Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-135/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 13 aprel 1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayon məhkəməsinin 27 yanvar 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri B.Mirsalayev küçəsi ev 13-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2022-ci ilin oktyabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd sellofan kəsiyi bükümündə təmiz çəkiləri - 0,383 qram; 0,367 qram; 0,334 qram; ümumi təmiz çəkisi-1,084 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 31 oktyabr 2022-ci il tarixdə saat 14:40-da Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri A.Mahmudov küçəsində olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2rilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilir. ünvan 3 ünvanında yaşayır. Narkotik vasitə heroindən 3-4 ilə yaxındır ki, tüstsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitə heroini Lənkəran şəhərinin müxtəlif yerlərində üzdən tanıdığı, lakin adını bilmədiyi müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 31 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri böyük bazar ərazisinə getmişdir. Orada bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat qarşılığında 3 büküm narkotik vasitə heroin alaraq ağrıları olan zaman qəbul etmək üçün şalvarının sol yan cibinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinə aparılmış, hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının yan cibində qoyduğu 3 ədəd heroin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 15 manat qarşılığında aldığını bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla polis əməkdaşaları tərəfindən imzalanmışdır. Tutduğu əməlindən peşmandır. Göstərilənlərə əsasən ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri B.Mirsalayev küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsnun cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Digər əməkdaşlarla birlikdə 31 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs Lənkəran şəhəri A.Mahmudov küçəsində olan zaman ona yaxınlaşmağa qərar vermişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və ŞRPŞ-ya gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Polis şöbəsində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 3 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxs X2 üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə, saat 14:40 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri A.Mahmudov küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən 03(üç) ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,23 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Lənkəran şəhəri böyük bazar ərazisində 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 31 oktyabr 2022-ci il tarixli 19/1134 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlər...” və s. sözlər və imzalar olan zərfdəki üç ədəd bükümlərdə təmiz çəkiləri 0,383 qram, 0,367 qram, və 0,334 qram, ümumi təmiz çəkisi 1,084 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 03 noyabr 2022-ci il tarixli 1143 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2020ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Kərimli X3 Rayon Məhkəməsinin 1(049)-85/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəsisəsinin rəisinin 01 dekabr 2021-ci il tarixli Qərarı ilə ona amnistiya tətbiq edilərək, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsinin, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməs qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-722/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 1(049)-85/2021 saylı 27 yanvar 2021-ci il tarixli hökmü əsasında Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci maddəsinə həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Qeyd edilən səbəblərdən də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 15:05-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 4(049)-350/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 5(049)-415/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru X1 31 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Ülvi Kərimovun həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini və tutduğu əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,934 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyatda olduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,934 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-135/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-135/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver