Məhkəmə qərarları › İş №1(049)-141/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-141/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-141/2025 05.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, MİS-də liftçi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Mirsalayev küçəsi 56 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, saat 10:37-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 03 radələrində yaşadığı Lənkəran şəhəri Mirsalayev küçəsi ev 56-da yerləşən fərdi yaşayış evinin mətbəx otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən pəncərəni sonuncunun sağ əli üzərinə sıxıb, daha sonra yumruqla bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla ona- sağ əlin İİİ barmağı nahiyyəsində əzilmiş yara, hər iki bazu, sol said, qarın nahiyyələrində qançırlar, sol əl, sol said nahiyyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. Zərəçəkmiş şəxs onun arvadıdır. On dörd ildir ki, onunla evlidir. Arvadı onun sinif yoldaşına zəng edərək onu narahat etdiyinə görə arvadı ilə aralarında söz-söhbət yaranmışdır. Arvadı ilə barışmaq istəyir. O, pəncərəni bağlamaq istədiyi zaman arvadının əli pəncərənin arasında sıxılmış vəziyyətdə qalmışdır. O, onu yumruqla vurmamışdır. Əlindən tutanda telefon olan əli sıxılıb qalmışdır. Qonşuları gəldiyi zaman o, arvadını evin içərisinə dartırdı. Təqsirləndirilən şəxs təhqiqat zamanı isə göstərmişdir ki, 2010-cu ildən Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsində liftçi işləyir. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə o, 2011-ci ildə ailə həyatı qurmuş və həmin nigahdan 1 övladı olmuş, həmin övladının adını Əli adlandırmışlar. Əli 1-ci qrup əlildir. Nuranə ilə ilk vaxtlar aralarında münasibtlər yaxşı olsa da, lakin son vaxtlar aralarında münasibətləri yaxşı deyildir. Aralarında olan münasibətin pis olmasının səbəbi Nuranənin həddindən artıq qısqanc olmasıdır. xx.xx.2025-ci il tarixdə sinif yoldaşının atası rəhmətə getdiyi üçün o, Bakı şəhərinə yas yerinə getmişdir. xx.xx.2025-ci il tarixdə, axşam saat 19 radələrində yas mərasimindən çıxmış və bir qədər işləri olduğu üçün, yəni avtomobilinə ehtiyyat hissələri aldığı üçün saat 22 radələrinə qədər Bakı şəhərində olmuşdur. Saat 22 radələrində Bakı şəhərindən çıxıb Lənkəran şəhərinə yola düşmüşdür. O, Bakı şəhərində olan zaman Nuranəyə dəfələrlə Bakı şəhərində olduğunu bildirsə də, Nuranə onunla birlikdə yas mərasimində olan dostu Fuada zəng edərək, onunla birlikdə olub-olmadığını soruşmuşdur. Nuranənin bu hərəkəti ona pis təsir etmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Lənkəran şəhəri Mirsalayev küçəsi ev 56-da yerləşən fərdi yaşayış evinə gəldikdə Nuranədən onun dostu Fuadın nömrəsini haradan əldə etdiyini soruşduqda Nuranə ona cavab verməmişdir. Nuranənin Fuadın nömrəsini haradan əldə etməsini araşdırmaq üçün telefonunu stolun üzərindən götrüb telefonuna baxmağa başlamışdır. Bu zaman Nuranə əsəbləşib onunla münaqişə etməyə başlamış və ona qarşı nalayiq ifadə işlətməyə başlayaraq pəncərəni açıb qışqırmaq istəmişdir. Bu zaman Nuranənin əli pəncərənin arasında olmuşdur. O, da, əsəbləşib qəsdən pəncərəni Nuranənin sağ əli üzərinə bağlamış və Nuranə sol əlindən xəsarət almışdır. O, əsəbi olduğu üçün yumruqla Nuranənin qol nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Bu zaman qonşusu Şahid yaşadığı evə gəldiyini görmüşdür. Reyhanə onun başına qışqırdıqda o, Nuranədən aralıya çəkilərək, yaşadığı evdən çıxıb getmişdir. Onlar arasında olan münaqişə 5-6 dəqiqə davam etmiş və münaqişə zamanı orada Şahid başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, məhkəmə-tibbi ekspertiza rəyi və digər təhqiqat sənədləri ilə də təsdiq edilərək sübuta yetirilir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü əri evlərinə qayıtdığı zaman sərxoş vəziyyətdə olmuşdur. Aralarında mübahisə işıq kartına görə başlamış, əri ondan nə səbəbdən onun sinif yoldaşına zəng etdiyini soruşub ondan telefonunu istəmişdir. Cavabında ərinə bildirmişdir ki, onun yerini öyrənmək məqsədilə onun sinif yoldsaşına zəng etmişdir. Əri ilə mübahisə etdikləri zaman mətbəxdə olmuş, mətbəxin pəncərəsini aşıb kömək istədiyi əri pəncərəni bağlamaq istəmiş, bu zaman əli pəncərənin tutacağının içərisində ilişib qalmışdır. Daha sonra evlərinə polis əməkdaşları gəlmiş,o həyətə düşmüş, daha sonra polis şöbəsinə getmişlər. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, təhqiqatda verdiyi ifadəsini təsdiq edir. Əri ilə ailə həyatıə qurduqları elə ilk vaxtlardan aralarında söz-söhbətlər olmuşdur. İki aydır ki, əri sərxoşluq edir və bu zaman ağzına gələni ona deyir. Əvvələr əri belə olmamışdır. Son zamanlar bu vəziyyətə düşmüşdür. Anormal həyat tərzi keçirir, ailəyə baxmır, qazandığı pulları bağqalarına xərc edir, səhər gedib evə gecələr qayıdırdı. Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində isə göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə o, 2011-ci ildə ailə həyatı qurmuş və həmin nigahdan 1 övladı olmuş, həmin övladının adını Əli adlandırmışlar. Əli 1-ci qrup əlildir. Təqsirləndirilən şəxsla ilk vaxtlar aralarında münasibtlər yaxşı olsa da, lakin son vaxtlar aralarında münasibətləri yaxşı deyildir. Aralarında olan münasibətin pis olmasının səbəbi Təqsirləndirilən şəxs bir ailə kimi ona dəyər verməməsidir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs sinif yoldaşının atası dünyasını dəyişdiyi üçün Bakı şəhərinə gedəcəyini bildirmişdir. Lakin axşama kimi Təqsirləndirilən şəxs xəbər ala bilmədiyi üçün onunla birlikdə olan dostu Fuada zəng etmiş və Fuad ona Vüsalla birlikdə Bakı şəhərində olduqlarını bildirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saat 03 radələrində Vüsal evə gəlmiş və dostu Fuadın nömrəsini haradan tapdığını soruşmuşdur. O, isə Vüsala cavab verməmişdir. Bu zaman Vüsal stolun üzərindən onun telefonunu götürüb baxmaq istəyən zaman o, Vüsaldan telefonuna icazəsiz niyə baxdığını soruşmuş və onların arasında münaqişə yaranmışdır O, əsəbi olduğu üçün Vüsalın ünvanına nalayiq ifadə işlətmiş və Vüsalın onun üzərinə gəldiyini gördüyü üçün qorxub pəncərəni açaraq qışqırmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlinin pəncərənin arasında olduğunu görməsinə baxmayaraq pəncərəni onun əlinin üzərinə örtmüş və o, sağ əlimdən xəsarət almişdır. Daha sonra Təqsirləndirilən şəxs yumruqla onun qol nahiyyələrinə və bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurmağa başlamışdır. Bu zaman qonşuluqda yaşayan Reyhanə adlı qadın evə gəlib onu Vüsalın əlindən almışdır. Vüsal dərhal evi tərk edib getmişdir. Onun halı pis olduğu üçün qonşusu Reyhanə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onlar arasında olan münaqişə 5-6 dəqiqə davam etmiş və münaqişə zamanı orada Şahid başqa kənar şəxs olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətlərində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmadığını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həcmində ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, hadisə günü, gecə saat 03 radələrində Təqsirləndirilən şəxs həyətindən onunla arvadının qışqırıq səslərini eşidib düşünmüşdür ki, onların əlil uşağı ölmüşdür. Buna görə də o, onların həyətinə getmiş, bu zaman görmüşdür ki, Vüsalla arvadı dava edilər və Vüsal arvadını evə salmağa çalışır. Vüsalla arvadı arasında olan davanı onların ailə məsələsi hesab edib o, çıxıb evinə getmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdirki, latın qrafikalı əlifba ilə oxuya bilsə də, yaza bilmir, polis nəfəri ona bildirmişdir ki, Vüsalla ailəsini barışdırmaq üçün o da sənədə imza atmalıdır və buna görə də həmin sənədi oxumadan imzalamışdır. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq Şahid qızı təhqiqatda verdiyi ifadəsində isə göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla münasibəti yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saat 03 radələrində yaşadığı evin həyətində oturmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs səsinin gəldiyini eşitmişdir. O, həyətdəki darvazanı açıb onların yaşadığı evə daxil olduqda Təqsirləndirilən şəxs yumruqla Nuranənin bədənin müxtəlif nahiyyələrinə zərbələr vurduğunu görmüşdür. O, yaxınlaşıb Vüsalın başına qışqıraraq Nuranədən əl çəkməsini istəmişdir. Vüsal da, dərhal Nuranədən aralıya çəkilib oradan çıxıb getmişdir. Nuranənin vəziyyəti yaxşı olmadığı üçün o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Materialda olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birlikdə yaşadığı Lənkəran şəhəri Mirsalayev küçəsi ev 56-da yerləşən fərdi yaşayış evində baş vermişdir. Materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 517 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ əlin İİİ barmağı nahiyyəsində əzilmiş yara, hər iki bazu, sol said, qarın nahiyyələrində qançırlar, sol əl, sol said nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materialda olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materialda olan arayış və xasiyyətnamədən görünür ki, Əkbərov X2 şəhəri, Mirsalayev küçəsi 56 ünvanında arvadı və xx.xx.2012-ci il təvəllüdlü oğlu Əli ilə yaşamaqla abadlıq və quruculuq işlərinə heç vaxt köməklik göstərməmiş, barəsində qonşulardan, inzibati orqanlardan şikayət daxil olmamışdır. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 – ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən isə zərəçəkmiş şəxslə barışmağa cəhd göstərməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar