Məhkəmə qərarları › İş №1(049)-14/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-14/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-14/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.45 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx xxxxx 1994-cü ildə Lənkəran şəhərində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Ş.Məmmədov küçəsi ev 32-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 06 iyun 2023-cü il tarixdə, saat 22:10 radələrində “ВC” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi istifadəsində olmuş “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu, Vilvan kəndinin ərazisindən keçən hissəsi ilə üzü Lənkəran şəhəri istiqamətində 60 km/saat sürətlə idarə edərkən, sürücü olaraq qarşısında yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs görüb, hərəkət üçün təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla avtomobili piyadaya çatmadan dayandırmağa, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin İ hissəsinin 2-ci cümləsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, piyada Zərərçəkmiş şəxs yolu keçməyəcəyini güman edib, texniki cəhətdən saz vəziyyətdə olan “Khazar SD minik” markalı avtomobilin hərəkətini qeyd olunan yol şəraitində 60 km/saat sürətlə davam etdirərkən, hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, piyada - Lənkəran rayonu, Vilvan kənd sakini xx xxxxxx 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi (buferi) ilə ehtiyatsızlıqdan vurub, ona həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik - baş, döş qəfəsi, qarın, bel və sağ aşağı ətrafın küt travması; ənsə sümüyünün sınığı, baş beyinin ağır dərəcəli əziyi, dalaq, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğuna 1,0 litr qan yığılması, peritonarxası hematoma, sağ bud-diz qapağı və baldır sümüklərinin açıq sınıqları, döş qəfəsi yumşaq toxumasına yayılmış qansızmalar, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağında əzilmiş-cırılmış yaralar, hər iki bazuda qançırlar və sağ bazuda yumşaq toxumaya qansızına, sol said, hər iki əl pəncəsi, sağ kürək, döş qəfəsi, hər iki sağrıda sıyrıqlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs bədənin küt travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi, dalaq və sol böyrəyin zədələnməsindən yaranmış hemorragik və travmatik şok nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq üzərinə həmin yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir”, “Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır”, “Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.” vəzifələri qoyulsa da, bunları etməyərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış Zərərçəkmiş şəxs yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran rayonu, Osaküçə kəndinə sərnişin aparıb qayıdanda Vilvanda qəfildən qabağına adam çıxmış və qorxduğundan avtomobili saxlamamışdır. Bundan sonra isə həmin adamı başqa maşın vurmuşdur. Həmin adam hazırda şahid qismində müəyyən edilmiş Şahid1dir. O, zərərçəkmişi vurduqdan sonra o sağ olmuşdur. İbdaiti istinaqt zamanı, habelə ilkin araşdırma zamanı izahatı savadı olmadığına görə oxumadan imza etmişdir. Təqsirləndirilən məhkəmənin suallarına cavab olaraq bildirmişdir. Hadisə vaxtı sərxoş olmamışdır. 60 km surətlə şəhər istiqamətinə hərəkət etmişdir. Zərərçəkmiş şəxsi umumiyyətlə görməmişdir, maşının qabaq sol tərəfinə nəsə dəydiyini bilmişdir. 1 gün sonra polisə təslim olmuşdur. Hadisə həmin yerdə olan restoranın qabağında olub lakin müstəntiq hadisəni həmin ərazidə olan YDM-in qabağına olmuş kimi sənədləşdirmişdir. O, avtomobili ilə mərhum zərərçəkmiş şəxsi vursa da, ölümünə səbəb olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə Lənkəran şəhəri, Ş.Məmmədov küçəsi ev 32-də qeydiyyatda olmaqla yaşayır. Evlidir. 2022-ci il təvəllüdlü, Ayhan Abdullazadə adlı azyşah övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7 aydır ki, lizinq yolu ilə “Khazar Lada” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı minik avtomobili taksi fəaliyyəti ilə məşğul olur. Hər ay lizinq şirkətinə 408 manat pul ödəyir. Narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir. Əvvəllər məhkum olunmamışdır. BC kateqoriyalı sürücülük vəsiqəsilə həmin avtomobili idarə edirmiş. Lənkəran şəhərində yerləşən “1635” taksi şirkətində işləmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 06 iyun 2023-cü il tarixdə 21:30 radələrində ünvan 1 ünvanına çatdırdığı zaman həmin tarixdə taksi şirkətinin mobil proqramına Lənkəran şəhər İcra hakimiyyətinin yanından Lənkəran rayonu, Osakücə kəndi ərazisinə müştəri sifarişi gəlmişdir. O da sifariş əsasında Lənkəran şəhəri İcra hakimiyyətinin qarşısında dayanmış kişi cinsindən olan 2 nəfəri avtomobilə əyləşdirmişdir. Onlardan biri, əvvəlcə onu Lənkəran şəhəri, Z,Əliyeva küçəsidə yerləşən svetoforun yanma aparmağımı bildirmişdir. O da avtomobili həmin istiqamətə idarə edib təxminən 5-7 dəqiqə ərzində Z.Əliyeva küçəsində yerləşən svetoforun yanında avtomobilini saxlamışdır. Sərnişinlərdən biri yol pulunu verib avtomobildən düşmüşdür. Sonra digər sərinişinlə birgə Lənkəran rayonu, Osakücə kəndinə getmək üçün yola düşmüşdür. Lənkəran rayonu, Osakücə kəndi ərazisində avtomobildə olan sərnişin avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra geri qayıdaraq üzü Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin zaman tanışı Orxan Babazadə ona zəng edərək, onun gəlib götürməyini və tələsdiyini bildirmişdir. O da həmin zaman ona sərnişin apardığını, Lənkəran rayonu, Vilvan kəndi ərazisində olduğunu və tələsirsə ona gedə biləcəyini bildirmişdir. Həmin günü saat 22:10 radələrində Lənkəran rayonu, Vilvan kəndi ərazisindən keçən asafalt yolla təxminən 60 km/ saat sürətlə hərəkətdə olan zaman təxminən 20-25 metr aralıqda, yolun əks hərəkət hissəsində bir nəfər şəxsin düzünə adi yerişlə yolun solundan sağ tərəfinə doğru hərəkət etdiyini görmüşdür. Bu zaman həmin şəxsin hərəkətdə olduğu yolu keçməyəcəyini düşünüb hərəkətini davam elətdirmişdir. Həmin piyadanın yanından keçməyinə az qalmış piyada anidən dayanaraq geriyə addım atmaq işəyərkən avtomobilin sol bufer hissəsi piyadanın sağ ayaq hissəsinə çırpılmış və zərbənin təsirindən piyada havaya qalxaraq beli avtomobilin mühərrik örtüyünə, başı isə avtomonbilin qabaq şüşəsinin sol hissəsinə çırpılaraq avtomobilin arxası istiqamətində düşmüşdür. Hadisənin həyacamndan əyləcdən istifadə də bilməyib hadisənin qarşısını ala bilməmiş, sonra avtomobil saxlayıb qorxudan qışqırmağa başlamışdır. Bu zaman avtomobildən düşərək vuruduğu piyadaya tərəf getmişdir. Həmin vaxt hava qaranlıq olduğuna görə onun üzünü və aldığı xəsarətləri görə bilməmişdir. Piyadanın yerdə üz üstə, başı nahiyəsinin hərəkətdə olduğu yolun solu hissəsinə, ayaqları isə sağı istiqamətində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Qıc olmuş kimi asta-asta hərəkətlər etdiyindən piyadanın vəziyyətinin ağır və ölümcül olduğunu görüb ona ilkin tibbi yardım köməkliyi etməyib avtomobilinin sükanı arxasına keçmişdir. Həmçinin, həmin zaman təclili tibbi yardıma və ya polisə da məlumat verməmişdir. Avtomobilini dərhal hərəkətə gətirib, üzü Lənkəran şəhəri istiqmətində hərəkət etməyə başlamışdır. Yolda olan zaman Vüsalə adlı sərnişin ona zəng edərək, onu Lənkəran şəhər Fizlu küçəsində yerləşəm “Ağ saray” adlı restorandan götürməyini bildirmişdir. O, həmin zaman özünü piss hiss elədiyi üçün ona avtomobilimin xarab olduğunu bildirmişdir. Sonra arvadı Fatma Abdullazadəyə məxsus ***-***-**-** saylı nömrəyə zəng edib ona özünü piss etdiyini və evə gəldiyini bildirib dəstəyi qoymuşdur. Yaşadığım ünvana gəlib avtomobili fərdi yaşayış evinin həyətinə salmışdır. Sonra hadisənin qorxusu və həyacamndan özünü itirdiyi üçün yaşadığı evdən çıxıb Lənkəran şəhəri ərazisində piyada şəkildə gəzmişdir. 07 iyun 2023-cü il tarixdə saat 09-10 radələrində yaşadığı evə gələn zaman ailə üzvləri ona polisin yaşadığı evə gəldiyini və onu soruşduqlarını bildirmişdir. O da polislərin mobil nömrəsinə zəng edib, onlarla birlikdə polis şöbəsinə gəlib hadisə barədə məlumat vermişdir.Yol-nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi avtomobilində tək olduğunu, hadisədən sonra avtomobilin hərəkətini saxlasa da, mühərriki söndürmədiyini, avtomobildən düşərək piyadanın uzandığı yerə tərəf baxdığını, həmin zaman qorxduğu üçün dərhal hadisə yerindən uzaqlaşaraq qaçdığını, həmin şəxsə kömək etməklə bağlı hər hansı bir şəxsə və ya hər hansı bir dövlət orqanına məlumat vermədiyini və hadisə zamanı sərxoş olmadığını göstərmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, atasının ölümünə səbəbkar Şahid1dir. Elman hətta onlarla barışmaq üçün dəfələrlə yanlarına gəlmiş, barışıq üçün 1000 manat təklif etmişdir. Müstəntiq ona işin məhkəməyə getməyi ilə bağlı imza etdirmişdir. Məhkəmədə bilmişdir ki, təqsirləndirilən Elman adlı şəxs deyil Muraddır. Təqsirləndirilən şəxs ilə barışmışam, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 06 iyun 2023-cü il tarixdə atam Zərərçəkmiş şəxs Lənkəran rayonu Vilvan kəndində baş verən yolqəzası zamanı vəfat etmişdir. Hadisəni görən şəxslər ona bildirmişlər ki, atası yolu keçmək istəyərkən onu bir maşın vurmuşdur. Daha sonra isə başqa bir maşında üstündən keçmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisənin dəqiq tarixi yadından çıxmışdır. Sürücülük hüququnun olmasına dair sənədi var. Hadisənin baş verdiyi gün Lənkəran rayonun Vilvan kəndindən Cil kəndi istiqamətinə doğru hərəkətdə olan zaman yolun ortasında zərərçəkmişin meyitinin ayaqları üstündən keçmişdir. Daha sonra avtomobili dayandırmış və oradakı sakinlər ona adamın başqası tərəfindən vurulduğunu bildirmişlər. Daha sonra təcili yardım xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, növbətçi hissədən ona bildirildi ki, Lənkəran rayonu Vilvan kəndində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə getmiş və orada VAZ 21011 markalı maşın var idi. Oradan bildirmişlər ki, adamı başqa maşın vurmuşdur. Çiyələk sahəsində işləyən bir kişi adamı ağ rəngli maşının vurduğu bildirmişdir. Həmin maşını tapmaq üçün tədbirlər görmüş. Daha sonra şöbədən bildirilmişdir ki, həmin adam özü polis şöbəsinə təslim olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Əkərm oğlu ilə bağlı cinayət işi üzrə müstəntiq olmuşdur. 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxsı dindirmişdir. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nın MSY-də saxlanılmamışdır. İzahatlar Muradın özü tərəfindən imzalanmışdır. Ekspert rəyindən sonra Elman barəsində heç bir tədbir görülməmişdir. Təqsirləndirilən şəxs polis tərfindən şöbəyə gətirilmişdir. Murad özü əməlini etiraf etmişdir. İş üzrə hərtərəfli araşdırma aparmaq üçün ekspertiza təyin etmişdir. Cinayət işinin 46-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 07 iyun 2023-cü il tarixli, 131 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Cinayət işinin 4-14 və 28-37-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 07 iyun 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən asfalt yolunda baş vermişdir, "Khazar SD Minik” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs, həmin yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin 38-45-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 07 iyun 2023-cü il tarixli “avtomobilə baxış” protokolundan görünür ki, 07 iyun 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nın avtomobil duracağında “Khazar SD” markalı, 77PN629 dövlət qeydiyyat nişnah və Vaz 21013 markalı, 42CE291 dövlət qeydiyyat nişanlı minik avtomobililə baxış keçirilmişdir. Baxış zamanı ağ rəngli, “Khazar” markalı avtomobilin mühərrik örtüyünün orta və sol hissəsinin əzildiyi, ön şüşənin sol aşağı hissəsinin çatlaması aşkar edilmişdir. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol keçən piyadanı vurması nəticəsində avtomobilində həmin zədələrin olmasını göstərmişdir. Cinayət işinin 57-63-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 20 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, hadisənin baş vermə şəraitini, nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Mərhum: Zərərçəkmiş şəxs bədəni üzərində - başın, döş qəfəsi, qarının, belin və sağ aşağı ətrafın küt qarışıq travması: ənsə sümüyünün sınığı, baş beyinin ağır dərəcədə əzilməsi, qabırğaların iki tərəfli sınıqları (sol ön İİ-Vİİ), arxa Ш-Vİİ, arxa İX-X), dalağın, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1000 ml), peritonarxası qanaxma, sağ bud-diz qapağı və baldır sümüklərinin açıq sınıqları, döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızına, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağı nahiyələrində əzilmiş-cırılmış yaralar, hər iki bazu nahiyələrində qançırlar, sağ bazu nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızına, sol said, hər iki əl, sağ kürək, döş qəfəsi, hər iki sağrı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə aşkar edilmiş xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: Zərərçəkmiş şəxs ölümünə başın, döş qəfəsin, qarının, belin və sağ aşağı ətrafın müştərək küt travması ilə əlaqədar döş qəfəsi, kəllə və sağ aşağı ətrafı sümüklərin sınıqları, həyat üçün vacib olan daxili orqanların dağılması səbəb olmuşdur. Mərhum: Zərərçəkmiş şəxs oğlunun meyitindən götürülmüş qanın məhkəmə kimya-tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum: Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlərin çoxluğu və mürəkkəbliyini nəzərə alaraq qeyd etmək olar ki, hadisə zamanıalmış olduğu xəsarətlərdən sonra ölümün baş verməsini daha dəqiq aydınlaşdırmaq üçün Birliyin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən qiymət verilməsi məqsədə uyğundur. Cinayət işinin 105-110-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli. T539/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayəinəsi zamanı baş, döş qəfəsi, qarın, bel və sağ aşağı ətrafının küt travması; ənsə sümüyünün sınığı, baş beyinin ağır dərəcəli əziyi, sol İİ-Vİİ arxada, sol Ш-Vİİ arxada, sağ İİ-Vİİ qabırğaların öndə, sağ İX-X qabırğaların arxada sınıqları, dalaq, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğuna 1,0 litr qan yığılması, peritonarxası hematoma, sağ bud-diz qapağı və baldır sümümklərinin açıq sınıqları, döş qəfəsi yumşaq toxumasına yayılmış qansızmalar, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağında əzilmiş- cırılmış yaralar, hər iki bazuda qançırlar və sağ bazuda yumşaq toxumaya qansızına, sol said, hər iki əl pəncəsi, sağ kürək, döş qəfəsi, hər iki sağrıda sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə güman etmək olar: ilkin zərbə piyada Zərərçəkmiş şəxs vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Xəzər” markalı avtomobillə piyadanın hər iki aşağı ətrafına olmuş, nəticədə hər iki baldır sümüklərinin, sağ diz oynağı, budun aşağı 1/3-nin açıq sınıqları, yuxarı ətraflarda qançır və yumşaq toxumaya qansızına, sonrakı etapda piyadanın atılmasıvə zərblə yer örtüyünə çırpılması zamanı baş və bədənin əzilmiş-cırılmış yaraları, sıyrıqları, sol böyürək və dalağın zədələnməsi, kəllə sümüklərinin sınıqları və baş beynin ağır dərəcəli əzilməsi yaranmışdır. Mərhum Zərərçəkmiş şəxs ölmünə səbəb bədənin küt travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi, dalaq, sol böyrəyin zədələnməsindən yaranmış hemorragik və travmatik şok olmuşdur. Cinayət işinin 155-161-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T06/2024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı baş, döş qəfəsi, qarın bel və sağ aşağı ətrafım küt travması; ənsə sümüyünün sınığı, baş beyinin ağır dərəcəli əziyi, sol İİ-Vİİ qabırğaların öndə , sol İİİ-Vİİ arxada, sağ İİ- Vİİ qabırğaların öndə, sağ İX-X qabırğaların sınıqları, dalaq, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğuna 1,0 litr qan yığılması, peritonarxası hematoma, sağ bud-diz qapağı və baldır sümüklərinin açıq sınıqları, döş qəfəsi yumşaq yayılmış qansızmalar, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağında əzilmiş-cırılmış yaralar, hər iki bazuda qançırlar və sağ bazuda yumşaq toxumaya qansızına, sol said, hər iki bazuda qançırlar, sağ kürək, döş qəfəsi, hər iki sağrıda sıyrıqlar aşkar edilmişdir. Mərhum Y.Zərərçəkmiş şəxs “Khazar” markalı avtomobil tərəfindən vurulduqdan sonra aldığı skelet sümüklərinin və daxili üzvlərin kobud zədələnmələri həyatla bir araya sığmayan xəsarətlər qrupuna aid olduğundan birbaşa ölümə səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs aldığı btünü xəsarətlərin xarakteri onu göstərir ki, “Khazar” markalı avtomobil tərəfindən vurulduqda sonra aldığı xəsarətlər olmuşdur. Cinayət işinin 94-98-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 avqust 2023-cü il tarixli, 8/2294 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Khazar SD markalı, 77PN629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 104-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış İbtidai istintaq zamanı Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran Rayonlarası Qeydiyyat İmtahan və X5 alınmış 20 oktyabr 2023-cü il tarixli, 3-13-16-5/2- 9507/2023 saylı məktubda göstərilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən ünvan 3 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adma xx.xx.2014- cü il tarixdə “BC” kateqoriyalı AE-411671 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar arasında olmadığı göstərilmişdir. Cinayət işinin 56-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 163-168-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 24 may 2024-cü il tarixli ’"baxış və götürmə” protokolundan görünür ki, “Təcili və X2 X1 Kitabı" qeyd olunmuş qeydiyyat kitabına baxış keçirilən zaman həmin kitabda olan 313 sıra nömrəsində yerləşən qrafalardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:23-də ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs avtoqəza nəticəsində xəsarət alması ilə bağlı Lənkəran rayonu, Vilvan kəndi ərazisinə çağırışa getdiyini, pasiyentin hadisə yerində keçindiyini və morqa yerləşdirildiyini və hadisə yerindən həmin tarixdə saat 23:23-də TTYS-na qayıtdıqları qeyd olunmuşdur. Məhkəmə istintaq zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş xx.xx.2024cü il tarixli, T829/2024 nömrəli təkrar məhkəmə tibb ekpertizasının rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı baş, döş qəfəsi, qarm, bel və sağ aşağı ətrafın küt travması; ənsə sümüyünün sınığı, baş beynin ağır dərəcəli əziyi, sol İİ-Vİİ qabırğaların öndə, sol Ш-Vİİ arxada, sağ İİ-Vİİ qabırğaların öndə, sağ İX-X qabırğaların arxada sınıqları, dalaq, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğuna 1,0 litr qan yığılması, peritonarxası hematoma, sağ bud-diz qapağı və baldır sümüklərinin açıq sınıqları, döş qəfəsi yumşaq toxumasına yayılmış qansızmalar, alın, ənsə, sağ said, döş qəfəsi, sağ diz oynağında əzilmiş-cırılmış yaralar, hər iki bazuda qançırlar və sağ bazuda yumşaq toxumaya qansızma, sol said, hər iki əl pəncəsi, sağ kürək, döş qəfəsi, hər iki sağrıda sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə güman etmək olar: ilkin zərbə piyada Zərərçəkmiş şəxs vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Khazar” markalı avtomobilin buferin sol hissəsi ilə piyadanın sağ aşağı ətraf nahiyəsinə zərblə vurulma nəticəsində piyadada sağ baldır sümüklərinin, sağ diz oynağı, budun aşağı 'Anin açıq sınıqları, sonrakı etapda şəxsin həmin avtomobilin kapotun və podpresin sol hissəninə atılması, oradan isə asfalt örtüyünə zərblə çırpılması nəticəsində hər iki bazuda qançır və sağ bazuda yumşaq toxumaya qansızma, baş və bədənin əzilmiş-cırılmış yaraları, sıyrıqları, sol böyrək və dalağın zədələnməsi, kəllə sümüklərinin sınıqları və baş beynin ağır dərəcəli əzilməsi, sonra isə artıq yol örtüyündə uzanmış piyadanın digər “VAZ 21063” markalı avtomobillə yol örtüyünə sıxılması, sürüklənməsi nəticəsində isə ikitərəfli qabırğa sınıqları, çoxsaylı sıyrıqlar yaranmışdır. Qeyd edilən sınıqlar daxili üzvlərin (ürək, ağciyərin) zədələnməsi ilə müşayiət olunmadığından onun sağ qalma ehtimalı böyük idi. Mərhum Y.Zərərçəkmiş şəxs ölümünə səbəb bədənin küt travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi, dalaq, sol böyrəyin zədələnməsindən yaranmış hemorragik və travmatik şok olmuşdur.2. Mərhum Zərərçəkmiş şəxs aldığı xəsarətlərin xarakteri onu göstərir ki, “Vaz 21013” markalı avtomobillə kontaktda olarkən o, sağ olmuş, lakin ölümə səbəb həmin xəsarətlər deyil, “Khazar” markalı avtomobil tərəfindən vurulduqdan sonra aldığı xəsarətlər olmuşdur. Məhkəmənin sorğusuna əsasən verilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 26 noyabr 2024-cü il tarixli, 3-13-96/2-29157/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 07-11 2023-cü il tarixdə Lənkəran ŞRPŞ MSY-də saxlanılmamışdır. Cinayət işinin 139-140-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 26 oktyabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası, arvadı və 2022-ci il təvəllüdlü uşağı ilə birlikdə ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət məsuliyyəti yaradır. CM-nin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 264-cü maddəsinə əsasən Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ölümünə səbəb olmamasına dair ifadəsi ibtidai istintaq zamanı keçirilmiş məhkəmə tibbi-ekspertizasının rəyləri, eləcə də məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə təyin edilmiş təkrar məhkəmə tibbi ekspertizası rəyi ilə tam təkzib olunur. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini həmin hissədə mötəbər hesab etməyərək sübut kimi qəbul etmir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə əsas cəza kimi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə və 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 263.2 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə və 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarının 2-ci bəndinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut “Khazar SD Minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ 21013” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfini təşkil edən məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilsin, CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları tam toplamaq, əlavə cəzaları qismən toplamaqla əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut “Khazar SD Minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ 21013” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınsın və icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə ŞirvanApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar