaləni avtomobilə qoyub xəstəxanaya gətirmişdir, xəstəxanada həkimlər müayinə etdıkən sonra Jalənin çanaq sümüyündə sınıq olduğunu bilmişdir. Sonra Jaləni Bakı şəhərinə qohumlarının vasitəsi ilə yola salıb Bakı şəhərində xəstəxanada əməliyyat elətdirmişdir. Jalənin bütün tibbi xərclərini ödəmişdir. Jalə bir müddət xəstəxanada qalsa da, sonradan evə buraxılaraq yaşadığı Salyan şəhərinə gətirilmişdir. Sonradan ailə üzvləri bir neçə dəfə Jalənin yaşadığı Salyan şəhərinə gedib evində ona ona baş çəkib üzrhxahlıq etmişlər. Qəza təqsiri üzündən baş verdiyi üçün Jaləni əməliyyat elətdirmişdir. Jalənin tibbi xərclərinin tam ödəsə də, Jalənin səhhəti ilə bağlı təhsil aldığı universitetdə kəsirləri ilə bağlı təhsil kreditlərini də ödəyəcəkdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmiş, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilməkə araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Salyan şəhəri Yunus Zərgərli küçəsi ev 118 də yaşayır. Subaydır. Lənkəran Dövlət Universitetinin 2-ci kursundə filologiya fakültəsində təhsil alır. Buna görə müvəqqəti olaraq ünvan 2 ünvanında kirayədə qalır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində çörək almaq üçün evdən çıxıb evin yaxınlığında dükana yola düşmüşdür. Dükana getmək üçün yaşadığı evin qarşısından keçən avtomobili yolu keçməli olmuşdur. İlk öncə yolu qarşıdan qarşıya keçmək üçün yolun kənarında qalıb hər iki istiqamətə baxmışdır. Yolun sağ istiqamətində baxarıda yol boş olmuşdur. Sola baxanda isə uzaqdan avtomobil gəldiyini görmüşdür. Həmin avtomobil ondan təxminən 50 metrdən çox məsafədə uzaqlıqda gəldiyini gördüyü üçür yolu adi addımlara keçməyə başlamışdır. O yolun ortasına çatdıqda görmüşdür ki, həmin avtomobil artıq ona çatır. Buna görə iti addımlarla yolu keçməyə başlamışdır. O yolun qarşı tərəfinə çatan kimi həmin avtomobilin ən son əyləc səsini eşitmiş və avtomobili onu sol yan tərəfindən vurmuşdur. Ondan sonrakıları xatırlamır. O, xəstəxanada ayılmışdır. Orada həkimlər onu müayinə etdikdən sonra ona məlum olmuşdur ki, avtomobil onu vurduğu üçün zərbənin təsirindən onu sol oturaq çanaq sümüyü iki yerdən sınmış, sifətinin sağ tərəfi, sağ çiyni, sağ ayağı sıyrılmış yarası, başının arxa sağ tərəf nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir Məhkəmə iclasında elan edilərək araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, o Lənkəran Şəhər Rayon Polsi Şöbəsinin, X4 Bölməsinin, Yol Patrul, Xidmətinin inspektoru vəzifəsində işləyir. Rütbəsi polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhəri ərazisində xidmətdə olarkən Lənkəran ŞRPŞ-nin Növbətçi hissəsindən Lənkəran şəhər H.Abdullayev küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə məlumat almışdır. Bununla bağlı dərhal hadisə yerinə getmişdir. Hadisə yeri Lənkəran şəhər H.Abdullayev küçəsində yerləşən hərbi çağırış məntəqəsinin yaxınlığında yerləşir. O ora çatanda sürücü artıq xəsarət almış piyadanı xəstəxanaya apıldığını öyrənmişdir. Buna görə xəstəxanaya gəldikdə sürücü Lənkəran rayonun Girdəni kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən etmişdir. Təqsirləndirilən şəxsla söhbət əsnasında ona məlum olmuşdur ki, Malik idarə etdiyi Vaz-2106 markalı ** BF *** qeydiyyat nişanlı avtomobil ilə həmin küçədə hərəkətdə olarkən həmin vaxt yolu piyada keçən Zərərçəkmiş şəxs oğlunu vurmuşdur. Sonra bu barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Sonra hadisə yerinə gəlib orada keçirilən baxışda iştirak etmişdir. Məhkəmə iclasında elan edilərək araşdırılmış Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonun Girədəni kəndində yaşayır. Təqsirləndirilən şəxs qohumudur. Malik onunla bir kənddə yaşayır. Münasibəti yaxşıdır. xx.xx.2023-cü il tarxdə Malik ona zəng edərək, Lənkəran şəhər H.Abdullayev küçəsində avtomobili ilə bir qızı vurduğunu və hazırda xəstəxanaya gətirdiyini bildirmişdir. O, da tez Lənkəran rayon mərkəzi xəstəxanasına gəlmişdir. Sonrada məlum olmuşdur ki, piyada Lənkəran Dövlət Universitetində təhsil alan Salyan rayon sakini Jalə adlı qızdır. Həkimlər həmin qızı müayinə etdikdə həmin qızın çanaq sümüyününü sındığını bildirmişlər. O Malikdən hadisə barədə soruşduqda Malik ona H.Abdullayev küçəsi ilə Z.Əİiyeva küçəsin istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən piyada yolu qaçaraq keçdiyini görüb hadisənin qarşısını almaq üçün avtomobil əks hərəkət istiqamətində sürsə də piyadanı yolun əks tərəfini vurduğunu demişdir. Jalənin valideynlərinin iştirakı ilə onu əməliyyat olunmaq üçün Bakı şəhərinə aparmışlar. Orada Jalə əməliyyat olunmuşdur. Əməliyyat olunduqdan sonra o və digər qohumları ilə birlikdə bir neçə dəfə Jalənin yaşadığı Salyan şəhərindən yerləşən evinə gedib ona baş çəkmişlər. Jalənin tibbi xərclərini tam ödəmişlər. Jalənin səhhəti ilə bağlı təhsil aldığı universitetdə kəsirləri olduğu üçün onun təhsil kreditlərini Malik tərəfindən ödəniləcəkdir. Cinayət işinin 40-42-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının Lənkəran rayonlararası MTE və PA birliyinin 17 fevral 2023-cü il tarixli 140 saylı ekpertiza rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində-İ oma fəqərəsinin sel çıxıntısının sınığı, sol qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları, sağ çiyin, əl üzün sağ yarısında sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişdir, o cümlədən xx.xx.2023-ci il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuramaya aiddir. Cinayət işinin 25-29-cu vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2024-cü il tarixli, 8/3696 saylı rəyindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 48-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilən BDYPi-nin mərkəzi inforasiya sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs adına AF 126210 sürücülük vəsiqəsi vardır və sürücü sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilən Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 30 oktyabr 2023-cü il tarixli, 001837 saylı tibbi müayindən görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs oğiu avtomaşını ayıq vəziyyətdə idarə etmişdir. Cinayət işinin 45-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş 08 may 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənildiyi üçün ondan heç bir maddi və mənəvi ziyana dair təzminat istəmir, xahiş edir ki, işə xitam verilsin. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Vaz-2016” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanıanaraq saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidllərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, dəymiş ziyanı tam həcmdə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X3 Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanı ödədiyini təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə maddi sübutlarla bağlı qeyd edir ki, CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Vaz-2016” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2024-cü il tarixli, 8/3696 nömrəli rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “VAZ-2016” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 Bölməsinə göndərilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-132/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-132/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver