Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-143/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:15 xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, qanunsuz balıq tutmaq məqsədi ilə 11 may 2025-ci il tarixdə, saat 18 radələrindən saat 19 radələrinədək olan müddətdə Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində əl ilə tutulan hissəsinin sapının uzunluğu 7,50 metr, diametri 5,60 metr, dərinliyi 2,80 metr, torun toxunduğu sağ ağ rəngli neylon sintetik liflərdən istehsal olunmaqla, sapı 3 qatlı, sapının diametrinin ölçüsü 0,25 mm, dəliklərinin daxili ölçüsü qeyri-bərabər olmaqla 13-16 mm intervalında dəyişən 1 ədəd balıqovlama vasitəsi olan atma tordan istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarmm qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən 1 ədəd qarasol balığına görə ziyanın məbləği 11,00 manat (125x11=1375.00 manat) və 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat (26x33=858.00 manat) olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 2233 (iki min iki yüz otuz üç) manat ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, işləmədiyi üçün Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində balıq tutmaqla ailəsinin dolanışığını təmin edir. Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində balıq tutmaq üçün atma tordan istifadə etmək üçün atma toru özü toxuyub hazırlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsinə gedib atma toru suya atıb balıq tutmağa başlamış, saat 19 radələrində bir neçə nəfər ona yaxınlaşaraq özlərini X5 İdarəsinin X7 Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlar həmin ərazidə balıq ovlamaqa dair rəsmi sənədinin olub-olmamağı barədə maraqlandıqda o, hər hansı bir sənədinin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onlarla birlikdə X7 Şöbəsinə getməli olduğunu bildirdikdə o, buna etiraz etməmiş, polis əməkdaşları onun ovladığı balıqları və ovda istifadə etdiyi atma toru götürərək Lənkəran XPŞ-yə aparmışdır. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd atma torunu, Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, onun tutduğu balıqlar 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarıdır. Polis əməkdaşları ona məxsus olan 1 ədəd atma torunu və Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində icazəsiz tutduğu 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarını maddi sübut kimi götürmüş, baxışın nəticəsi olaraq protokol tərtib edərə imza etmişlər. Balıq tutarkən ona heç kim köməklik etməmiş, balıqları tək özü tutmuş, balıq tutarkən ətrafda başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, mülki iddianı qəbul etdiyini, lakin maddi imkanı olmadığı üçün hazırda dəymiş ziyanı ödəyə bilmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. 11 may 2025-ci il tarixdə, saat 19 radələrində X5 İdarəsinin X7 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində 1 ədəd atma tor adlanan balıqovlama vasitəsi ilə qanunsuz 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarını tutmuş, Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində X5 İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd qarasol balığına görə ziyanın məbləği 11,00 manat olduğundan, (125x11 = 1375.00 manat), 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, (26x33=858.00 manat) ümumilikdə dəymiş ziyan 2233 manat təşkil etməklə Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 2233 manat ziyan vurmuşdur. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 11 may 2025-ci il tarixdə, saat 19 radələrində X5 İdarəsinin X7 Şöbəsinin əməkdaşları ilə birlikdə Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd atma tor balıqovlama vasitəsi, həmin atma torla ovladığı 151 ədəd balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X5 İdarəsinin X7 Şöbəsinə gətirilmiş, X7 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl ilə tutulan hissəsinin sapının uzunluğu 7.50 metr, diametri 5.60 metr, dərinliyi 2.80 metr, gözlərinin ölçüsü 15x15 mm, olan 3 qatlı sapdan toxunan 1 ədəd atma tor, 125 ədəd qarasol və 26 ədəd şamayı balıqları aşkar edilmiş, Təqsirləndirilən şəxs Lənkəran çayının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində əl ilə tutulan hissəsinin sapının uzunluğu 7.50 metr, diametri 5.60 metr, dərinliyi 2.80 metr, gözlərinin ölçüsü 15x15 mm, olan 3 qatlı sapdan toxunan 1 ədəd atma torla 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmiş, Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan atma tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd əli ilə tutulan hissəsinin sapının uzunluğu 7,50 metr, diametri 5,60 metr, dərinliyi 2,80 metr, gözlərinin ölçüsü 15x15 mm olan, 3 qatlı sapdan toxunan atma tor, 125 ədəd qarasol və 26 ədəd şamayı balıqları aşkar edilərək götürlümüşdür. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ovlanmış balıqlardan 125 ədədi qarasol növünə, 26 ədəd isə şamayı növünə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarına əsasən 1 ədəd qarasol növlü balığın övlanmasına görə təbiətə vurulmuş ziyanın məbləği 11,00 manat, 1 ədəd şamayı növlü balığa görə ziyanın məbləği 33,00 manat təşkil etdiyindən 125 ədəd qarasol balıqlarının (125x11 manat=1375 manat) və 26 ədəd şamayı balıqlarının (26x33 manat=858 manat) qanunsuz ovlanmasına görə təbiətə vurulmuş ziyanın ümumi məbləği 2233 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHN-nin xx.xx.2025-ci il tarixli, 381 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1824 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis idarəsi Su NPİ-nin X7 Şöbəsi “Zərflər üçün” dairəvi möhür əksləri olan, “X5 İdarəsinin X7 Şöbəsində HK-1 06 nömrəli təhqiqat materialları üzrə təhqiqat edilən xx.xx.1965-ci il təvəllüdlü, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs götürülmüş maddi sübut olan 1 ədəd atma tor, su NPİ-nin Lənkəran XPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı “X6” yazıları olan 01 ədəd polietilen bağlamadakı ağ rəngli torun toxunduğu sap neylon sintetik silflərindən istehsal olunmuşdur. Həmin bu torun toxunduğu sap üç qatlıdır, sapın diametrinin ölçüsü 0,25 mmdir. Torun dərinliklərinin daxili ölçüsü qeyri-bərabər olub 13-16 mm intervalında dəyişir. Ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. Mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsindən Təqsirləndirilən şəxs tərəfindən 26 ədəd şamayı və 125 ədəd qarasol balıqlarının qanunsuz tutması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 2233 manat ziyan dəydiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Lənkəran ŞİHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayır, arvadı-X1 ibarət ailə üzvü vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Maddi sübut kimi tanıma haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əli ilə tutulan hissəsinin sapının uzunluğu 7,50 metr, diametri 5,60 metr, dərinliyi 2,80 metr, torun toxunduğu sağ ağ rəngli neylon sintetik liflərdən istehsal olunmaqla, sapı 3 qatlı, sapının diametrinin ölçüsü 0,25 mm, torun dərinliklərinin daxili ölçüsü qeyri-bərabər olmaqla, 13-16 mm intervalında 1 ədəd atma tor adlanan balıqovlama vasitəsi, 125 ədəd qarasol və 26 ədəd şamayı balıqları, hadisə yerinə baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün müvafiq akta əsasən "xxxx" MMC-yə təhvil verilmiş və həmçinin digər maddi sübutlar olan balıqovlama vasitəsi olan 1 ədəd atma tor isə Su NPİ-nin Lənkəran XPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2025-ci il tarixli, 3-14-21/2-393/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ailəsinin yeganə qazanc gətirən şəxsi olması, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və onun həyat şəraitinə təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 256.1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X7 Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan balıqovlama vasitəsi sayılan, əli ilə tutulan hissəsinin sapının uzunluğu 7,50 metr, diametri 5,60 metr, dərinliyi 2,80 metr, torun toxunduğu sağ ağ rəngli neylon sintetik liflərdən istehsal olunmaqla, sapı 3 qatlı, sapının diametrinin ölçüsü 0,25 mm, torun dərinliklərinin daxili ölçüsü qeyri-bərabər olmaqla, 13-16 mm intervalında 1 ədəd atma tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, iş üzrə maddi sübut qismində tanınan, hadisə yerinə baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 2233 (iki min iki yüz otuz üç) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. İş üzrə maddi sübut qismində tanınmış, hadisə yerinə baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X7 Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan balıqovlama vasitəsi sayılan, əli ilə tutulan hissəsinin sapının uzunluğu 7,50 metr, diametri 5,60 metr, dərinliyi 2,80 metr, torun toxunduğu sağ ağ rəngli neylon sintetik liflərdən istehsal olunmaqla, sapı 3 qatlı, sapının diametrinin ölçüsü 0,25 mm, torun dərinliklərinin daxili ölçüsü qeyri-bərabər olmaqla, 13-16 mm intervalında 1 ədəd atma tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 125 ədəd qarasol və 26 ədəd şamayı balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 2233 (iki min iki yüz otuz üç) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-143/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-143/2025
22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver