Məhkəmə qərarları › İş №1(049)-143/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-143/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-143/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:40 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Lənkəran rayonu Z.Əliyeva küşəsi 78/19 mənzil 71-də yerləşən fərdi yaşayış evinində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində,yəni soncunun onun ünvanına nalayiq ifadə ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə qəsdən yumruqla vurararaq yerə yıxılmaqla və yerdə olan zaman sol qol nahiyyəsində qəsdən təpiklə vurmaqla ona-sol qöz almasına yayılmış qansızma, sol said, sol göz qapaqları-gözaltı nahiyyələrndə qançırlardan ibarət xəsəratlər yetirməklə Zərərçəkmiş şəxs, sağlamlığın qəsdən s yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Müəyyən edilmişdir ki, münaqişə 1-2 dəqiqə davam etmiş, ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs 1-2 ildir kı, tanıyır. Zərərçəkmiş şəxs ilə onun arasında sevgi münasibətləri olmuşdur. Lakin son zamanlar Zərərçəkmiş şəxs ondan səbəbsiz yerə ayrılmaq istəsə də, o, Günaydan ayrılmaq istəmir. Buna görə də xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs dəfələrlə zəng etməsinə baxmayaraq Günay onun zənglərinə cavab verməmişdir. O, da Günayın yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19 mənzil 71- də yerləşən fərdi yaşayış evinə gedərək qapısını döymüşdür. Günay isə bir qədər israr etdikdən sonra qapını açmışdır. O, Günaydan qapını niyə gec açdığını soruşduqda sonuncu ona qarşı nalayiq ifadə işlətmişdir. O, da yumruqla Günayın sol göz nahiyyəsinə bir zərbə vurmuşdur və Günay yerə yıxılmışdır. Günay yerə yıxıldıqdan sonra təpiklə Günayın sol qoluna bır zərbə vurmuşdur. Daha sonra oradan uzaqlaşmışdır. Münaqişə 2-3 dəqiqə davam etmiş və münaqişə zamanı orada hər hansı bır kənar şəxs olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Ailəli olub boşanmışdır və iki övladı vardır. Təqsirləndirilən şəxs ilə təxminən 1 ildir kı, qeyri rəsmi münasibəti vardır. Lakin son zamanlar Cavidin qısqanclıq səviyyəsi artdığı və onu söydüyü üçün o, Caviddən ayrılmaq qərarına gəlmişdir. Belə kı, artıq Cavidin telefon zənglərinə cavab vermir. xx.xx.2024-cü il tarixdə saat 14-15 radələrındə Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19 mənzil 71-də yerləşən fərdi yaşayış evinin qapısının döyüldüyünü eşitmişdir. O. qapıya yaxınlaşdıqda qapını döyən şəxsin Təqsirləndirilən şəxs olmasını görmüşdür O, ilki öncə qapını açmaq istəməsə də. Təqsirləndirilən şəxs israrla qapını açmağını istədiyini görub qapını açmışdır. O, qapını açdıqdan sonra Təqsirləndirilən şəxs onunla münaqişə edərək, qapını niyə gec açdığını bildirmişdir. O da əsəbləşıb Cavidin ünvanına nalayiq ifadə işlətmişdir Buna görə də, onların arasında nünaqişə yaranmışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sol göz nahiyyəsinə bir yumruq vurmuş və o, yerə yıxılmışdır. O. yerdə olan zaman Təqsirləndirilən şəxs təpiklə onun sol nahıyyəsinə zərbə vurmuşdur. Daha sonra eradan uzaqlaşmışdır. Münaqişə 2-3 dəqiqə davam etmiş və münaqişə zamanı orada hər -hansı bir kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və rələbi yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 27-29-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadıdı Lənkəran rayonu Z.Əliyeva küçəsi 78/19 mənzil 71-də yerləşən yaşayış evində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 14-17-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 353 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol qöz almasına yayılmış qansızma, sol said, sol qöz qapaqları-qözaltı nahiyyələrndə qançırlar aşkar edilmişdir. Oeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədə 2-3 gün əvvələ uygun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcimdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar