Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-140/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 46/6 mənzil 22 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi özünə məxsus “VAZ 21074 minik” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobillə köhnə Ələt-Astara avtomobil yolu ilə üzü Lənkəran rayonu Gərmətük qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən rayonun Şiləvar kəndindən keçən hissəsində “Şiləvar dörd yolu” adlanan ərazidə işıqforu keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, yəni sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin maddənin tələblərini pozaraq, yəni yolun sol çiynindən sağ çiyninə çəpinə keçmək istəyən və onun üçün təhlükə hesab edilən piyada –Lənkəran rayonu Şiləvar kəndində yaşayan xx xxxx 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs gördüyü anda idarə etdiyi nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək sonuncunu avtomobilin ön hissəsi ilə vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ kürək sümüyünün sınığı, başın təpə nahiyəsində dərialtı hematoma kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 46/6 mənzil 22 ünvanında atasına məxsus evdə ata və anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Taksi sürücüsü kimi işləmişdir. 2023-cü ilin oktyabr ayında Sumqayıt bazarından aylıq 290 manat ödəmək şərti ilə “VAZ 21074” markalı 90RO392 dövlət nömrə nişanlı avtomobil almışdır. Avtomobili etibarnamə əsasında idarə edir. Həmçinin avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə nənəsi vəfat etmişdir. Nənəsinin yas mərasimi Lənkəran rayonu Yuxarı Nüvədi kəndində keçirilirmiş. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində məclislərdə aşbaz kimi çalışan qonşusu Alması yas mərasiminə yemək bişirməsi üçün evindən götürüb Yuxarı Nüvədi kəndinə getmək üçün yola çıxmışlar. “VAZ 21074” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobil ilə təxminən 50 km/saat surətlə hərəkətdə olmuşdur. Almas avtomobildə arxada əyləşmişdir. Ələt-Astara magistral avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində, Şiləvar dördyolu adlanan əraziyə çatan zaman svetoforda yaşıl işığın yandığını görüb hərəkətini davam etdirmişdir. Hava qaranlıq, yağmursuz olmuşdur. Svetoforu keçdikdən təxminən 30-40 metr sonra onun hərəkətdə olduğu istiqamətdə, qarşısında yolun ortası ilə bir nəfər şəxsin piyada yeridiyini görmüşdür. Bu zaman o, dərhal avtomobilin əyləcini sıxmışdır. Lakin avtomobilinin qabaq hissəsi ilə piyadanı arxa nahiyəsindən vurmuşdur. Piyadanı avtomobilin qabaq hissəsi ilə vurduqdan sonra piyada qalxaraq avtomobilin alın şüşəsinə dəymiş və sol tərəfə, yolun ortasına düşmüşdür. O, avtomobilini saxlayıb avtomobildən düşmüşdür. Arxaya doğru qaçmış və görmüşdür ki, yerdə uzanan sonradan adını bildiyi Zərərçəkmiş şəxs alın nahiyəsindən qan axır. O, Ağacəfərdən necə olduğunu soruşmuş, Ağacəfər ona kürək nahiyəsində ağrı hiss etdiyini bildirmişdir. Həmin vaxtı oraya toplaşan şəxslərdən birindən DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng etməsini xahiş etmişdirm. Sonra isə həmin şəxsdən telefonunu alıb DİN-nin 102 xidmətinə özü zəng etmişdir. Həmin vaxt Almas avtomobildən düşüb özü piyada gedəcəyini demişdir. Ambulansın gec gələcəyini düşünüb Ağacəfəri avtomobilinə əyləşdirib Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmişdir. Xəstəxanada Ağacəfərə tibbi yardım göstərilmiş və polis şöbəsinə məlumat vermişlər. Xəstəxanaya polis əməkdaşları gəlmişdir. Baş verənləri o, polis əməkdaşlarına danışmış, daha sonra polis işçiləri ilə birlikdə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə gəlib hadisənin necə baş verdiyini danışıb, piyadanı avtomobili ilə vurduğu yeri polis əməkdaşlarına göstərmişdir. Hadisə yerinə baxış keçirib fotoşəkillər çəkib, protokol tərtib etmişlər. O, da protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra onu sərxoşluq müayinəsindən keçirmişlər və hadisədən əvvəl avtomobili idarə edərkən ayıq vəziyyətdə olduğu, spirtli içki və ya narkotik vasitə qəbul etmədiyi müəyyən olunmuşdur. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Ələt-Astara avtomobil yolunun rayonun Şiləvar kəndindən keçən hissəsində, Şiləvar dörd yolu adlanan yeri təxminən 40 metr Gərmətük kəndi istiqamətində məsafə qət etdikdən sonra baş vermişdir. Yol-nəqliyyat hadisəsinə qədər o, təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşdur. O, piyadanı təxminən 10 metr məsafədən yolun ortası ilə getdiyini görmüş, onun üçün təhlükə anı 2-3 saniyə çəkmiş, yəni piyadanı gördüyü yerlə piyadanı vurduğu yerə qədər təxminən 2-3 saniyə vaxt keçmişdir. Piyadanı vurmamaq üçün əyləci sıxmış, lakin avtomobilimin qabaq hissəsi ilə piyadanın arxa nahiyəsindən vurmuşdur. O, idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs Gərmətük dairəsi istiqamətində olan yolda sağ asfalt örtüyünün başlanğıcından təxminən 2 metr məsafədə asfalt üzərində vurmuşdur. Hadisə vaxtı nə o, nə də avtomobilində olan Almas adlı qadın heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs son sözündə hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onunla razılaşaraq vurulmuş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamasını və mülki iddiadan imtina etməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da Lənkəran rayonu Şiləvar kəndində arvadı ilə birlikdə kirayədə yaşamışdır. Əslən Lənkəran rayonundandır. Hazırda heç bir yerdə işləmir. Təqaüd alır. 3 övladı vardır. Bir övladı İİ Qarabağ müharibəsində şəhid olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Ələt- Astara avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsindən “Şiləvar dörd yolu” ərazidən çörək almaq üçün yaşadığı evdən çıxmışdır. Həmin vaxtı dörd yolda svetoforun qırmızı işığı yanırmış. Hava qaranlıq və yağmursuz olmuşdur. O, yolun digər tərəfində olan təndirxanadan çörək almaq üçün yolu keçməyə başlamışdır. Yolu çəpinə keçərkən arxası svetofora tərəf olmuşdur. Yolun ortasında anidən arxa tərəfindən nəyinsə sol ayaq nahiyəsinə vurduğunu hiss etmişdir. Zərbənin təsirindən o, həmin yerdən bir neçə metr atıldıqdan sonra huşunu itirmişdir. Özünə gələn zaman ağ rəngli “VAZ 2107” markalı avtomobilin onu vurmasını görmüşdür. Daha sonra özünə gəldiyində Lənkəran rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə o, yolu keçərkən Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobil ilə onu vurmuş, daha sonra ambulansın gec gələcəyini görüb idarə etdiyi avtomobillə onu Lənkəran RMX-ya gətirmişdir. Lənkəran RMX-da onu bir müddət müalicə almış, sonra Bakı şəhərində yerləşən Neftçilər xəstəxanasında, sonra isə Kliniki tibbi mərkəzdə müalicə almışdır. Oradan da evə buraxılmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmənin sonuncu iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirak etməsə də məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixdə Lənkəran regional “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək, mülki iddiasının rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yas mərasimlərində yemək bişirməklə ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə qapı qonşusu Seymurun nənəsi vəfat etmişdir. Yas mərasimi Lənkəran rayonu Yuxarı Nüvədi kəndində keçirilirmiş. O, da yas mərasimində yemək bişirirmiş. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Yuxarı Nüvədi kəndində məclis üçün yemək bişirməkdən ötrü qonşusu Seymur onu evdən götürmüşdür. Seymurun VAZ21074 markalı 90RO392 dövlət nömrə nişanlı avtomobilində o, arxa oturacaqda əyləşmişdir. Ələt-Astara magistral avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində, Şiləvar dördyolu adlanan əraziyə çatan zaman svetoforda yaşıl işığını keçəndən sonra Seymurun avtomobilinə nəyinsə dəydiyini hiss etmişlər. Hava qaranlıq və yağmursuz olmuşdur. Seymur piyadanı avtomobilin qabaq sol hissəsi ilə vurduqdan sonra piyada qalxaraq avtomobilin alın şüşəsinə dəymiş və sol tərəfə, yolun ortasına düşmüşdür. Seymur avtomobili ilə yoldan keçən piyadanı vurduğunu bildirmişdir. Bundan sonra oraya bir neçə nəfər toplaşmışdır. Seymur avtomobili saxlayıb avtomobildən düşmüş, arxaya doğru qaçmışdır. O, da avtomobildən düşüb görmüşdür ki, yerdə uzanan sonradan adını bildiyi Zərərçəkmiş şəxs alın nahiyəsindən qan axır. Seymur həmin vaxtı oraya toplaşan şəxslərdən birindən DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng etməsini xahiş etmişdir. Sonra isə həmin şəxsdən telefonunu alıb özü DİNnin 102 xidmətinə zəng etmişdir. Seymur təcili tibbi yardım avtomobilinin gec gələcəyini düşünüb piyadanı öz avtomobilinə qoymuş və Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışdır. O, da yoldan keçən avtomobillərin birinə əyləşib Yuxarı Nüvədi kəndinə yas mərasiminə getmişdir. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid2 ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 22 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs zəng edərək idarə etdiyi avtomobillə piyadanı vurması barədə məlumat vermişdir. Həmçinin həmin vaxtlarda Lənkəran rayon mərkəzi xəstəxanasından Lənkəran rayon sakini Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Məlumatla bağlı istintaq-əməliyyat qrupunun tərkibində hadisənin baş verdiyi Lənkəran rayonu Şiləvar kəndinə getmişdir. Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Şiləvar kəndindən keçən hissəsində, “Şiləvarın dörd yolu” deyilən ərazidə, işıqforun yaxınlığında baş vermişdir. Həmin yolun eni 7 metr olmaqla, üzəri asfalt-beton örtüklüdür, yol iki zolaqlıdır, yolun hər iki tərəfində yol çiyni vardır, yolun solunda və sağında yaşayış evləri və tikililər yerləşmişdir. Hadisə yerində yolun hərəkət hissəsi 3,5 metr, yol çiyni Gərmətük qəsəbəsi istiqamətində sağdan 5 metr, soldan isə 4,5 metr, asfalt quru olmuşdur. Hadisə yerində hər hansı nəqliyyat vasitəsindən sınma və ya dağılma izləri olmamışdır. Bir az keçdikdən sonra yol nəqliyyat hadisəsi törətmiş “VAZ 21074” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə gələrək piyadanı vurduğu yeri göstərmişdir. Hadisə yerində müəyyən edilmişdir ki, “VAZ 21074” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzü Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olarkən, rayonun Şiləvar kəndində işıqforu təxminən 40 metr keçdikdən sonra yolun sol çiynindən sağ çiyninə doğru yolu çəpinə keçməyə çalışan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs piyadanı avtomobilinə qoyaraq Lənkəran RMX-ya çatdırmışdır. Piyadanı vurma Gərmətük qəsəbəsi istiqamətində yolun sağ asfalt örtüyünün başlanğıcından 2 metr məsafədə asfalt üzərində baş vermişdir. “VAZ 21074” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişin Almas adlı qadın isə hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı şahid X2 ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 22 dekabr 2023cü il tarixdə, saat 07 radələrində DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs zəng edərək idarə etdiyi avtomobillə piyadanı vurması barədə məlumat vermişdir. Həmçinin həmin vaxtlarda Lənkəran rayon mərkəzi xəstəxanasından Lənkəran rayon sakini Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Məlumatla bağlı istintaqəməliyyat qrupunun tərkibində hadisənin baş verdiyi Lənkəran rayonu Şiləvar kəndinə getmişdir. Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Şiləvar kəndindən keçən hissəsində, “Şiləvarın dörd yolu” deyilən ərazidə, işıqforun yaxınlığında baş vermişdir. Həmin yolun eni 7 metr olmaqla, üzəri asfalt-beton örtüklüdür, yol iki zolaqlıdır, yolun hər iki tərəfində yol çiyni vardır, yolun solunda və sağında yaşayış evləri və tikililər yerləşmişdir. Hadisə yerində yolun hərəkət hissəsi 3,5 metr, yol çiyni Gərmətük qəsəbəsi istiqamətində sağdan 5 metr, soldan isə 4,5 metr, asfalt quru olmuşdur. Hadisə yerində hər hansı nəqliyyat vasitəsindən sınma və ya dağılma izləri olmamışdır. Bir az keçdikdən sonra yol nəqliyyat hadisəsi törətmiş “VAZ 21074” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə gələrək piyadanı vurduğu yeri göstərmişdir. Hadisə yerində müəyyən edilmişdir ki, “VAZ 21074” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzü Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olarkən, rayonun Şiləvar kəndində işıqforu təxminən 40 metr keçdikdən sonra yolun sol çiynindən sağ çiyninə doğru yolu çəpinə keçməyə çalışan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs piyadanı avtomobilinə qoyaraq Lənkəran RMX-ya çatdırmışdır. Piyadanı vurma Gərmətük qəsəbəsi istiqamətində yolun sağ asfalt örtüyünün başlanğıcından 2 metr məsafədə asfalt üzərində baş vermişdir. “VAZ 21074” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişin Almas adlı qadın isə hadisə zamanı heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: 22 dekabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Şiləvar kəndindən keçən hissəsində baş vermişdir. Həmin yol 7 metr enində, üzəri asfalt-beton örtüklü olmaqla iki zolağlıdır, yolun sağ və sol tərəfində yol çiyni vardır, yol şəhər elektrik işığı ilə işıqlandırılır, yolun sağında və solunda fərdi yaşayış evləri və tikililər yerləşir. Yolda maksimal sürət həddi 60 km/saat təyin edilmişdir. Hadisə yerində yol düz olmaqla, yolun hərəkət hissəsi 3,5 metr, asfalt örtüyü quru olmuşdur. Piyadanı vurma Gərmətük kəndi istiqamətində sağ asfalt örtüyünün başlanğıcından 2 metr məsafədə asfalt üzərində baş vermişdir. “VAZ21074 minik” markalı 90RO392 dövlət nömrə nişanlı avtomobil hadisədən öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın, yağmursuz hava şəraitində təbii işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/228 nömrəli rəyindən görünür ki, VAZ-21074 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 252 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ kürək sümüyünün sınığı, başın sağ təpə nahiyəsində dərialtı hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli, 001098 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayon sakini xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə “BD” kateqoriyalı BD-424238 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, “VAZ 2107” markalı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edə bilər. 11 mart 2024-cü il tarixli, 568 nömrəli arayışdan görünür ki, Əkbərli X3 Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda deyil. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “VAZ 21074 minik” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə maddi sübut kimi tanınmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Əkbərli X3 şəhəri Ş.Xiyabanı küçəsi ev 46/6 mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xaraterizə olunur. Məhkəmə tərəfindən icraata götürülmüş Zərərçəkmiş şəxs mülki iddiası ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olan 5000 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran regional “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək, mülki iddiasının rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X5 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “VAZ 21074 minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə mülki iddiaçı və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibətdə qeyd edir ki, sonuncu xx.xx.2024-cü il tarixdə Lənkəran regional “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək, mülki iddiasının rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin mülki iddia ərizəsinin verilməsində hüquqi marağı ona dəymiş maddi ziyanın ödənilməsi olmuş, maddi ziyan ona tam şəkildə ödənildiyindən, hazırki vəziyyətdə onun mülki iddia ilə bağlı hüquqi marağı aradan qalxdığından mülki iddiasının rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia ilə bağlı iş üzrə icraata da xitam verilməlidir. Belə ki, CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 8/228 nömrəli rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - ““VAZ 21074 minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 Bölməsinə göndərilsin. Mülki iddiaçı və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia ilə bağlı iş üzrə icraata da xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-140/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-140/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver