Məhkəmə qərarları › İş №1(049)-136/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-136/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-136/2024 01.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiçəsi Müdafiəçi iştirakı ilə, Saat: 11:10 xx xxxx 1971-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 21:37 radələrində Lənkəran rayonu, Nərimanabad qəsəbəsində fəaliyyət göstərən “Bəyaz” marketdə olarkən müştəri qismində marketə gəlmiş Zərərçəkmiş şəxs şam almaqla bağlı marketin satıcısı ilə lüzumsuz yerə söhbət etməsinə əsəbləşərək, Zərərçəkmiş şəxs mağazanı tərk etməyi tələb etsə də, sonuncunun həmin sözə görə ona irad bildirməsini özünə təhqir kimi qəbul edib, bunu bəhanə edərək, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara zidd olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs münaqişəyə sövq edib, başı ilə onun burun və sol gözaltı nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid tənəffüs pozğunluğu ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, sol gözaltı və burun nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Nərimanabad qəsəbəsi ərazisində yerləşən “Bəyaz” marketə alış-veriş etmək üçün getmişdir. O, marketə daxil olduqda qəsəbə sakini Zərərçəkmiş şəxs dostu Şahid2lə birlikdə marketdə olduqlarını, yüksək səslə danışaraq satıcı Şahid1 nəsə soruşduqlarına şahidi olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs nə istədiyini soruşmuşdur. Şahid1 da ona Zərərçəkmiş şəxs nə istədiyini bilmədiyini, qərar vermədiyini demişdir. Şahid1 Zərərçəkmiş şəxs əlində şam göstərib marketdə həmin göstərdiyi şamdan başqa şam olmadığını demişdir. Zərərçəkmiş şəxs isə Şahid1 marketdə vitrinə yenə də baxıb axtarmasını demişdir. O da Zərərçəkmiş şəxs “alırsan-al almırsan çıx get” demişdir. Onun bu sözü Zərərçəkmiş şəxs xoşuna gəlmədiyi üçün onunla mübahisə etməyə başlamış və ona yaxınlaşmışdır. O da Zərərçəkmiş şəxs onunla mübahisə etməsindən əsəbləşib başı ilə onun burun nahiyəsinə bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs onu vurmağından əsəbiləşərək onun üstünə hücum etməyə başlamışdır. O isə Zərərçəkmiş şəxs üstünə getməyib kənara çəkilmişdir. Marketdə olan Zərərçəkmiş şəxs tanışı Şahid2 və tanımadığı müştəri kimi orada digər şəxslər Zərərçəkmiş şəxs tutub marketdən çıxarmışlar. Bundan sonra münaqişə başa çatmışdır. Yaranmış münaqişə təxminən 3 dəqiqəyə yaxın davam etmişdir. Həmin vaxt orada Şahid2, satıcılar Şahid1 və Şahid3 adlı qadınlar olmuşdur. Onlar hadisəyə şahid olmuşlar. Baş vermiş münaqişə zamanı ona nə Zərərçəkmiş şəxs nə də Şahid2 heç bir xəsarət yetirməmişlər. Münaqişə zamanı o yalnız Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində yaşlı anası və yetkinlik yaşına çatmayan bir nəfər uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda və notarial qaydada təsdiq edilmiş ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır. 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Nərimanabad qəsəbəsində yaşadığı evdə ailə üzvləri ilə birlikdə azyaşlı oğlu Muradın doğum gününü qeyd etmiş və Liman şəhər sakini dostu Şahid2 də qonaq kimi evinə gəlmişdir. Həmin gecə təxminən saat 21 radələrində dostu Rasimlə birlikdə evdən çıxıb tort üçün yandırmağa şam almaqdan ötrü qəsəbə ərazisində yerləşən “Bəyaz” marketinə getmişlər. “Bəyaz” marketində satıcı işləyən Tatyana adlı qadından tort şamı istəmişdir. Tatyana ona şam olmadığını dedikdə ondan marketdəki vitrinlərə daha diqqətlə baxmasını xahiş etmişdir. Tatyana şam axtarıb tapdığı zaman marketin girişində dayanmış qəsəbə sakini Təqsirləndirilən şəxs ona “alırsan-al almırsan nə başını xarab edirsən adamın, basın bayıra” demişdir. O, üzünü Cavanşirə çevirib ondan nə səbəbə onunla belə danışdığını, satıcı ilə arasındakı söhbətin ona nə aidiyyəti olduğunu soruşanda, Cavanşir isə ona yaxınlaşmağını bildirmişdir. O, Cavanşirin ona nəsə deyəcəyini düşünüb ona yaxınlaşdıqda o gözlədiyi halda əynindəki köynəyinin yaxasından tutub dərhal başı ilə onun burun nahiyəsinə bir zərbə vurmuşdur. Cavanşirin heç bir səbəb olmadan onu vurması əsəbləşdirdiyi üçün o da Cavanşirə hücum etməyə çalışmışdır. Lakin Rasim və marketdə olan tanımadığı şəxslər onu tutub marketdən kənara çıxarmışlar. Marketdən çıxdıqdan sonra o sakitləşmişdir. Rasim Cavanşirə onu əsassız yerə vurmasına görə söhbət etmək və iradlarını bildirmək üçün təkrar marketə daxil olmuşdur. O isə marketin qarşısında kənarda dayanmışdır. Bir qədər sonra polisin 102 xidmətinə zəng edib, döyülməyi barədə məlumat vermişdir. Polis əməkdaşları ora gəldikdən sonra döyülməyi barədə ərizə ilə də müraciət etmişdir. Təqsirləndirilən şəxs baş zərbəsi ilə onun burun nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Cavanşirin vurduğu baş zərbəsi nəticəsində burun sümüyü sınmışdır, həmçinin gözünün aşağı hissəsindən xəsarət almışdır. Münaqişə zammanı onun heç bir əmlakına ziyan dəyməmişdir. Həmçinin dükana aid olan əmlaka ziyan dəyməmişdir. Yaranmış münaqişə təxminən 5-10 dəqiqəyə yaxın davam etmişdir. Həmin vaxt orada dostu Rasim, marketin iki nəfər Tatyana və Günel adlı qadın satıcıları, həmçinin kim olduqlarını xatırlamadığı əlavə iki nəfər şəxslər olmuşlar. Onlar hadisəyə şahidirlər. Münaqişə zamanı nə özü, nə də Rasim Cavanşirə xəsarət yetirməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramlarda ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş şahidlər Şahid1 ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, orta məktəbə də həmin qəsəbədə tam təhsil almışdır. Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. O hazırda ailəsi ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır. 2022-ci ilin sonlarından Lənkəran rayonu Nərimabad qəsəbəsində “Bəyaz” adlı marketdə satıcı işləyir. O qəsəbə sakini Günellə birlikdə gündüz saat 17 radələrindən 24 radələrinədək marketdə olur. Adətən Günel kassada dayanır, o isə marketdə gələn müştərilərin almaq istədiklərinə köməklik edir. 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində qəsəbə sakini Xalid bir nəfər tanımadığı oğlanla birlikdə marketə daxil olmuşdur. Onlar marketdə tort olubolmadığını soruşmuşlar. O, marketdə tort olmadığını, əvəzində biskivit olduğunu demişdir. Xalidlə olan oğlan biskivit almağa təşəbbüs göstərdiyi zaman Xalid ona almamasını təkid etmişdir. O, Xalidgilin bir-biriləri ilə danışıq tərzlərindən sərxoş olduqlarını başa düşmüşdür. Xalid tanımadığı həmin oğlana biskivit almamasını dedikdə o Xalidin üstünə qışqırıb onunla kobud tərzdə danışıb biskivit alacağını demişdir. Xalidlə olan şəxs biskiviti aldıqdan sonra kassaya ödəniş etmək üçün yaxınlaşdıqda Xalid ödənişi özü edəcəyini demişdir. Bu zaman Xalid və dostu ödənişi etmək üçün bir-birləri ilə danışmağa başlamışlar. Həmin vaxt marketə alış-veriş üçün gəlmiş qəsəbə sakini Cavanşir aldıqları əşyaları götürüb kassaya yaxınlaşmışdır. Cavanşir kassada dayanıb ödəniş etmək üçün növbə gözlədiyi zaman Xalidin yanında olan dostu Cavanşirə müraciət edib demişdir ki, “əmi buyurun siz ödənişinizi edin”. Cavanşir də Xalidin dostuna təşəkkür edib narahat olmamasını, öz aldığı malın ödənişini etməsini bildirmişdir. Bir qədər söhbətdən sonra Xalid və dostu ödənişi edib marketdən çıxmışlar. Qısa zaman sonra Xalid marketə geri qayıtmış və ondan tort şamı istəmişdir. O, Xalidə marketdə tort şamı olmadığını bildirmişdir. Xalid isə ona marketə bir dəfə də baxmağını şamı tapmağını xahiş etmişdir. Xalidlə olan dostu da marketə qayıtmışdır. O, şamı axtarmaq üçün vitrinlərə baxdıqda Cavanşir Xalidgilə “alırsız alın almırsızsa çıxın bayıra” demişdir. Xalid də Cavanşirə “bəlkə məni qovacaqsan” demişdir. Cavanşir marketin qapısını açaraq Xalidgilə oradan çıxmalarını bildirmişdir. Xalid bundan sonra Cavanşirə yaxınlaşmışdır. Cavanşir də başla Xalidin sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Xalid Cavanşirin üstünə hücum etməyə başlamışdır. Orada olan Xalidin dostu, marketə gələn müştəri kimi gələn tanımadığı iki nəfər şəxslə birlikdə Xalidi tutub marketdən kənara çıxatmışlar. Bir qədər sonra Cavanşir marketdən çıxıb getmişdir. Cavanşir getdikdən sonra Xalid marketə daxil olub içəridə nalayiq söyüşlər söyməklə deyinmişdir. Xalid həmin vaxta kimi artıq polisə zəng edib döyülməsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəldikdən sonra Xalid onlarla birlikdə marketdən çıxıb getmişlər. Xalid və ya dostu birbirilərinin ünvanına, onun yaxud da Cavanşirin ünvanına hər hansı nalayiq ifadələr işlətməmişlər. Onlar öz aralarında bir-birləri ilə kobud tərzdə danışırmışlar. Baş vermiş münaqişə zamanı onun heç bir əmlakına ziyan həmçinin ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş şahidlər Şahid3 ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, orta məktəbə də həmin qəsəbədə tam təhsil almışdır. Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. O hazırda ailəsi ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır. 2022-ci ilin yanvar ayından Lənkəran rayonu Nərimanabad qəsəbəsində “Bəyaz” adlı marketdə kassir işləyir. O qəsəbə sakini Tatyana ilə birlikdə gündüz saat 17 radələrindən 24 radələrinədək marketdə olur. Adətən o kassada dayanır, Tatyana isə marketə gələn müştərilərin almaq istədiklərinə köməklik edir. 18 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində qəsəbə sakini Xalid bir nəfər tanımadığı oğlanla birlikdə marketə daxil olmuşdur. Onlar marketdə tort olub-olmadığını soruşmuşlar. Tatyana marketdə tort olmadığını, əvəzində biskivit olduğunu demişdir. Xalidlə olan oğlan biskivit almağa təşəbbüs göstərdiyi zaman Xalid ona almamasını təkid etmişdir. Xalidgilin bir-biriləri ilə danışıq tərzlərindən sərxoş olduqları aydın bilinirdi. Xalid tanımadığı həmin oğlana biskivit almamasını dedikdə o Xalidin üstünə qışqırıb onunla kobud tərzdə danışıb biskivit alacağını demişdir. Xalidlə olan şəxs biskiviti aldıqdan sonra kassaya ödəniş etmək üçün yaxınlaşdıqda Xalid ödənişi özü edəcəyini demişdir. Bu zaman Xalid və dostu ödənişi etmək üçün bir-birləri ilə danışmağa başlamışlar. Həmin vaxt marketə alış-veriş üçün gəlmiş qəsəbə sakini Cavanşir aldıqları əşyaları götürüb kassaya yaxınlaşmışdır. Cavanşir kassada dayanıb ödəniş etmək üçün növbə gözlədiyi zaman Xalidin yanında olan dostu Cavanşirə müraciət edib demişdir ki, “əmi buyurun siz ödənişinizi edin”. Cavanşir də Xalidin dostuna təşəkkür edib narahat olmamasını, öz aldığı malın ödənişini etməsini bildirmişdir. Bir qədər söhbətdən sonra Xalid və dostu ödənişi edib marketdən çıxmışlar. Qısa zaman sonra Xalid marketə geri qayıtmış və Tatyanadan tort şamı istəmişdir. Tatyana Xalidə marketdə tort şamı olmadığını bildirmişdir. Xalid isə Tatyanaya marketə bir dəfə də baxmağını şamı tapmağını xahiş etmişdir. Xalidlə olan dostu da marketə qayıtmışdı. Tatyana şamı axtarmaq üçün vitrinlərə baxdıqda Cavanşir Xalidgilə “alırsız alın almırsızsa çıxın bayıra” demişdir. Xalid də Cavanşirə “bəlkə məni qovacaqsan” demişdir. Cavanşir marketin qapısını açaraq Xalidgilə oradan çıxmalarını bildirmişdir. Xalid bundan sonra Cavanşirə yaxınlaşmışdır. Cavanşir də başla Xalidin sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Xalid Cavanşirin üstünə hücum etməyə başlamışdır. Orada olan Xalidin dostu, marketə gələn müştəri kimi gələn tanımadığı iki nəfər şəxslə birlikdə Xalidi tutub marketdən kənara çıxarmışlar. Bir qədər sonra Cavanşir marketdən çıxıb getmişdir. Cavanşir getdikdən sonra Xalid marketə daxil olub içəridə nalayiq söyüşlər söyməklə deyinmişdir. Xalid həmin vaxta kimi artıq polisə zəng edib döyülməsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəldikdən sonra Xalid onlarla birlikdə marketdən çıxıb getmişlər. Xalid və ya dostu birbirilərinin ünvanına, onun yaxud da Cavanşirin ünvanına hər hansı nalayiq ifadələr işlətməmişlər. Onlar öz aralarında bir-birləri ilə kobud tərzdə danışırmışlar. Baş vermiş münaqişə zamanı onun heç bir əmlakına ziyan həmçinin ona heç bir xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Lənkəran rayon şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1062 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- burun sümüyünün yerini dəyişən sınığı-tənəffüs pozğunluğu ilə, sol gözaltı, burun nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Kalininqrad şəhər Leninqrad məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 162 maddəsinin 2 hissəsi ilə 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumedilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 490 N-li arayışdan görünür ki, Babayev X2 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. xx.xx.2023-cü il tarixli baxış protokolundan, fotocədvəllərdən və protokola əlavə edilmiş DVD-diskdən görünürki, münaqişənin baş verdiyi yer Lənkəran rayonun Nərimanabad qəsəbəsində yerləşən “Bəyaz” marketidir. Zərərçəkmiş şəxs həmin marketi təqdim edərək Təqsirləndirilən şəxs onu həmin marketin içərisində sifət nahiyəsinə başla zərbə vurub burun sümüyünün sınmasını təsdiq etmişdir. Cinayət işinə əlavə ediliş video görüntülərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs dükanın qapısını açaraq dükandan çıxmasını tələb edir, sonra ona yaxınlaşan Zərərçəkmiş şəxs qəsdən başı ilə onun sifət nahiyəsinə zəbə vurur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs tutmadan azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-5/664 №-li arayışdan görünür ki, Babayev X2 rayonu Nərimanabad qəsəbəsində anası X5, arvadı X8 və qızı xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri, Şeyx Zahid küçəsi ev 13 ünvanında valideynləri ilə birlikdə yaşayır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli 8İ-8070 reyestr nömrəli ərizədə bildirilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətditi cinayət əməlini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. İş üzrə maddi sübut qismində tanınmış hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsində ünvanında yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. İş üzrə maddi sübut qismində tanınmış hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar