Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-138/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:45 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 24 yanvar 2023-cü il tarixdə, saat 11:00 radələrindən 15:00 radələrinə qədər Lənkəran rayonu Qumbaşı kəndi istiqamətində “Qumbaşı” çayı vasitəsilə Qızılağac Milli Parkın ərazinə daxil olaraq orada olan Kiçik Körfəz su sahəsində balıq ovunda qadağan edilmiş, 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu ul tarili 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ görə dövlət qoruqlarında qanunsuz ovlanmış balıq üçün 3 qatına vurularaq hər biri 22 manat təşkil edən 11 ədəd karp və hər biri 11 manat təşkil edən 11 ədəd durna balıqlarını xeyli miqdarda, yəni 1089 manat ziyan vurmaqla qanunsuz tutmuş və tutduğu balıqları ilə birlikdə X10 İdarəsinin X11 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Lənkəran XPŞ-də baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 11 ədəd karp və 11 ədəd durna balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir ki, balıq tutmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində Lənkəran rayonu Qumbaşı kənd istiqamətində Qumbaşı çayı adlanan çay vasitəsilə “Qızılağac” Milli Parkının içinə daxil olmuşdur. Dənizə bir ədəd taxta qayıqla daxil olmuşdur. Həmin zaman o, balıq tutmaq üçün 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə etməklə bir xeyli müddət “Qızılağac” Milli parkının Kiçik Körfəz adlanan hissəsində balıq tutmaqla məşğul olmuşdur. Balıq tutduğu müddət ərzində iki növ balıqlar, yəni, karp və durna balığı adlanan balıqlar tutmuşdur. Bundan sonra yəni, saat təxminən 15 radələrində 3 nəfər polis geyimində şəxs ona yaxınlaşaraq Su NPİ-nin Lənkəran XPŞ-nin və Qızılağac Milli Parkının əməkdaşları olduqlarını bildirmişlər. Sorğu zamanı bildirmişdir ki, “Qızılağac” Milli Parkında balıq ovlamağa rəsmi icazəsi yoxdur. Ehtiyacını ödəmək üçün “Qızılağac” Milli Parkının ərazisinə taxta qayıqla icazəsiz daxil olaraq 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca ilə qanunsuz balıq ovu etmişdir. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd taxta qayıq, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca və “Qızılağac” Milli Parkından tutduğu balıqları aşkar еtmişlər. Polis əməkdaşları ondan Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı “Qızılağac” Milli Parkından tutduğu balıqların 11 ədədi karp balığı, 11 ədədi isə durna balıqları olması məlum olmuşdur. Polis əməkdaşları ona məxsus 1 ədəd qayığı, 1 ədəd avarı, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcanı və “Qızılağac” Milli Parkının ərazisindən icazəsiz tutduğu 11 ədəd karp və 11 ədəd durna balığını maddi sübut kimi götürmüşlər. Baxışın nəticəsi tərtib edilmiş protokol o da daxil olmaqla iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, tutduğu əməlindən son dərəcə peşmandır. Ailədə yeganə qazanc gətirən yeganə şəxsdir. Mülki iddianı tam olaraq qəbul edir və mülki iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Mülki iddiadan 100 manatını ödəmiş və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkının nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Qızılağac Milli Parkının nümayəndəsidir. Törədilmiş cinayət əməli nəticəsində Qızılağac Milli Parkına 1089 manat ziyan dəymişdir. Hazırki vaxtadək vurulmuş ziyandan 100 manat ödəniş edilmişdir. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, X10 İdarəsinin Lənkəran xətt pois şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Su NPİ-nin X11 şöbəsinin polis nəfərləri polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu Qumbaşı kəndində yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz balıq tutarkən yaxınlaşmışlar. Həmin zaman özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca, həmin domca vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 11 ədəd karp və 11 ədəd durna balıqları aşkar etmişdirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovlama vasitələrini və Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu X11 şöbəsinə dəvət etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs izah etişmişdir ki, satmaqdan ötrü 11 ədəd karp və 11 ədəd durna balıqlarını Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadəsi şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 ədəd karp və 11 ədəd durna balıqları aşkar edilərək götürülmüşdür. 05 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X11 şöbəsi əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Qızılağac Milli Parkın ərazisində saxlanılan Lənkəran rayonu Qumbaşı kəndində yaşayan Təqsirləndirilən şəxs götürülmüş 22 ədəd balıqlara baxış keçirilmişdir. Müəyyən edlmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən tutulmuş balıqlar 11 ədədi karp və 11 ədədi isə durna balığıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd balıq su heyvanı və onurğazısa vurulmuş ziyan aşağıdakı məbləğdə manatla müəyyən edilir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği aşağıdakı kimi hesablanır. 11 (on bir) ədəd karp balığına görə 11x22=242,00, 242,00x 3=726,00 manat, 11(on bir) ədəd durna balığına görə 11 x 33= 363,00 manat, Cəmi 1089 (min səksən doqquz) manat. Balıq ehtiyatlarına vurulan ziyanın ümumi məbləği 1089 (bir min səksən doqquz) manat təşkil edir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca 11 ədəd karp və 11 ədəd durna balıqları maddi sübut kimi tanınmış, aşkar edilərək götürlümüş 11 ədəd karp və 11 ədəd durna balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixli , № 01 saylı mədaxil qəbzi ilə "xxxx" MMC-nə təhvil verilməsi və balıqovlama vasitəsi hesab edilən 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca isə Su NPİ-nin Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru ilkin Əliyev tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınması qərara alınmışdır. Ödəniş qəbindən görünür ki, vurulmuş ziyandan 100 manat məbləğ mülki iddiaçı Qızılağac Milli Parkının hesabına köçürülmüşdür. Mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, Qızılağac Milli Parkın Kiçik körfəz su sahəsində 11 ədəd karp və 11 ədəd durna balıqlarının qanunsuz tutması nəticəsində Qızılağac Milli Parkına 1089 manat ziyan dəydiyi üçün Qızılağac Milli Parkı mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-027/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə kimi X3 Xidməti tərəfindən Lənkəran rayonu, Şirinsu kəndində yaşayan Təqsirləndirilən şəxs balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, oğlu X5 və oğlu X2 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. CM-nin 256.1 və 256.2-ci maddələrinə görə; 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 256.2. Eyni əməllər: 256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlləri CM-nin 256.2.2 və 256.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini CM-nin 59.1.14cü maddəsinə, həm ibtidai istintaq dövründə təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə gəlir gətirən şəxsi olması və yaşayış yerindən müsbəxt xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. CM-nin 256.2.2 və 256.2.3-cü maddələrinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxsun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs CM-nin 256.2.2 və 256.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra qurumuna həvalə olunmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, X11 Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 11 ədəd karp və 11 ədəd durna balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 100 manatı ödənildiyindən mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 989 (doqquz yüz səksən doqquz) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının hesabına (AZ62CTRE******************** VÖEN **********, Təsnifat kodu 142584, Səviyyə kodu 1) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və X11 Şöbəsində saxlanılan 1 ədəd taxta qayıq, 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin, baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 11 ədəd karp və 11 ədəd durna balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 989 (doqquz yüz səksən doqquz) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının hesabına (AZ62CTRE******************** VÖEN **********, Təsnifat kodu 142584, Səviyyə kodu 1) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-138/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-138/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver