Məhkəmə qərarları › İş №1(049)-133/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-133/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-133/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 16 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində “BCDE” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, mülkiyyətində olan “Mercedes Benz minik” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Girdəni kəndində asfalt yolla üzü Lənkəran rayonu Vilvan kəndi istiqamətində idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkətdə olduğu zolağın ortası ilə onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçidən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, velosipedçinin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və lazım gəldikdə həmin velosipedçiyə çatmadan avtomobili dayandırmalı olduğu, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz minik” markalı avtomobili qeyd olunan yol şəraitində yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirərək yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan onun hərəkəti istiqamətində yolun hərəkət hissəsi ilə hərəkətdə olan velosipedçi-Lənkəran rayonu, Girdəni kənd sakini olan 09 iyul 1981-ci il təvəllüdlü X8 vurmuş və avtomobilin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində zərərçəkmiş şəxs X7 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik - kəllə qapağı (ənsə) və kəllə əsası sümüklərinin sınığı, baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə, ənsə nahiyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, burun, sol körpücük və sağ baldır sümüklərinin sınıqları, alın, ənsə, sol diz oynağı, sol daban nahiyələrində əzilmiş yaralar, hər iki sağrı, sol əl nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs X7 başın küt travması ilə əlaqədar kəllə qapağı (ənsə) və kəllə əsası sümüklərinin sınığı, baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran rayonu Vilvan kəndində özünə məxsus olan evdə ailəsiylə birlikdə yaşayır. Subaydır. İki övladı var. Həyat yoldaşı iki il bundan əvvəl dünyasını dəyişmişdir. Övladlarının birinin 13 digərinin 14 yaşı vardır. Övladlarını tək böyüdür. Özünə məxsus olan Mersedes E270 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. “BCDE” dərəcəli sürücülük vəsiqəsi vardır. 16 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi həmin avtomobillə Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində yolla saatda təxminən 80 km/saat sürətlə Lənkəran rayonu Veravul kəndi istiqamətində hərəkətdə imiş. Avtomobildə ondan başqa heç kim olmamışdır. Onun hərəkəti istiqamətində bir ədəd velosipedçi gedirmiş. O, velosipedçinin yolun sağ tərəfi ilə hərəkət etməsini təxminən 60-70 metr məsafədə görmüşdür. Bu səbəbdən avtomobilini yolun orta hissəsinə tərəf sola vermişdir. Velosipedçiyə 20-25 metr məsafəyə qədər yaxınlaşmışdır ki, həmin vaxt qəfildən velosipedçi hərəkəti istiqamətində yola tərəf gəlmişdir. Velosipedçi yola tərəf gələrkən avtomobilini sola tərəf qaçırmış və həmin an ayağını avtomobilinin əyləcinə sıxmışdır. Lakin həmin vaxt avtomobilinin sürəti yüksək olduğundan və velosipedçi qəfildən avtomobilinə tərəf gəldiyindən o, avtomobilinin velosipedçi ilə toqquşmasının qarşısını ala bilməmiş, belə ki avtomobilinin sağ qabaq tərəfi velosipedin arxa təkərinə dəymiş və zərbənin təsirindən velosipedçi havaya qalxaraq avtomobilinin üstünə çırpılmışdır. Daha sonra velosipedçi yuvarlanaraq avtomobilinin qarşısında asfalt üstə yerə düşmüşdür. Həmin vaxt avtomobilinin əyləcini sıxsa da avtomobilin onunla toqquşmasının qarşısını ala bilməmişdir. Avtomobildən düşən kimi velosipedçiyə tərəf qaçmış, daha sonra təcili tibbi yardım avtomobilinin gəlməsi üçün 103-ə zəng etmişdir. Təcili tibbi yardım avtomobili ilə piyadanı xəstəxanaya çatdırsa da həkimlər velosipedçinin öldüyünü bildirmişlər. Hərəkətdə olduğu yol geniş yol olmuşdur, yolun təxminən 7 metr enində olmuşdur. O, velosipedçini yolun sağ çiynindən 2,5 metr məsafədə yolun içərisinə doğru olan hissədə vurmuş, mərkəzi xəstəxanada olarkən polis əməkdaşları ora gəlmiş və daha sonra o da polis əməkdaşları ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir. O, sonradan bilmişdir ki, həmin şəxs-X9r. O, velosipedçini görəndə velosipedçi yolun sağ tərəfi ilə hərəkəti istiqamətində hərəkət edirmiş. Həmin velosipedçini görəndə aralarında təxminən 60-70 metr məsafə olmuşdur. Belə ki, velosipedçi onun ona yaxınlaşmağına 20-25 metr məsafə qalmışdır ki, qəfildən yolun sol tərəfmə avtomobilinə tərəf hərəkət etmişdir. Onun sürəti yüksək olduğundan o, avtomobilin əyləcini sıxsa da avtomobiliylə velosipedçini vurmuş və o, hadisənin qarşısını ala bilməmişdir. Əvvəllər həmin velosipedçini tanımamış və onunla heç bir münasibəti olmamışdır. O, avtomobiliylə öz hərəkəti istiqamətində saatda təxminən 80 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt qəfildən yolun sağ tərəfində onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi hərəkəti istiqamətində avtomobilinə tərəf gəlməsi və öz ehtiyyatsızlığından velosipedçini vurmuşdur. O, həmçinin heç bir spirtli içki və bihuşedici maddələrdən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edib dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamasını, himayəsində olan iki övladını təkbaşına böyütməsini nəzərə alaraq, ona təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran rayonu Girdəni kəndində yaşayır, evlidir, iki övladı var. 16 dekabr 2025-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhərindən yaşadığı evə, yəni Girdəni kəndinə gedən zaman qardaşı Fail Hüseynov ona zəng edərək əri X8 avtomobilin vurduğunu və dünyasını dəyişdiyini bildirmişdir. Bundan sonra o, Lənkəran RMX-na gəlmiş və orada olan zaman öyrənmişdir ki, ərini Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes E270 minik markalı, 42-CE- 402 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran şəhərindən üzü Girdəni kəndi istiqamətində Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində hərəkətdə olan zaman əri Murad Quliyev də velosipedlə onunla eyni istiqamətdə yolla hərəkətdə olarkən avtomobil yolun hərəkət hissəsində onu arxadan vurmuşdur. Avtomobilin sağ qabaq tərəfi velosipedin arxa təkərinə dəymiş və zərbənin təsirindən Murad havaya qalxaraq avtomobilin üstünə çırpılmışdır. Məlum yol nəqliyyat hadisəsi nəticəsində əri Murad Quliyev dünyasını dəyişmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs mərhum ərini çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırmış, lakin ərinin xəstəxanada öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs və ailə üzvləri ərinin yas mərasiminin keçirilməsində onlara əməli köməklik etmişlər. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi, eləcə də mülki iddiasının olmadığını bildirərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Evlidir, fərdi əməklə məşğuldur. 16 dekabr 2024-cü il tarixdə Lənkəran rayonu Girdəni kəndində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu Girdəni kəndindən üzü Lənkəran rayonu Vilvan kəndi istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə velosipedlə hərəkət edən bacısı oğlu olan X8 ehtiyyatsızlıq edərək vurmuşdur. Hadisədən sonra Murad Quliyev hadisə yerində dünyasını dəyişmişdir. O, yol nəqliyyat hadisəsinin şahidi olmamışdır, sadəcə olaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə bacısı oğlu olan X8 vurduğunu öyrənmişdir. Həmin hadisədən sonra bacısı oğlu Murad Quliyev vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, bacısı və onun ailəsinin təqsirləndirilən şəxsdən şikayətləri yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. 16 dekabr 2024-cü il tarixdə təhkim olunduğu xidməti avtomobiliylə xidmətdə olmuşdur. Belə ki, həmin gün saat təxminən 16 radələrində Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsini öyrənmişdir. Dərhal xidməti avtomobiliylə hadisə yerinə gəlmişdir. Belə ki, hadisə yerinə gəldikdən sonra öyrənmişdir ki, Lənkəran rayonu Vilvan kənd sakini 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz minik markalı, 42CE402 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran-Boradigah avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində, Girdəni kəndindən üzü Lənkəran rayonu Vilvan kəndi istiqamətində saatda 80 km/saat sürətlə hərəkət edərək onunla eyni istiqamətdə yolun hərəkət hissəsi ilə hərəkətdə olan Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan 1981-ci il təvəllüdlü X8 avtomobilinin qabaq sağ tərəfi ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra Təqsirləndirilən şəxs Murad Quliyevi təcili tibbi yardım avtomobilinə yerləşdirərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Lənkəran Rayonlararası zona mərkəzinin meyitxanasına yerləşdirmişdir. Daha sonra məlum yol nəqliyyat hadisəsi barədə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs içkili olub-olmaması ilə bağlı narkoloji xəstəxanasına yoxlanılmaq üçün aparılmış, daha sonra onun iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə gələrək hadisə yerini müayinə etməyə başlamışlar. Hadisə yeri müayinə olunduqdan sonra avtomobil polis şöbəsinin duracağına təmin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: İşdə olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan, sxem və fotocədvəldən görünür ki, yol nəqliyyat hadisəsi yeri Lənkəran rayonu Girdəni kəndində yerləşən ərazidə baş vermişdir. Belə ki, Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” minik markalı, 42CE402 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu Girdəni kəndindən üzü Lənkəran rayonu Vilvan kəndi istiqamətinə 80 km/saat sürətlə hərəkətdə olarkən ehtiyyatsızlıq edərək yolun hərəkət hissəsi ilə velosipedlə hərəkətdə olan Lənkəran rayonu Girdəni kənd sakini X8 yolun hərəkət hissəsində asfaltın başlanığıcından 2,5 metr yolun hərəkət hissəsinə tərəf olan yerdə vurmuşdur. Nəticədə velosipedçi X13 hadisə yerində dünyasını dəyişmişdir. İşdə olan “Meyitə baxış keçirilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: alın nahiyəsində ovalvari formada 3,0x2,5 sm, başın ənsə nahiyəsində 4,0x1,0 sm, sol diz oynağının arxa səthində 10x3,5 sm, sol dabanın arxa səthində 5,0x2,0 sm ölçülərdə kənarları nahamar, qurtaran ucları küt. mənfəzi açıq, mənfəzində qan və qan axıntısı müşahidə olunan əzilmiş yaralar, sol sağrı nahiyəsində 15x1,0 sm, sağ sağrı nahiyəsində 6,0x5,0 sm, sol əlin arxa səthində 2 ədəd 2.Ox 1,0 sm, 1,5x1.0 sm ölçülərdə səthi nəm. ətraf dəri səviyəsindən aşağıda yerləşən, ətrafı solğun qırmızı rəngli sıyrıqlar, burunsümüklərinin sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin sınığı vardır. Meyitin xarici müayinəsində digər xəsarət aşkar edilmədi. İşdə olan məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2025-ci il tarixli 36 saylı rəyindən görünür ki, Mərhum: X7 bədəni üzərində - kəllə qapağı (ənsə) və kəllə əsası sümüklərinin sınığı, baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə, ənsə nahiyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, burun, sol körpücük və sağ baldır sümüklərinin sınıqları, alın, ənsə, sol diz oynağı, sol daban nahiyələrində əzilmiş yaralar, hər iki sağrı, sol əl nahiyələrində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarada göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü tarixdə idarə etdiyi velosiped minik avtomaşını ilə toqquşması zamanı avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: X7 ölümünə - başın küt travması ilə əlaqədar kəllə qapağı (ənsə) və kəllə əsası sümüklərinin sınığı, baş beyinin ağır dərəcəli əzilməsi səbəb olmuşdur. Mərhum: X7 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında narkotik, alkoqol və güclü təsiredici maddələr aşkar edilməmişdir. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 28 yanvar 2025-ci il tarixli 8/1 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: “Mercedes Benz E270 CDİ” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Eksperiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 30 aprel 2025-ci il tarixli 8/858 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: “Mercedes Benz E270 CDİ” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Eksperiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İşdə olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan 16 dekabr 2024-cü il tarixli 001107 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü- Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan BD405651 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCDE” kateqoriyalı sürücülük hüququ vardır. İşdə olan BDYP-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-5/2-2814/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adma xx.xx.2021-ci il tarixdə “BCDE” kateqoriyalı BD-405651 saylı sürücülük vəsiqəsi verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdınlanlar sırasında olmadığı müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 268 saylı arayışından görünür ki, Səmədov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz minik” markalı 42CE402 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İşdə olan Lənkəran ŞİHB-nin Vilvan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyatnamədən görünür ki, Səmədov X3 rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 30 yanvar 2025-ci il tarixli **********906 saylı ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs və X12 nikahda olmuş, həmin nikhdan onların xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. İşdə olan AZ-İİ № 245226 bömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 05 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan 04 avqust 2025-ci il tarixli 12-11/281 nömrəli məktubdan görünür ki, Səmədov X3 rayonunun Vilvan kəndində himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladları ilə yaşayır. İşdə olan epikriz və çıxarışlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X10 doğulduqdan sonra kəskin enterit, kəskin qastroenterit, hirşprunq xəstəliyindən (opera, kolosoma daşıyıcısı) əziyyət çəkimiş və dəfələrlə cərrahi əməliyyat olunmuş, sonuncu dəfə ona xx.xx.2024-cü il tarixdə dilin törəməsi diaqnozu qoyulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailəsinin yeganə gəlir gətirən şəxsi olmaqla himayəsində olan iki övladını təkbaşına böyütməsini CM-nin 59.1.4, 59.1.11, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, dəymiş ziyanı ödəməsini və himayəsində olan iki övladını təkbaşına böyütməsi, həmin uşaqlardan xx.xx.2010-cu il təvəllüdlü X1 uzun müddət davam etməklə hazırda da ağır xəstəlikdən əziyyət çəkməsi kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, zərərçəkmiş şəxsin ailə üzvləri ilə hadisədən sonrakı qarşılıqlı münasibətlərini və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə davranışlarını, əməlindən peşman olan, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi “Mercedes Bemz minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan “Mercedes Bemz minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs oğluna qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar