Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-141/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:20 xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu Separadi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə 1 il 07 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 02 ay 23 gün hissəsi 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti sona çatdığına görə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən "kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,316 qr; -0,272 qram: ümumi təmiz çəkisi: -0,588 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşımış və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 17 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 14:10 dəqiqədə Lənkəran şəhəri, M.Əsədov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 2 (iki) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilmə qaydalarını pozduğu üçün həmin məhkəmənin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Başında ağrılar olduğu üçün hərdən bir narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi heroini həmişə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən "kiçik bazar" adlanan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 17 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində heroin almaq üçün piyada "kiçik bazar" deyilən adlanan getmiş və üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 10 manat müqabilində 2 bükümdə heroin almışdır. Sonra isə piyada yaşadığı evə qayıtmışdır. Həmin gün, saat 14 radələrində yaşadığı evdən küçəyə çıxmış və üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamış, bu zaman yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs düşərək ona yaxınlaşaraq, özlərinin polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya olduğu halda, təqdim etməsi təklif olunmuş, lakin o üzərində hər hansı əşya olmadığını bildirmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibində gizlətdiyi iki bükümdə olan heroini aşkar edilərək götürülmüşdür. Həmin 2 bükümdə olan heroindən başqa üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra, polis işçisi içərisində heroin olan 2 ədəd bükülünü elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 17 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Lənkəran ŞRPŞnin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı dərhal şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şahid1 rəhbərliyi altında, özünün və Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kaptanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri M.Əsədov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs da üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Emil Nurizadə həmin bükülülərin içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin 2 ədəd bükülünün içərisində "kakos" deyilən heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd bükümdə olan heroinə bənzər kütlələrdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin 2 bükümdə olan heroini özü istifadə etmək üçün 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri ərazisində yerləşən "kiçik bazar" deyilən ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra, heroinə bənzər kütlələr olan 2 ədəd bükülünü elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 noyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında prptokol, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülür və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq edir. Məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 19/1180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm heroinə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,316 qr; -0,272 qram:ümumi təmiz çəkisi: -0,588 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 1206 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Əzimov X1 Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə 1 il 07 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 02 ay 23 gün hissəsi 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-363/2022 saylı, 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-74/2021 saylı, 15 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 7 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 7(049)-57/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-74/2021 saylı, 15 mart 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 07 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 02 ay 23 gün hissəsi 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 3-16-17/29/2-1428/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4 və 36-cı bəndləri tətbiq edilmiş, lakin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmədiyindən xx.xx.2022-ci il tarixdə cəza müddəti sona çatdığına görə azad edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs Əzimov X1 Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə 1 il 07 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 02 ay 23 gün hissəsi 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində “ 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4 və 36-cı bəndləri tətbiq edilmiş, lakin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmədiyindən xx.xx.2022-ci il tarixdə cəza müddəti sona çatdığına görə azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, CM-nin 18.4.4 və 83-cü maddələrin tələblərinə əsasən residiv kimi nəzərə almır. “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 2 (iki) ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,316 qr;- 0,272 qram: ümumi təmiz çəkisi:-0,588 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,488 qram çəkidə narkotik vasitə olan heroinin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında, 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əzimov X1 şəhəri, M.Əsədov küçəsi, ev 3/13 ünvanında arvadı və uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını isə CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan mərum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış iki bükümdə 0,488 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış iki bükümdə 0,488 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-141/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-141/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver