Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-133/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 mart 1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq üç ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram, 0,520 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,460 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, H.Əsgərov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ünvanı ünvan 3 şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə heroin, həmin gödəçkəsinin sağ yan cibindən isə bir ədəd, işlək vəziyətdə olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən, təxminən, 2 ilə yaxındır ki, istifadə edir. Narkotik vasitəni Lənkəran şəhəri mərkəzi bazarında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında hər hansı bir məlumata malik olmadığı bir neçə şəxsdən almışdır. 09 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri “mərkəzi bazar”ına gedib əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən şəxsi istifadəsi üçün 03 ədəd bükümdə narkotik vasitə heroin alaraq elektron tərəzidə çəkəndən sonra bükümləri siqaret qutusunun içərisində qoyub həmin qutunu da əynində olan gödəkçənin sol, elektron tərəzini isə sağ yan cibinə qoymuşdur. Məqsədi aldığı narkotik vasitənin bir qismindən özü istifadə etmək, həm də satışını həyata keçirib qazanc əldə etmək olmuşdur. Bu məqsədlə də üzərində elektron tərəzi gəzdirmişdir. Bundan sonra isə ev istiqamətində hərəkət etməyə başlamışdır. Evə çatmağına az qalmış, H.Əsgərov küçəsində olan zaman tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən kim olduqlarını soruşmuş, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə qəbul etməyi və üzərində gəzdirməyi ilə bağlı onda məlumatlar olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Həmin şəxslərlə razılaşıb polis şöbəsinə gəlmişdir. Şöbədə üzərində şəxsi axtarış aparılmış, o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Argo” markalı siqaret qutusunu, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. “Argo” markalı siqaret qutusunun içərisində olan siqaretləri və alışqanı çıxarıdıqdan sonra üç ədəd heroin bükümü çıxarıb masanın üzərində qoymuşdur. Polis əməkdaşı ondan həmin bükümlərdə nə olduğunu soruşmuş, o heroin olduğunu, yaşadığı yerin yaxınlarında, küçədə tapdığını demişdir. Daha sonra elektron tərəzini üzərində gəzdirməyinin səbəbini soruşmuş, o da narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Üzərindən çıxan dörd ədəd büküm elektron tərəzisində çəkilmişdir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməldən səmimi peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhəri, Hamil Əsgərov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və alqı-satğısı ilə məşğul olması barədə daxil olmuş məlumatlar qərəzsiz mənbələr vasitəsilə yoxlanıldıqdan sonra icrasını həyata keçirmək üçün rəhbərliyə müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması barədə rəhbərlik tərəfindən əmr imzalanmışdır. Əmrə əsasən qrupun rəhbəri o təyin edilmiş, tədbirdə ona köməklik etmək üçün isə qrup üzvləri olaraq əməliyyat müvəkkili Mahir Tahirli və polis nəfəri Şahid2 təyin edilmişdir. 09 noyabr 2022-ci il tarixdə, axşam saat 17 radələrində Lənkəran şəhəri Hamil Əsgərov küçəsinə - Təqsirləndirilən şəxs yaşadığı küçəyə çıxaraq müşahidələr aparmağa başlamışlar. Bir müddət həmin ərazidə hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman aşkar etmiş və Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özünü və yanında olan şəxsləri Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim etmişdir. Hafisə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş məlumatların yoxlanılması məqsədilə üzərində şəxsi axtarış həyata keçirilməli olduğunu bildirərək onu RŞP-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin edilmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməyini təklif etdikdə Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd “Arqo” markalı siqaret qutusunu, həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd elektron tərəzini çxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs siqaret qutusunu açıb oradan 3 ədəd sellofan büküm təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinəbənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin bükümləri 2-3 gün əvvəl Lənkəran şəhəri “kürə” adlanan ərazidən tanımadığı şəxsdən aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxladığını bildirmişdir. Həmin elektron tərəzinin işlək vəziyyətdə olması yoxlanılmış və təsdiq edilmişdir. Üç ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə istintaqında Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 09 noyabr 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarışın keçirilməsi haqqında» protokoldan və şəxsi axtarışın görüntüləri olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret qutusunun içərisindən 3 ədəd bükümdə, ilkin çəkisi 1,51 qram olan narkotik vasitə heroin, həmin gödəkçəsinin sağ yan cibindən isə bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və elektorn tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 noyabr 2022-ci il tarixli 19/1154 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə və elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram, 0,520 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,460 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 892 nömrəli rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(049)-355/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 5(049)-421/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 09 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 09 yanvar 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram, 0,520 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,460 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,310 qram qalığı, bir ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu videogörüntünü əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin qalığı və bir ədəd elektron tərəzi saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 23 noyabr 2022-ci il tarixli 957 nömrəli arayışından görünür ki, Miriyev X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1216/4120 saylı arayışından görünür ki, Miriyev X3 şəhəri H.Əsgərov küçəsi ev 34 ünvanında qeydiyyatdadır, ailə tərkibi 1992-ci il təvəllüdlü arvadı X5, uşaqları – 2011-ci il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X2 ibarətdir. Müvafiq arayışdan görünür ki Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış üç ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 1,310 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1,310 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-133/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-133/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver