Məhkəmə qərarları › İş №1(049)-144/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-144/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-144/2025 13.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:00 xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-297/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 , 177.2.3 və 67.1ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Rayon Məhkməsənin xx.xx.2025-ci il tarixli, 7(049)-13/2025 nömrəli qərarı ilə təyin edilmiş 1500 manat cərimə cəzasının ödənilməmiş 1000 manat hissəsi Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 25 aprel 2025-ci il tarixdə saat 03 radələrində, Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən, Lənkəran-Astara köhnə avtomagistral yolunun kənarında sahibi X7 tərəfindən parklanmış halda nəzarətsiz saxlanılmış 2005-ci il buraxılışlı, “VAZ-2106” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobilin yanından piyada keçərkən avtomobilin sahibsiz vəziyyətdə olduğunu görüb, həmin avtomobili talama məqsədi olmadan, yəni Lənkəran rayonu ərazisində gəzmək məqsədi ilə ələ keçirməklə qaçırmaq qərarına gələrək, bu məqsəd ilə həmin avtomobilə yaxınlaşarq, üzərində olan dırnaq tutanın iti uclu hissəsi ilə avtomobilin sürücü tərəfədə olan qabaq qapısnı kilidini açaraq istifadə etməyə icazəsi və hüququ olmadan avtomobilin sükanı arxasında əyləşdikdən sonra, avtomobilin salonunda olan sükanın aşağı plastik hissəsini sökərək orada avtomobili işə salmaq üçün olan naqilləri birləşdirmək üsulu ilə avtomobili mühərrikini işə saldıqdan sonra avtomobili hərəkətə gətirərək, Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan sürüb getməklə nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa, o, 27 aprel 2025-ci il tarixdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsəd ilə həmin gün saat 01 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Çənlibel” adlı çayxananın qarşısına gələrək, çayxananın ön sağ tərəfində yerləşən plastik pəncərəni özündə olan vintaçanla aralayıb, əli ilə möhkəm sıxıb açmaqla çayxananın içərisinə qanunsuz daxil olaraq orada axtarış apararkən çayxananın banket otağında aşkar etdiyi, Zərərçəkmiş şəxs3 məxsus 15 manat qiymətində telefon adapter başlığı, 1 ədəd 100 manat qiymətində Samsung J1 markalı mobil telefonu, 500 manat qiymətində Sony markalı playstation oyun aparatını, 70 manat qiymətində oyun aparatının idarə etmə pultunu, çayxananın zalında isə 50 manat qiymətində direli, 75 manat qiymətində elektrik mişarı, 75 manat qiymətində bir ədəd laqondanı, 20 manat qiymətində açar dəstini ümumilikdə 905 (doqquz yüz beş) manat qiymətində əmlakı binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 03 may 2025-ci il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsəd ilə həmin gün saat 01 radələrində ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 evinə gələrək, evin hasarından keçməklə evin həyətinə daxil olduqdan sonra evin sol yan tərəfində, birinci mərtəbədə yerləşən plastik pəncərəni özündən olan vintaçanla möhkəm sıxıb açmaqla evin içərisinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq orada pilləkənlə evin ikinici mərtəbəsində yerləşən otağa açılan plastik pəncərənidə eyni üsulla açaraq evin qonaq otağına daxil olduqdan sonra oradan aşkar etdiyi Zərərçəkmiş şəxs2 məxsus 800 manat qiymətində “Lotos” markalı televizoru, sonra evin mətbəxindən aşkar etdiyi 90 manat qiymətində ət çəkən maşını və 90 manat qiymətində olan blenderi ümumlikdə 980 (doqquz yüz səksən) manat qiymətində əmlakı təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 04 may 2025-ci il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsəd ilə həmin gün saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinə gələrək, evin hasarından keçməklə evin həyətinə daxil olduqdan sonra evin taxta pəncərəsini açaraq evin içərisinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin mətbəxində olan 120 manat qiymətində su qızıdırıcısını, 25 manat qiymətində olan yemək bişirən iki gözlü qaz piltəsini, 1 ədəd 25 manat qiymətində elektrik sobasını, 45 manat qiymətində olan elektrik çaydanı, 30 manat qiymətində orta ölüçülü qazanı, 20 manat qiymətində tavanı, evdə olan “İndesit” markalı soyuducunun 200 manat qiymətində olan mühərrikini, evin içərisində olan otaqdan 100 manat qiymətində iki ədəd paltar ütüsünü, 1 ədəd 35 manat qiymətində olan saç qurudan feni, 35 manat qiymətində saç ütüsünü, 50 manat qiymətində televizoru, 50 manat qiymətində olan internet modem aparatını, 40 manat qiymətində olan qaz sobasını, evin həyətində 300 manat qiymətində 3 ədəd su nasosunu, evin həyətində olan hamamdan 120 manat qiymətində su qızıdırcısını, 30 manat qiymətində olan duş başlığı dəstini, ümumilikdə 1225 ( bir min iki yüz iyirmi beş ) manat qiymətində əmlakı təkrar yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 2025-ci ilin aprel ayının sonlarında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 1 (bir) ədəd bükümdə, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 0,699 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşlarının 05 may 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 17:00 radələrində Lənkəran şəhəri Fikrət Məmmədov küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən 0,699 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayır. Əvvəllər evli olmuş və həmin nikahdan bir azyaşlı övladı vardır. Hazırda subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə həbs olunmuşdur. Sonuncu dəfə 2025-ci ildə oğurluq etdiyi üçün CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə, gecə saat 03 radələrində yaşadığı kənddə avtomobil yolunun kənarı ilə piyada evinə tərəf gedərkən, yol kənarında dayanmış bir ağ rəngli “VAZ-2106” markalı avtomobil görmüşdür. O, həmin avtomobilin sürücüsünü əvvəllər tanımamış, həmin avtomobilin həmkəndlisi Əliyə məxsus olmasını sonradan bilmişdir. Əli ilə onun arasında əvvəllər heç bir düşmənçilik və ədavəti olmamışdır. O, avtomobili gördükdən sonra onu sürmək qərarına gəldiyi üçün ətarafa baxmış, heç bir kəsin olmadığını gördüyü üçün avtombilə yaxınlaşmış və avtomobilin qapısının bağlı olduğunu görmüşdür. Bundan sonra, o, avtomobilin qapısını açmaq üçün üstündə olan dırnaqtutanın iti uclu hissəsini sürücü tərəfədə olan qapının kilid yerinə daxil edib sağ-sola hərəkət etdirdikdən sonra qapının kilidini açmış, avtomobilin üzərində açar olmadığı üçün avtomobilin sükanın altına birləşən plastik hissələrini əli ilə sökərək, orada olan elektrik naqillərini biri-birinə birləşdirməklə avtomobili işə salmışdır. O, avtomobili irəli sürüb yola çıxdıqdan sonra sola dönmək istəyən zaman avtomobil kilidsiz işə saldığı üçün avtomobilin sükanı kilidlənmiş, buna görə də avtomobili yolun digər tərəfinə sürmək məcburiyyətində qalmışdır. Avtomobil təxminən 20 metr irəli getdikdən sonra sönərək işə düşmədiyindən avtomobili yolun ortasında qalıb digər avtomobillərə maneçilik törətməsin deyə avtomobildən düşərək əli ilə itələyib yolun digər tərəfində olan küçənin girişində saxlamış, özü isə oradan çıxıb getmişdir. O, avtomobildən hər hansı bir əşya götürməmiş və niyyəti avtomobili oğurlamaq deyil sürmək olmuşdur. Həmin vaxt tək olmuş, ona kömək edən olmamışdır. Həmçinin onu həmin vaxt heç kim görməmişdir. Avtomobili sürdükdən sonra gətirib yerinə qoymaq fikri olmuşdur. Bundan başqa, o, 26 aprel 2025-ci il tarixdə, saat 01 radələrində “Çənlibel” adlı çayxananın bağlı olduğunu və işıqlarının söndüyünü görüb oradan oğurluq etmək qərarına gəlmiş, ətrafa baxdıqdan sonra ətrafda da heç bir kəsin olmadığından əmin olub çayxanaya yaxınlaşmışdır. Çayxananın önündə, sağ tərəfdə olan plastik pəncərənin yanına gəlmiş, üzərində olan vintaçanla plastik pəncərəni aralayıb, əli ilə sıxıb açaraq çayxanının içərisinə daxil olmuşdur. Sonra o, salondan mətbəxə gedən dəhlizin sol tərəfində olan kabinetə daxil olaraq kabinetdə olan bir ədəd “Samsung J1” markalı mobil telefonu, bir ədəd telefon adabterini, bir ədəd idarə etmə pultu ilə birlkdə olan “Sony plastation” oyun cihazını, çayxananın zalından isə bir ədəd dreli, bir ədəd laqondanı və bir ədəd elektrik mişarını və açar dəstini götürmüşdür. Həmçinin o, mətbəxə daxil olub, yeməsi üçün soyuducuda olan bişmiş yeməklərdən kotlet və cücəni götürmüşdür. Götürdüyü yeməyi çayxanadan bir qədər aralıda gizlətsə də, səhəri gün gizlətdiyi yeməyin sahibsiz olan itlərin yediyini görmüşdür. O həmin gün oradan çıxıb əşyaları götürüb mərkəzi bazara tərəf gəlmiş, səhərin açılmasını gözləmiş və ilk avtobus marşurutu ilə Astara rayonunun Pensər bazarına getmişdir. Həmin gün həfətinin bazar günü olduğundan, eləcə də həftənin yalnız bazar günləri Pensər kəndində yerləşən bazarda alver olduğundan orada işlənmiş əşyalar çox satılır. O oğurladığı dreli, laqondanı, açar dəstini və lobziki ümumilikdə 33 manata tanımadığı şəxsə satmış, “Playstation” oyun cihazını isə pultu ilə birlikdə 70 manata tanımadığı şəxsə satmışdır. Mobil telefon işləmədiyi üçün telefonu və telefonun adapterini bazar ərazisində bir yerə tullamışdır. O, oğurladığı əşyaları satarkən həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmiş, 3-4 gün sonra pulu qurtardığından Lənkəran şəhərində sahibsiz ev axtarıb oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Lənkəran şəhəri, Ş.Aslan küçəsi ilə gedərkən bir evin həyət darvazasınında kilid asıldığını görmüş, həmin evdə yaşayışın olmadığını bilmiş, çəpərdən boylanaraq evin işıqlarının yanmadığını görmüşdür. Həmin vaxt küçədən maşınlar hərəkət etdiyi üçün gediş-gəlişin sakitləşməsini gözləmiş, gedib bir qədər bazar ərazisində gəzdikdən sonra gecə saat 01 radələrində həmin evə tərəf gəlmiş, ətrafda heç kəsin olmadığını gördükdən sonra həyətə hasardan daxil olaraq evə yaxınlaşmışdır. Evin birinci mərtəbəsində əsas giriş qapısı dəmir seyf qapısı bağlı olduğu üçün evin sol tərəfində olan plastik, nisbətən iri ölçülü olan nəfəslik görmüş, həmin nəfəsliyi üzərində olan vintaçanla aralayıb evin birinci mərtəbəsinə daxil olmuşdur. Birinci mərtəbədə olan pillkənlə yuxarı qalxmış, ikinci mərtəbənin də giriş qapısı bağlı olduğundan pilləkənin üzərində olan plastik pəncərini eyni qayda ilə vintaçanla aralayıb, sonra əli ilə sıxıb açaraq evin qonaq otağına daxil olmuşdur. Qonaq otağından bir ədəd televizoru götürüb mətbəxə keçmişdir. Mətbəxdən bir ədəd blender və bir ədəd ət çəkən maşını götürüb, televizoru və digər əşyaları bir sellofana qoyub gəldiyi kimi evdən çıxmışdır. Sonra bazara tərəf gedib tanımadığı taksi ilə əşyaları yaşadığı Gərmətük qəsəbəsinə aparıb evinin yaxınlığında bir yerdə gizlətmiş, səhəri gün həmin əşyaları Astara rayonunda yerləşən Pensər bazarına aparıb televizoru 80 manata, ət çəkənlə, blenderi isə birlikdə 50 manata satmışdır. Həmin pulu da maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, axşam vaxtı oğurluq etdiyi evin yaxınlığında köhnə, sahibsiz, və qapısında satılır sözü yazılmış, darvazasının üzərində qıfıl asılmış bir ev görmüş və bilmişdir ki, bu evdə heç kəs yaşamır. Həmin gün axşam saat 22 radələrində evin yanına gəlmiş, evin hündür olmayan hasarından həyətə daxil olmuş, evin taxta giriş qapısnı əli ilə möhkəm itələyərək açmışdır. O gecəni həmin evdə qalmış, səhər açılmış, evi axtarmış lakin qiymətli əşya tapmadığından mətbəxdə olan soyuducunun mühərrikini üzərində olan vintaçanla açıb çıxarmışdır. Həmin vaxt səhər saat 11 radələrində həyətdən çıxmaq üçün çəpərdən boylanmış, ətrafa baxmış heç kəsinə olmadığını görüb mühərriki götürüb oradan uzaqlaşmışdır. Həmin mühərriki bazar ərazisində yerləşən məişət evində tanımadığı ustaya 50 manata satmış, mühərrikin özünə məxsus soyuducunun olduğunu demişdir. Həmin pulu da maddi ehtiyaclarına xərcləmişdir. O, bütün oğurluqları tək etmiş və bu işdə ona heç kim kömək etməmişdir. Bir neçə ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə və psixotrop maddə metafetamini qızdırıb tüstüsünü çəkməkə qəbul edir. Həbsdən azad edildikdən sonra narkotik vasitə qəbul etməsə də, sonradan bədənində ağrılar olduğu üçün yenidən psixotrop maddə qəbul etməyə başlamışdır. Tutulmamışdan təxminən 12-13 gün əvvəl Abşeron rayonunun Xırdalan şəhərində olarkən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 70 manata bir qram çəkidə psixotrop maddə metamfetamin almış, həmin metamfetamini üzərində saxlayaraq tutulduğu günədək cəmi bir dəfə bir hissəsini qəbul etmiş, qalan hissəsini isə sonradan qəbul etməkdən ötrü üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsi ilə yolun kənarı ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslərdən biri videoçəkiliş apararaq ona özlərini təqdim etdikdən sonra polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və üstünü yoxlmalı olduğunu deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və predmet olduğu halda təqdim etməsini bildirdiyi üçün o da etiraz etməyib əynində olan şalvarının sağ cibindən saxladığı bir bükümdə olan metamfetamini, şalvarının sol yan cibindən alışqanı, arxa cibindən isə darağı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirilmiş, büküm tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan metamfetamin çəkisi 0,76 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş bükümün içərisində metamfetamin olduğunu və həmin matamfetamini Abşeron rayonundan üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 70 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərində aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək o və digər iştirakçılarla birlikdə zərfin üzərinə imzalar qeyd edilmişdir. Sonra o, polis şöbəsinə gətirilmiş, tərtib edilmiş protokolu oxuyub imza etmişdir. Bundan sonra, polis şöbəsində təhqiqatçı tərəfindən ona aşkar edilmiş bükümün olduğu zərfə, çəkiliş aparılan DVD diskə baxış keçirilmiş, onunla sorğu sual edildikdə psixotrop maddə metamfetamini Abşeron rayonundan tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təhqiqatçı tərəfindən ondan hər hasnı bir cinayət törədib-törətməmədiyini soruşduqda, o törətdiyi bütün oğurluqları etiraf etmiş, bundan sonra polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq vəkil ilə təmin edilmiş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. O, metafetamini bədənində ağrıları olduğu üçün özü istifadə etməkdən ötrü əldə edib üzərində saxlamışdır. Zərər çəkmiş şəxslərə dəymiş zərərin məbləği ilə razıdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu pnəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Gərmətük qəsəbəsində yaşayır. İstifadəsində olan “VAZ-2106” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil atası Sehranın mülkiyyətində olsa da o, avtomobili ona satmşdır. Ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobili çox vaxt özü idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində avtomobil ilə evinə tərəfə gedərkən mühərrikindən yağ axdığını görüb avtomobili kənddən keçən Ələt-Asatar avtomagistral yolunun kənarında saxlamış, qapılarını kilidləyib yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində avtomobilin yanına gələndə isə avtomobili saxladığı yerdən 15-20 metr irəlidə, yolun əks tərəfində üzü su kanalına doğru saxlanıldığını görmüşdür. O, avtomobilə yaxınlaşanda görmüşdür ki, avtomobilin qapısının kilidinə vintaçan salınıb açılmış, avtomobili işə salmaq üçün açar daxil olan yerin sökülmüş və avtomobilin sükanı isə kilidlənmiş vəziyyətdədir. O, həmin başa düşmüşdür ki, kimsə avtomobilini qaçırmaq istəmiş, lakin sükan kilidləndiyi üçün sürə bilməmişdir. O, əvvəlcə atası Sehrana zəng etmiş, sonra isə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib maşına baxış keçirmişlər. O, həmin gün polis şöbəsinə gedib ərizə ilə müraciət etmiş və bu barədə izahat yazmışdır. Hadisədən bir neçə gün sonra ona məlum oluşdur ki, həmin hadisəni onunla bir kənddə yaşayan Mirhüseyn törətmişdir. Mirhüseyni kənd sakini kimi tanısa da onunla arasında heç bir ədavəti olmamışdır. Avtomobilin sökülmüş hissələri yenidən yerinə qoymuş, ona hər hansı bir ziyan dəyməmişdir. Avtomobilin salonunda heç bir əmlakı oğurlanmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda avtomobilin ona qaytarıldığını, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə Lənkəran şəhəri Mirmustafaxan küçəsi ev 19 da yaşayır. X2 həkim işləyir. Lənkəran şəhəri Şəkər Aslan küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə yaşayış yoxdur. O həmin evə həftədə iki dəfə gedib baş çəkir. Oğurluq hadisəsi baş verməzdən öncə ora sonuncu dəfə xx.xx.2025-ci il tarixdə gedib baş çəkmişdir. Həmin vaxt hər şey qaydasında olmuşdur. Sonra xx.xx.2025-ci il tarixdə saat 09 radələrində evə gedib baş çəkəndə evin ikinci mərtəbəsinin eyvanın pəncərəsinin açıq olduğu görmüşdür. O evin birinici mərtəbəsində yerləşən dəmir qapısının kildini açmaq istəsə də qapının arxadan kilidi bağlandığı üçün qapını aça bilməmişdir. Buna görə həyətdə olan nərdivanı divara söykəyib eyvana çıxmışdır. Eyvandan aşağı yəni evin birinci mərtəbəsinə düşdükdən sonra evin giriş qapsı arxadan kilidlənmişdir. O qapını açmışdır. Sonra yuxarı qalxıb qonaq otağına daxil olduqda otaqda televizorun olmadığını görmüşdür. Bilmişdir ki, evdə oğurluq olmuşdur sonra ikinci mərtəbədə yerləşən mətbəxə baxanda oradan, mətbəxdə olan istifadə edilməmiş yeni olan, ət çəkən maşın və blender oğurlanmışdır. Buna görə o polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Onun evindən oğurlanmış əmlakların ümumi dəyəri 980 manat təşkil edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına gəlməmiş, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış ev ona məxsusdur. O, ünvan 7 qalmışdır və orada heç kim yaşamır. Evə Lənkəran şəhərinə qonaq gəldiyi vaxtlarda ora gedib baş çəkir. Lənkəran şəhərində yaşayan qohumu İradə Atakişiyeva da arabir evinə gedib ora nəzarət edir. Sonuncu dəfə 2025-ci ilin mart ayında Lənkəran şəhərinə qonaq gəldiyi zaman Ş.Məmmədov küçəsində yerləşən evinə baş çəkdikdə evdə hər şey qaydasında olmuşdur. Evin giriş qapısını asma qıfılla bağlayır. 05 may 2025-ci il tarixdə saat 12 radələrində İradə Lənkəran şəhərindən ona zəng edərək, evinə kiminsə daxil olub, oradan oğurluq etdiyini və hətta orada qaldığını aşkar etdiyini xəbər vermişdir. O dərhal polisin 102 xidmətinə zəng edərək, Lənkəran şəhəri, Ş.Məmmədov küçəsində yerləşən evinə kiminsə oğurluq etmək üçün daxil olduğunu və hətta orada da qaldığını bildirib şikayət etmişdir. Məlumatı əsasında polis əməkdaşları evin yerləşdiyi ünvana getdikdə həmin şəxs orada olmamışdır. İradə də həmin şəxsi görməmişdir. Oğurluq barədə məlumat verdikdən sonra özü də ünvan 6 ünvanında yerləşən evinə gəlmişdir. Evinə və həyətinə nəzər salıb, nələrin oğurlanmasını dəqiqləşdirmişdir. Oğurluq etmiş naməlum şəxs həyətə daş hasarı aşmaqla keçmişdir. Evə isə pəncərədən daxil olmasını müəyyən etmişdir. Evin giriş qapısına asdığı qıfıl olduğu kimi qalmış, toxunulmamışdır. Naməlum şəxs həyətində qoyduğu 300 manat qiymətində 3 ədəd su matorunu, həyətdəki hamam otağından 120 manat qiymətində olan 1 ədəd su qızdırıcını, 30 manat qiymətində olan 1 ədəd duş aparatını, evin içərisindən isə mətbəxdən 120 manat qiymətində 1 ədəd su qızdırıcını, 25 manat qiymətində olan 1 ədəd yemək bişirilən 2 gözlü qaz sobasını, 25 manat qiymətində 1 ədəd yemək bişirilən elektrik sobasını, 100 manat qiymətində 2 ədəd paltar ütüsünü, 35 manat qiymətində olan 1 ədəd saç qurudan feni, 35 manat qiymətində 1 ədəd saç ütüsünü, 45 manat qiymətində 1 ədəd tefal çayniki, 50 manat qiymətində 1 ədəd televizoru, 30 manat qiymətində 1 ədəd orta ölçülü qazanı, 20 manat qiymətində 1 ədəd tavanı, İndesit markalı soyuducunun 1 ədəd 200 manat qiymətində olan mühərrikini, 50 manat qiymətində 1 ədəd internet modem aparatını, 40 manat qiymətində olan 1 ədəd qaz sobasını oğurlamışdır. 2025-ci ilin mart ayının əvvəllərində evində olduğu zaman evdə oğurluq hadisəsi baş verməmişdir. Ona görə də oğurluq hadisəsi 2025-ci ilin may ayında baş verdiyini düşünür. Əgər bundan öncə oğurluq olsaydı İradə bunu bilib ona mütləq xəbər edərmiş. Evindən oğurluq edilməsi nəticəsində ona ümumilikdə 1225 manat ziyan vurulmuşdur. Evindən kimlər tərəfindən oğurluq edilməsi barədə heç bir məlumatı yoxdur, şübhələndiyi hər hansı şəxs yoxdur. Sonradan ona məlum olmuşdur ki, onun evindən Mirhüseyn adlı şəxs oğurluq etmişdir. Bundan öncə onun evində oğurluq hadisəsi baş verməmişdir. Mirhüseyn ifadəsində sadəcə bir ədəd soyuducu mühərrikindən savayı heç bir əşya oğurlamamsı barədə göstərdiyi yalandır. Həmin əşyalar oğurlanmamışdan öncə yerində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Çənlibel” adlı çayxananı işlətməklə ailəsini dolanışığını təmin edir. xx.xx.2025-ci il tarixdə, axşam saat 23 radələrində həmin çayxananı bağlayıb yaşadığı evə getmiş, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında şəxsi işi ilə bağlı yaşadığı evdən çıxıb Bakı şəhərinə getdiyi üçün çayxanaya gəlməmişdir. Bakı şəhərində olan zaman anası xəstə olduğu üçün çayxanada olan kameralara mobil telefonundan nəzarət edə bilməmişdir. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində mobil telefon vasitəsilə çayxanadakı kameraya baxmaq istəyən zaman kameranın xx.xx.2025-ci il tarixdən, gecə saalarından etibarən işləmədiyini görmüş, buna görə də, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən çıxaraq Lənkərana gəlmişdir. Nizami küçəsində yerləşən çayxanaya gəldikdə çayxananın qarşısında olan pəncərənin açıq olduğunu görüb çayxanaya baxdıqda otaqda olan bir ədəd 15 manat dəyərində olan telefon adapterinin və zalda olan bir ədəd 50 manat dəyərində olan direlin, 1 ədəd 500 manat dəyərində olan “Playstation 4” oyun cihazının, həmin oyun cihazına məxsus 70 manat dəyərində olan 1 ədəd idarəedici pultun, 1 ədəd 100 manat dəyərində “Samsung J1” markalı mobil telefonun, 1 ədəd 20 manat dəyərində olan açar dəstinin, 1 ədəd 75 manat dəyərində metal alətləri kəsmək üçün nəzərdə tutulmuş laqonda aparatının, 1 ədəd 75 manat dəyərində olan elektirik mişarının, 10 manat dəyərində ət və ərzaq məhsullarının oğurlanmasını müəyyən etmişdir. O, bundan sonra dərhal Lənkəran ŞRPŞ-yə müracit etmiş, polis əməkdaşları hadisə yerinə gələrək onun iştirakı ilə çayxanaya baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsinə görə ona ümumlikdə 905 manat dəyərində maddi ziyan dəymişdir. Onun çayxanadan kimin oğurluq etməsi barədə şübhələndiyi hər hansı bir şəxs olmasa da, polis şöbəsinə ərizə il müraciət etdikdən sonra həmin oğurluq hadisəsinin Gərmətük qəsəbə sakini Mirhüseyn adlı şəxs tərəfindən törədilməsini bilmişdir. O, ərizəsində çayxanasında 10 manat dəyərində ərzaq məhsullarının oğurlanmasını qeyd etsə də, onun bununla bağlı şikayəti yoxdur. Hadisədən bir ay öncə çayxanadan olan kameranın yaddaşı xarab olduğundan kameralar işləmədiyi üçün Təqsirləndirilən şəxs etdiyi oğurluq hadisəsi kameraların yaddaşına qeyd edilməmişdir. Məhkəmə istintaqında şahid X10 ifadəsində bildirmişdir ki, “VAZ-2106” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, həmin avtomobili oğlu Əliyə satmışdır. Lakin Əlinin adına keçirmək üçün maddi imkanı olmadığına görə sənədləşmə işləri aparılmamışdır. Buna görə avtomobili sürmək üçün oğlu Əliyə etibarnamə vermişdir. Avtomobil qaçırlmazadan bir gün öncə xarab olduğu üçün oğlu Əli onu kənddə yolunun kənarında saxlamış, xx.xx.2025-ci tarixdə, səhər saat 08 radələrində oğlu Əli ona zəng edərək avtomobili gecə vaxtı kiminsə qaçırmaq istədiyini, avtomobilin qapısının zorla açıldığını, sükanının aşağı hissəsinin söküldüyünü demişdir. O da tez Əlinin avtomobili saxladığı yerə gəlmiş və avtomobilin Əlinin gecə vaxt saxladığı yerdə deyil yolun qarşı tərəfində saxlanıldığını, qapısının kilidinin, həmçinin avtomobilin salonunda sükanın aşağı hissəsininin və avtomobili işə salan hissənin sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Əli həmin vaxt DİN-nin 102 xidmətinə zəng etmiş, polis əməkdaşları ora gəlib avtomobilə baxış keçirmişlər. Sonra onlar avtomobili öz yerinə gətirmişlər. Əli polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmiş, Əli polis şöbəsinə şikayət etdikdən bir müddət sonra həmin hadisəni onunla bir kənddə yaşayan Mirhüseynin etməsi məlum olmuşdur. Mirhesüyn onunla bir kənddə yaşasa da aralarında heç bir münasibətləri və ya ədavətləri olmamışdır. Avtomobil olduğu yerdən təxminən 15-20 metr kənarda sürülərək saxlanılmışdır. Məhkəmə istintaqında şahid X6 ifadəsində bildirmişdir ki, uzun illərdir ki, Lənkəran şəhərində “Böyük bazar” ərazisində “Məişət” deyilən yerdə soyuducu təmiri ustası işləyir. X1 əvvəllər tanımamış və aralarında heç bir münasibətləri olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Mirhüseyn onun işlədiyi yerə gələrək ona Bakı şəhərində yaşadığı evində olan istifadəsiz qalan soyuducunun çürüdüyünü, buna görə soyuducunun mühərrikini satmaq istədiyini demiş, o da soyuducu mühərrikinə baxaraq bildirmişdir ki, mühərrik “İndesit” markalı soyuducuya məxsusdur. Sonra o, mühərriki yoxlamış, onun işlək vəziyyətdə olduğunu görmüşdür. Mirhüseyn ondan mühərrikin qiymətini soruşduqda Mirhüseyn ona əvvəl 60 manata, sonra istəsə 50 manata razılaşacağını demiş, o da Mirhüseynlə razılaşmışdır. O, Mirhüseyndən şəxsiyyət vəsiqəsini istəmiş, Mirhüseyn də ona şəxsiyyət vəsiqəsini verib ona Gərmətükdən olduğunu, Bakıda yaşadığını bildirmişdir. O, Mirhüseynin şəxsiyyət vəsiqəsinin şəkilini çəkmiş, ona 50 manat verib mühərriki almışdır. Həmin mühərrikin təzəsinin qiyməti 80 manatdır. İşlənmiş vəziyyətdə olanının qiyməti isə 40-50 manatdır. Sonradan ona məlum olmuşdur ki, həmin mühərriki Mirhüseyn oğurlayaraq ona satmışdır. Təqsirləndirilən şəxs ona satdığı bir ədəd soyuducu mühərrik polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir münasibəti və düşmənçiliyi olmamışdır. Lənkəran rayonu, Gərmətük qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etdiyi üçün xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat bardə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü həmin gün şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkili Şahid4 və Şahid5 cəlb edilmişlər. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüş, təxminən 10-15 dəqiqə sonra, saat 17:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhərinin F.Məmmədov küçəsində piyada tək getdiyini görmüşdür. Bu zaman əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib, üstü yoxlanılacağını və əgər üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet vardırsa könüllü təqdim etməsi bildirilmişdir. Bundan sonra Mirhüseyn əynində olan cins şalvarın sağ yan cibindən 1 bükümdə psixotorp maddə metamfetaminə bənzər maddəni, sol yan cibindən bir ədəd alışqanı, arxa sol cibindən darağı çıxarıb təqdim etmişdir. Bunda sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirəndə əynində olan gödəkcəinin sol iç cibindən şəxsiyyət vəsiqəsi və bir ədəd kağız parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümə baxış keçirdikdə bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə barədə Mirhüseyndən soruşulduqda, o həmin bükümün içərisində şüşə olduğunu, həmin maddənin 3-4 gün öncə Bakı şəhərində tanımadığı şəxsdən 70 manata aldığını, həmin bükümdən bir qədərini istifadə etsə də, qalan hissəsini istifadə etmək üçün üzərində saxldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmim büküm elektron tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan metamfetaminə bənzər kütlənin çəkisi 0,76 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş daraq, alışqan və kağız parçası əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddənin aşkar ediməsi ilə bağlı tərəfindən protokol tərtib edilərək Təqsirləndirilən şəxs özünə və iştirakçılara oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra bu barədə onun tərəfindən raportla şöbə rəisinə məruzə еdilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan metamfetaminə bənzər kütlə, ona dair şəxsiyyət vəsiqəsi, bu barədə tərtib edilmiş protokol və içərisində aparılmış videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs özü ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayevə təqdim edilmişdir. X3 videoçəkiliş ilə Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə bənzər maddəni qablaşdırıldığı zərfə, tərtib edilmiş protokola və təqdim edilmiş bir ədəd DVD diskə baxış keçirlərək Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddə aşkar edilməsi faktı öz təsdiqini tapmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir cinayətin törədilməsində iştirakının olub-olmasını soruşulduqda o mərkəzi bazarın yanında olan bir evdən televizor, blender, digrə bir evdən soyuducu mühərriki, xəstəxananın yanında olan çayxanadan “playstation” oyun cihazı, laqonda, drel, elektrik mişarı və ərzaq məhsulları oğurladığını və Lənkəran rayonunun Gərmətük qəsəbəsində nəqliyyat vasitəsidə qaçıraraq cinayət törətdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Sonra X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tutularaq vəkil ilə təmin edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat tədbirləri keçirilsə də, Mirhüseynin narkotik vasitənin satışı ilə məşqul olması barədə heç bir məlumat əldə edə bilməmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkilləri Şahid4 və Şahid5 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 may 2025-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində saxlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 may 2025-ci il tarixli protokoldan və videogrüntülərdən görünür ki, şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəffaf selofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim etmiş və içərisində metamfetamin olduğunu bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli, 19/188 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 bükümdə təmiz çəkisi – 0,699 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza xərci 65 manat təşkil edir. Hadisə yerinə keçirilmiş baxış protokollarından görünür ki, Zərərçəkmiş şəxs3 məxsus çayxandan və həmçinin Zərərçəkmiş şəxs2 məxsus evdən iş üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əl izləri aşkar ediliərək götürülür. Lənkəran Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, 4(049)-22/2025 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 may 2025-ci il tarixli, 254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin 17 iyun 2025-ci il tarixli arayışından görünür ki, Hacızadə X5 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Hacızadə X5 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, CM-nin 177.2.2, 177.2.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Məhkumluğu ödənilməmişdir. Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacızadə X5 rayonu, Gərmətük qəsəbəsində qeydiyyatdadır və yaşayış yeri üzrə mənfi xarakterzə olunur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(049)-13/2025 saylı qərarının surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)- 297/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 1500 manat cərimə cəzasından çəkilməmiş 1000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən 06 ay müddətə azadlıqdan məhruetmə cəzası ilə əvəz edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin Krimnalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2-5834/2025 saylı məktubda göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinini müayinəsi zamanı götürülmüş əl izləri KTİnin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqatlar nəticəsində əl-izlərindən 01 ədədinin (ADİS-nin məlumat bankına Lənkəran ŞRPş-dan daxil olan) (Pəncərədən götürülmüş) xx.xx.1993-cü ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin Krimnalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2-6215/2025 saylı məktubda göstərilmişdir ki, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus kafedə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinini müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqatlar nəticəsində əl-izlərindən 01 ədədinin (ADİS-nin məlumat bankına Lənkəran ŞRPŞ-dan daxil olan) xx.xx.1993-cü ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ( 1 nömrəli pəncərənin üzərindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Götürmə aparılması haqqında 04 iyun 2025-ci il tarixli qərar və protokoldan görünür ki, şahid qismində dindirilmiş X6 tərəfindən istintaq orqanına 1 ədəd soyuducu mühərriki təqdim edilmiş və həmin soyuducu mühərriki götürülmüşdür. xx.xx.2025-ci il tarixli qiymətləndirmə xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 150 manat təşkil edir. Sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2025-i il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd kağız paketdəki, çəkisi 0,699 qram olan 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd soyuducu mühərriki, şəxsi axtarışın aparılmasının videogörüntüləri olan 2 ədəd DVD disk, 2 ədəd zərfin içərisində olan hadisə yerlərindən götürülmüş 15 ədəd əl barmaq izləri fraqmentlər və Zərərçəkmiş şəxs1 istifadəsində olan “VAZ-2106” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış, psixotrop maddə olan metamfetaminin ekspertizadan sonra qalıq qalan 0.649 qram hissəsinin Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, soyuducu mühərrikinin Zərərçəkmiş şəxs4, “Vaz-2106” markalı **- BX-*** qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 təhvil verilməsi, şəxsi axtarışın aparılmasının videogörüntüləri olan 2 ədəd DVD disk və əl barmaq izlərinin iş materiallarında saxlanılması qərara alınmış və soyuducu mühərriki Zərərçəkmiş şəxs4, “VAZ-2106” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və aşağıda qeyd olunanlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qeyd olunan hüquq normalarının tələbi baxımından qeyd olunan şahidlərin ifadələrini mötəbər sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 185.1-ci maddəsinin sanksiyasında isə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı ağırlaşdıran halları, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 may 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 0,649 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan 2 ədəd DVD disk və 2 ədəd zərfin içərisində olan hadisə yerlərindən götürülmüş 15 ədəd əl barmaq izləri fraqmentlər iş materiallarında saxlanılmalı, bir ədəd soyuducu mühərrikinin Zərərçəkmiş şəxs4, “VAZ-2106” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat və 150 manat olmaqla, cəmi 215 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübutlar - ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,649 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan 2 ədəd DVD disk və 2 ədəd zərfin içərisində olan hadisə yerlərindən götürülmüş 15 ədəd əl barmaq izləri fraqmentlər iş materiallarında saxlanılsın və bir ədəd soyuducu mühərrikinin Zərərçəkmiş şəxs4 və “VAZ-2106” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 manat və 150 manat olmaqla, cəmi 215 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar