Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-139/2024 04.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: X2, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Liman şəhərində yerləşən otlaq sahəsində qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə qəsdən yumruqla vurmaqla ona - burun nahiyəsində əzilmiş yaradan və hər iki gözaltı nahiyələrində qançırlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs qonşusudur. 06 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Liman şəhərində yerləşən otlaq sahəsində qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətmiş və onu vurmuşdur, o, da özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə yumruqla vurub oradan uzaqlaşmışdır. O, özünü müdafiə etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Təqsirləndirilən şəxslə onun münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Təqsirləndirilən şəxs bir il bundan əvvəl qardaşı Şahid1 ilə mübahisə etməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu, Liman şəhərində yerləşən otlaq sahəsində öz heyvanlarını otaran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ona bildirmişdir ki, guya o, Mahirin heyvanlarını su içməyə imkan vermir. O, isə Mahirə ondan uzaq qalmasını və onunla danışmaq istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yenə də onun üzərinə gəldiyi üçün o, əsəbləşərək Mahirin ünvanına nalayiq ifadə işlətmiş və onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sifət və başıma bir neçə zərbə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Mahir atını minərək oradan uzaqlaşmışdır. O, da, telefonla qardaşı Mustafaya zəng edərək,Təqsirləndirilən şəxs onu döyərək, ona xəsarət yetirməsini və səhhətinin pis olduğunu bildirmişdir. Daha sonra digər qardaşı Şahid2 zəng edərək Təqsirləndirilən şəxs onu döyməsini bildirərək, ondan otlaq sahəsinə gəlib onu evə aparmağını istəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, sonuncudan onun sağlamlığına vurulmuş ziyana görə pul tələb edir, ona vurulmuş ziyan ödənilmədiyi üçün barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs ilə şəxsi təsərrüfatında olan heyvanları birlikdə saxlayırlar. Təqsirləndirilən şəxs isə onun həmkəndlisi və qonşusudur. Mahirlə onun münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Təqsirləndirilən şəxs bir il bundan əvvəl onunla mübahisə etməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu Şirinsu qəsəbəsində şəxsi işləri ilə məşğul olduğu zaman qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək, Təqsirləndirilən şəxs Liman şəhərində yerləşən otlaq sahəsində onu vuraraq xəsarət yetirdiyini və səhhətinin pis olduğunu bildirərək sahəyə gedib onu gətirməyini istəmişdir. O, da, kənd ərazisindən piyada Liman şəhərində yerləşən otlaq sahəsinə getmək üçün yola düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra kənd ərazisində olan Mahirin evinin yaxınlığındakı otlaq sahəsində qarşıdan Təqsirləndirilən şəxs at ilə gəldiyini görmüşdür. O, Təqsirləndirilən şəxs qardaşını niyə döydüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs atdan düşərək qardaşını onun ünvanına nalayiq ifadə işlətdiyi üçün döydüyünü bildirmiş və əlavə olaraq qardaşı Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı o, əsəbləşib yumruqla Təqsirləndirilən şəxs sağ gözünə vuraraq yerə yıxmış və Mahirin qarın və ayağına təpiklə zərbələr vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxıb onun sağ gözünə kəllə ilə vuraraq yerə yıxmışdır. O, yerdə olan zaman Mahir təpiklə onun sağ ayağına zərbələr vurmuşdur. Həmin vaxt Şahid2 oraya yaxınlaşaraq onları ayırmışdır. Daha sonra aldığı xəsarətlərlə bağlı Lənkəran RMX-na müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində qardaşı Mehti ona zəng edərək, Təqsirləndirilən şəxs Liman şəhərində yerləşən otlaq sahəsində onu döyərək ona xəsarət yetirdiyini və səhhətinin yaxşı olmadığını bildirib həmin otlaq sahəsinə gedib onu ev gətirməyini istəmişdir. O, da, yaşadığı evdən çıxıb piyada Liman şəhərində yerləşən otlaq sahəsinə getmək üçün yola düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra kənd ərazisində olan Mahirin evinin yaxınlığında yerləşən otlaq sahəsində otlaq sahəsində qardaşı Mustafa ilə Mahirin münaqişə etdiyini görmüşdür. O, oraya çatdıqda Təqsirləndirilən şəxs kəllə ilə qardaşı Mustafanın sağ göz nahiyyəsinə vuraraq yerə yıxdığını və Mustafa yerdə olan zaman təpiklə Mustafanın sağ ayaq nahiyyəsinə zərbələr vurmasını görmüşdür. O, yaxınlaşaraq onları ayırmışdır Daha sonra Təqsirləndirilən şəxs qardaşlarını döydüyünə görə qanun qarşısında cavab verəcəyini bildirmişdir. O. həmin vaxt Təqsirləndirilən şəxs sağ göz ətrafında xəsarətin olduğunu görmüşdür. Həmin münaqişə bitdikdən sonra Liman şəərində yerləşən otlaq sahəsinə getdikdə qardaşı Mehdinin sağ gözündə və burununda xəsarətlər olduğunu görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun sifət və başına yumruqla vuraraq ona xəsarət yetirməsini bildirmişdir. İş materiallarının 25-26-cı vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli 336 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burun nahiyəsində əzilmiş yara, hər iki gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarının 22-24-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. İş materiallarının 43-44-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı, oğlu və qızı ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İş materiallarının 45-46-cı vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020 və xx.xx.2022-ci il təvəllüdlü uşaqları var. İş materiallarının 49-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-139/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-139/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver