Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-144/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, həmin qəsəbədə qeydiyyatda olan və yaşayan, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, 19 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, mülkiyyətində olan “Mercedes Benz minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Sütəmurdov kəndində asfalt yolla üzü Lənkəran şəhəri istiqamətində idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında və yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməklə yerinə yetirməli olduğu, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz minik” markalı avtomobili qeyd olunan yol şəraitində yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirərək qarşısında hərəkətdə olan digər avtomobilin qarşı sol hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirərək avtomobili yoldan çıxardıb yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan yolun sol səkisində olan piyada-Lənkəran rayonu, Sütəmurdov kənd sakini olan 24 yanvar 1970-ci il təvəllüdlü X5 vurmuş və avtomobilin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində zərərçəkmiş şəxs X3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – kəllə sümüklərinin (təpə, ənsə və kəllə əsası sümükləri) sınıqları, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyələrinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ İX-X qabırğaların sınıqları, sağ bazu, sağ kürək, sağ körpücük və sağ baldır sümüklərinin sınıqları, başın təpə-ənsə nahiyəsində əzilmiş-cırılmış yara, sol göz qapaqları-gözaltı, sağ bazu, sağ baldır nahiyələrində qançırlar, sağ baldır və sol diz oynağı nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər alıb, başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları və baş beyinin ağır dərəcədə əzilməsindən ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Gərmətük qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus “Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində idarə etdiyi avtomobillə Lənkəran rayonu Sütəmurdov kəndindən keçən yol ilə, Lənkəran şəhərindən Lənkəran rayonu Sütəmurdov kəndi istiqamətində hərəkətdə olmuşdur. O, qarşı tərəfdə onunla eyni istiqamətində hərəkətdə olan avtomobili keçmək üçün ötmə əməliyyatını həyata keçirmiş və həmin avtomobili ötüb keçmişdir. Daha sonra qarşı tərəfdə hərəkətdə olan “VAZ 2106” markalı başqa bir avtomobili də ötmək qərarına gəlmiş, həmin vaxt yolun sol tərəfindəki səkidə bir qadının piyada hərəkət etdiyini də uzaqdan görmüşdür. O, “VAZ 2106” markalı avtomobili ötmək üçün sol yan işığı yandırmış və ötmə əməliyyatını həyata keçirmək üçün sürəti artırmışdır. Həmin vaxt avtomobilinin surəti, təxminən, 60-70 km/saat olmuşdur. O, ötmə əməliyyatını həyata keçirmək üçün qarşı hərəkət zolağına keçmiş, bu zaman qarşıda hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü avtomobilin yan işığını yandırmadan yolun sol tərəfində yerləşən dalana dönmüşdür. O, “VAZ 2106” markalı avtomobillə toqquşmamaq üçün öz avtomobilini yolun sol tərəfinə çəkmişdir. Avtomobilini sola doğru istiqamətləndirərkən əyləci bassa da, avtomobilin hərəkətini məhdudlaşdıra bilməmiş və nəticədə onun avtomobilinin qabaq sol tərəfi yolun sol tərəfində səki ilə piyada gedən qadına çırpılaraq onu avtomobilin üzərindən qaldırıb 2-3 metr kənara atmışdır. Bundan sonra avtomobil yolun sol tərəfində yerləşən işıq dirəklərinə dəyərək dayanmışdır. O, dərhal avtomobildən düşüb həmin qadına kömək etmək istəmişdir. Sonra hadisə yerinə ətrafda olan tanımadığı şəxslər toplaşmış, az sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Hadisə yerinin müayinəsi aparılmış və müvafiq sənədlər tərtib edilmiş, o özü də həmin sənədlərə imza etmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Lənkəran rayon Polis Şöbəsinə gəlmişdir. Hadisədən bir qədər sonra hamin piyadanın, yəni X3 vəfat etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərmişdir ki, o, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuş, hadisənin baş verməsindən dərhal sonra X4 xəstəxanaya aparılmasını və ona tibbi yardım göstərilməsini təşkil etmişdir. X1 aldığı xəsarətlərin dərəcəsi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmamışdır. O və ailə üzvləri X3 dəfn və yas mərasimlərində də iştirak etmiş, həmin mərasimlərin təşkili üçün onun ailə üzvlərinə maddi yardım etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Onun himayəsində azyaşlı uşağı vardır və ailəsində yeganə qazanc gətirən şəxsdir. Barəsində olan cinayət işi üzrə qərar qəbul edərkən qeyd etdiyi halları nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs - ölmüş X3 hüquqi varisi X10 məhkəmə iclasında şahid qismində ifadə verərək göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində ailə üzvləri - arvadı X7 və övladları ilə birlikdə yaşamışdır. Arvadı “Beta Tea” çay fabrikində işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində arvadı Sütəmurdov kəndindən çay fabrikinə işə gedərkən yolun kənarı ilə səkidə hərəkətdə olan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolun kənarında, səkidə arvadını vurmuş və arvadı hadisə yerində vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri arvadının dəfn və yas mərasimlərində iştirak etmiş, həmin mərasimlərin keçirilməsində və digər işlərdə onlara yaxından köməklik etmişlər. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X10 ifadəsində, eyni zamanda, göstərmişdir ki, təqsirləndirilən şəxs və ailə üzvləri onun arvadı X3 dəfn və yas mərasimlərində iştirak etmiş və həmin mərasimlərin təşkili üçün çəkilən bütün xərcləri ödəmişlər. Baş vermiş qəza bədbəxt hadisə olmaqla ehtiyatsızlıqdan törənmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs və ailə üzvlərinin ona və ailə üzvlərinə diqqət və qayğı göstərməsi, onların problemləri ilə maraqlanması, maddi və mənəvi ehtiyaclarını ödəməsi hazırda da davam edir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X10 məhkəmə iclasında notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını bildirmiş və ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Lənkəran şəhər-rayon X14 X16 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu vaxt saat 08 radələrində Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində “Mercedes Benz minik” markalı avtomobillə piyadanın vurulması barədə məlumat daxil olmuşdur. O, idarə etdiyi xidməti avtomobillə dərhal hadisənin baş verdiyi əraziyə getmiş, həmin yerə çatanda piyadanın hadisə yerində artıq vəfat etdiyini görmüşdür. “Mercedes Benz minik” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə söhbət zamanı həmin şəxs avtomobillə ötmə əməliyyatını həyata keçirmək istəyərkən yol nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Hadisə yerində müvafiq sənədlər tərtib edilərək Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin polis şöbəsinin duracağına gətirilməsi təmin edilmiş, sürücü özü isə sərxoşluq vəziyyətinin yoxlanılmasından ötrü narkoloji dispanserə aparılmış və daha sonra istintaqa təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərindən Lənkəran rayonu Sütəmurdov kəndi istiqamətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən onun hərəkəti istiqamətində yolun sol tərəfində səki ilə gedən piyada X5 avtomobilin qabaq sol tərəfi ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş və sonuncu hadisə yerində ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, hadisənin baş vermə şəraiti, vaxtı və yeri barədə müvafiq sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Avtomobilə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi “Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobillə piyada X5 vurduğu yeri əyani şəkildə göstərmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, meyidin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 nömrəli rəydən müəyyən edilir ki, X3 meyidinin məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində kəllə sümüklərinin (təpə, ənsə və kəllə əsası sümükləri) sınıqları, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyələrinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ İX-X qabırğaların sınığı, sağ bazu, sağ kürək, sağ körpücük və sağ baldır sümüklərinin sınıqları, başın təpə-ənsə nahiyəsində əzilmiş-cırılmış yara, sol göz qapaqları-gözaltı, sağ bazu, sağ baldır nahiyələrində qançırlar, sağ baldır, sol diz oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, onların yerləşmə xüsusiyyətini, həmçinin, qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci tarixdə hərəkətdə olan minik avtomobilinin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları və baş beyinin ağır dərəcədə əzilməsi olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3476 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə, yəni 60 km/saat sürətdən artıq idarə etdiyindən onun hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 002310 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00-da tibbi müayinədən keçirilərkən onun ayıq olduğu, alkoqol sərxoşluğu olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş B dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPnin Lənkəran rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-165/2-499/2023 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunmamış və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 888 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mercedes Benz” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, “Mercedes Benz” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2023-cü il tarixli 12-28/13 nömrəli və 12-28/14 nömrəli arayışlardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Rzayev X8 şəhəri Gərmətük qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə anadan olmuş X13 adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxs X3 yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi və mənəvi yardım göstərməklə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 il 6 ay müddətinə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının 3 il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, xüsusilə də, onun islah olunmağa meylli davranışını, zərərçəkmiş şəxsin ailə üzvləri ilə hadisədən sonrakı qarşılıqlı münasibətlərini nəzərə alaraq, təqsirləndirilən şəxsdə özü və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilən 3 il azadlıqdan məhrum etmə cəzasının 1 il 6 ay sınaq müddətində şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes Benz” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes Benz” markalı ** BR *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan cəmi 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-144/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-144/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver