Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-134/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Lənkəran rayonun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 mart 2023-cü il tarixdə, saat 10.25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq qərarın gəlib bu məqsəd ilə 13 iyul 2022-ci il tarixdə gündüz saatlarında Lənkəran rayonun Şirinsu kəndində, dəniz kənarında yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs məxsus 700 manat qiymətində bir baş inəyini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin noyabr ayının ortalarında, Lənkəran rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq, 1 ədəd bükümdə, təmiz çəkisi-0,424 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2022-ci il tarixdə saat 18:10-da radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin, Liman Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılaraq Liman PB-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin narkotik vasitə heroin əynində olan şalvarın sağ cibində sellofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, bir ara fasilə verməklə bir neçə vaxtdır ki, heroin qəbul edir. Keçən ilin iyul ayının ortalarında pula ehtiyacı olduğu üçün Lənkəran rayonun Liman şəhərində, dəniz kənarından qırmızı rəngli üzərində ağ xalları olan bir inəyi oğurlayaraq Nərimanabad yoluna tərəf aparmışdır. İnəy əlindən qaçmaq istəsədə buna imkan verməmişdir. Həmin vaxt balıq tutmaqdan qayıdan bir şəxslə rastlaşmış, həmin şəxs inəyi dartaraq apardığını görüb ona inəyin onun sözünə qulaq asmadığını bildirmişdir. Cavabında həmin şəxsə inəyin özünə məxsus olduğunu, onu dəniz kənarından tapdığını, onu bezdirdiyini və buna görə də satacağını bildirmişdir. Həmin şəxs ondan inəyin qiymətini soruşduqda, 700 manata satacağını bildirmişdir. Həmin şəxs inəyi ona 600 manata satmağa razı olduğu halda 15 dəqiqəyə alacağını bildirmişdir. O da razılaşmış, həmin şəxsi Nərimanabad yolunda gözlədikdən 15 dəqiqə sonra 600 manat alıb inəyi həmin şəxsə vermişdir. İnəyin satışından əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Bir neçə ay sonra, xx.xx.2022-ci il tarixdə, günorta vaxtı Lənkəran şəhəri Böyük bazar ərazində olarkən, üzdən tanıdığı, lakin adını, soyadını və ünvanı bilmədiyi şəxsdən bir ədəd bükümdə şəxsi istifadəsi üçün 10 manata heroin almışdır. Həmin heroini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün axşam vaxtı yaşadığı kənddə olduğu zaman polis əməkdaşları onu Liman polis bölməsinə gətirmişdir. Polis şöbəsində o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Sonra vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının cibində bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümdə olan heroin elektron tərəzidə çəkilmişdir. Şifahi sorğu zamanı heroinin özünə məxsus olduğunu, onu böyük bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş həmin heroin bükümü zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, zərəçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ondan şikayətçi və tələbi yoxdur. Cəza verilərkən həmin halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunur. Məhkəmə icasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs lazımi qaydada məlumatlandırılmış, o, “WhatsApp” vasitəsilə məhkəmə iclas katibi ilə əlaqə saxlayaraq hazırda Ruminiyda olduğunu, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirlən şəxsin ona vurduğu ziyanın ödənildiyini, bu barədə məhkəməyə ərizə təqdim olunduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Şirinsu kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Evlidir və iki uşaq atasıdır. Əvvəllər məhkum edilməmişdir. Rəsmi olaraq işləmir. Fərdi əmək kimi dülgərliklə məşqul olur. Ailəsini dolandırmaq üçün şəxsi təsərrüfatında mal qara saxlayır. Şəxsi təsərrufatında 4 baş mal qara saxlayır. Onları hər gün səhər saat 07 radələrində kənddə dəniz kənarında yerləşən otlaq sahəsinə buraxır. Ondan başqa kənd sakinləri öz mal qaralarını həmin otlaq sahəsinə buraxırlar. İnəklər axşam saat 18 radələrində kəndin avtomobil yolunun kənarına kimi gəldikdən sonra onları yolu keçirdib evinə gətirir. Bu qayda hər gün davam edir. Otlaq sahəsində inəklərə heç kəs nəzarət etmir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında inəkləri özü otlaq sahəsinə ötürmüşdür Həmin gün axşam inəkləri otlaq sahəsində evə gətirəndə ona məxsus 4 baş inəklərdən bir başı, dişi, ətlik çəkisi 70-80kq olan, qəhvəyi rəngli və üzərində ağ xalları olan, 1.5 yaşlı inəyi həmin inəklərin arasında görməmişdir. O həmin vaxt hava qaranlıq olduğu üçün inəyi axtarmamışdır. Fikirləşmişdir ki, inək axşam özü gələr. Lakin inək axşam gəlmədiyi üçün səhəri gün otlaq sahəsində inəyi axtarmağa başlamışdır. İnəyi 6 gün axtarıb tapa bilmədiyi üçün Liman polis bölməsinə inəyinin itməsi ilə bağlı müraciət etmişdir. Bildirir ki, bundan öncə ona məxsus bir baş inəyi otlaq sahəsidə itsədə onu səhəri gün otlaq sahəsində tapıb evinə gətirmişdir. İnəklər otlaq sahəsində başqa yerə getmirlər. O tam əmindir ki, inəyini naməlum şəxs oğurlamışdır. Buna görə o yenidən şikayət etmişdir. Onun inəyinin oğurlanması nəticəsində ona 700 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili X4 göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və Lənkəran rayonu ərazisində oğurluq etməsi barədə məlumat əldə etmiş, buna görə də onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna bölmənin polis nəfərləri Şahid2 və X3 da cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Göyşaban kəndi ərazisində görüb onu polis bölməsində gətirmişlər. Daha sonra isə ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmiş, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs həmin əynində olan şalvarının cibindən işərisində heroinə bənzər kütlə olan bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs, üzərindən aşkar olumuş maddənin heroin olduğunu və onu tutulduğu gün gündüz saatlarında Lənkəran şəhərindəki Mərkəzi bazarda üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, bu zaman onun üstündən bir bükümdə olan maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitənin heroin və özünə məxsus olduğunu, eləcə də 2022-ci ilin yay aylarında Şirinsu kəndi ərazisində bir baş inəyi oğurladığını bildirmişdir. Cinayət işində olan mütəxəssis rəylərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış bir baş inək 700 manat qiymətində qiymətləndirilmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 19/168 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə heroinə bənzər kütlə... ” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -0,424 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqatdan sonra qalıq çəkisi 0,374 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 1186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə etmə halları olub, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nrkomaniyadan məcburu müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,424 qram narkotik vasitə heroin və DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış qalıq qalan 0,374 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Quliyev X2 Hərbi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Cəlilabad hərbi məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2014cü il tarixdə cəza müddəti başa çatdığı üçün cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəmyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməsi və səmimi peşiman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş”həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və və Lənkəran rayon Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,374 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutularaq, Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 03 ay 23 gün həbsdə saxlamanın müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 07 (yeddi) ay 16 (on altı) gün çıxılmaqla üzərində qəti olaraq, 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,374 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspertiza xərci dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-134/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-134/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver