Məhkəmə qərarları › İş №1(049)-134/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-134/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-134/2025 24.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 29 aprel 2024-cü il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonunun Darquba kəndində yaşamış, hazırda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 16 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,523 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 17 aprel 2025-ci il tarixdə, saat 10 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 10:15 dəqiqədə Lənkəran şəhəri.Dədə Qorqud küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq,həmin yerdə üstü yoxlanılarkən qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bundan başqa, o, təkrarən, 28 aprel 2025-ci il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən "Böyük bazar” adlanan ərazidə şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,969 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 28 aprel 2025-ci il tarixdə, saat 18 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 18:03 dəqiqədə Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə üstü yoxlanılarkən qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitə ilə əlaqədar ittiham edilmişdir. Həmçinin əvvəllər narkotik vasitədən istifadə etmişdir. Hazırda da arabir psixotrop maddə metamfetamindən istifadə edir. Lakin 17 aprel 2025-ci il tarixdə polis tərəfindən saxlanılarkən üzərində yalnız 0,1 qram psixotrop maddə metamfetamin olmuşdur. Belə ki, polis əməkdaşları onu saxlayarkən üzərində qanunla qadağan olunan hər-hansı əşyanın olduğunu bildirdikdə o, cibində olan bir bükümdə olan 0,1 qram çəkidə metamfetamini onlara təqdim etmişdir. Polis əməkdaşları onu Honda markalı avtomaşınlarına otuzdurmuşlar. Sonradan həmin yerə ** AP *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomaşın gəlmişdir. Həmin avtomaşında gələn polis əməkdaşı onu saxlayan polis əməkdaşlarına bir bükümdə 0,5 qram metamfetamini vermişdir. Polis əməkdaşları həmin bükümü ona vermişlər və videoçəkiliş zamanı özünə məxsus olduğunu bildirməsini ondan tələb etmişlər. Sonradan o, polis əməkdaşları tərəfindən yenidən həmin əraziyə gətirilmişdir və video çəkiliş aparılmışdır. Polis əməkdaşlarının hədəsindən qorxaraq video çəkiliş zamanı əvvəlcədən polis əməkdaşı tərəfindən üzərinə qoyulmuş metamfetamini cibindən çıxarıq polis əməkdaşlarına təhvil vermiş, özünə məxsus olduğunu və öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa 28 aprel 2025-ci il tarixdə də polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan bir bükümdə metamfetamini onlara təqdim etmişdir. Həmin maddəni öz istifadəsi üçün almışdır. Həmin metamfetamini 20 manata almışdır, çəkisi 0,5 qram olmuşdur və üzərindən bir dəfəlik istifadə üçün hissəni ayıraraq tüstü ilə qəbul etmişdir. Yerdə qalan kütlə 0,5 qramdan da az olmuşdur. Polis əməkdaşları həmin bükümdə olan metamfetamini də başqa daha ağır bükümlə dəyişərək onun üstünə qoymuşlar və video çəkiliş zamanı özünə məxsus olduğunu bildirməsini tələb etmişlər. O, da məcburiyyət qarşısında video çəkiliş zamanı həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Belə ki, polis əməkdaşları ona hədəqorxu gələrək bildirmişlər ki, əgər həmin psixotrop maddələrin özünə məxsus olduğunu bildirməsə üzərinə daha böyük həcmdə narkotik qoyulacaq və onunla ittiham ediləcək. İbtidai istintaq zamanı da verdiyi izahatda həmin maddələrin özünə məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. Eyni zamanda polis əməkdaşlarının qanunsuz əməlləri barədə heç kəsə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, həbs olunmamışdan əvvəl anası ilə birlikdə Lənkəran rayonunun Darquba kəndində yaşamışdır. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. O, uzun müddət ərzində psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir.O, istifadə etdiyi metamfetamini həmişə Lənkəran şəhərində yerləşən "Böyük bazar" adlanan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi, özünün ona deməsinə görə Liman şəhərində yaşayan şəxsdən almışdır. 16 aprel 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı Lənkəran rayonu Darquba kəndindən çıxıb istifadə etmək üçün metamfetamin almaq məqsədilə piyada Lənkəran şəhərində yerləşən "Böyük bazar" deyilən yerə gəlmiş və həmin günü saat 20 radələrində ona həmişə metamfetamin satan adını bilmədiyi şəxsdən 10 manata bir bükümdə "şüşə" deyilən metamfetamin almış və əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Sonra isə Lənkəran şəhəri ərazisində münasib bir yerdə aldığı metamfetaminin az bir hissəsini siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Yerdə qalan metamfetamini isə şalvarının sağ yan cibində gizlətmiş və yaşadığı Darquba kəndinə getmişdir. 17 aprel 2025-ci il tarixdə saat 09 radələrində yenidən piyada Lənkəran şəhərinə gəlmişdir.Bir neçə dəqiqə Lənkəran şəhər ərazisində piyada gəzdikdən sonra üzərində olan metamfetamindən münasib bir yer tapıb istifadə etmək qərarına gəlmişdir.O, həmin günü saat 11 radələrində Lənkəran şəhəri Dədə Qorqud küçəsində piyada hərəkətdə olduğu zaman üç nəfər şəxs ona yaxınlaşmış və onlardan biri polis işçiləri olduqlarını bildirib, ondan kimliyini soruşmuşdur. O, da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini çıxardıb əlində saxlamışdır.Sonra isə həmin polis işçisi ona üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib, üstünü yoxlayacağını söyləmişdir.Həmin vaxtı polis işçilərindən biri videoçəkiliş aparmışdır.Polis işçisi ona, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməyini təklif etmişdir.O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini çıxardıb polis işçisinə təqdim etmişdir. Polis işçisi həmin bükümün içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin bükümün içərisindəkinin "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir.Bundan sonra, həmin polis işçisi ondan üzərində başqa nə olduğunu soruşmuşdur.O da əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonunu, saatını və alışqanını çıxardıb şəxsiyyət vəsiqəsi birlikdə polis işçisinə təqdim etmişdir. Həmçinin gödəkcəsinin cibində olan 3 ədəd siqareti də çıxardıb polis işçisinə təqdim etmişdir.Polis işçisi,içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,52 qram olduğunu görmüşdür.Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur.O da həmin zərfin üzərinə imza etmişdir.Polis işçisi, ondan üzərində başqa nələrin olduğunu soruşmuşdur. O da üzərində başqa heç nə olmadığını bildirmişdir.Polis işçisi, onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır.Polis işçisi ondan metamfetamini haradan aldığını soruşmuşdur.O da həmin bir bükümdə olan metamfetamini dünən axşam saatlarında "Böyük bazar" deyilən yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir.Polis işçisi saatını,3 ədəd siqaretini və bir ədəd alışqanını ona qaytarmışdır.Bundan sonra videoçəkiliş dayandırılmışdır.O, polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir.Polis işçisi protokol tərtib etmiş və o, həmin protokola imza etmişdir.Bundan sonra, onu polis şöbəsində başqa bir otağa aparmışlar və digər bir polis işçisi ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi, ona Lənkəran rayon vəkillərinin siyahısını təqdim etmiş və o, hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir.Polis işçisi vəkil İntiqam Hüseynovun iştirakı ilə onun izahatını almışdır. 18 aprel 2025-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduqdan sonra, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilərək, o, həbsdən azad olunmuşdur.Müstəntiq, onun və müdafiəçisi İntiqam Hüseynovun iştirakı ilə Samsung Galaxy A 06 markalı mobil telefonuna baxış keçirdikdən sonra özünə qaytarmışdır.28 aprel 2025-ci il tarixdə, saat 15 radələrində yaşadığı Lənkəran rayonu Darquba kəndindən çıxıb istifadə etmək üçün metamfetamin almaq məqsədilə piyada Lənkəran şəhərində yerləşən "Böyük bazar" deyilən yerə gəlmiş və həmin günü saat 16 radələrində ona həmişə metamfetamin satan adını bilmədiyi həmin şəxsdən 20 manata bir bükümdə "şüşə" deyilən metamfetamin almış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur.Sonra isə Lənkəran şəhərində yerləşən parka getmiş və parkda üzərində olan metamfetamindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır.Lakin parkda çoxlu sayda adamların olduğundan həmin metamfetamindən istifadə edə bilməmişdir.Bundan sonra, Lənkəran şəhəri ərazisində piyada gəzib üzərində olan metamfetamindən istifadə etmək üçün münasib yer axtarmaq qərarına gəlmişdir.O, həmin günü saat 18 radələrində Lənkəran şəhəri Fizuli küçəsində piyada getdiyi zaman üç nəfər şəxs ona yaxınlaşmış və onlardan biri polis işçiləri olduqlarını bildirib, ondan kimliyini soruşmuşdur.O da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Sonra isə həmin polis işçisi ona üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib, üstünü yoxlayacağını söyləmişdir.Həmin vaxtı polis işçilərindən biri videoçəkiliş aparmışdır.Polis işçisi ona, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməyini təklif etmişdir.O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini çıxardıb polis işçisinə təqdim etmişdir. Polis işçisi həmin bükümün içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin bükümün içərisindəkinin "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir.Bundan sonra,həmin polis işçisi ondan üzərində başqa nə olduğunu soruşmuşdur.O da əlində saxladığı alışqanını polis işçisinə təqdim etmişdir.Polis işçisi,içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 1,03 qram olduğunu görmüşdür.Polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur.O da həmin zərfin üzərinə imza etmişdir. Polis işçisi, ondan üzərində başqa nələrin olduğunu soruşmuşdur.O da üzərində başqa heç nə olmadığını bildirmişdir. V undan sonra, polis işçisi, onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır.Polis işçisi ondan metamfetamini haradan aldığını soruşmuşdur.O dci həmin bir bükümdə olan metamfetamini 28 aprel 2025-ci il tarixdə, günorta saatlarında "Böyük bazar" deyilən yerdə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir.Polis işçisi alışqanını ona qaytarmışdır.Bundan sonra videoçəkiliş dayandırılmışdır.O, polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir.Polis işçisi protokol tərtib etmiş və o, həmin protokola imza etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Darquba kənd sakini Təqsirləndirilən şəxs tanıyır. 2025-ci ilin aprel ayının əvvəllərindən etibarən Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıyaraq istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Sonuncu dəfə 17 aprel 2025-ci il tarixdə, saat 09 radələrində ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıyaraq istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞnin,CAB-nın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis mayoru Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra,Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün, o, Şahid2 və Şahid3, idarə etdiyi Honda City markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs axtarmağa başlamışlar.Onlar idarə etdiyi avtomobillə Lənkəran şəhəri Fizuli küçəsində yerləşən "Hüseyn diki" deyilən ərazidə hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs səki ilə bazar istiqamətində piyada hərəkət etdiyini görmüşdür.Həmin vaxtı Fizuli küçəsində piyada hərəkət edən adamların sayının çoxluğundan Təqsirləndirilən şəxs yaxınlaşmamışlar və Təqsirləndirilən şəxs adamların az olduğu yerdə saxlamaq üçün müşahidəyə götürmüşlər.Təqsirləndirilən şəxs piyada Lənkəran şəhəri Dədə Qorqud küçəsinə dönən kimi, o, idarə etdiyi maşını Dədə Qorqud küçəsinə sürmüş və Təqsirləndirilən şəxs yanından keçib maşını qabaqda saxlamışdır.Sonra isə onlar maşından yerə düşmüşlər və Şahid3 mobil telefonunun kamerası ilə fasiləsiz apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs tərəf hərəkət etməyə başlamışlar.Onlar, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə, saat 10:15 dəqiqədə Lənkəran şəhəri Dədə Qorqud küçəsində piyada hərəkətdə olarkən saxlamışlar.Şahid2, onların polis əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs bildirdikdən sonra, onun kimliyini dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmişdir.O da Təqsirləndirilən şəxs olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini çıxardıb onlara göstərərək əlində saxlamışdır.Bundan sonra, Şahid2 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını və buna görə üstünün yoxlanılacağını bildirib, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini Təqsirləndirilən şəxs xahiş elmişdir.Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb Şahid2 təqdim etmişdir.Şahid2 həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir.Şahid2 həmin bükülünü açmış və həmin bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşlər. Şahid2 içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,52 qram olduğunu görmüşdür. Şahid2 içərisində metamfetaminə bənzər küllə olan bir ədəd sellofan bükülünü zərfə qoymuş və zərfin üzərinə Lənkəran ŞRPŞ-nin 135 nömrəli möhürünü vurmuşdur.O, digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Ruhid Şərifi həmin metamfetaminə bənzər kütləni haradan və kimdən aldığını Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir bükümdə olan metamfetamini dünən axşam saatlarında "Böyük bazar" deyilən yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir.Ruhid Şərifi narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də narkotik vasitələrin və metamfetaminin satışı ilə məşğul olmadığını bildirmişdir. Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 28 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıyaraq istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Bu barədə Şahid4 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar,Şahid4 rəhbərliyi altında, onun və Lənkəran ŞRPŞ-nin,CAB-nın əməliyyat müvəkkili,polis leytenantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Bundan sonra, Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün, o və Şahid4, Şahid5 idarə etdiyi VAZ2107 markalı avtomobilə əyləşib Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs axtarmağa başlamışlar. Onlar, Şahid5 idarə etdiyi avtomobillə Lənkəran şəhəri Fizuli küçəsində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs səki ilə piyada hərəkət etdiyini görmüşlər.Onlar avtomobillə Təqsirləndirilən şəxs yanından keçmişlər və Şahid5 maşını qabaqda saxlamışdır.Təqsirləndirilən şəxs maşının yanma çatmağına az qalmış Şahid4 mobil telefonunun kamerası ilə videoçəkiliş aparmağa başlamış və onlar maşından yerə düşüb Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə, saat 18:03 dəqiqədə Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkətdə olarkən saxlamışlar.O, polis əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs bildirdikdən sonra, onun kimliyini dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmişdir.O da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Bundan sonra, o, Təqsirləndirilən şəxs, onu saxlamaqda məqsədləri Lənkəran ŞRPŞ-nə daxil olmuş məlumata əsasən üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və buna görə üstünü yoxlayacaqlarını bildirib, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini Təqsirləndirilən şəxs xahiş etmişdir.Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxardıb əlində saxlamışdır. Şahid5 həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisində olan kütləni haradan və hansı məqsədə əldə etdiyini Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülüdə olan "şüşə" deyilən metamfetamini Lənkəran şəhərində yerləşən "Böyük bazar" ərazisindən tanımadığım şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir.Bundan sonra, o, Təqsirləndirilən şəxs deməsinə görə içərisində metamfetamin olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman çəkisinin 1.03 qram olduğunu görmüşdür. Keçirilmiş sözügedən əməliyyat-axtarış tədbirləri zamanı və ya sonradan Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı tərəfindən təzyiq göstərilməmişdir, onun üzərinə heç bir psixotrop maddə qoyulmamış və onun üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisi artırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında bu qəbildən söylədiyi ifadələr həqiqətə uyğun deyildir və onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis mayoru Şahid3, Şahid1 ifadəsinə uyğun olaraq, eyni məzmunlu ifadələr vermişlər. Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis mayoru Şahid3 ifadələrində göstərdiklərini iş üzrə aparılan ibtidai istintaq zamanıı 18 iyun 2025-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə üzləşdirmə-dindirmə zamanı bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan və Lənkəran rayonu Darquba kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onunla qohumluğu yoxdur, ədavəti və ziddiyəti də olmamışdır. 2025-ci ilin aprel ayının əvvəllərindən etibarən Lənkəran ŞRPŞ-nin cinayətaxtarış bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıyaraq istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur.Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməkdaşlarının 17 aprel 2025-ci il tarixdə,saat 10 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Dədə Qorqud küçəsində piyada gedərkən saxlanılaraq üstü yoxlanılarkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə 0,523 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonuncu dəfə 28 aprel 2025-ci il tarixdə, saat 17 radələrində ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıyaraq istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Bu barədə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin,CAB-nın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır.Bundan sonra, Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün, o və Şahid1,Şahid5 idarə etdiyi VAZ2107 markalı avtomobilə əyləşib Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs axtarmağa başlamışlar.Onlar, Şahid5 idarə etdiyi avtomobillə Lənkəran şəhəri Fizuli küçəsində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs səki ilə piyada hərəkət etdiyini görmüşlər.Onlar, Şahid5 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yanından keçmişlər və Şahid5 maşını qabaqda saxlamışdır.Təqsirləndirilən şəxs maşının yanına çatmağına az qalmış, o, mobil telefonunun kamerası ilə videoçəkiliş aparmağa başlamış və onlar maşından yerə düşüb Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə, saat 18:03 dəqiqədə Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkətdə olarkən saxlamışlar.Şahid1 onların polis əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs bildirdikdən sonra, onun kimliyini dəqiqləşdirmək üçün, Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmişdir.O da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Bundan sonra, Şahid1 Təqsirləndirilən şəxs, onu saxlamaqda məqsədlərinin Lənkəran ŞRPŞ-nə daxil olmuş məlumata əsasən üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və buna görə üstünü yoxlayacaqlarını bildirib, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini xahiş etmişdir.Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxardıb əlində saxlamışdır.Sonra isə Təqsirləndirilən şəxs Şahid5 avtomobilinin arxa tərəfmə yaxınlaşmış və əlində olan bir ədəd sellofan bükülünü maşının arxa kapotunun üzərinə qoyanda həmin bükülü asfaltın üzərinə düşmüşdür.Təqsirləndirilən şəxs həmin sellofan bükülünü yerdən götürüb maşının kapotunun üzərinə qoymuşdur.Şahid1 həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir.Bundan sonra, Şahid1 üzərində başqa nə varsa, çıxardıb maşının kapotunun üzərinə qoymağını Təqsirləndirilən şəxs xahiş etmişdir. Təqsirləndirilən şəxs də əlində olan alışqanı maşının kapotunun üzərinə qoymuş və üzərində başqa heç nə olmadığını bildirmişdir. Şahid1 yenidən həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu bildirmişdir.Şahid1 həmin bükülünün içərisində olan kütləni haradan və hansı məqsədə əldə etdiyini Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bükülüdə olan "şüşə" deyilən metamfetamini Lənkəran şəhərində yerləşən "Böyük bazar" ərazisindən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir.Bundan sonra, Şahid1, Təqsirləndirilən şəxs deməsinə görə içərisində metamfetamin olan bir ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 1,03 qram olduğunu görmüşdür. Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərdiklərini ibtidai istintaq zamanı 19 iyun 2025-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə üzləşdirmə-dindirmə zamanı bir daha təsdiq etmişdir. Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdiklərini ibtidai istintaq zamanı 19 iyun 2025-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə üzləşdirmə-dindirmə zamanı bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İş üzrə 17 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. İş üzrə 28 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2025-ci il tarixli, 19/159 saylı rəyində göstərilmişdir ki, "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm psixotrop maddə metamfetaminə bənzər küllə " sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 0,523 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2025-ci il tarixli, 19/176 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm ......." sözlər və imzalar olan bir ədəd zərtdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,969 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2025-ci il tarixli, 214 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs METAMFETAMİNİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazai Narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikomaniya” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2025-ci il tarixli, 235 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazai Narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikomaniya” diaqnozu ilə qeydiyyatda durur. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Paşazadə X3 rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 4-cü bəndinə əsasən cəzasından 06 ay azaldılmış, Lənkəran rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətindən şərti olaraq vaxtından əvvəl həbsdən azad edilmiş və 29 aprel 2024-cü il tarixdə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 42 saylı, xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon məhkəməsinin 1(049)-350/2022 saylı, 01 avqust 2022-ci il tarixli hökmünə əsasən xx.xx.1994-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 7(002)-84/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən 02 (iki) ay 27 (iyirmi yeddi) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) 27(iyirmi yeddi) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə tibbi ekspertizasının 17 aprel 2025-ci il tarixli 208 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş 1 (bir) ədəd CD diskdə olan anten məlumatlarından görünür ki, Lənkəran ŞRPŞ- nin əməkdaşları tərəfindən 17 aprel 2025-ci il tarixdə saat 10:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Dədə Qorqud küçəsində saxlanıldığı yer "xxxx" MMC-yə aid Lənkəran şəhəri Məhəmməd Fizuli küçəsi 50-də quraşdırılmış anten aparatının əhatə dairəsinə düşür və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2025-ci il tarixdə, saat 09:31:47- dən saat 10:31:18-dək Lənkəran şəhəri Məhəmməd Fizuli küçəsi 50 anten dairəsində aktiv olmuşdur. 01 may 2025-ci il tarixli, 349 saylı arayışdan görünür ki, Paşazadə X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 17 aprel 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə saat 10:55-də şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 17 aprel 2025-ci il tarixdə saat 10:15-də saxlanılmışdır. 18 aprel 2025-ci il tarixli, “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 aprel 2025-ci il tarixdə saat 19:15-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. 28 aprel 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 28 aprel 2025-ci il tarixdə saat 18:03-də saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 aprel 2025-ci il saat 19:25-dən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2025-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,523 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,969 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 2 ədəd DVD disk, təqdim edilən əşyaya baxış keçirilməsi və götürülmə haqqında protokollara əlavə edilmiş 2 ədəd DVD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş 1 ədəd CD disk iş üzrə sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,473 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,919 qram olan psixotrop maddə metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 2 ədəd DVD disk, təqdim edilən əşyaya baxış keçirilməsi və götürülmə haqqında protokollara əlavə edilmiş 2 ədəd DVD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən götürülmüş 1 ədəd CD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 466 nömrəli, 13 iyun 2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Paşazadə X3 şəhəri, H.Abdullayev küçəsi, ev 11, mənzil 12 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində aşkar edilmiş psixotrop maddələrin ona məxsus olmadığı, üzərində daha az çəkidə psixotrop maddələrin olduğu, həmin bükümlərin dəyişdirilərək, daha ağır çəkidə olan psixotrop maddələrin polis əməkdaşlarının təzyiqi nəticəsində üzərinə qoyulduğu və şəxsi axtarış zamanı özünə məxsus olduğunu boynuna almasının ondan tələb edildiyi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolları və əlavə edilmiş DVD disklər, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını və cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin miqdarını, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 0,473 qram və 01 (bir) ədəd bükümdə 0,919 qram çəkilərdə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 125 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «həbs» qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 0,473 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd bükümdə 0,919 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 125 (bir yüz iyirmi beş) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar