Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-133/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:50 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Hirkan Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci il tarixdə Lənkəran rayonu Qurumba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, evli, himayəsində biri azyaşlı və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 67.1 və 68.1.3-cü maddələrinə əsasən qəti cəza olaraq 2 il müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 1 il 2 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 2 ay 9 gün azadlıqdan məhrum etmə cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 14 gündən ibarət hissəsi 6 ay azaldılmış və üzərində 5 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, xx.xx.2024-cü il tarixdə isə əlavə cəza nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası bitdiyi üçün qeydiyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində xüsusi mühafizə olunan təbiət ərazisi olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 04 saylı dolayın 39-cu kvartalında yerləşməklə, Lənkəran rayonunun Daştatük kəndinin yaxınlığında, Daştatük-Biləsər avtomobil yolunun yuxarı hissəsində bitmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı Qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı Qərarına uyğun hesablanaraq dəyəri 5222 manat 38 qəpik olmaqla xeyli miqdar təşkil edən, 100 sm diametrli, 6,82 m3 həcmində, bir ədəd yaş köküstə ağcaqayın cinsli ağacı şəxsi istifadəsi üçün motorlu mişarla qanunsuz kəsməsi (götürməsi) nəticəsində təbiətə 5222.38 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Lənkəran rayonu Qurumba kəndində qeydiyyatda olmaqla orada yaşayır. Qazanc əldə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə meşə sahəsinə gedib orada qanunsuz ağac kəsərək gövdəsindən taxta hazırlamaq qərarına gəlmiş, bunun üçün həmkəndliləri Şahid6, X7, Şahid5 və tanışı - Narbağı kənd sakini Şahid4 ilə danışıb onlara meşə sahəsində ağac kəsmək üçün icazə aldığını, meşə buraxılış orderinin olduğunu deyərək Biləsər kəndinin yaxınlığında yerləşən meşə sahəsinə gedib kəsəcəyi ağacın gövdələrini avtomobilinə yükləməyə kömək etmələrini xahiş edib bunun üçün onlara 15-20 manat pul verəcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşmışlar və xx.xx.2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi Mercedes Sprinter markalı **- EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin şəxsləri götürüb Hirkan Milli Parkının 4 saylı dolayına getmişdir. Meşə sahəsinə getməzdən qabaq həmkəndlilərinə kəsdiyi ağacın gövdələrini avtomobilə yükləməyə kömək edəcəklərini bildirmişdir. Həmçinin, həmin şəxslərə kimsənin onları görməməsi üçün gecə vaxtı meşəyə gedəcəklərini demişdir. Daştatük-Biləsər avtomobil yolunun yuxarı hissəsində gəzib ağcaqayın cinsindən olan, təxminən, 90-100 sm diametrli bir ədəd yaş köküstə ağacı görüb kəsmək qərarına gəlmiş, bundan sonra özünə məxsus URAL markalı motorlu mişarla həmin ağacı dib kötüyündən kəsmişdir. Ağacı kəsdikdən sonra onun gövdəsi yolun kənarına düşmüşdür. Ağacın gövdəsini motorlu mişarla 110 sm uzunluğunda kəsib ümumilikdə təxminən 4-5 kötük hazırlamışdır. Həmin ağacı özü tək kəsmiş və ağacı kəsərkən hər hansı şəxs ona köməklik göstərməmişdir, çünki motorlu mişar onun özündə olmuşdur. Ağacı kəsib gövdəsini doğradıqdan sonra meşə sahəsinə gətirdiyi şəxslər - Şahid6, X7, Şahid5 və Şahid4 köməkləşib ağacın gövdələrini ona məxsus Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmağa başlamışlar. Kəsdiyi ağacın gövdəsinin qalan hissələrinin avtomobilinə yerləşməyəcəyini bilib materialın qalan hissələrini daşımağa kömək etməsi üçün həmkəndlisi Şahid3 zəng edib idarə etdiyi Qazel markalı avtomobillə onun yanına gəlib meşə materialını daşımağa köməklik göstərməsini xahiş etmiş, Şahid3 onunla razılaşıb gələcəyini demişdir. Kötükləri avtomobilin yük yerinə yüklədikdən dərhal sonra həmin dolayın mühafizə yegeri Şahid1 hadisə yerinə gəlib çıxmış, onların barələrində polisə məlumat vermiş və bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gəlməzdən bir qədər əvvəl Şahid3 da idarə etdiyi Qazel markalı avtomobillə onların yanına gəlmiş, polis əməkdaşları onları meşə materialı ilə birlikdə Lənkəran ŞRPŞ-nə aparmışlar. O, Hirkan Milli Parkının ərazisinə işlik material hazırlamaq üçün qanunsuz ağac kəsmək məqsədilə daxil olmuşdur. Həmin ağacı özünə məxsus URAL markalı motorlu mişarla kəsib kötüklərə ayırmışdır. Ağacı tək kəsmiş, bu işdə ona heç kim köməklik göstərməmişdir. Həmin ağacı gövdələrindən işlik meşə materialı hazırlayıb satmaq məqsədilə kəsmişdir. Hirkan Milli Parkının ərazisinə daxil olub ağac kəsmək üçün icazə sənədi olmamış, lakin Şahid6, X7, Şahid5 və Şahid4 meşə sahəsində ağac kəsmək üçün icazəsi olduğunu demişdir. Həmin şəxslərin onun ağacı qanunsuz kəsməsi barədə məlumatları olmamışlar. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edərək əməlindən səmimi peşman olmuşdur. Qanunsuz olaraq ağac kəsməsi nəticəsində təbiətə dəymiş 5222.38 manat maddi ziyan - mülki iddia məbləğini indiyədək ödəməmişdir və həmin məbləği hissə-hissə ödəyəcəkdir. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Ailə üzvlərinə özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, 2014-cü ildən Hirkan Milli Parkında işləyir. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 04 saylı dolayın mühafizə yegeri Şahid1 Daştatük-Biləsər avtomobil yolunun Lənkəran rayonu Daştatük kəndinə tərəf olan, kənd yolunun yuxarı hissəsində Lənkəran rayonunun Qurumba kənd sakini Təqsirləndirilən şəxs 04 saylı dolayın ərazisində bir ədəd ağcaqayın cinsindən diametri 100 sm olan yaş köküstə ağacı dib kötüyündən qanunsuz kəsərək ağacın gövdəsini motorlu mişarla hissələrə bölüb avtomobilə yüklədiyini görmüş və bu barədə Hirkan Milli Parkının rəhbərliyinə məlumat vermişdir. Məlumatla bağlı qanunsuz kəsilmiş ağaca baxış keçirilmiş, təbiətə dəymiş ziyana görə həcm-qiymət cədvəli tərtib edilmişdir. Kəsilmiş ağacın işlik hissəsi doğranılmış şəkildə ərazidəaşkar olunmuşdur. Ağacın dib kötüyü sahə müfəttişinə məxsus QQ 204 nömrəli damğa ilə damğalanmışdır. Baxışın sonunda akt tərtib olunmuş və ağacın qanunsuz kəsilməsinə görə 5222,38 manat məbləğində ziyan hesablanmışdır. Həmin ağac Lənkəran rayonu Qurumba kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş və bu fakt dolayın gözətçisi Şahid1 tərəfindən aşkarlanmışdır. Hirkan Milli Parkının ərazisi xüsusi mühafizə olunur. Qeyd olunan ərazidə ağac kəsilməsinə icazə yoxdur, həmçinin, Təqsirləndirilən şəxs da ağac kəsməyə icazəsi olmamışdır. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törədilmiş cinayət hadisəsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkına 5222,38 manat miqdarında maddi ziyan dəymiş, həmin məbləğdən təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq heç bir ödəniş edilməmişdir. Bununla bağlı zərərçəkmiş hüquqi şəxs tərəfindən mülki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və hazırda zərərçəkmiş hüquqi şəxs həmin maddi ziyan məbləğini təqsirləndirilən şəxsdən tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, o, 1991-ci ildən Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 04 saylı dolayın mühafizə yegeri işləyir. xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində evdə olduğu zaman yolda avtomobilin hərəkət etdiyini hiss etmiş və başa düşmüşdür ki, dolayın ərazisinə daxil olan vardır. Buna görə də evdən çıxıb idarə etdiyi avtomobillə Biləsər kəndi istiqamətində getmişdir. Daştatük-Biləsər avtomobil yolunun Lənkəran rayonu Daştatük kəndinə tərəf olan, kənd yolunun yuxarı hissəsində Lənkəran rayonunun Qurumba kənd sakini Təqsirləndirilən şəxs onun mühafizə etdiyi dolayın ərazisində bir ədəd enliyarpaq ağcaqayın cinsindən diametri, təxminən, 100 sm olan yaş köküstə ağacı dib kötüyündən qanunsuz kəsərək ağacın gövdəsini motorlu mişarla hissələrə böldüyünü görmüşdür. Təqsirləndirilən şəxs kəsib hazırladığı kötüklərdən 4 ədədini digər şəxslərin köməkliyi ilə özünə məxsus Mercedes Sprinter markalı avtomobilə yükləmişdir. Təqsirləndirilən şəxs onu gördükdə özünü itirmiş və ondan güzəşt etməsini xahiş etmişdir. Lakin o, Təqsirləndirilən şəxs güzəşt edə bilməyəcəyini deyib telefonla dərhal bu barədə sahə müfəttişinə və parkın direktoruna, həmçinin, polisə məlumat vermişdir. Sahə müfəttişi Şahid2, daha sonra isə direktor Şahid7 hadisə yerinə gəlmişlər. Onlardan sonra həmin yerə Qazel markalı başqa bir avtomobil də gəlmişdir. Həmin şəxs də Təqsirləndirilən şəxs həmkəndlisi olmuş və işlik hissələri daşımaq üçün gəlmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları əraziyə gələrək Təqsirləndirilən şəxs və onunla olan şəxsləri polis şöbəsinə dəvət etmişlər. Qanunsuz kəsilmiş ağaca baxış keçirilmiş və təbiətə dəymiş ziyana görə həcm-qiymət cədvəli tərtib edilmişdir. Kəsilmiş ağacın işlik hissəsi doğranılmış şəkildə ərazidə qalmışdır. Ağacın dib kötüyü sahə müfəttişinə məxsus QQ 204 nömrəli damğa ilə damğalanmışdır. Baxışın sonunda ağacın qanunsuz kəsilməsinə görə ziyan hesablanaraq akt tərtib olunmuş və imzalanmışdır. Həmin ağac Lənkəran rayonu Qurumba kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş, o, Təqsirləndirilən şəxs kəsdiyi ağacı avtomobilinə yükləyərkən yaxalamışdır. Hirkan Milli Parkının ərazisi xüsusi mühafizə olunur, orada ağac kəsməyə icazə yoxdur və Təqsirləndirilən şəxs da ağac kəsməyə icazəsi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Hirkan Milli Parkının direktoru Şahid7 və Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin sahə müfəttişi Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etdilər. Şahid6 ifadə verərək göstərdi ki, Lənkəran rayonu Qurumba kəndində yaşayır və həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır, aralarında narazılıq və ziddiyyət olmamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən, saat 02 radələrində həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib meşə sahəsində ağac kəsmək üçün icazəsi olduğunu, Biləsər kəndinin yaxınlığında yerləşən meşə sahəsinə getməsini, orada kəsəcəyi ağacı avtomobilinə yükləməyə kömək etməsini, bunun üçün də ona 20 manat pul verəcəyini demişdir. Onlar həmkəndliləri X7, Şahid5 və Narbağı kənd sakini Şahid4 ilə birlikdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Hirkan Milli Parkının Daştatük-Biləsər avtomobil yolunun yuxarı hissəsində yerləşən sahəsinə getmişlər. Təqsirləndirilən şəxs yolun yuxarı hissəsində özünə məxsus URAL markalı motorlu mişarla ağcaqayın cinsindən olan, təxminən, 90-100 sm diametrli bir ədəd yaş köküstə ağacı dib kötüyündən kəsmiş, Təqsirləndirilən şəxs ağacı kəsdikdən sonra ağacın gövdəsi yolun kənarına düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ağacın gövdəsini motorlu mişarla 110 sm uzunluğunda kəsib kötüklər hazırlamışdır. Onlar birlikdə ağacın gövdələrini Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləmişlər. Təqsirləndirilən şəxs ağacın gövdəsindən hazırladığı kötüklərin avtomobilinə yerləşməyəcəyini görüb digər həmkəndlisi Şahid3 zəng etmişdir ki, avtomobili ilə gəlib ağacın qalan hissələrini daşımağa köməklik etsin. Kötükləri avtomobilin yük yerinə yüklədikdən dərhal sonra həmin dolayın mühafizə yegeri Şahid1 hadisə yerinə gəlib çıxmış, bonların arələrində Hirkan Milli Parkının rəhbərliyinə və polisə məlumat vermişdir. Bir müddət sonra Hirkan Milli Parkının işçiləri, daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlib onları meşə materialı ilə birlikdə Lənkəran ŞRPŞ-nə aparmışlar. Onlar Hirkan Milli Parkının ərazisinə ağacı avtomobilə yükləməkdə Təqsirləndirilən şəxs köməklik etmək üçün fəhlə kimi getmişlər. Həmin ağacı Təqsirləndirilən şəxs özünə məxsus URAL markalı motorlu mişarla özü tək kəsmiş və o, Təqsirləndirilən şəxs ağac kəsərkən ona köməklik göstərməmişdir. Fərid ağacı kəsib gövdəsini kötüklərə doğradıqdan sonra həmin kötükləri avtomobilə yükləməyə ona kömək etmişdir. Təqsirləndirilən şəxs ona ağac kəsmək üçün icazə bileti olduğunu, ağac kəsməyə icazə aldığını demişdir. İş üzrə şahid qismində dindirilmiş X7, Şahid5 və Şahid4 da məhkəmə iclasında Şahid6 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etdilər. Şahid3 ifadə verərək göstərdi ki, o, Lənkəran rayonu Qurumba kəndində yaşayır. Etibarnamə əsasında Qazel markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə səhər saat 04-05 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib “Biləsər yolunda meşədə odun doğradığını, kötüklər özünün avtomobilinə yerləşmədiyindən kömək üçün avtomobili ilə gəlməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs həmin meşə sahəsinin Hirkan Milli Parkının ərazisi olduğunu bildirərək ağac kəsməyə icazə alıb-almadığını soruşduqda Təqsirləndirilən şəxs ona icazə aldığını, heç bir problem olmadığını demişdir. O da Qazel markalı **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Daştatük-Biləsər avtomobil yoluna getmiş, Biləsər kəndinə tərəf getdikdə Hirkan Milli Parkının işçilərini, həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid6, Yusif Məmmədov, Şahid5 və Narbağı kənd sakini Şahid4 orada görmüşdür. Ağacın gövdəsindən hazırlanmış kötüklər həmin vaxt Təqsirləndirilən şəxs məxsus Mercedes Sprinter markalı yük avtomobilində olmuşdur. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları da meşə sahəsinə gəlmiş, onu da polis şöbəsinə dəvət etmişlər. O, ağac kəsilərkən orada olmamış və bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona qanuni yolla ağac kəsdiyini deyib materialı daşımağa köməklik etməsini istəmiş və buna görə də Təqsirləndirilən şəxs kömək etmək üçün qeyd olunan əraziyə getmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən və həcm-qiymət cədvəlindən müəyyən edilir ki, Hirkan meşəbəyliyinin 04 saylı dolayın mühafizə yegeri Şahid1 dolayın ərazisində qanunsuz ağac kəsilməsi barədə xx.xx.2024-cü il tarixdə saat 05:12-də mobil telefonla Hirkan Milli Parkının rəhbərinə və sahə müfəttişinə verdiyi məlumat əsasında sözügedən dolaya baxış keçirilmiş, baxış zamanı Hirkan meşəbəyliyinin 04 saylı dolayın 39-cu kvartalında ağcaqayın cinsindən olan 100 sm diametrində bir ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 5222,38 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokodlan və həmin protokola əlavə edilmiş diskdən müəyyən edilir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşı Fəhmin Hüseynzadənin və Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 04 saylı dolayın mühafizə yegeri Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs ilə birgə qeyd olunan dolayın ərazisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ağcaqayın cinsindən olan ağacı kəsdiyi yeri əyani olaraq göstərmiş, həmin ağacın diametrinin 100 sm ölçüdə olması, dib kötüyü üzərində müvafiq damğa olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin mühafizə olunan dayanacağında Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Sprinter markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin yük yerində ağcaqayın cinsindən olan ağacın 110 sm uzunluğunda hissələrə bölünmüş 4 ədəd kötüyü və bir ədəd motorlu mişar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kötükləri təqdim edib xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 04 saylı dolayın 39-cu kvartalında ağcaqayın cinsindən bir ədəd ağacı dib kötüyündən göstərilən motorlu mişarla qanunsuz kəsib gövdəsini hissələrə böldüyünü bildirmiş, həmin kötüklər avtomobilin yük yerindən boşaldılmış, kötüklər və bir ədəd URAL markalı motorlu mişar maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X2 xx.xx.2024-cü il tarixli 19/210 nömrəli rəyi ilə müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının təqdim etdiyi həcm-qiymət cədvəlinə əsasən Hirkan meşəbəyliyinin 04 saylı dolayının 39-cu kvartalında diametri 100 sm olan bir ədəd ağcaqayın cinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən 5222.38 manat müəyyən edilmişdir (Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran şəhər rayon X8 Qrupunun müstəntiqi X1 qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş ağcaqayın cinsindən olan bir ədəd ağacın Hirkan Milli Parkının ərazisində saxlanılan içlik hissələri, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar olunmuş və Lənkəran ŞRPŞ-nin DYPB-nin mühafizə olunan dayanacağında saxlanılan, ağcaqayın cinsindən olan ağacdan hazırlanmış 4 ədəd kötük maddi sübut kimi tanınaraq saxlanılması üçün X10 Təsərrüfatı Mərkəzinə təhvil verilmiş, Təqsirləndirilən şəxs özünə məxsus olan və cinayət törədilməsi zamanı alət kimi istifadə etdiyi bir ədəd “Ural” markalı motorlu mişar da maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan bir ədəd “Ural” markalı motorlu mişarı saxlamaq üçün təhvil almışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər rayon X8 Qrupunun müstəntiqi X3 qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 651 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Qurumba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli 12-35/81 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əmirov X6 rayonu Qurumba kəndində yaşayır, onun ailə tərkibi özü, arvadı X4, iki uşağı xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Qurumba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-487/2021 nömrəli hökmündən və Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 20 nömrəli məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əmirov X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 67.1 və 68.1.3-cü maddələrinə əsasən qəti cəza olaraq 2 il müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 1 il 2 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-487/2021 nömrəli hökmü ilə təyin olunmuş 1 il 2 ay 9 gün azadlıqdan məhrum etmə cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 14 gündən ibarət hissəsi 6 ay azaldılmış və üzərində 5 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı MTCMdən azad edilmiş, qanunvericiliyin tələbinə əsasən həmin tarixdən ona təyin edilmiş əlavə cəzanın müddəti hesablanmışdır. Təqsirləndirilən şəxs təyin olunan əlavə cəza - 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinin məzmununa görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin əsaslara görə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi cəza təyini zamanı nəzərə alınmamalıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 50 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkına 5222.38 manat miqdarında maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın 5222.38 manat miqdarında olması iş materialları və işin digər faktiki halları ilə müəyyən edilmiş, təqsirləndirilən şəxs özü də ona qarşı olan mülki iddia tələbini qəbul etdiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı indiyədək ödəmədiyinə görə məhkəmə hesab edir ki, 5222.38 manat mülki iddia məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs ilə birgə ifadənin yerində yoxlanılması zamanı videoçəkiliş aparılmasına dair bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş bir ədəd ağcaqayın cinsindən olan ağacın Hirkan Milli Parkının ərazisində saxlanılan işlik hissələri, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar olunmuş və Lənkəran ŞRPŞ-nin DYPBnin mühafizə olunan dayanacağında saxlanılan 4 ədəd kötük hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus cinayət törədilməsi zamanı alət kimi istifadə edilmiş bir ədəd URAL markalı motorlu mişar hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia tələbi təmin edilməli və Təqsirləndirilən şəxs 5222.38 manat tutularaq zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs ilə birgə ifadənin yerində yoxlanılması zamanı videoçəkiliş aparılmasına dair bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş bir ədəd ağcaqayın cinsindən olan ağacın Hirkan Milli Parkının ərazisində saxlanılan işlik hissələri, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Sprinter markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar olunmuş və Lənkəran ŞRPŞ-nin DYPBnin mühafizə olunan dayanacağında saxlanılan 4 ədəd kötük hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus cinayət törədilməsi zamanı alət kimi istifadə edilmiş bir ədəd URAL markalı motorlu mişar hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs 5222.38 manat tutularaq zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkın hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-133/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-133/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver