Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-132/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.212,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan, 24 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və hökmünü qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs, ondan 06 sentyabr 2005-ci il təvəllüdlü Elvar Məmmədovun və 02 may 2009-cu il təvəllədlü Nərmin Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla hər ay iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(049)-1330/2021 nömrəli qətnaməsini və 7000 (yeddi min) manat pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 1(008)-231/2017 nömrəli hökmünü üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 3(049)-954/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 2400 (iki min dörd yüz) manat məbləğində aliment və Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və hökmünü qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(049)-1330/2021 nömrəli qətnaməsinə əsasən, ondan aliment tutulduqdan sonra ilk ayda o, tələbkar Zərərçəkmiş şəxs1 300 manat alimenti ödəmişdir. Bundan sonra Gülmayə oa zəng vuraraq bildirmişdir ki, ondan alimenti alacaq və istədiyi kişinin cibinə qoyacaqdır. O, da tələbkarın bu sözlərindən qəzəblənərək, ona aliment ödəməyi dayandırmışdır. Lakin buna baxmayaraq o, övladlarına hər cür yardımı davam etdirmiş, onların tələbatlarını ödəmişdir. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 1(008)-231/2017 nömrəli hökmü ilə ona 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilmiş və o, cəzasını çəkmişdir. Etdiyi cinayət əməlinə görə ona təyin edilmiş cəzanı çəkdiyinə baxmayaraq ondan əlavə pul məbləğinin də tələb edilməsi əsassızdır və o, əlavə olaraq həmin pul vəsaitini ödəməməlidir. Həmçinin Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmünə əsasən maddi ziyanı ödəməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən ona qarşı irəli sürülmüş tamamilə əsassızdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2004-cü ildə evlənmiş və 21 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Odur ki, Gülmayə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən o, 06 sentyabr 2005-ci il təvəllüdlü Elvar Məmmədovun və 02 may 2009-cu il təvəllüdlü Nərmin Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay bir uşağa 100 (bir yüz) manat olmaqla hər ay iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs1 ödəməlidir. Bundan əlavə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 1(008)-231/2017 nömrəli hökmünə əsasən 7000 (yeddi min) manat pul vəsaitini Zərərçəkmiş şəxs2 ödəməlidir. Bu barədə icra sənədləri Lənkəran rayon icra və probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment və 7000 (yeddi min) manat borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda ev ustası işləyir. Aylıq qazancı 1000 (bir min) manat olur. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Gülmayəyə 2400 (iki min dörd yüz) manat və 7000 (yeddi min) manat borcundan Zərərçəkmiş şəxs2 ödəniş etmədiyindən məhkəmə qətnaməsini və hökmünü icra etməmişdir. Məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə evlənmişlər. 21 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Son zamanlar ailə münasibətləri çox pis olmuşdur. Belə ki, onunla xasiyyəti uyğun gəlmir, tez-tez aralarında mübahisələri yaranırdı. Ona görə də 2021-ci il tarixdə aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2005-ci il təvəllüdlü Elvar Məmmədovun və 02 may 2009-cu il təvəllüdlü Nərmin Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay bir uşağa 100 (bir yüz) manat olmaqla hər ay iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamənin qəbul edilməsindən bir ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir, aylıq 1000 (bir min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs 2400( iki min dörd yüz) manat aliment borcundan ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan qərəzli olaraq ödənilməmişdidr. İşə onun iştirakı olmadan baxılmasını və Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi məhkəmə ilasında elan edilməklə tədqiq edilən ifadəsində bildirmişdir ki, 01 aprel 2016-cı ildə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 2-ci dalanda yerləşən 487 saylı bağ evinə gələn zaman mütəşəkkil dəstə tərfindən qanunsuz olaraq daxil olub içəridə olan əşyaların talan edildiyini aşkar etmişdir. Dərhal hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir müddət sonra həmin gün hadisə yerinə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlmişdir. Polis əməkdaşalrı tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ev bir neçə şəxs tərəfindən talan edilmişdir. Belə ki, evdən iri qabaritli ev əşyaları, soyuducu və digər əşyalar oğurlanmışdır. Araşdırmalardan sonra evi talamış şəxslərdən yalnız Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuş və sonuncunun cinayət əməlləri nəticəsində ona 7000 (yeddi min) manat ziyan dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 1(008)-231/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 7000 (yeddi min) manat pul Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. Bu barədə icra sənədi Lənkəran rayon icra və probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada cərimə olunmuşdur. Maddi vəziyyəti cox pisdir. Təqsirləndirilən şəxs şikayətçidir və öz borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan Təqsirləndirilən şəxs iki uşaq üçün 200 (iki yüz) manat aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Göstərilən icra vərəqəsi 16 avqust 2021-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi rəhbər tutularaq eyni tarixdə icraata başlanılma haqqında qərar qəbul edilərək icrasından ötrü bildirişlə birlikdə borcluya göndərilmiş və tələbin könüllü icrasından ötrü sonuncuya 10 (on) gün müddət verilmişdir. Borclu şəxsin məhkəmə qərarının icrasından yayınmaq məqsədilə ölkədən getmək niyyətinin olması məlum olduğundan “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ötrü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimat əsasında Lənkəran Rayon Məhkəməsinin 8(049)-51/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İcra sənədi 17 iyun 2021-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra 18 iyun 2021-ci il tarixdə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq «İcraata başlamaq haqqında» qərar qəbul edilmiş və icra edilməsindən ötrü müvafiq bildirişlə borcluya və məlumat üçün isə tələbkara göndərilmişdir. Tərəfindən 17 avqust 2021-ci il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə ondan Lənkəran rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunsa da o, üzrlü səbəb göstərmədən çağrışa gəlməmişdir. Borclu Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli icra sənədlərində qeyd olunan tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün onun inzibati məsuliyyətə cəlb olunmasından ötrü tərəflərindən verilmiş xx.xx.2021-ci il tarixli inzibati protokol əsasında Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 3(049)-954/2021 nömrəli qərarla borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün inzibati həbs qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunur. Tələbkar Şükürova X1 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan onun 2400 (iki min dörd yüz) manat ödənilməmiş borcunun qalmasını bildirərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu Məmmədov X3 Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tələbkar Zərərçəkmiş şəxs1 2400 (iki min dörd yüz) manat ödəməli olduğu halda, bugünkü tarixədək ödənilməyən borcu 2400 (iki min dörd yüz) manat təşkil edir. Borcundan hər hansı bir ödəniş etməmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi tələbinə aid icra sənədi üzrə hər hansı bir ödəniş ödənilməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni və hökmü qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin rəis müavini Şahid2 ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edib Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 92-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-l330/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan Təqsirləndirilən şəxs iki uşaq üçün 200 manat aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Göstərilən icra vərəqəsi 16 avqust 2021-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi rəhbər tutularaq eyni tarixdə icraata başlanılma haqqında qərar qəbul edilərək icrasından ötrü bildirişlə birlikdə borcluya göndərilmiş və tələbin könüllü icrasından ötrü ona 10 gün müddət verilmişdir. Borclu Lənkəran Təqsirləndirilən şəxs icra sənədində qeyd olunan tələbi ona verilmiş könüllü müddətdə üzrsüz səbəbdən icra etmədiyi üçün icra işi ilə bağlı məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu şəxsin məhkəmə qərarının icrasından yayınmaq məqsədilə ölkədən getmək niyyətinin olması məlum olduğundan İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-1.1 -ci maddəsinə əsasən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ötrü tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli təqdimat əsasında Lənkəran Rayon Məhkəməsinin 8(049)-51/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin Sabunçu rayon məhkəməsinin l(008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 7000 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İcra sənədi 17 iyun 2021 -ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra 18 iyun 2021 -ci il tarixdə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq «İcraata başlamaq haqqında» qərar qəbul edilmiş və icra edilməsindən ötrü müvafiq bildirişlə borcluya və məlumat üçün isə tələbkara göndərilmişdir. Tərəfindən 17 avqust 2021-ci il tarixdə İcra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə ondan Lənkəran Rayon İcra və Probasiva Şöbəsinə gəlməsi tələb olunsa da o. üzrlü səbəb göstərmədən çağrışa gəlməmişdir. Borclu Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədində qeyd olunan tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün onun inzibati məsuliyyətə cəlb olunmasından ötrü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli inzibati protokol əsasında Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021 -ci il tarixli 3(049)-954/2021 nömrəli qərarla borclu Təqsirləndirilən şəxs İXMnin 528.1 -ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün inzibati həbs tənbeh tədbiri seçilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Məmmədov X3 Rayon Məhkəməsinin 2(049)-l330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etmir. Onun əməlində qərəzlilik müşahidə olunur. Tələbkar Şükürova X1 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan onun 2400 (iki min dörd yüz) manat ödənilməmiş borcunun qalmasını bildirərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunamüvafıq tədbir görülməsini xahiş etmişdir. Borclu Məmmədov X3 Rayon Məhkəməsinin 2(049)- 1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tələbkar Zərərçəkmiş şəxs1 qızma 2400 manat ödəməli olduğu halda, bugünkü tarixədək ödənilməyən borcu 2400 manat təşkil edir. Borcundan hazırki vaxta kimi hər hansı bir ödəniş etməmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs 7000 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi tələbinə aid icra sənədi üzrə hər hansı bir ödəniş hazırki vaxta kimi ödənilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Elçin onlardan ayrı yaşayır. Atası ona ona bir dəfə cəmi 20-30 manat məbləğində pul verib. Bir dəfə də bacısı xəstəxanaya yerləşdiriləndə ona baş çəkmək üçün gəlib. O, orta məktəbi bitirdikdə son zəng günündə ona pul lazım olmuşdur. Atası Elçin ona bildirmişdir ki, ona bunun üçün 200-300 manat pul verəcək. Lakin o, həmin vədinə də əməl etməmişdir və ona heç bir pul verməmişdir. Atası Elçin onlara heç bir maddi köməklik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən və həmin iş üzrə icra vərəqəsindən görünür ki, həmin icra sənədinə əsasən Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. “İcraata başlamaq haqqında” Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasim Hüseynovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2(049)- 1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi 16 avqust 2021-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi rəhbər tutularaq eyni tarixdə icraata başlanılma haqqında qərar qəbul edilərək “tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə borcluya göndərilmiş və tələbin könüllü icrasından ötrü ona 10 gün müddət verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli hökmündən və həmin iş üzrə icra sənədindən görünür ki, həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum olunmuş, həmin iş üzrə mülki iddia təmin edilərək, icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 7.000 manat pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Qasımovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 1(008)-231/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi 18 iyun 2021-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi rəhbər tutularaq eyni tarixdə icraata başlanılma haqqında qərar qəbul edilərək “tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə borcluya göndərilmiş və tələbin könüllü icrasından ötrü ona 10 gün müddət verilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 xx.xx.2021-ci il tarixli “icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə” qərarından görünür ki, Bakı şəhəri Sabinçu Rayon Məhkəməsinin 1(008)-231/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. Məhkəmə qərarının surətindən görünür ki, icra məmurunun xx.xx.2021-ci il tarixli təqdimatına əsasən, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar Lənkəran Rayon Məhkəməsinin 8(049)-51/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İzahatın surətindən görünür ki, sözügedən icra sənədlərinin icrası ilə əlaqadar xx.xx.2021-ci il tarixdə Lənkərar Rayon İcra və Probasiya şöbəsində icra məmuru tərəfindən borclu X2 izahatı alınmışdır. İzahatında Təqsirləndirilən şəxs icra sənədi barədə məlumatlı olduğunu, cəzaçəkmə müəssisəsindən yeni azad olunduğunu, iş axtardığını, işlə təmin olunacağı halda borcu ödəyəcəyini bildirmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 xx.xx.2021-ci il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(049)-954/2021 nömrəli qərarından görünür ki, 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün onun inzibati məsuliyyətə cəlb olunmasından ötrü tərəfimizdən verilmiş xx.xx.2021-ci il tarixli inzibati protokol əsasında borclu Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün inzibati həbs tənbeh tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(049)-51/2022 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022-ci il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(049)-1330/2021 icra sənədini icra emək bildirilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.212,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə ünvanlanmış 06 may 2022-ci il tarixli təqdimatla Sabunçu Rayon Məhkəməsinin 1 (008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qəsdən boyun qaçırdığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri Dinar Bədəl oğlunun “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanaraq, icraata qəbul edilmiş və vinayət işi üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə ünvanlandığı 06 may 2022-ci il tarixinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu ərazisində yaxalanmışdır. 09 dekabr 2024-cü il tarixli, “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. “Təqsirləndirilən şəxsin axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində 20 yanvar metrosunun yanında saxlanılmış və 29-cu PŞ-nə təhvil verilmişdir. 24 aprel 2025-ci il tarixli, “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Lənkəran şəhər İHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X3 rayonu, Kərgəlan kəndində həyat yoldaşı X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1 (008)-231/2017 saylı, 14 iyun 2017-ci il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmasını, həmçinin əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il və 24 aprel 2025-ci il tarixlərində saxlandığı 02 (iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il və 24 aprel 2025-ci il tarixlərdə saxlandığı 02 (iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmün icrası Lənkəran Şəhər Rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-132/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-132/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver