Məhkəmə qərarları › İş №1(049)-138/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-138/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-138/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.25 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü ilin avqust ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona müraciət etmiş Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, özünü guya Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək, söhbət əsnasında sonuncunun Əmlak Məsələləri dövlət xidmətinə işə qəbul barədə müraciət etdiyini öyrəndikdən sonra həmin xidmətdə yüksək vəzifədə çalışan tanışının olduğunu, onu həmin xidmətin Lənkəran rayon şöbəsinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər verib, guya işin həlli üçün ümumilikdə 10.000 manat, ilkin 5.000 manat, əmək müqaviləsi bağlandıqdan sonra 5.000 manat pul ödəniş edilməli olduğunu yalandan bildirməklə, Zərərçəkmiş şəxs aldadaraq özünə inandırıb, etibarını qazandıqdan soma sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə özünün adma "xxxx" ASC- dən verilmiş 5522 0993 6744 5178 hesab nömrəli plastik kartın hesabına Zərərçəkmiş şəxs tərəfindən yaşadığı Lənkəran şəhəri Fikrət Məmmədov küçəsində fəaliyyət göstərən “Bravo market” mağazasında quraşdırılmış "xxxx" QSC-nin 4695 nömrəli ödəmə terminalından 01 sentyabr 2024-cü il tarixdə, saat 18:43-də 2000 manat, saat 18:45-də 2000 manat, saat 18:46-da 1000 manat, 08 sentyabr 2024-cü il tarixdə, saat 19:05-də 2000 manat, saat 19:06-da 1000 manat, 09 sentyabr 2024-cü il tarixdə, saat 11:53-də 2000 manat köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxslə heç bir qərəzli münasibəti olmamışdır. 2014-cü il tarixdə Təhsil Nazirliyində məsləhətçi vəzifəsində çalışırmış. Həmin vaxtı Lənkəran rayon sakini Şahid adlı qadın Lənkəran Humanitar kollecində diplomlara məsul şəxs kimi çalışırmış. Şahid diplomları Bakı şəhərinə Təhsil Nazirliyinə göndərir, onlar isə diplomları təqdimatla geri qaytarırmışlar. Həmin vaxtdan Maya xanımı tanımışdır. Sonradan o, Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergilər Baş idarəsində vergi müfəttişi kimi, 2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər kiçik sahibkarlıq üzrə vergi baş idarəsində müfəttiş vəzifəsində çalışmışdır. 2024-cü ilin sentyabr ayında Maya xanım ona zəng edib demişdir ki, bir nəfər şəxs var, təxminən bir il qabaq Dövlət Sosial Müdafiə Fondundan işdən azad olunmuşdur. Hazırda işsizdir və Əmlak məsələləri üzrə dövlət xidmətində işə düzəlmək istəyir, ondan həmin şəxsə köməklik etməyini xahiş etmişdir. Maya xanım onun işdən azad olunduğunu bilmirmiş, Maya hələ də onu vergidə çalışdığını zənn edirmiş. O, da Şahid onun nömrəsini həmin şəxsə verməyini, özünün həmin şəxslə danışacağını bildirmişdir. Bundan sonra adını sonradan bildiyi Əli adlı şəxs ***-***-**-** saylı mobil nömrənin Whatsappı ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Şahid dediyi şəxsin həmin şəxs olduğunu demişdir. Əli ona bildirmişdir ki, əvvəllər Dövlət Sosial X3 rayon şöbəsində çalışmışdır. Lakin 2023-cü ilin fevral ayında əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad olunmuşdur, həmin dövrdən iş axtarsa da tapa bilmir. Əli Əmlak məsələləri üzrə dövlət xidmətinə və iqtisadiyyat nazirliyinə sənədləri təqdim etdiyini, lakin hazırkı vaxtadək bir cavabın verilmədiyini, bu işdə köməklik göstərməyini ondan xahiş etmişdir. O, isə Əliyə telefonda hələlik bir söz deyə bilməyəcəyini, bu işlə maraqlanıb zəng edəcəyini demişdir. Həmin ərəfədə ona pul lazım olduğundan o, ertəsi günü Əliyə zəng edərək demişdir ki, əmlak məsələləri üzrə dövlət xidmətində tanışı vardır, mütəxəssis kimi Lənkəran rayon şöbəsinə işə düzəldə bilər, lakin bu işin həlli üçün ümumilikdə 10.000 manat pul lazımdır. İlkin olaraq 5.000 manat, qalan 5.000 manatının isə əmək müqaviləsi bağlandıqdan sonra verməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxslə danışıb işini düzəldəcəyini bildirərkən heç kimlə bu iş barədə danışmamışdır. Pula ehtiyacı olduğundan məqsədi Zərərçəkmiş şəxs pullarını ələ keçirmək olmuşdur. Əli telefonda ona Bakı şəhərinə gəlib onunla üz-üzə görüşüb söhbət etmək istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Əli ilə Bakı şəhəri Yeni Yasamalda “Bravo” marketin qarşısında görüşüb çayxanaların birində oturub söhbət etmişlər. O, X6 Xidmətində çalışdığını, əmlak məsələlərində yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu bildirib Əlini özünə inandırmışdır. Əli onunla razılaşıb Lənkəran rayonuna çatan kimi ona 5.000 manatı göndərəcəyini bildirmişdir. Həmin günü, axşam saatlarında Əli ona məxsus 5522-0993-6744-5178 saylı Azərbaycan Beynəlxalq bankına aid kart hesabına 2000, 2000 və 1000 manat olmaqla, ümumilikdə 5.000 manatı göndərmişdir. Əli göndərdiyi pulların qəbzlərin şəkillərini çəkib ona whatsappla göndərmişdir. O, da Əliyə narahat olmamağım, prosesi başlatdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təkrar Əliyə zəng edərək 2 gün ərzində kadrlar şöbəsindən zəng ediləcəyini, Əlini Bakı şəhərinə çağırıb əmək müqaviləsi bağlayacaqlarını deyib qalan 5.000 manatı da ona göndərməsini istəmişdir. Həmin gün Əli axşam saatlarında ona məxsus 5522-0993-6744- 5178 saylı Azərbaycan Beynəlxalq bankına aid kart hesabına 2000 və 1000 manat olmaqla, ümumilikdə 3.000 manatı, ertəsi günü, yəni xx.xx.2024-cü il tarixdə 2.000 manat göndərmişdir. Əli göndərdiyi pulların qəbzlərin şəkillərini yenə çəkib ona whatsappla göndərmişdir. O, da Əliyə “xeyirli olsun” mesajını yazıb, narahat olmamağım bildirmişdir. Əlinin göndərdiyi pulları borclarına vermişdir. Həmin gündən bir neçə gün sonra Əli ona dəfələrlə zəng edərək işin nə yerdə olduğunu soruşurmuş. O, ilk vaxtlar Əliyə işin uzandığını bildirsə də, sonradan Əliyə işin alınmadığını, verdiyi pulları qaytaracağını demişdir. Hazırkı vaxtadək Əlidən aldığı 10.000 manat pulu Əliyə qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında onun istifadəsində olan mobil telefona zəng gəlmiş və ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Hazırda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini və həmçinin cinayət işi üzrə dəymiş ziyanın 25 faizini X1 hesabına ödəməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Əvvəllər Dövlət Sosial X3 rayon şöbəsində aparıcı mütəxəssis kimi çalışmışdır. 2023-cü ilin fevral ayında əmək müqaviləsinə xitam verildiyi üçün işdən azad edilmişdir. Həmin vaxtdan etibarən iş axtarmağa başlamışdır. 2024-cü ilin avqust ayının sonlarında tanışı Lənkəran Humanitar kollecində çalışan Lənkəran rayon sakini Şahid ona iş tapmaqda köməklik etməsini istəmişdir. Maya xanıma demişdir ki, təxminən bir il qabaq Dövlət Sosial Müdafiə Fondunda əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad olunmuşdur, həmin dövrdən iş axtarsa da tapa bilmir. Əmlak məsələləri üzrə dövlət xidmətinə və iqtisadiyyat nazirliyinə sənədləri təqdim etmiş, lakin hazırkı vaxtadək ona bir cavab verilməmişdir. Maya xanım ona demişdir ki, “Vergi Nazirliyində çalışan Rəşad adlı bir tanışı var, Rəşaddan xahiş edib maraqlanmasını istəyərəm. Həmin ərəfədə Maya xanım Rəşad adlı şəxsə onun yanında zəng edərək onun dediklərini Rəşada demiş və işə düzəltməkdə ona köməklik etməsini xahiş etmişdir. Rəşad Maya xanıma nömrəsini ona verməsini, onun Rəşadın özü ilə danışmağını istəmişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrənin Whatsappı ilə Rəşadın ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Şahid dediyi şəxsin onun olduğunu demişdir. Rəşada əvvəllər Dövlət Sosial X3 rayon şöbəsində çalışdığını, 2023cü ilin fevral ayında əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad olunduğunu, həmin dövrdən iş axtarsa da tapa bilmədiyini, Əmlak məsələləri üzrə dövlət xidmətinə və iqtisadiyyat nazirliyinə sənədləri təqdim etdiyini, lakin hazırkı vaxtadək ona bir cavabın verilmədiyini, ona bu işdə köməklik göstərməyini xahiş etmişdir. Rəşad ona telefonda hələlik bir söz deyə bilməyəcəyini, işlə maraqlanıb ona zəng edəcəyini demişdir. Ertəsi günü Təqsirləndirilən şəxs ona zəng edərək demişdir ki, əmlak məsələləri üzrə dövlət xidmətində tanışı var, onu mütəxəssis kimi Lənkəran rayon şöbəsinə işə düzəldə bilər, lakin bu işin həlli üçün ümumilikdə 10.000 manat pul lazımdır. İlkin olaraq 5.000 manat, qalan 5.000 manatının isə əmək müqaviləsi bağlandıqdan sonra verməli olduğunu bildirmişdir. O, Rəşada Bakı şəhərinə gəlib üz-üzə görüşüb söhbət etmək istədiyini demişdir. Rəşad da buna etiraz etməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhərində, Yeni Yasamalda “Bravo” marketin qarşısında görüşüb çayxanaların birində oturub söhbət etmişlər. Rəşad ona Dövlət Vergi Xidmətində çalışdığını, əmlak məsələlərində yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu bildirmişdir. O, Rəşada inanıb Rəşadın dedikləri ilə razılaşmışdır. Lənkəran rayonuna çatan kimi Rəşadın ona dediyi kart hesabına 5.000 manatı göndərəcəyini bildirmişdir. Həmin günü, axşam saatlarında Lənkəran rayonuna çatan kimi Təqsirləndirilən şəxs ona dediyi 5522-0993- 6744-5178 saylı Azərbaycan Beynəlxalq bankına aid kart hesabına 2000, 2000 və 1000 manat olmaqla, ümumilikdə 5.000 manatı Lənkəran şəhəri F.Məmmədov küçəsində yerləşən, “Dosa mall”-da olan “Bravo” marketdəki ödəmə terminalından göndərmişdir. Göndərdiyi pulların qəbzlərin şəkillərini çəkib Rəşada whatsappla göndərmişdir. Rəşad ona narahat olmamağını, prosesi başlatdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təkrar ona zəng edərək 2 gün ərzində ona kadrlar şöbəsindən zəng ediləcəyini, onu Bakı şəhərinə çağırıb əmək müqaviləsi bağlayacaqlarını deyib qalan 5.000 manatı da göndərməyini istəmişdir. Həmin gün axşam saatlarında Rəşada məxsus 5522-0993-6744- 5178 saylı Azərbaycan Beynəlxalq bankına aid kart hesabına 2000 və 1000 manat olmaqla, ümumilikdə 3.000 manatı, xx.xx.2024-cü il tarixdə 2.000 manat pulu Lənkəran şəhəri F.Məmmədov küçəsində yerləşən “Dosa mall”-da olan “Bravo” marketdəki ödəmə terminalından göndərmişdir. Göndərdiyi pulların qəbzlərin şəkillərini yenə çəkib Rəşada whatsappla göndərmişdir. Rəşad pulun çatdığını bildirib “xeyirli olsun” mesajını yazıb, narahat olmamağını bildirmişdir. Həmin gündən bir neçə gün keçməsinə baxmayaraq o, hər dəfə Təqsirləndirilən şəxs yazdıqda və ya zəng etdikdə Rəşad pulları qaytarmamış və o, da bu barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Lənkəran Humanitar kollecində işləyir. Təqsirləndirilən şəxs keçmiş tanış işçı kimi tanıyır. Zərərçəkmiş şəxs isə onun xalasıoğludur. Təxminən bir il qabaq xalaı oğlu Əli ona iş axtardığını demiş, o, da bunun üçün Rəşaf Əliyevdən xahiş etmişdir. Buna görə də Rəşad və Əliyə bir-birilərinin mobil nömrələrini vermişdir. Bundan sonra isə onlardan maraqlanmamışdır. Bir müddət sonra isə eşitmişdir, Rəşad Əlidən 10000 manat pul almışvə daha sonra telefonlara cavab verməmişdir. Buna görə də Əli polisə şikayət etmişdir. Cinayət işinin 31-37-ci vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 18 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 06 ədəd köçürmə qəbzlərinə və whatsapp yazışmalarının çıxarışlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri F.Məmmədov küçəsində yerləşən “Bravo marketdə” olan 4695 nömrəli "xxxx" ödəmə terminalı vasitəsilə saat 18:43-də 2.000 manat pul, saat 18:45-də 2.000 manat pul, saat 18:46-da 1.000 manat pul ABB-yə məxsus 5********5i7g sayh kart hesabına köçürülmüşdür. Həmçinin baxış zamanı xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri F.Məmmədov küçəsində yerləşən “Bravo marketdə” olan 4695 nömrəli "xxxx" ödəmə terminalı vasitəsilə saat 19:05-də 2.000 manat pul, saat 19:06-da 1.000 manat pul, xx.xx.2024-cü il tarixdə, saat 11:53-də 2.000 manat pul ABB-yə məxsus 5********5178 saylı kart hesabına köçürülmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi whatsapp yazışmalarına baxış zamanı aşağıdakı mətnlərin olduğu müəyyən edilmişdir. 31 avqust 2024: 21:30- Zərərçəkmiş şəxs: Səsli cavabsız zəng, 21:31- Təqsirləndirilən şəxs: Salam, 15 deq yığıram, 21:31- Zərərçəkmiş şəxs: Salam. Oldu 01 sentyabr 2024: 12:12- Təqsirləndirilən şəxs: komun, 12:13- Zərərçəkmiş şəxs: Salam. Hər vaxtınız xeyir, indicə çatmışam bakıya, taksi sifariş edim gəlirəm, 12:14- Təqsirləndirilən şəxs: Salam, Bravonun yanında olanda dyersiz gelecem, 12:16- Zərərçəkmiş şəxs: Oldu, 12:37- Zərərçəkmiş şəxs: Müəllim düz bravonun qabağındayam, 12:38- Təqsirləndirilən şəxs: Gelirem, 12:38- Zərərçəkmiş şəxs: Oldu 08 sentyabr 2024: 13:45- Zərərçəkmiş şəxs: Salam Rəşad müəllim. Maya müəllimə mənə yazmışdı indi, 13:47- Təqsirləndirilən şəxs: Salam, 13:47- Zərərçəkmiş şəxs: Sizə haçana çatdırmalıyam?, 13:48- Təqsirləndirilən şəxs: Bugünə alındırmağa imkan olacaq?, 2ci gün zeng edecekler sene bakidan çağıracaqlar, 13:49- Zərərçəkmiş şəxs: Çalışacam çatdırım, müqaviləyə çağırarlar?, 13:50- Təqsirləndirilən şəxs: senedleri deyecekler hansıları getirmelisen hemde müqavile, xeyirli olsun, 13:51- Zərərçəkmiş şəxs: Onda belə anlıyıranı ki, həll olubda hamısı inşallah. Düzdü?, 13:51- Təqsirləndirilən şəxs: Beli, 13:51- Zərərçəkmiş şəxs: Oldu müəllim, axşam çağma inşallah çatdıracam, 13:51- Təqsirləndirilən şəxs: İnşallah, 13:52- Zərərçəkmiş şəxs: Müəllim həmin karta göndərərəm yenə?, 13:55- Təqsirləndirilən şəxs: Hə zəhmət olmasa, 14:42- Zərərçəkmiş şəxs: Müəllim 3 düzəlir ama məcbur 2 sabah bankdan çəkəcəm, alınar elə?, bu gün bazar günü olmasaydı rahat alınardı, 14:44- Təqsirləndirilən şəxs: Problem deil hell ederem men, 14:46- Zərərçəkmiş şəxs: Oldu müəllim, saat 6-7ə inşallah çatdıracam, 14:49- Təqsirləndirilən şəxs: Tamam 09 sentyabr 2024: 11:58- Zərərçəkmiş şəxs: Salam. Hər vaxtınız xeyir. Zəhmət olmasa baxardınız görün pul gəlib sizə, 12:00- Təqsirləndirilən şəxs: baxdım gelib çox sağol, 12:04- Zərərçəkmiş şəxs: Oldu. Sağolun 10 sentyabr 2024: 16:30- Zərərçəkmiş şəxs: Salam Rəşad müəllim. Necəsiniz? Bağışlayın narahat edirəm sizidə. Müəllim hələ zəng edləmiyiblər. 1 saatada demək olar iş vaxtı qurtarır. Bəlkə yadlarından çıxıb, 16:31- Təqsirləndirilən şəxs: Salam çox sağol yaxşı olasan. Yox yaddan çıxmaq meselesi ola bilməz men indi maraqlanım deyerem xeber, 16:31- Zərərçəkmiş şəxs: Oldu müəllim. Sizdən xəbər gözləyirəm zəhmət olmasa, 16:32- Təqsirləndirilən şəxs: Yaxşı 11 sentyabr 2024: 12:04- Zərərçəkmiş şəxs: Salam müəllim. Necesiniz? Nəsə öyrənə bildiniz?, 12:10- Təqsirləndirilən şəxs: Salanı çox saol yaxşı olasan. Sen necesen? Dünen danışmışam obedde inşallah sene xeber deyecem narahat olma, 12:17- Zərərçəkmiş şəxs: Oldu müəllim, 14:07 Təqsirləndirilən şəxs: Danışdım men bayaq inşallah buğun en geci sabah seni çağırırlar. Kadrlardadı senedler nese tedbir olub ona göre dünen zeng etmeyibler narahat qalma 13 sentyabr 2024: 16:12- Zərərçəkmiş şəxs: Salam müəllim. Necesiniz? Yenə sizi narahat edirəm. Ama müəllim həftə bitdi bulardan səs çıxmadı. Biz oların istədiyin vaxtında nə zülmlədə olsa çatdırdıq. Olar bizi niyə incidirik? Adi bişeydidə zəng edib çağırıb işi yekunlaşdırmaq, 16:14- Təqsirləndirilən şəxs: Salam yaxşı olasan. Narahat etmirsən, mən indi dayan sene 1 saata xeber edecem narahat olma, 16:23- Zərərçəkmiş şəxs: Oldu müəllim, 20:23- Təqsirləndirilən şəxs: Axşamın xeyir olsun sene yığacaqdım. Mene zeng elemeyibler ama yığacaqlar tedbirde idiler sene cavab deyecem mütleq, 20:26- Zərərçəkmiş şəxs: Axşamınız xeyir müəllim. Oldu. Vallah orda çətin nəsə yoxduyee olarçun. İlyaki gün deyirler ama o gün gəlib keçir adamı o narahat edir, 20:29- Təqsirləndirilən şəxs: Başa düşürem seni, 20:44- Zərərçəkmiş şəxs: Sizide narahat edirəm. Bu iş xeyirlisi ilə bitsin inşallah, 20:44- Təqsirləndirilən şəxs: Bitecek inşallah 16 sentyabr 2024: 15:05- Təqsirləndirilən şəxs: Salam necesen? Bilirem narahatsan narahat olma seher de danışmışam 1-2 güne inşallah bakıda olacaqsan, 15:05- Zərərçəkmiş şəxs: Salam müəllim. Oldu, inşallah. Çox sağolun. 20 sentyabr 2024: 11:16- Zərərçəkmiş şəxs: Salam müəllim. Necesiniz? İnanın mənə də xoş deyil sizi narahat edim. Ama müəllim 2 gün, 2 gün deye deye 2-ci həftə bitdi ama bulardan heç bir xəbər yoxdu. Xahiş edirəm ciddi şəkildə bir danışın dəqiq bir şey desinlər, 11:17- Təqsirləndirilən şəxs: Salam çox saol yaxşı olasan. Men sene demesem de her gün danışıram birazdan sene xeber eliyecem yenede 18 oktyabr 2024: 15:59- Zərərçəkmiş şəxs: Salam hər vaxtınız xeyir müəllim. Müəllim bu zəng yenə gəlmədi. Daha gələndə deyil məncə. Hər dəfə bir söz deyə deyə 2 ay olur artıq. Sizdən xahiş edirəm zəhmət olmasa bizim əmanətimizi geri alaq. Məndə gedib özümə başqa bişey fikirləşim, 18:09- Zərərçəkmiş şəxs: Səsli cavabsız zəng, 18:13- Təqsirləndirilən şəxs: Salam çox sağol sen necesen? Yığacam sene birazdan, 18:13- Zərərçəkmiş şəxs: Oldu, 20:13- Zərərçəkmiş şəxs: Müəllim təqribən nə vaxta almar danışmağımız?, 20:45- Zərərçəkmiş şəxs: Səsli cavabsız zəng, 20:55- Təqsirləndirilən şəxs: Uzağı 1 saata, 20:55- Zərərçəkmiş şəxs: Oldu, 22:40- Zərərçəkmiş şəxs: Müəllim yadınızdan çıxdı deyəsən?, 22:28- Təqsirləndirilən şəxs: Yox 19 oktyabr 2024: 10:03- Təqsirləndirilən şəxs: Salam sabahın xeyir olsun. Uzurlu say axşam yığa bilmedim gec oldu, obedde yığacam sene, 10:27- Zərərçəkmiş şəxs: Salam. Sabahınız xeyr müəllim. Oldu, 13:08- Zərərçəkmiş şəxs: Səsli cavabsız zəng, 13:15- Zərərçəkmiş şəxs: Müəllim təqribən haçan danışa bilərik? Mən də kimlərəsə cavab verməliyəm, 13:18- Təqsirləndirilən şəxs: 2-3 arası tedbirdeyem çıxan kimi yığacam sene, 13:18- Zərərçəkmiş şəxs: Oldu, 17:27- Təqsirləndirilən şəxs: yığacam sene narahat olma. Cinayət işinin 115-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumi 10 min manat maddi ziyan pulun ona tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 137-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 14 iyul 2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs təqdim etdiyi 06 ədəd ödəmə qəbzləri iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut qismində tanınmışdır. Cinayət işinin 116-cı vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 42-43-cü vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-99-cü vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-126-cı vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 42, mənzil 29-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2500 manat məbləği dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, CM-nin 73-1.2-ci maddəsinə əsasən nu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanın ödənilməsinə dair ərizəsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənildiyi təsdiq edən qəbzi və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Maddi sübut - 06 ədəd bank qəbzi cinayət işinin materiallarında saxlanılamıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - 06 ədəd bank qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar