Məhkəmə qərarları › İş №1(049)-139/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-139/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-139/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1961-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən X5ma məxsus fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəmnində, yəni Zərərçəkmiş şəxs yaşadığı evi tərk edərək Samirə Əliyevanın evində yaşaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir neçə dəfə sillə zərbəsi vurmaqla - burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki gözqapaqları-gözaltı, burun nahiyələrində qançırlar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təhqiqat zamanı verdiyi izahatını təsdiq edir, Zərərçəkmiş şəxs bacısıdır. Təxminə uzunmüddət onunla birlikdə yaşamışdır. Aralarında mübahisə baş verdiyindən Təxminə evi tərk etmiş və qonşuluqda yaşayan Samirə adlı xanımın evində yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Təxminə Samirə adlı xanımın evinə getmişdir. Bu səbəbdən əsəbləşmiş və Təhminə ilə mübahisə etmişdir. Təxminəni vurmamış, lakin ola bilsin ki axşam qaranlıqda əl qol hərəkətləri etdiyi zaman əli Təxminəyə dəymiş və o xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatından görünür ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Təxminə uzunmüddət onunla birlikdə yaşamışdır. Lakin aralarında mübahisə baş verdiyindən Təxminə evi tərk etmiş və qonşuluqda yaşayan Samirə adlı xanımın evində yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Qadir Samirə adlı xanımın evinə getmişdir. Evin həyətyani sahəsinə daxil olub Təxminəni səsləmişdir. Təxminəyə hansı səbəbə öz evində qalmamasını, başqasının evində yaşamasını soruşmuşdur. Təxminə Qadirə “əcəb edirəm, mənim sənin kimi qardaşım yoxdur” deməsi səbəbindən Qadir əsəbləşmişdir. Qadir Təxminənin sifət nahiyəsinə bir neçə sillə zərbəsi vurmuşdur. Bu zaman Samirənin qızı həyətə gələrək Qadirdən evi tərk etməsini tələb etmişdir. Qadir evin həyətyani sahəsini tərk edərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə sillə zərbəsi vuraraq xəsarət yetirməsini, mübahisəyə səbəb Zərərçəkmiş şəxs öz evini tərk edərək başqa şəxsin evində yaşaması olduğunu, mübahisə zamanı Samirənin qızı Aysunun orada olmasını, Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişənin təxminən 3-5 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən 2021-ci il tarixədək qardaşı ilə birlikdə yaşamışdır. Lakin Qadir ilə aralarında tez-tez mübahisələr baş verdiyindən, qardaşı onu döydüyündən 2021-ci il tarixdə evi tərk edib qonşuluqda yaşayan Samirə adlı xanımla yaşamağa başlamışdır. Lakin 2025-ci ilin fevral ayında evə qayıtmışdır. Təkrar Qadirlə aralarında mübahisələr baş verdiyindən bir neçə gün əvvəl Samirə xanımın evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Samirə xanımın evində olan zaman Qadir həyətə daxil olaraq onu səsləmişdir. O, həyətə çıxmışdır. Qadir niyə başqasının evində yaşadığını ondan soruşmuşdur. O, isə Samirəgildə qalacağını Qadirin ona qardaşlıq etmədiyini bildirmişdir. Bu zaman Qadir onun üzərinə hücum çəkərək sifət nahiyəsinə bir neçə sillə zərbəsi vurmuşdur. Bu zaman Samirənin qızı Aysun evdən çıxaraq Qadirdən evi tərk etməsini tələb etmişdir. Qadir də evin həyətyani sahəsini tərk edərək oradan uzaqlaşmışdır. Aysun anası Samirəyə zəng edərək belə bir hadisə barədə məlumat verdikdən sonra Samirə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, mübahisəyə səbəb kimi evini tərk edərək Samirə Əliyevanın evində yaşaması olduğunu, mübahisədən sonra Şahid oraya gəlməsini, Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişənin təxminən 3-5 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, heç kimlə düşmənçilik, ədavəti yoxdur. Zərərçəkmiş şəxs qardaşı Qadir ilə aralarında tez- tez mübahisələr baş verdiyindən 2021-ci il tarixdən evini tərk edərək onlarla birlikdə yaşamağa başlamışdır. Lakin 2025-ci ilin fevral ayından Təxminə təkrar evinə qayıtsa da qardaşı Qadir ilə yenə mübahisələr etdiyindən bir neçə gün əvvəl evini tərk edərək onların evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində evdə olduğu zaman evin həyətyani sahəsindən səs-küy gəlməsini eşidib həyətə çıxmışdır. Bu zaman Qadirin evin həyətyani sahəsində Təxminə ilə mübahisə etməsini görmüşdür. Qadirdən evi tərk etməsini tələb etmişdir. Qadir həyətyani sahəni tərk etdikdən sonra Aysun darvazanın qapısını kilitləmişdir. Təxminədən nə baş verməsini soruşduqda sonuncunun burun nahiyəsindən qan gəlməsini aşkar etmişdir. Təxminə Qadirin onu döyməsini bildirmişdir. Aysun anası Samirəyə zəng edib bu barədə bildirdikdən sonra Samirə DİN-in 102 xidmətinə zəng edərək Təxminənin döyülməsi barədə məlumat vermişdir. Təxminənin burnundan qan gəlməsini aşkar etdikdən sonra nə baş verməsini Təxminədən soruşduqda sonuncunun Qadirin onu döyməsini deməsi, mübahisəyə Təxminənin evini tərk edərək onlarla birlikdə yaşaması olduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan münaqişənin onun həyətə düşdükdə artıq yekunlaşdığını bildirmişdir. İş materiallarının 18-20-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 484 saylı rəyindən görünür ki, ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində- burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki gözqapaqları-gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarının 15-17-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən X3 məxsus fərdi yaşayış evində baş vermişdir. İş materiallarının 36-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 558 saylı arayışından görünür ki, Lənkəran şəhəri A.Mahmudov küçəsi ev 108-də yaşayan Həsənov X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarının 37-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarının 38-39-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs səciyələndirən hallar: xx.xx.1961-ci ildə Lənkəran şəhərində anadan olması, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olması, əvvəllər məhkum olunmaması, Lənkəran şəhəri A.Mahmudov küçəsi ev 108-də qeydiyyatda olmaqla orada yaşaması, yaşadığı yer üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. X1 göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə Lənkəran şəhərində saxlanılaraq X2 təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, zərərçəkmişi vurmaması, əlinin dəyməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət alması barədə göstərdikləri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin, Zərərçəkmiş şəxs onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə təkidlə xahişini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkilməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar