Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-137/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 oktyabr 2023-cü il tarixdə, saat 12.25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Raspublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilib məhkəməyə verilmişdir ondan ötrü ki,o satış məqsədi ilə qanunsuz olaraq, narkotik maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin noyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,076 qr, -0,041 qr, -0,111 qram; ümumi təmiz çəkisi-0,228 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 04 noyabr 2022-ci il tarixdə saat 15:30-da Lənkəran rayonu Vilvan kəndində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin kənddə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sağ yan cibindən və şalvarın arxa sol cibindən işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclası zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyib göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saat 08-də polis zabiti Şahid1 onu yaşadığı evindən Lənkəran ŞRPŞ-nə aparıb orada axşamadək təziq altında saxlamışdır. Bundan sonra 04 gün onu MSY-də saxlayıb ona bildirmişdir ki, 03 büküm “kokos”la tərəzini boynuna alsın. Təziq altında olduğundan onları boynuna almış və həmin gün çəkiliş vasitəsilə üzərində axtarış aparılan zaman “kokos”la tərəzinin özünə məxsus olduğunu, onu Böyük Bazar adlanan yerdən aldığını bildirmişdir. Polis şöbəsində saxlanılan zaman ailə üzvlərinə zəng etmək istəsə də, bunu ona etməyə imkan verməmişlər. Onun barəsində edilmiş bu hərəkətlər barədə nə rayon prokuroruna, nə də ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyinə bildirməmişdir. Dəyənəklə döyülməsi nəticəsində xəsarət almış, həmin xəsarətin izi hazırda da kürəyindədir. Onun üzərində narkotik vasitə və tərəzi olmamışdır. Onu şöbədə döyüblər və ona zor tətbiq ediblər. Onu Şahid2 döymüşdür. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilməsə də, onun qismən təqsiri şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və DVD diskdə olan video görüntü, götürülmüş maddi sübut, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri və digər sübütlarla kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında müdafiə tərəfinin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamdan özünü təqsirli bilməyərək göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə heroindən zərdə çəkmək üsulu ilə qəbul edir. Bu səbəbdən narkotik vasitələrə aslılığı yaranmışdır. Təxminən 3 ay öncə istifadəsi üçün narkotik vasitələri aldığı zaman çəkilərini dəqiq bilmək və aldanmamaq üçün Lənkəran mərkəzi bazarından elektron tərəzi almışdır. 04 noyabr 2022-ci il tarixdə saat 13 radələrində narkotik vasitə heroin almaqdan ötrü Lənkəran rayonu Vilvan kəndində yerləşən yaşadığı evdən çıxıb kənd avtobusu ilə Lənkəran şəhəri Böyük Bazar ərazisinə getmişdir. Orada əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüşdür. Bu zaman ona küçədə görüb yaxınlaşıb ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 0,5 qramdan çox 3 (üç) bükümdə narkotik vasitəsinin olduğunu və 15 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan puldan 15 manat pulu verib, heroin bükümlərini ondan alıb, oradan uzaqlaşıb yaşadığı Lənkəran rayonu Vilvan kəndinə gəlmişdir. 04 noyabr 2022-ci il tarixdə saat 15:30-da yaşadığı Vilvan kəndində küçə ilə hərəkət edib aldığı narkotik vasitə heroini çəkmək üçün sakit yer axtardığı zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, hüquqlarının müdafiəsi üçün Elşən Musazadəni dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da Lənkəran şəhəri Böyük Bazar ərazisindən aldığı və üzərində saxladığı 3 büküm heroinin və üzərində gəzdirdiyi elektron tərəzinin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibimdən aşkar ediləcəyini bilib, həmin bükümləri əynimdəki göy rəngli şalvarımın sağ yan cibindən çıxarıb, təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şalvarın arxa sol cibindən isə elektron tərəzini təqdim etmişdir. Bu zaman təhqiqatçı tərəfindən narkotik vasitələri haradan və hansı məqsədlə almağı ilə bağlı sualına həmin bükümləri şəxsi istifadəsi üçün Lənkəran şəhəri Böyük Bazar ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, elektron tərəzini isə aldığı narkotik vasitə heroini çəkmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış aparıldıqda üzərindən başqa qanunsuz hər hansı predmet, əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 3 bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,59 qram olmuşdur. Sonra aşkar olunmuş 3 bükümdə heroin bükümləri və bir ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərflərin üstünü o və müdafiəçisi Elşən Musazadə tərəfindən imzalanmışdır. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxunmuşdur. Protokolu o və başqa iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilmədiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, onları şəxsi istifadəsi üçün üzərində saxladığını, lakin onları satmaq fikrinin olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə aldığı narkotik vasitələrin çəkisini bilmək üçün istifadə etdiyini qeyd etmişdir. Belə ki, 05 may 2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edir. Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanə Şahid2 Baləddin oğlu və Lənkəran şəhər rayon polis şöbəsinin PPXB-nın polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 04 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Vilvan kənd ərazisində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçi Elşən Musazadənin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Əynində olan şalvarın sağ yan cibindən 03 (üç) ədəd sellofana bükülmüş qəhvəyi rəngli bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və sol yan cibindən isə elektron tərəzini təqdim etmişdir. Götürülmüş 03 ədəd bükümdə heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,59 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 04 noyabr 2022-ci il tarixdə saatt 13 radələrində Lənkəran şəhəri ərazisində olan zaman adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkisini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın PPXB-nın polis nəfəri Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. 26 oktyabr 2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın CAB-nin baş əməliyyat müvəkkili, Şahid2 Baləddin oğlu bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təqsdiq edir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 04 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Vilvan kənd ərazisində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Əynində olan şalvarın sağ yan cibindən 03 ədəd sellofana bükülmüş qəhvəyi rəngli bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və sol yan cibindən isə elektron tərəzini təqdim etmişdir. Götürülmüş 03 ədəd bükümdə heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və daha sonra götürülmüş kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 04 noyabr 2022-ci il tarixdə saatt 13 radələrində Lənkəran şəhəri ərazisində olan zaman adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkisini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Şöbədə olan zaman ona zor tətbiq olunmamışdır. O, Təqsirləndirilən şəxs döyməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş şlavarın sağ yan cibindən 3 ədəd şəffaf rəngli büküm, arxa sol cibindən bir ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin üç ədəd bükümlərin içərisində narkotik vasitə heroin, olduğunu bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və üzərindən aşkar edilmiş elektron tərəzi ilə birlikdə zərflə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri qəbul etmək üçün 04 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin satışı ilə də məşğul olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələrin çəkisini bilmək üçün istifadə etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın 05 noyabr 2022-ci il tarixli 19/1146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd heroinə bənzər kütlə və elektron tərəzi ....” sözlər və imzalar olan zərfdəki 3 ədəd bükümlərdə ayrıayrılıqda təmzi çəkilər -0,076 qr; -0,041 qr; -0,111 qram: ümumi təmiz çəkisi-0,228 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Tədqiqatdan sonra heroinin qalığı 0,168 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil edir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə ərək istifadəsiçi olmaqla onların satışı ilə məşğul olmuşdur. Lakin konkret olaraq hansı şəxslərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci ilı tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra 3 bükümdə qalıq çəkisi 0,168 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılır. İş üzrə şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin olunmuşdur. İşdə olan Lənkəran rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, təqsirləndirlən şəxsin polislər tərəfindən döyülməsi barədə ifadəsi əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan məhkəmə - tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin olunmuşdur. Cinayət işində əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmamış, o, CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsna CMnin 234.2-ci maddəsi ilə-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 03 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Lakin, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə təqsirləndirlən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2 Baləddin oğlu və Şahid3 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 03 bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini -0,228 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitə qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, xx.xx.2022-ci il ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində üç ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar olunsa da, tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddənin izləri aşkar olunmamış, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet –narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti, potensial alıcıların ünvanları, telefon nömrələri və s. aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi, tərəzinin isə həmin narkotik vasitəni aldığı zaman satıcı tərəfindən aldadılmaması məqsədilə üzərində gəzdirdiyi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə - istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 3 bükümdə narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,076 qr, - 0,041 qr, -0,111 qram; ümumi təmiz çəkisi-0,228 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 04 noyabr 2022-ci il tarixdə saat 15:30-da Lənkəran rayonu Vilvan kəndində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin kənddə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sağ yan cibindən və şalvarın arxa sol cibindən işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, həmin məhkəmə iclası zamanı təqsirləndirlən şəxs bildirmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmur, özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,228 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirildiyi şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxslərin üzərində hər hansı narkotik vasitə heroin olmaması, onların polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə qoyulması, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntüləri, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəməkimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi, onların barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar və məhkəmə - tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1103 nömrəli rəyi ilə təkzib olunur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxsna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayonu, Vilvan kənd ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə valideynləri və qardaşı Yunis Hüseynovla birlikdə yaşayır, yaşadığı dövrdə məktəbdə, kənddə, ictimayətdə müsbət davranışları ilə bilinən gənclərdəndir, valideynlərinin söylədiyinə görə sonradan narkotik maddələrdən istifadə etməyə başlamışdır. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Yuniz Hüseynov 2-ci Qarabağ Müharibəsinin fəal iştirakçısı olmuş, “Fəxri Fərman”la təltif olunmuş, “Vətən müharibəsi iştirakçısı”, “Füzülinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, qardaşının 2-ci Qarabağ Müharibəsinin fəal iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsin 04 noyabr 2022-ci il tarixdən 27 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,168 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,168 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №1(049)-137/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-137/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver