Məhkəmə qərarları › İş №1(049)-136/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-136/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-136/2023 06.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:00 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində, satış məqsədi ilə, qanunsuz olaraq 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,288 qram, 0,325 qram, 0,265 qram, 0,214 qram, 0,294 qram, ümumi 1,386 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 17:20-də Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki köynəyinin sağ yan cibindən 5 ədəd bükümdə ümumi 1,386 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, kakos adlanan narkotik vasitə heroindən istifadə edir. Buna görə əvvəllər məhkum da olmuşdur. Hər gün heroindən istifadə edir. Heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bundan əlavə narkotik vasitəni alanda özündə olan elektron tərəzidə çəkisini müəyyən edib alır. Həmin elektron tərəzini bir müddət əvvəl Lənkəran şəhər mərkəzi bazarında almışdır. 10 noyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri «Böyük bazar» adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən istifadə etməsi üçün 25 manata 5 bükümdə heroin almışdır. Heroini özündə olan elektron tərəzidə çəkib almışdır. Aldığı heroini əynində olan köynəyinin sağ yan cibində saxlamışdır. Aldığı heroin bükümlərinin birindən azca qəbul etmiş, qalan bükümlərini yenidən əynində olan köynəyinin cibində qoymuşdur. Həmin gün saat təxminən 17 radələrində yaşadığı Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ilə piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqim etmiş, ona üzərində narkotik vasitələrin gəzdirməsində şübhəli olduğunu, Lənkəran ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada müdafiəçisinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan köynəyinin sağ yan cibində saxladığı 5 ədəd bükümdə heroinləri təqdim etmişdir. Daha sonra əynində olan gödəkçəsinin sol iç cibində saxladığı elektron tərəzini də təqdim etmişdir. Daha sonra polis əməkdaşı da üzərinə şəxsi axtarış keçirmişdir. Üzərindən istifadə etdiyi 1 ədəd «Samsung» markalı mobil telefonu aşkar edib götürmüşdür. Telefonda istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Üzərindən aşkar edilmiş beş bükümdə narkotik vasitə heroini istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 10 noyabr 2022-ci il tarixdə raportla şöbənin rəisinə müraciət etmişdir. 10 noyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərarə əsasən, o Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 Fizüli oğlu və CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 17:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Salayev X9 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Emil Nurizadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 «Samsung» markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan köynəyin sağ yan cibindən 5 ədəd şəffaf sellofan bükümlərini və əynindəki gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Samsung»markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid1 məlumat əldə etmişdir. 10 noyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən, Şahid1 Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 Fizüli oğlu və onunla birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 17:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Salayev X9 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Emil Nurizadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 «Samsung» markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan köynəyin sağ yan cibindən 5 ədəd şəffaf sellofan bükümlərini və əynindəki gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Dövlət ittihamçısının vəsatəti ilə müdafiə tərəfinin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Həmin gün saat 17:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Salayev X9 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Emil Nurizadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 «Samsung» markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan köynəyin sağ yan cibindən 5 ədəd şəffaf sellofan bükümlərini və əynindəki gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bəznər kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,70 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və özünə məxsusdur, heroin bükümlərini Lənkəran şəhəri “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 5 bükümünü 25 manata almış, tərəzinidə narkotik vasitə alarkən onu aldatmasınlar deyə istifadə edir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 büküm heroini haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri kimlərə satdığını bilmir. Onu bilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi və satışı ilə məşğuldur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə 1,70 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüş, o, həmin heroinin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli 19/1158 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,288 qr; 0,325 qr; 0,265 qr; 0,214 qr; 0,294 qram ümumi təmiz çəkisi-1,386 qram olan maddələr tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroindən tədqiqata 0,2 qr (hər ob -0,04 qr) istifadə edilmiş, 1,186 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1169 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2011-ci ildən "xxxx" diaqnozu ilə qeydiyyatda durur. Azercell Telecom MMC-dən daxil olmuş 1 ədəd CD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə aşağıdakı SMS mətnlər göndərilmişdir. xx/xx/2022,21:58:54,**********97,**********50,Vuqar qardaş saat necede olursa olsun alindi meni yig; xx/xx/2022,06:55:57,**********97,**********50,Vuqar sabahin xeyir narahat edirem seni seherecen cobalsmişam ayagi; xx/xx/2022,06:55:59,**********97,**********50,m oldurur meni sen cani bir sey varsa ver; xx/xx/2022,15:09:25,**********97,**********50,Qaqa bir şey olsa xeber edesen; xx/xx/2022,23:34:04,**********97,**********50,Qardaş birdemde nese alinsa gecde olsa xeber et.Zeng vurub narahat; xx/xx/2022,23:34:06,**********97,**********50,etmey istemedim seni beledeki gecen xeyre; xx/xx/2022,16:54:45,**********97,**********50,Гардаш бир шей олду хебер еле; xx/xx/2022,12:02:52,**********97,**********50,Гардаш дузелнде мене хебер ет; xx/xx/2022,21:03:19,**********97,**********50,Гардаш несе алынса менеде хебер ет; xx/xx/2022,21:07:05,**********97,**********50,Гага дай олдукде биз бутун беден агрыйыр; xx/xx/2022,16:46:50,**********97,**********50,Гага ахшама менюда бир шей оларса хебер еле; xx/xx/2022,18:35:31,**********97,**********50,Гага 2 нефере атышыб готурек беденим агрыйыр; xx/xx/2022,21:37:41,**********97,**********50,Гага бир соз де Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,288 qr; 0,325 qr; 0,265 qr; 0,214 qr; 0,294 qram ümumi təmiz çəkisi-1,386 qram olan maddələr tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroin, elektron tərəzi, 1 ədəd DVD disk və 1 ədəd CD-R diski iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 1,186 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD və 1 ədəd CD-R diskinin isə iş materiallarında saxlanılması, 1 ədəd «Samsung» markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etmədiyindən yaxın qohumlarına qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs övladı X3 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Salayev X8 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə xx.xx.2006-cı il tarixdə 2 il 3 ay vaxtından əvvəl şərti ilə azad olunmuşdur. Daha sonra o Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixdə hökmünə əsasən CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 2 il 4 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Etibar Əhmədovun 30 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X4, həyat yoldaşı X7, yetkinlik yaşına çatmış övladları - X5 və X10 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2022-ci il tarixli 1129 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,288 qr; 0,325 qr; 0,265 qr; 0,214 qr; 0,294 qram ümumi təmiz çəkisi-1,386 qram olan maddələr tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, "xxxx" barədə protokol və əlavə edilmiş DVD disk, Azercell Telecom MMC-dən daxil olmuş 1 ədəd CD-R disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində CM-nin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onun təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada 2011-ci ildən "xxxx" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 10 bükümdə ümumi təmiz çəkisi 1,186 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD və Azercell Telecom MMC-dən daxil olmuş 1 ədəd CD-R diskləri isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 5 bükümdə ümumi təmiz çəkisi 1,186 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk və Azercell Telecom MMC-dən daxil olmuş 1 ədəd CD-R disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar