Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-144/2024 14.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi-Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Saat 11:15 xx xxxxxx 1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 06 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evinin yaxınlığında olan otlaq sahəsində qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni sonuncunun ondan xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Liman şəhərində yerləşən ümumi otlaq sahəsində qardaşı Şahid2 nə səbəbə döydüyünü soruşması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə qəsdən kəllə ilə vuraraq yerə yıxmaqla yerdə olan zaman Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə qəsdən təpiklə vurmaqla ona - sağ bud-diz oynağı nahiyələrindəki yumşaq toxumaların əzilməsi-hematoması, sağ göz almasına yayılmış qansızma, sol bazu, sağ göz qapaqları-gözaltı nahiyyələrində qançırlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Şahid2 həmkəndlisi və qonşusudur. Mehdi Fərxiyevlə onun münasibətləri yaxşı deyildir. Buna səbəb Şahid2 qardaşı Zərərçəkmiş şəxs bir il bundan əvvəl onunla mübahisə etməsi olmuşdur. Bir ildir ki, o, Şahid2 və Zərərçəkmiş şəxs ilə danışmır. Mehdi və Mustafa onun heyvanlarını otlaq sahəsində otlamağa icazə vermirlər. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu Liman şəhərində yerləşən otlaq sahəsində heyvanları otaran zaman Şahid2 ilə rastlaşmış və Mehdiyə heyvanlarını qovmamasını bildirmişdir. Mehdi isə ona qarşı nalayiq ifadə işlədərək üzərinə hücum etmişdir. O da Mehdinin onu vurmasının qarşısını almaq üçün yumruqla Mehdinin sifət və başına bir neçə zərbə vurmuşdur. Mehdinin onu döyməsindən qorxduğu üçün atına minərək oradan uzaqlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra yəni saat 17 radələrində yaşadığı evə gələn zaman Mehdinin qardaşı Mustafanın onu evinin yaxınlığında olan otlaq sahəsində onu gözlədiyini görmüş və Mustafa ondan qardaşını niyə döydüyünü soruşmuşdur. O isə Mustafaya qardaşının onun ünvanına nalayiq ifadə işlətdiyinə görə döydüyünü bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs yumruqla onun sağ gözünə vuraraq yerə yıxmış və təpiklə onun qarın və ayağına zərbələr vurmuşdur. O da ayağa qalxıb Mustafanın sağ gözünə kəllə ilə vuraraq yerə yıxmış və yerdə olan zaman təpiklə Mustafanın sağ ayağına zərbələr vurmuşdur. Daha sonra Şahid1 yaxınlaşaraq onları ayırmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda özünü qismən təqsirli bilməsini zərər çəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə əlaqələndirib zərər çəkmişin onu vurmasına görə özünü müdafiə etdiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasınaı xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Qardaşı Şahid2 ilə onun münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Təqsirləndirilən şəxs bir il bundan əvvəl onunla mübahisə etməsi olmuşdur. Bir ildir ki, o, Təqsirləndirilən şəxs ilə danışmır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu Şirinsu qəsəbəsində şəxsi işləri ilə məşğul olduğu zaman qardaşı Şahid2 ona zəng edərək, Təqsirləndirilən şəxs Liman şəhərində yerləşən otlaq sahəsində onu vuraraq xəsarət yetirdiyini və səhhətinin pis olduğunu bildirərək sahəyə gedib onu gətirməsini istəmişdir. O da kənd ərazisindən piyada Liman şəhərində yerləşən otlaq sahəsinə getmək üçün yola düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra təxminən saat 17 radələrində kənd ərazisində olan otlaq sahəsində qarşıdan Təqsirləndirilən şəxs at ilə gəldiyini görmüşdür. O, Təqsirləndirilən şəxs qardaşını niyə döydüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs atdan düşərək qardaşını onun ünvanına nalayiq ifadə işlətdiyi üçün döydüyünü bildirmiş və əlavə olaraq qardaşı Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı o, əsəbiləşib yumruqla Təqsirləndirilən şəxs sağ gözünə vuraraq yerə yıxmış və Mahirin qarın və ayağına təpiklə zərbələr vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxıb onun sağ gözünə kəllə ilə vuraraq yerə yıxmışdır. O, yerdə olan zaman Mahir təpiklə onun sağ ayağına zərbələr vurmuşdur. Həmin vaxt qardaşı Şahid1 yaxınlaşaraq onları ayırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, sonuncudan onun sağlamlığına vurulmuş ziyana görə pul tələb edir, ona vurulmuş ziyan ödənilmədiyi üçün barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Təqsirləndirilən şəxslə onun münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Təqsirləndirilən şəxs bir il bundan əvvəl qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə etməsi olmuşdur. Bir ildir ki, o, Təqsirləndirilən şəxs ilə danışmır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu, Liman şəhərində yerləşən otlaq sahəsində öz heyvanlarını otaran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ona bildirmişdir ki, guya o, onun heyvanlarını su içməyə imkan vermir. O isə Təqsirləndirilən şəxs ondan uzaq qalmasını və onunla danışmaq istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun üzərinə gəldiyi üçün o, əsəbiləşərək onun ünvanına nalayiq ifadə işlətmiş və onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sifət və başına bir neçə zərbə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs atını minərək oradan uzaqlaşmışdır. O da telefonla qardaşı Zərərçəkmiş şəxs zəng edərək, Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini və səhhətinin pis olduğunu bildirmişdir. Daha sonra digər qardaşı Şahid1 zəng edərək, Təqsirləndirilən şəxs onu döyməsini bildirərək onlardan otlaq sahəsinə gəlib onu evə aparmaqlarını istəmişdir. Daha sonra qardaşı Habil oraya gəlib onu xəstəxnaya aparmış və o, xəstəxanada olan zaman qardaşı Mustafanın gözündə və ayağında xəsarətlər olduğunu görmüşdür. Mustafa otlaq sahəsinə gələn zaman Mahirin onu da döydüyünü bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində qardaşı Şahid2 ona zəng edərək, Təqsirləndirilən şəxs Liman şəhərində yerləşən otlaq sahəsində onu döyərək ona xəsarət yetirdiyini və səhhətinin yaxşı olmadığını bildirib həmin otlaq sahəsinə gedib onu ev gətirməsini istəmişdir. O da yaşadığı evdən çıxıb piyada Liman şəhərində yerləşən otlaq sahəsinə getmək üçün yola düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra kənd ərazisində olan otlaq sahəsində qardaşı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs münaqişə etdiyini görmüşdür. O, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs kəllə ilə qardaşı Mustafanın sağ göz nahiyəsinə vuraraq yerə yıxdığını və Mustafa yerdə olan zaman təpiklə Mustafanın sağ ayaq nahiyəsinə zərbələr vurmasını görmüşdür. O, yaxınlaşaraq onları ayırmışdır. İş materiallarında olan: 08 aprel 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində yerləşən otlaq sahəsində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 335 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – sağ bud-diz oynağı nahiyələrindəki yumşaq toxumaların əzilməsi-hematoması, sağ göz almasına yayılmış qansızma, sol bazu, sağ göz qapaqları-gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1123 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 316-da yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 316-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020 və xx.xx.2022-ci il təvəllüdlü uşaqları var. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” punlik hüquqi şəxs “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Lənkəran rayon vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-58/2-587/2024 №-li məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Lənkəran TTTY şöbəsinə “Sol qaşüstü nahiyədə şişkinlik. Sağ göz orbitində hemotoma və əzilmiş yara. Alt çənədə sıyrılmış yara. Başın ənsə nahiyəsində hemotoma. Bud nahiyəsində qançır, küt travma” diaqnozu ilə daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinin və müdafiə tərəfinin çıxışının «zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasına görə sonuncunun özünü müdafiə etmək məqsədilə zərər çəkmiş şəxsə xəsarət yetirməsini zəruri müdafiə həddində hərəkət etməsi ilə əlaqələndirməsi və bəraət verilməsi» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, eləcə də bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmdən verilmiş apellyasiya şikayətləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)- 775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü əlaqədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, hazırki hökm üzrə ona təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-144/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-144/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver