Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-14/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzadan azad olunmuş, ünvan 1 ünvanında yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 aprel 2024-cü il tarixdə, saat 16:17-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin fevral ayında Lənkəran şəhəri, Böyük bazar adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 05 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,213 qram, -0,248 qram, -0,211 qram, -0,212 qram və -0,219 qram, ümumi təmiz çəkisi-1,103 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə eib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 09 fevral 2023-cü il tarixdə, saat 19:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Qardaşı Ədalət birinci Qarabağ Müharibəsinin şəhidi, digər qardaşı Habil isə həmin müharibənin əlilidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində amnistiya tətbiq edilərək cəzası 6 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzadan azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16-17 radələrində “Oba” marketdən xırda oğurluq etmişdir. Həmin oğurluq marketin videokameralarına da düşmüşdür. Həmin hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə polislər onun evinə gələrək onu polis bölməsinə dəvət etmişlər. O, polislərə bildirmişdir ki, səhərisi gün, xx.xx.2023-cü il tarixdə özü şəxsən polis bölməsinə gələcəkdir. Lakin həmin gün, axşam saatlarında polislər onu həmin marketin qabağında saxlayaraq Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Xırda oğurluq etdiyinə baxmayaraq onun barəsində inzibati qaydada tədbirin görülməsi üçün protokol tərtib edilməmiş, Babək adlı polis əməkdaşı ona hədə-qorxu gələrək ona “əks təqdirdə onu külli miqdarda narkotiklə yükləyəcəyini” bildirib onun göstərişi ilə digər polisin təqdim etdiyi 5 büküm heroini boynuna almağı məcbur etmişdir. O, əvvəl razı olmasa da, üzdən tanıdığı polis nəfəri onun qabırğasından vurduqdan sonra özünə məxsus olmayan həmin 5 büküm heroinin özünə məxsus olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında o bildirmişdir ki, döyüldüyü üçün etrafedici ifadə vermiş, təziq altında olduğundan “sanksiya” zamanı da cinayət əməlini törətdiyini boynuna almışdır. Təcridxanaya girəndə üstündə xəsarət olub. Hazırki məhkəmə iclasında o, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib əlavə olaraq göstərmişdir ki, istintaq təcridxanasından məhkəməyə daxil olmuş tibbi kitabçasının surətində göstərilmiş xəsarət- sağ baldırın yuxarı 3/1-nin arxa səthində üzəri qərtməkli yaranı polisə gətirilməmişdən əvvəl almışdır. Son sözündə məhkəmədən ona 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 09 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manat pul qarşılığında 05 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni 09 noyabr 2023-cü il tarixdə mən Lənkəran rayonu, Göyşaban kəndində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduqlarını demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Bölmənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil İntiqam Hüseynov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibində olan 05 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin kütləni 09 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş beş bükümdə narkotik vasitə olan heroini 09 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata almış və üzərində saxlamışdır. O, narkotik vasitə qəbul edir, həmin beş bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamış, özü narkotik vasitə olan heroin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Bundan başqa hər hansı bir qanunsuz əməli olmamışdır. Polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsi ittiham olunduğu cinayət əməlini törətməsi Lənkəran ŞRPŞ-nin Liman PB-nin baş əməliyyat müvəkkili Şahid1 raportu, şahidlərin ifadələri, şəxsi axtarışın keçirilməsi protokolu, protokola əlavə edilmiş DVD disk, məhkəmə-kimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertiza üzrə rəylər və digər ibtidai araşdırma sənədləri ilə tam sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlara təqsirləndirlən şəxsin narkotik vasitələrin əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də qrupun rəhbəri kimi o, qrupun üzvləri, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə bərabər xx.xx.2023-cü il tarixdə 19:45 dəqiqədə Lənkəran rayonu, Göyşaban kəndində təqsirləndirlən şəxsi saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarın cibindən 05 ədəd bükümdə heroinə bənzər kütlələri təqdim etmişdir. Şifahi sorğu zamanı bükümləri Lənkəran şəhəri, Böyük Bazar deyilən ərazidə tanımadığı şəxsdən şılığında aldığını bildirmişdir. Təqsirləndirlən şəxs kimsə tərəfindən döyülməmişdir. xx.xx.2024-cüil tarixdə, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid2 və Şahid3 ayrı-ayrılıqda ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan 09 fevral 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 05 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin çəkisi 1,22 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 05 bükümdə, 25 manat qarşılığında almışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli 19/178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aid 5 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,213 qram, -0,248 qram, -0,211 qram, -0,212 qram, -0,219 qram: ümumi təmiz çəkisi -1,103 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,903 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 165 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Həmin qərardan görünür ki, təqsirləndirlən şəxs göstərmişdir ki, müəyyən müddət əvvəl şəxsi istifadəsi üçün Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan heroin almışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmur. Onu öz şəxsi istifadəsi üçün almışdır. İşə əlavə edilmiş Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayətiçinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli cavaba əlavə edilmiş tibbi kitabçasının surətindən görünür ki, təqsiləndirlən şəxs təcridxanaya xx.xx.2023-cü il tarixdə daxil olmuş, ora daxıl olduğu zaman təqsirləndirlən şəxsdə xəsarət- sağ baldırın yuxarı 3/1-nin arxa səthində üzəri qərtməkli yaranın olması aşkar olunmuş, sorğu zamanı təqsirləndirlən şəxs həmin xəsarətin həbs olunmazdan əvvəl aldığını bildirmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bır sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirlər zamanı Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələrdən əldə edərək istifadə etməyə başlamış, lakin onların satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 05 ədəd bükümlərdə, ümumi təmiz çəkisi -1,103 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 05 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,103 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-203/2022 saylı qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tək yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi olmadan 05 bükümdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, -0,248 qram, -0,211 qram, -0,212 qram və -0,219 qram, ümumi təmiz çəkisi-1,103 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Əskərov X2 Rəsul Polad oğlu və Şahid3 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2023-cü il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilk ifadəsində 5 büküm heroinin boynuna almağı məcbur olunması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun ilk ifadəsi zamanı üzərində narkotik vasitənin olmaması barədə dəlilləri əsassızdır. Habelə ona qarşı irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsi üşün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yəni əvvəldə məhkum olunduğunu, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,903 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,903 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(049)-14/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-14/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver