Məhkəmə qərarları › İş №1(049)-142/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-142/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-142/2025 13.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 (qanuni nümayəndəsi X4 iştirakı ilə) və onun müdafiəçi: Lənkəran Rayon Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 (qanuni nümayəndəsi X2 iştirakı ilə) və onun müdafiəçi: Lənkəran Rayon Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəx: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmişlər. İş üzrə məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəmə müraciət edərək göstərmişdir ki, həmin cinayət işi, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs burun sümüyünün sınığı və hər iki dodağın küt travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına daxil olması və Lənkəran şəhəri Gənclər mərkəzinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 tərəfindən döyülərək bədən xəsarətləri alması barədə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material əsasında fakta görə CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır. xx.xx.2025-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 21 iyul 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 22 iyul 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 127.2.3, 221.2.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən X7 riyaziyyat fəndindən fərdi hazırlıq saatını bitirib birlikdə kursda təhsil aldığı Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs “kontakt home” mağazasında olan mobil telefonlara baxması səbəbindən dərsə yubanmasını müəlliminə deməsini və Zərərçəkmiş şəxs sinfə daxil olarkən mobil telefon mağazasında olmasını müəlliminə kimin satmasım(sukalaması) sözünə aydınlıq gətirməsini dərs bitdikdən sonra o, tələb edən zaman Lənkəran şəhəri Qala Xiyabanı ərazisində azərbaycan dili və ədəbiyyatı fəndindən fərdi hazırlıq saatını bitirib birlikdə onunla Liman şəhərinə getməkdən ötrü gəlmiş qonşusu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında birləşərək, Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən, ictimai yer olan X8 sağ kənarında hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər edib cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olunmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini ictimai yer olan parkda olan digər insanların şəxsiyyətinin fövqündə qoyub, bu qərəzli hərəkətlərini ümumilikdə 10 dəqiqə ərzində davam etdirərək xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə vurması nəticəsində, xuliqanlıq niyyəti ilə sonuncuya üst dodaq nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər, habelə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən yumruqla vuraraq burun sümüyün yerini dəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid, hər iki gözaltı, burun nahiyələrində qançırlar kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən YÜNGÜL dərəcəli zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən təsdiq edilərək, iş baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 22 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Müstəntiq tərəfindən qəbul edilən qərara səthi yanaşılmış, qanunvericiliyin tələblərinin nəzərə alınmamış, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işin faktiki halları ilə ziddiyyət yaratmış, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsində israr edilən cinayət əməlləri konkret olaraq ittihamda düzgün öz əksini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə vurması nəticəsində, xuliqanlıq niyyəti ilə sonuncuya üst dodaq nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirməklə” göstərilsə də Təqsirləndirilən şəxs2 (cinayət işi materiallarına əsasən) törətmədiyi əmələ görə, yəni CM-nin 127.2.3-cü maddəsi ilə də ittiham irəli sürülmüşdür. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 289.2.3-cü maddəsinə əsasən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilir. İş materiallarında olan ittiham aktında cinayət işinin kim tərəfindən başlanıldığı göstərilməmişdir. Bundan başqa, CPM-nin 289.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 cinayətin yetkinlik yaşına çatmayan vaxtı törədmələrinə baxmayaraq, qeyd olunan hal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hal kimi göstərilməmişdir. Qeyd edilən xüsusatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini, həmçinin təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs2 irəli sürülmüş CM-nin 127.2.3-cü maddəsi olan ittihamın mahiyyəti aydın olmamaqla iş materiallarına uyğun deyildir. Göründüyü kimi, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət qanununun maddəsi ilə ittihamın təsviri cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla bir-birinə uyğun olmamışdır. İstintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qeyd edilən hallara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, diqqət yetirilməmiş, nəticədə törətmədiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı əlavə ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Qeyd olunan həmin əlavə ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs və ya şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Sonda Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis mayoru X3 haqqında xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Müdafiəçi1 məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Müdafiəçi2 məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən də cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 298.5-ci maddəsinə əsasən öyrənilərkən bir sıra pozuntular müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Həmin Məcəllənin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdirilməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar elə bir prosessual sənəddir ki, bu qərar yalnız cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar mövcud olduqda qəbul edilir və mütləq şəkildə bu qərarı qəbul edən şəxs tərəfindən əsaslandırılır. Çünki özü-özlüyündə bu qərarın qəbul edilməsi ilə təqsirləndirilən şəxsin bir sıra konstitusion hüquq və azadlıqları məhdudlaşdırılır. (məs: sərbəst hərəkət etmək və s.) Odur ki, qanunverici bu qərarın qəbul edilməsini bir sıra şərtlərdən asılı edir. O cümlədən də nəzərdə tutulur ki, qəbul edilən bu qərarda Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsində göstərilən digər məlumatlarla yanaşı cinayətin baş vermə mexanizmi (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) ətraflı şəkildə göstərilsin. Qanunvericinin sözügedən qərarda bu tələbləri nəzərdə tutmaqda məqsədi istintaq orqanına barəsində cinayət təqibi aparılan, həmçinin bu və ya başqa formada cinayət təqibinin aparılmasında iştirak edən istənilən şəxsin konstitusion hüquq və azadlıqlarının hər hansı formal əsaslara görə məhdudlaşdırılması üçün deyil, məhz konkret araşdırma aparılmaqla əsaslandırılmış formada irəli sürülmüş ittihamla bağlı məhdudlaşdırılması üçün qərar qəbul etmək səlahiyyətinin verilməsini göstərməkdir. Belə ki, bu barədə qərar qəbul edilməklə cinayət təqibində artıq həmin şəxsin təqsirləndirilən şəxs qismində prosessual statusu müəyyən edilir, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən ittiham irəli sürülür. Bu hal isə artıq onun müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Ona görə də sözügedən tələblərin qeyd edilən qərarda əks etdirilməsi yolu ilə qanunverici bir növ hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 22 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin sözügedən qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, yuxarıda sadalanan qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Müstəntiq tərəfindən qəbul edilən qərara səthi yanaşılmış, qanunvericiliyin tələblərinin nəzərə alınmamış, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işin faktiki halları ilə ziddiyyət yaratmış, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsində israr edilən cinayət əməlləri konkret olaraq ittihamda düzgün öz əksini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə vurması nəticəsində, xuliqanlıq niyyəti ilə sonuncuya üst dodaq nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirməklə” göstərilsə də Təqsirləndirilən şəxs2 (cinayət işi materiallarına əsasən) törətmədiyi əmələ görə, yəni CM-nin 127.2.3-cü maddəsi ilə də ittiham irəli sürülmüşdür. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 289.2.3cü maddəsinə əsasən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilir. İş materiallarında olan ittiham aktında cinayət işinin kim tərəfindən başlanıldığı göstərilməmişdir. Bundan başqa, CPM-nin 289.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar ittiham aktının təsviriəsaslandırıcı hissəsində göstərilir. xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 cinayətin yetkinlik yaşına çatmayan vaxtı törədmələrinə baxmayaraq, qeyd olunan hal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hal kimi göstərilməmişdir. Qeyd edilən xüsusatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini, həmçinin təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs2 irəli sürülmüş CM-nin 127.2.3-cü maddəsi olan ittihamın mahiyyəti aydın olmamaqla iş materiallarına uyğun deyildir. Göründüyü kimi, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət qanununun maddəsi ilə ittihamın təsviri cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla bir-birinə uyğun olmamışdır. İstintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qeyd edilən hallara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, diqqət yetirilməmiş, nəticədə törətmədiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı əlavə ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərdən bəziləri yetkinlik yaşına çatmamış şəxslərdir. İstər cinayət qanunvericiliyi, istərsə də cinayət prosessual qanunvericlik yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilmiş cinayətlər üzrə həm ibtidai araşdırma, həm də məhkəmə baxışı ilə bağlı xüsusi normalar müəyyən etmişdir. Belə ki, yetkinlik yaşına çatmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onların iştirakı ilə istintaq hərəkətlərinin aparılması, qətimkan tədbirinin seçilməsi, onlara tətbiq ediləcək cəzaların həddi, məhkumluq və.s ilə bağlı fərqli normalar mövcuddur. Bu həmin şəxslərin xüsusi kateqoriya olaraq dövlət tərəfindən müdafiə edilməsi, yaşları, psixi inkişaf səviyyəsi ilə bağlı dövlət tərəfindən uşaqların hüquqlarının qorunması zərurətindən irəli gəlmişdir. Lakin istintaq orqanı tərəfindən qanunvericliyin bu tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 228.4-cü maddəsinə əsasən 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir. AR CPM-nin 231.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin dindirilməsi bu Məcəllənin 227—230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır. AR CPM-nin 233.6-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış, habelə görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır. AR CPM-nin 432.4-cü naddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ, ifadə verməkdən imtina etmək hüququ, müdafiə hüququ, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququ, məxfilik hüququnun təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməsi göstərilmişdir. AR CPM-nin 432.5-ci maddəsinə əsasən 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir. Lakin istintaq zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə, X5 xx.xx.2025-ci il tarixdə, Şahid4 xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş və onlara ifadə verməkdən imtinaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş, istintaqın sonrakı mərhələlərində təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs ümumiyyətlə müəllimin iştirakı olmadan dindirilmiş, eləcə də təqsirləndirilən şəxs qismində müəllimin iştirakı olmadan təqsirləndirilən şəxs qismində cəlb olunaraq maddələrdə nəzərdə tutulmuş ittiham onlara elan olunmuşdur. Bundan başqa müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in CPM-in 123-2.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən maddədə göstərilmişdir ki, uşaqlardan ifadə alınarkən aşağıdakılar təmin edilir: uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır; mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır. İş materiallarından görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri alınması CPM-nin 123-2.2-ci maddəsinin tələbləri pozulmaqla ibtidai istintaq aparılmışdır. Bundan əlavə müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktının təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillərə qiymət verilməsi hissəsində həmin dəlillərin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qərarlarla rədd edildiyi göstərilmişdir. Lakin iş materiallarında ümumiyyətlə xx.xx.2025-ci il tarixli vəsatətin rədd edilməsi haqqında qərarı mövcud deyildir. Sübutların qiymətləndirilməsi haqqında qərar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Həmçinin, yuxarıda qeyd olunan həmin əlavə ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Qeyd edilən tələblərin pozulması Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham kifayət qədər aydın olmamış, onun törətdiyi cinayət əməli əsaslandırılmamış, nəticədə CPM-in 223.3.2-ci maddələrinin tələbləri və Təqsirləndirilən şəxs2 müdafiə hüququ pozulmuşdur. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin hüquqları və sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur”. CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300 və 303-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:

1. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar