Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-135/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 14 mart 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin aprel ayında Bakı şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,036 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla Lənkəran şəhərinə daşımış, 01 may 2023-cü il tarixdə saat 15:45-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri “Ləvəngi” dairəsi yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən regional şöbəyə gətirilmiş və regional şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində və başında ağrılar olduğundan narkotik vasitədən istifadə edir. Son zamanlar isə narkotik vasitə tiryəkdən istifadə edir. Hər gün narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə edirmiş. 2023cü ilin aprel ayın sonlarında Bakı şəhəri Yasamal rayon ərazisində çayxanaların birində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən bir bükümdə 10 manata narkotik vasitə tiryək almışdır ki, istifadə etsin. Həmin tiryəkdən azca qəbul etmişdir. Qalanı da əynində olan şalvarının cibində saxlamışdır ki, sonradan istifadə edər. 01 may 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhərindən çıxıb yol maşınları ilə Lənkəran şəhərinə gəlmişdir. Həmin gün sat 15 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran şəhərində yerləşən cənub regional şöbəyə dəvət etmişlər. O, heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə regional şöbəyə gəlmişdir. Şöbənin təhqiqatçısı Famil Həsənov tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində saxladığı bir bükümdə narkotik vasitə tiryəki və şalvarının sol yan cibində saxladığı 1 ədəd “realfone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm tiryəki zərfə qoyub bağlamışlar və möhürləmişlər. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində bildirdi ki, o, Daxili İşlər Nazirliyi BNMİ-nin X4 şöbənin əməliyyat müvəkkili müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində saxlaması və daşıması barədə baş əməliyyat müvəkkili Şahid1 məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 01 may 2023-cü il tarixli əmrə əsasən o, Şahid1 və şöbənin polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 01 may 2023-cü il tarixdə saat 15 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran şəhəri “Ləvəngi” dairəsi yaxınlığını müşahidəyə götürmüşlər. Həmin gün saat 15:45-də Təqsirləndirilən şəxs “Ləvəngi” dairəsinin yanında görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs BNMİ-nin Lənkəran şəhərində yerləşən CBRŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də , onu avtomobillə regional şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs regional şöbəyə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt regional şöbənin polis nəfəri Şahid3 tərəfindən “Sony” markalı video kamera ilə çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüş rəngli büküm və şalvarın sol yan cibindən 1 ədəd “realfone” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 1,21 qram olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə narkotik vasitə tiryəkdir, özünə məxsusdur, həmin narkotik vasitəni 2-3 gün əvvəl Bakı şəhəri Yasamal rayon ərazisində çayxanada adını bilmədiyi şəxsdən 10 manata özü qəbul etmək üçün almışdır. Firdovsinin deməsinə görə həmin narkotik vasitə tiryəki 2-3 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən almışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində Şahid2 ifadəsində bildirdiyi xüsusatları təsdiqləmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 may 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir bükümdə 1,21 qram narkotik vasitə tiryəki çıxarıb təqdim etmiş və həmin narkotik vasitə tiryəkin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 02 may 2023-cü il tarixli 19/504 №-li rəyində göstərilmişdir ki, 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,036 qram olan maddə olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 02 may 2023-cü il tarixli 495 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Həsənzadə X1 Rayon Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 05 gün azadlıqdan məhrum etmə və 02 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 01 aprel 2009-cu il tarixdə Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Bundan başqa, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 10 ay 02 gün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 70.2.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən 11 ay 14 gün hissəsini çəkmək üçün MTCM-yə keçirilmişdir. Bundan başqa o, Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 02 gün müddətə azadlıqdan məhrum etmə və 10 ay 02 gün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cu ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21-1/3- 21015 nömrəli, xx.xx.2024-cü il tarixli məktubinda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 264cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitlərini idarə etmək hüququndan məhrum edilməklə 01 il 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti xx.xx.2000-ci il tarixdə başa çatmış və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti isə xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu CM-nin 83-cü maddəsinin tələbinə əsasən ödənilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 may 2023-cü il tarixdə saat 14:50-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, həbsdən azad edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarıdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. “Təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi haqqında” qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə tutulmadan azad edilmişdir. Lənkəran Rayon Məhkəməsin 1(049)-135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər rayon X5 rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən gozləndiyi Bakı şəhəri ərazisində saxlanılaraq, Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan 1 ədəd “Realfone” markalı mobil telefonu 03 may 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-dən təhvil almışdır. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nın Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və onun barəsində Xırdalan şəhər İƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1 ədəd 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,036 qram olan xaş-xaş bitkisindən təşkil edən narkotik vasitə tiryək və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 1 ədəd zərfdə 1 ədəd bükümdə ümumi 0,986 qram təşkil edən narkotik vasitə - tiryək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halı müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin saxlandığı 12 iyun 2024cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək və 27 mart 2024-cü il tarixdə tutulduğu və 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 ədəd zərfdə 1 ədəd bükümdə ümumi 0,986 qram təşkil edən narkotik vasitə tiryək məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək və 27 mart 2024-cü il tarixdə tutulduğu cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 ədəd zərfdə 1 ədəd bükümdə ümumi çəkisi 0,986 qram narkotik vasitə tiryək məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-135/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-135/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver