Məhkəmə qərarları › İş №1(049)-134/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-134/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-134/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 14:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər: Müdafiəçi1 və MuxtarovBəhrəm Balaxan oğlunun iştirakı ilə xx xxxxxx 1985-ci ildə Lənkəran şəhəri, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, xx.xx.2017cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə 1 il 1 ay 1 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ev 49-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1983-cü ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, xx.xx.2014-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə 1 il 4 ay 1 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla, ünvan 2-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, satış məqsədilə ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 30 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə satış məqsədi ilə qanunsuz olaraq, tanışı Təqsirləndirilən şəxs2 300 manat pul müqabilində 01 (bir) ədəd qara rəngli sellofan torbada 102,959 qram və 10 ədəd kibrit qutusu içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: -2,888 qr; -3,184 qr; -4,560 qr; -3,687 qr; - 3,419 qr; -3,681 qr; -2,971 qr; -3,503 qr; -3,617 qr və -3,682 qram olmaqla ümumi təmiz çəkisi -138,151 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər Rayon X19 Polis Bölməsinin əməkdaşlarının 30 yanvar 2024-cü il tarixdə saat 21:00-da Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində keçirdikləri əməliyyat tədbirləri zamanı həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına aparılıb barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə qurudulmuş marixuana sellofan torbada və kibrit qutularının içərisində əynində olmuş qara rəngli qış gödəkçəsinin iç hissəsindən qara rəngli sellofana bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, satış məqsədilə ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, satma və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2024-cü ilin yanvar ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 300,545 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş və üzərində saxlayaraq yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/3-də yerləşən 6 №-li mənzilə daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə ümumi çəkidən ayırıb üzərində saxlayaraq daşıdığı 1 ədəd sellofan bükülüdə 102,959 qr; və 10 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,888 qr; 3,184 qr; 4,560 qr; 3,687 qr; 3,419 qr; 3,681 qr; 2,971 qr; 3,503 qr; 3,617 qr; və 3,682 qr; olmaqla, cəmi 138,151 qram çəkidə olan hissəsini 30 yanvar 2024cü il tarixdə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, eyni məqsədlə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın qalan 160,0 qramını yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/3-də yerləşən 6 №-li mənzilin eyvanına qoyulmuş işlək vəziyyətdə olmayan paltaryuyan maşının içərisində, 1 ədəd kibrit qutusunda 2,394 qramını isə üzərində daşıyaraq saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon X19 polis bölməsinin əməkdaşlarının 30 yanvar 2024-cü il tarixdə başlanan əməliyyat tədbirləri zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 həmin gün saat 21 radələrində Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Liman polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilərkən ondan alıb, satış məqsədi ilə qanunsuz olaraq üzərində saxladığı 1 ədəd sellofan bükülüdə və 10 ədəd kibrit qutusunda, cəmi 138,151 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sonuncunun əynində olmuş qara rəngli gödəkçənin iç hissəsindən qara rəngli sellofana bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq özü də, 31 yanvar 2024-cü il tarixdə saat 19:10 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə qurudulmuş marixuananın 2,394 qramı 1 ədəd kibrit qutusunun içərisində əynində olmuş şalvarın sağ yan cibindən, qalan 160,0 qramı isə həmin tarixdə saat 21:20 radələrində icazəsi və iştirakı ilə yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/3-də yerləşən 6 №-li mənzilə baxış keçirilərkən sellofan bükülüdə mənzilin dəhlizində olan paltaryuyan maşının içərisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də cinayət törətməyə görə məhkum edilmişdir. Digər Təqsirləndirilən şəxs2 ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra da onlar arabi görüşmüşlər və telefonla əlaqə saxlamışlar. Görüşüb birlikdə narkotik vasitə marixuana da qəbul etmişlər. Lakin heç zaman Məhərrəmdən nə satış, nə də ki, şəxsi istifadəsi məqsədilə narkotik vasitə almamışdır. Polis tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə olan marixuana onun üzərinə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən ona verilərək, şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməsi ondan tələb edilmişdir. Saxlanılarkən polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülmüşdür və narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi ondan tələb edilmişdir. Həmçinin ona bildirilmişdir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iə ittiham verəcəklər və yüngül cəza verilərək azadlıqda qalacaq. Bütün bunlara əsasən, məcburiyyət qarşısında üzərində keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş narkotik vasitəni gödəkçəsinin içindən çıxarıb təqdim etmiş və həmin narkotiki Maqadan aldığını bildirmişdir. Lakin o, heç vaxt narkotik vasitəni satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitənin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs1 sonda ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində bildirmişdir ki, ona elan olunmuş ittihamla özünü qismən təqsirli hesab edir. Həbs olunanadək Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ev 47, mənzil 20-da ailə üzvlərilə birlikdə yaşamışdır. Ev ustası olaraq fəaliyyət göstərir. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası CM-nın 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 01 il 01 ay 01 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 20 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuandan tüstüsünü qəbul etmək yolu istifadə etmişdir. Bu səbəbdən həmin narkotik vasitələrə aslılığı yaranmışdır. Narkotik vasitə qurudulmuş marixuananı tanımadığı şəxslərdən alıb qəbul etmişdir. 30 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində narkotik vasitə qurudulmuş marixuana almaqdan ötrü yaşadığı evdən çıxıb Lənkəran şəhəri, Ləvəngi dairəsi istiqamətində olan zaman əvvəllər də narkotik vasitə aldığı “Maqa” ləqəbli, Təqsirləndirilən şəxs2 görüb ona yaxınlaşmışdır. Bu zaman ona uzun müddətli istifadəsi üçün qurudulmuş marixauana verməyini ondan istəmişdir. Təqsirləndirilən şəxs2 də üzərindən qara rəngli sellofan torba çıxarıb, 200 qrama yaxın qurudulmuş marixauana olduğunu və 300 manata satıdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs2lə razılaşıb ona üzərimdə olan 300 manat pulu verib qara rəngli sellofan da olan qurudulmuş marixuananı almışdır. Sellofan torbanın içərisinə baxdıqda içərəsində qurudulmuş marixuana və 10 ədəd kibrit qutusu dolu marixuana olduğunu görmüşdür. Həmin sellofan torbanı əynində olmuş qara rəngli qış gödəkçəsinin zəncirbəndini açıb içərisində gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs2lə sağollaşıb, həmin yerdə olan tanımadığı taksiyə əyləşib yaşadığı Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ərazisində avtomobildən düşmüşdür. Həmin küçədə qalıb siqaret çəkib piyada şəkildə yaşadığı evə gedən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb, ona özlərini Lənkəran ŞRPŞ-nın Liman PB-nın əməkdaşları olduqlarını ona bildirmişlər. Onlar ona narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Liman PB-nın inzibati binasına gətirmişlər. Polis bölməsində inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün Müdafiəçi1 dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin zəncirbəndini açaraq sağ hissədə gizlətdiyi qara rəngli sellofan torbanı təqdim etmişdir. Daha sonra üzərinə içərisinə baxış keçirildikdə içərəsində qurudulmuş marixuana və 10 ədəd kibrit qutusu içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Ona verilən suallara cavab olaraq təqdim etdiyim sellofan bağlamada olan narkotik vasitənin qurudulmuş marixuana olduğunu, 30 yanvar 2024-cü il tarixdə tanışı “Maqa” adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını və heç kimə satmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və digər qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Təqdim etdiyi qara rəngli sellofan torbasında aşkar edilmiş sellofanda qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə çəkisinin 0.160 kq (160 qram) olması məlum olmuşdur. Sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixauna ekspertizaya təqdim olunması məqsədilə qablaşdırılaraq bağlanaraq möhürlənmiş və onun üzərində müvafiq qeydiyyat aparılmış, üzəri o və müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, uzun müddətli istifadəsi üçün həmin marixuananı aldığını bildirmişdir. Əvvəllər də tanışı Təqsirləndirilən şəxs2 Satula oğlundan qurudulmuş marixuna əldə etdiyini, polis əməkdaşları tərəfindən tutulan zaman ona hər hansı bir zorakılıq hərəkətləri olmadığını göstərmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1ı cəzaçəkmə müəssisəsindən tanıyır. Belə ki, onlar eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. Onlar arabir görüşmüşlər, telefonla danışmışlar və narkotik vasitə marixuanadan istifadə etməmişlər. Lakin o, heç vaxt narkotik vasitə satmamışdır. Nə də saış məqsədilə heç kəsə narkotik vasitə verməmişdir. Polis tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, üzərində şəxsi axtarış aparılmamışdan əvvəl o, polis əməkdaşları tərəfindən döyülmüşdür. Üzərinə narkotik vasitə qoyulraq şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi ondan tələb edilmişdir. O, da məcburiyyət qarşısında şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Sonradan evində polis əməkdaşları tərəfindən axtarış aparılarkən köhnə, işləməyən paltaryuyan maşının içindən aşkar edilmiş narkotik vasitə heroin də ona məxsus olmamışdır. Belə ki, evində heç kəs yaşamadığından və evin qapısı açıq olduğundan həmin narkotik vasitə axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən ora yerləşdirilmişdir. O, heç vaxt narkotik vasitə satmamışdır. Nə də ki, satış məqsədilə əldə edib özündə saxlamamışdır. Təqsirləndirilən şəxs2 sonda ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində bildirmişdir ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Həbs olunanadək ünvan 2-da ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nın 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022ci il tarixdə Bakı şəhər, Nizami rayon məhkəməsinin qərarı ilə 1 il 4 ay 1 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir.20 ilə yaxındır ki, narkotikm vasitələrin aludəçisidir.Həmin maddələrdən istifadə etmədikdə bədənində şiddətli ağrılar olur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məhkum olduğu zaman orada məhkum “Fərşad” adlı İran İR vətəndaşı ilə tanış olmuşdur. Həmin zaman ona istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Cəza çəkmə müəssisəsindən azad olunduqdan sonra Fərşad ona cəza çəkdiyi müəssisəsnin daxili telefonu ilə zəng edib əlaqə saxlamışdır.2024-cü ilin yanvar ayının əvvəllərində onunla yenidən eyni qayda ilə əlaqə saxlayan zaman Fərşada tanışları vasitəsilə çəkmək üçün narkotik vasitə qurudulmuş marixuananı tanışları vasitəsilə göndərməsini xahiş etmiş və bu zaman Fərşad ona çəkməsi üçün tanışları vasitəsilə narkotik vasitə qurudulmuş marixauna göndərəcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvəllərində Fərşad adlı şəxslə yenidən eyni qayda ilə əlaqə saxlayan zaman Fərşaddan yenidən qurudulmuş marixuananın göndərilməsini xahiş etmişdir. Həmin ərəfələrdə dəqiq xatrlamadığı gündə Fərşad adlı tanışı ona zəng edərək, ona tanışları vasitəsilə Bakı şəhəri Ələt qəsəbəsi ərazisində yolun kənarında təqribi çəkisi 200 qram qurudulmuş marixuana göndərəcəyini bildirdi. O da həmin yerə gedib əvvəlcə olan razılaşmasına əsasən Ələt qəqəbəsi ərazisində yolun kənarındakı daşın altında qurudulmuş marixauanı götürüb həmi yerə 150 manat pul qoymuşdur. Sonra isə yaşadığı ünvana qayıtmışdır. Bir neçə gün aldığı marixauadan qəbul etmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində tanışı və məhkum yoldaşı Təqsirləndirilən şəxs1 ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edib, ondan istifadəsi üçün qurudulmuş marixuana olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona görüşmək istədiyini xahiş etmişdir. Yaşadığı evdə olan qurudulmuş marixuanadan bir bükümünü götürüb qalanını işləməyən paltaryuyan maşının içərisində gizlətmişdir. Həmin tarixdə Lənkəran şəhəri, Ləvəngi dairəsi ərazisində görüşüb üzərində gətirdiyi marixuanadan birlikdə istifadə etməyə başlamışlar. İstifadə etdikdən sonra Təqsirləndirilən şəxs1 özü ilə aparmaq istifadəsi üçün qurudulmuş marixuana verməyini və gələcəkdə pulu olarsa ona verəcəyini bildirmişdir. Mən də ona təqribən bir sellofan bağlamada 7-8 dəfə istifadə etməyi üçün qurudulmuş marixuana verdim. Sonra Təqsirləndirilən şəxs1la sağollaşıb yaşadığım evə gəldim. 31 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində marixuanadan qəbul etmək tələbatım yarandığına görə paltaryuyanda gizlətdiyim qurudulmuş marixuanadan bir qismini ayırıb kibrit qutusuna doldurub yenidən yerinə qoydum. Kibrit qutusunu cibimə qoyub qəbul etmək üçün yaşadığım mənzildən çıxıb həyətə düşdüm. Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ərazisində həmin marixuanadan qəbul etmək üçün sakit yer axtaran zaman mülki geyimdə olan bir neçə şəxs mənə yaxınlaşıb, özlərinin Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları olduqlarını mənə bildirdilər. Onlar mənə narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağım barədə məlumatları olduğunu deyib, məni Liman PB-nin inzibati binasına gətirdilər. Polis Bölməsinin inzibati binasında mənə şübhəli şəxs kimi tutulduğumu elan edib, mənim üçün müdafiəçi Elşən Musazadəni dəvət edib, müdafiəçinin iştirakı ilə üstümdə şəxsi axtarış aparmağa başladılar. Üzərimə axtarış keçirilməzdən əvvəl mənə üzərimdə qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyim təklif olundu. Bu təklifdən sonra əynimdə olan qara şalvarın sağ cibində gizlətdiyim kibrit qutusunu təqdim edib içərisində qurudulmuş marixuana olduğunu bildirdim. Daha sonra üzərimə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi və qanunsuz predmet və ya əşya aşkar edilmədi. Təqdim etdiyim kibrit qutusunun içərisinə baxış keçirildikdə içərisində qurudulmuş marixuana olması aşkar edildi. Mənə verilən suallara cavab olaraq təqdim etdiyim qurudulmuş marixuananı 2024-cü ildə Bakı şəhəri ərazisində tanıdığım İran İR vətəndaşı vasitəsilə təxminən 15 gün qabaq 150 manata Bakı şəhəri ərazisində aldığı bir bükümü üzərində gəzdirdiyini və qalanını isə Lənkəran şəhəri, Ş.Xiyabanı ərazisində yerləşən yaşadığı evdə gizlətdiyini bildirib, özünü müdafiə etmək məqsədilə həmin maddədən heç kimə vermədiyimi, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin tarixdə polis əməkdaşları, vəkil və müdafiəçinin iştirakı yaşadığı ünvan 2 ünvanına baxış keçirilməyə başlanmışdır. İlkin olaraq ondan yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olub-olmadığı soruşulduqda, hər hansı bir etirazımın olmadığını bildirib buna dair ərizəni yazıb təqdim etmişdir. Sonra yaşadığı mənzilə baxış keçirilməyə başlanmışdır. Bu zaman ondan yaşadığı evin hansı hissəsində qurudulmuş marixuana saxlamağı ilə bağlı suallar verildikdə o, evin mətbəx hissəsinin girişini göstərərək mənzilin bağlı olan eyvanında olan işləməyən “Samsung” markalı paltaryuyan maşının içərisində qurudulmuş marixuana bağlaması saxladığımı bildirmişdir. Sonra həmin yerdə qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Sellofan torbanın içərisində qurudulmuş marixuana olması məlum olmuşdur. Sonra həmin marixuana elektron tərəzidə çəkildikdə çəkisi 0,160 kq (160 qram) olması məlum olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin bağlama qarışdırıldı və üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Narkotik vasitələrin istifadəsi ilə daim məşğul olduğunu, satışı ilə məşğul olmasa da, tanışı Təqsirləndirilən şəxs1 30 yanvar 2024-cü il tarixdə qurudulmuş marixuananı pay şəkilində verməsini göstərmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana və ya başqa növünü vermədiyini və ya satmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri olmadığını və narkotik vasitəsinin özünə məxsus olmasını göstərmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nın Liman PB-nın Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. Polis baş leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayonu, Liman şəhəri, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ev 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, polis bölməsinin polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 30 yanvar 2024-cü il tarixdə, saat 21:00 dəqiqədə Cavadov X7 rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ərazisində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşdür. Ona yaxınlaşıb özünü təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və Liman polis bölməsinin Liman şəhəri, M.Müşfiq küçəsi 24-də yerləşən inzibati binasına gətirmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş Müdafiəçi1 iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Videoçəkiliş polis nəfəri Şahid2 tərəfindən çəkilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda, əynində olan qara rəngli qış gödəkçəsinin zəncirbəndini açaraq sağ yan tərəfindən qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilərkən içərisində qurudulmuş marixuanaya bənzər maddələr, 10 ədəd olmaqla içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik maddələr birlikdə elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisi 0,160 kq (160 qram) olması müəyyən olunmuşdur. Həmin kütlələr ekpertizaya təqdim olunması məqsədilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 verilən şifahi suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitkiləri saxlanıldığı gün yəni, 30 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri, Ləvəngi dairəsində “Maqa” adlı Təqsirləndirilən şəxs2 300 manata aldığını bildirmişdir. Bundan başqa əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi Təqsirləndirilən şəxs2 müəyyən edilməsi istiqamətində tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, polis bölməsinin polis nəfərləri, polis baş serjantları Şahid4 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək yenidən ona həvalə edilmişdir. 31 yanvar 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, Şəhidlər Xiyabanı (Raypo) ərazisində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb ona yaxınlaşıb özlərini təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib onu Liman polis bölməsinin ünvan 1-də yerləşən inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçi X5 iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlandı. Videoçəkiliş polis nəfəri Şahid4 tərəfindən çəkilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda, o əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin kibrit qutusunu elektron tərəzidə çəkildikdə çəkisi 5,37 qram olması məlum olmuşdur. Sonra həmin kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Kibrit qutusu içərisində narkotik vasitə olan marixuananı 15 gün bundan əvvəl Bakı şəhərində tanımadığı yerdən yolun kənarında 2014-cü ildən tanıdığı İran İR vətəndaşı vasitəsindən əldə etdiyini bir qismini istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra həmin tarixdə saat 20-dən etibarən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 3 ünvvanında yerləşən mənzilə baxış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olub-olmaması sualına o, hər hansı bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin harasında narkotik vasitə gizlətdiyi sualına o, yaşadığı mənzilin mətbəx hissəsində quraşdırılmış paltaryuyanın sellofan torbanı təqdim etmişdir. Sellofan torbanın içərisinə baxış keçirildikdə qurudulmuş marixuanaya bənzər maddə olması məlum olmuşdur. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildi və çəkisi 0,175 kq olması məlum oldu. Sonra həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırıldı. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə olan otaqlara baxış keçirildikdə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın Liman PB-nın polis sahə nəfəri, polis baş serjantları Şahid2, Şahid3, X8 və Şahid4 ifadələrində əməliyyat müvəkkili, polis baş leytanantı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və digər sübutlarla təsdiq olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: 30 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 30 yanvar 2024-cü il tarixdə saat 21:00da Ləkəran ŞRPŞ-nın Liman PB-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsində hərəkətdə olan zaman saxlanılaraq Liman polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış aparılarkən əynində qış gödəkçəsinin zəncirbəndini açaraq sağ yan tərəfindən qara rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana və 10 ədəd kibrit qutusunda olmaqla hər birinin içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuanı Lənkəran şəhəri, Ləvəngi darirəsində tanışı “Maqa” adlı şəxsdən 300 manata aldığını bildirmişdir. 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdə saat 19:10da Ləkəran ŞRPŞ-nın Liman PB-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb Liman polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış aparılarkən əynində olmuş qara rəngli şalvarınınsağ yan cibindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Aşkar olunmuş kütlə ekpertizaya göndərilməsi məqsədilə elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı saxlanılmamışdan 15 gün qabaq Bakı şəhərində əvvəllər tanıdığı iran vətəndaşından aldığını, bir qismini üzərində saxladığını və bir qismini isə yaşadığı Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən evində gizlətdiyini bildirmişdir. 31 yanvar 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, 31 yanvar 2024-cü il tarixdə saat 21:20-də Təqsirləndirilən şəxs2, müdafiəçisi və Lənkəran ŞRPŞ-nın Liman PB-nın əməkdaşlarının iştirakları ilə ünvan 3 ünvanında yerləşən mənzil baxış keçirilmiş və həmin mənzilin mətbəxində quraşdırılmış paltaryuyan maşının içərisində sellofan torbadan içərisində qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş kütlə ekpertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 19/89 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində üzərində imzalar olan bir ədəd bükülüdəki, təmiz çəkisi -102,959 qram və 10 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,888 qr; 3,184 qr; 4,560 qr; 3,687 qr; 3,419 qr; 3,681 qr; 2,971 qr; 3,503 qr; 3,617 qr; 3,682 qram; ümumi təmiz çəkisi -138,151 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə bioloji ekspertizasının 01 fevral 2024-cü il tarixli, 19/96 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 oğlunun üzərindən götülümşü narkotik vasitəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi -2,394 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “vət. İbayevin yaşaıdğı evdən aşkar olunan narkotik vasitəyə bənzər kütlə ” sölər və imzalar olan bir ədəd bükülüdəki, təmiz çəkisi -160,0 qram olan bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkiisndən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X1 üzərindən və yaşadığı evdən aşkar olunmuş 1 ədəd kibirti qutusunda bə 1 ədəd bükülüdə olmaqla olmaqla ümumi təmiz çəkisi 162,394 qram olan marixaunalar bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-bioloji ekspertizasının 27 mart 2024-cü il tarixli 19/216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd bükülü və 10 ədəd kibrit qutusunda Marixuana Rəy №-19/89.... ” və “Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş 2 bükülü Marixuana Rəy №-19/96.....” sözlər və imzalar olan 2 ədəd paketdəki marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2024-cü il tarixli 84 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTİLİYİ) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2023-ci il tarixli 88 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTİLİYİ) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 30 yanvar 2024-cü il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 21:00-da saxlanılmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 19:10-da saxlanılmışdır. DİN-in BƏSİİ-nin tələbnaməsindən, hökmün və qərarın surətindən görünür ki, Cavadov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökümü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3 və 93.1.2-ci maddələri ilə təqsili bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 01 il 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. DİN-in BƏSİİ-nin tələbnaməsindən, hökmün və qərarın surətindən görünür ki, İbayev X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cu il tarixli hökümü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3 və 93.1.2-ci maddələri ilə təqsili bilinib 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 01 il 04 ay 01 gün vaxtındna əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. xx.xx.2024-cü il tarixli 757 və 758 nömrəli Lənkəran Şəhər Psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda deyildirlər. xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş “Samsung A14” markalı mobil telefona baxış keçirlən zaman mobil telefonun ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə 30 yanvar 2024-cü il tarixdə “Maqa Göyşaban” adı altında qeyd olunmuş Təqsirləndirilən şəxs2 istfadəsində olmuş 051 442-01-60 saylı mobil nömrəsi ilə saat 17:56-da 2 dəqiqə, saat 19:21-də isə 16 saniyə aralarında danışıq olmuşdur. xx.xx.2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş, “Redmi” markalı mobil telefona baxış keçirilərkən zaman mobil telefonunda istifadə etdiyi üzərində ***-***-**-** nömrəsi ilə “Cavad Zon” adı altında qeyd olunmuş Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi ilə 30 yanvar 2024-cü il tarixdə saat 14:41-də 23 saniyə, 15:40-da 1 dəqiqə, 4 saniyə, saat 19:45-də 42 saniyə, saat 19:56-da 36 saniyə müddətində danışıqları olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə və 10 ədəd kibrit qutusunda olan, ümumi təmiz çəkisi -138,151 qram (qalıq – 137,771 qram) narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada 162,394 qram (qalıq -162,144) çəkidə narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsinin əks olunduğu videoçəkilişlərə dair 03 ədəd DVD disklər maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə və 10 ədəd kibrit qutusunda olan, ümumi təmiz çəkisi -138,151 qram (qalıq – 137,771 qram) narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada 162,394 qram (qalıq -162,144) çəkidə narkotik vasitə qurudulmuş marixuana Lənkəran ŞRPŞ-nın maddi sübutların saxlanması otağına təhvil verilmiş, 03 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 85 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 86 saylı rəyindən görünür ki, X1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış, xasiyyətnamə və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çəlumata əsasən müəyyən edilir ki, Cavadov X7 rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 47/2 mənzil 20 ünvanında ailə üzvləri – anası X3, həyat yoldaşı X12, övladları: xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, İbayev X2 rayonu, Göyşübün kəndində ailə üzvləri – həyat yoldaşı X16 və övladı xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiat Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tibbi kartoçkalarından görünür ki, onlar xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişlər. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət izləri aşkar edilməmiş, sağ qaş və sağ saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət izləri aşkar edilməmiş, hər iki saidin ön səthində, kürək arası nahiyədə köhnə çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 9-cu bəndinə əsasən bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə itihamın irəli sürülməsində əsas kimi Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin həcminin çoxluğu əsas gətirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin bükümlərə ayrılması və Təqsirləndirilən şəxs2lə aralarında olan telefon danışıqlarında dair sübutlar Təqsirləndirilən şəxs1 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas kimi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vaitəni Təqsirləndirilən şəxs2 aldıqdan qısa müddət, yəni təxminən yarım saat sonra polis əməkdaşları tərəfindən saxlanmşdır. İbtidai istintaqda verdiyi ifadədə də Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 10 ədəd kibrit qutusunda aldığını bildirmişdir. İşin bu hallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə çox miqdarda olmasına və bükümlərə ayrılmış formada olmasına baxmayaraq, həmin bükümlərə məhz Təqsirləndirilən şəxs1 tərəfindən ayrılması ibtidai istintaq orqanı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” protokollara əsasən, Təqsirləndirilən şəxs1la Mıhırrım İbayev arasında telefon danışıqlarının olmasının aşkar edilməsinə baxmayaraq onlar arasında danışığın hansı məzmunda və mövzuda olduğu barədə də iş materiallarına ibtidai istintaq orqanı tərəfindən sübut əlavə edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxşı zamanı verdikləri ifadədə onların arasında münasibət olduğunu, arabir görüşdüklərini və aralarında telefon danışıqlarının olduğunu da bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da işin məhkəmə baxışında sübuta yetirilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin satışı ilə əlaqadar hər hansı istehlakçı ilə razılıq əldə etməsinə (sövdələşməsinə) dair xüsusat iş üzrə sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlardan Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitəni əldə edib, saxlaması faktı da sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1, 30 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq, tanışı Təqsirləndirilən şəxs2 300 manat pul müqabilində 01 (bir) ədəd qara rəngli sellofan torbada 102,959 qram və 10 ədəd kibrit qutusu içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: -2,888 qr; -3,184 qr; -4,560 qr; -3,687 qr; -3,419 qr; -3,681 qr; -2,971 qr; -3,503 qr; -3,617 qr və -3,682 qram olmaqla ümumi təmiz çəkisi -138,151 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər Rayon X19 Polis Bölməsinin əməkdaşlarının 30 yanvar 2024-cü il tarixdə saat 21:00-da Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində keçirdikləri əməliyyat tədbirləri zamanı həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına aparılıb barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə qurudulmuş marixuana sellofan torbada və kibrit qutularının içərisində əynində olmuş qara rəngli qış gödəkçəsinin iç hissəsindən qara rəngli sellofana bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis tərəfindən saxlanılaraq üzərində heç bir narkotik vasitənin olmaması, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının ona təqyiq göstərərək narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması və həmçinin evində axtarış aparılmamışdan əvvəl narkotik vasitənin polis əməkdaşları tərəfindən onun evinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadəsi, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladının olduğunu və yaşayış yeri üzrə orta müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadəsi ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli cinayət hesab olunur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis tərəfindən saxlanılaraq üzərində heç bir narkotik vasitənin olmaması, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının ona təqyiq göstərərək narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması və həmçinin evində axtarış aparılmamışdan əvvəl narkotik vasitənin polis əməkdaşları tərəfindən onun evinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadəsi, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs2 istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə orta müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi naroloji kabinetində qeydiyyata alınmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə və 10 ədəd kibrit qutularında olan, tədqiqatdan sonra qalıq çəkisi 137,771 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada tədqiqatdan sonra qalıq çəkisi 162,144 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs1, 120 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə və 10 ədəd kibrit qutularında olan, tədqiqatdan sonra qalıq çəkisi 137,771 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada tədqiqatdan sonra qalıq çəkisi 162,144 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1, 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar