Məhkəmə qərarları › İş №1(049)-145/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-145/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-145/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.40 Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 133.2.3 və 134-cü maddələri ilə xx xxxxxxx 1986-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli,himayəsində l(bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu olmayan hesab edilən,ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 133.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə sinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə əzab, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermə və hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 18 mart 2025-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evdə olarkən arvadı Qanuni nümayəndə istifadəsində olan mobil telefonunun "WhatsApp" proqramında Araz adlı şəxsin arvadına göndərdiyi niyə cavab verməməsi məzmununda səsli mesajını oxuduqdan sonra həmin şəxsin arvadı Qanuni nümayəndə ilə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində fəaliyyət göstərən "Beta" çay fabrikində işləyən Zərərçəkmiş şəxs Müqabil oğlu olduğunu yəqin edib, onun arvadı Qanuni nümayəndə ilə sevgi münasibəti saxlamasından şübhələnərək, idarə etdiyi "Chevrolet Kruze" markalı, 42BZ793 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evi tərk edib,həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onun iş yerində olduğunu öyrənib, sonuncunun dəfələrlə onun arvadına sataşdığınıyaxın dostu Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə məlumat verərək, Zərərçəkmiş şəxs hərəkətlərinə görə birlikdə cəzalandırmaq qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılaşdıqları kimi əvvəlcə özü Zərərçəkmiş şəxs iş yerinin qarşısına gedib, ona tanıması üçün adam göstərəcəyini bildirərək dəvət ilə idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşməsinə nail olduqdan sonra yoluna davam edib Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında onu gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 da avtomobilinə mindirərək birlikdə həmin gün saat 14 radələrində özünün yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlib, dəvəti ilə Zərərçəkmiş şəxs könüllü olaraq evin 2-ci mərtəbəsində yerləşən qonaq otağına daxil olduqdan sonra arvadı Qanuni nümayəndə göstərərək Zərərçəkmiş şəxs onun qeyrətinə sataşdığını bildirib, qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hər ikisi təxminən 10-15 dəqiqə müddətində aqressiv şəkildə uca səslə nalayiq ifadələrlə onu təhqir edib, yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona fiziki ağrılar yetirməklə yanaşı özü evin birinci mərtəbəsindən uzanan ağızlığı olan şüşə qabı (butulka) götürüb qayıdaraq, onların niyyətini başa düşən Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayıb, hər ikisi uca səslə qışqırmaqla aqressiv şəkildə zorakı hərəkətlərini davam etdirərək, özü sonuncunun əynində olmuş cins şalvarı tumanla birlikdə yarı aşağı çəkib, aralarında olan rol bölgüsünə əsasən köməkliyi ilə qrup üzvü Təqsirləndirilən şəxs2 yerdə uzanıqlı vəziyyətdə qalmış Zərərçəkmiş şəxs qol nahiyələrindən əlləri ilə bərk tutub onu sol böyrü üstə çevirdikdən və dizini kürəyinə dayayıb döşəmənin üstünə bərk sıxmaqla müqavimətini tam qırdıqdan sonra özü əlində tutduğu şüşə qabın (butulka) başhq hissəsini iradəsinə zidd şəkildə qəsdən Zərərçəkmiş şəxs düz bağırsağın arxa keçəcək (anus) nahiyəsinə dayayıb əlləri ilə fiziki güc tətbiq etməklə zorla itələyərək düz bağırsağın sfinktorunun boşalması və şüavari büküşlərdə nisbi hamarlaşma ilə müşayiət olunan arxa keçəcək nahiyəsinin daxilinə yeritməklə, bununla kifayətlənməyərək yenidən qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs müqavimətini eyni qaydada qırdıqdan sonra əlindəki şüşə qabı (butulka) sonuncunun arxa keçəcək nahiyəsinə dayayıb fiziki güc tətbiq edərək zorla anus nahiyəsinin daxilinə yeritməyə cəhd göstərməklə və yarvarışlarına əhəmiyyət verməyib hər ikisi aqressiv şəkildə üstünə qışqıraraq 4 dəqiqədən artıq davam etmiş israrlı tələbləri nəticəsində Zərərçəkmiş şəxs yerə düşmüş nəcisini ağzına almağa məcbur etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Müqabil oğluna əzab, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan başqa, o, 18 mart 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evin birinci mərtəbəsindəki zalda Zərərçəkmiş şəxs Müqabil oğlunun onun arvadı Qanuni nümayəndə ilə münasibət qurmasından və özü Zərərçəkmiş şəxs arvadına qarşı eyni hərəkətə yol verərsə onu bağışlayacağını bildirməsindən qəzəblənib, pəncərənin qarşısından götürdüyü baltanı nümayiş etdirərək sol əli ilə sonuncunun paltarından tutub həmin balta ilə onu öldürəcəyi kimi ifadələr işlətməklə, hədəsinin real olduğu və bunu icra etməsi üçün heç bir maneənin olmadığı, yəni hədənin icra ediləcəyi üçün real əsaslar olduğu şəraitdə sağ əlində tutduğu baltanın kəsici hissəsini qəsdən yaxın məsafədən boğaz nahiyyəsinə doğruldub Zərərçəkmiş şəxs Müqabil oğlunu öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə əzab, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 18 mart 2025-ci il tarixdə saat 13 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən avtomobil təmiri sexində olarkən mobil telefonla ona zəng etmiş yaxın dostu Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən "Beta" çay fabrikində işləyən arvadı Qanuni nümayəndə qızma iş yoldaşı Zərərçəkmiş şəxs Müqabil oğlunun dəfələrlə sataşması barədə məlumat alaraq, Zərərçəkmiş şəxs hərəkətlərinə görə birlikdə cəzalandırmaq qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,razılaşdıqları kimi əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi "Chevrolet Kruze" markalı, 42BZ793 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs iş yerinin qarşısına gedib ona tanıması üçün adam göstərəcəyini bildirərək dəvəti ilə idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşməsinə nail olduqdan sonra yoluna davam edib Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısından onu da, avtomobilinə mindirərək birlikdə həmin gün saat 14 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlib, sonuncunun dəvəti ilə Zərərçəkmiş şəxs könüllü olaraq evin 2-ci mərtəbəsində yerləşən qonaq otağına daxil olduqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 arvadı Qanuni nümayəndə göstərərək Zərərçəkmiş şəxs onun qeyrətinə sataşdığını bildirib,onunla birlikdə hər ikisi təxminən 10-15 dəqiqə müddətində aqressiv şəkildə uca səslə nalayiq ifadələrlə Zərərçəkmiş şəxs təhqir edib, yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona fiziki ağrılar yetirməklə yanaşı qrup üzvü Təqsirləndirilən şəxs1 evin birinci mərtəbəsindən uzanan ağızlığı olan şüşə qabı (butulka) götürüb qayıdaraq,onların niyyətini başa düşən Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayıb,hər ikisi uca səslə qışqırmaqla arqessiv şəkildə zorakı hərəkətlərini davam etdirərək,qrup üzvü Təqsirləndirilən şəxs1 sonuncunun əynində olmuş cins şalvarı tumanla birlikdə yarı aşağı çəkib, aralarında olan rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 köməkliyi ilə özü yerdə uzanıqlı vəziyyətdə qalmış Zərərçəkmiş şəxs qol nahiyyələrindən əlləri ilə bərk tutub onu sol böyrü üstə çevirdikdən və dizini kürəyinə dayayıb döşəmənin üstünə bərk sıxmaqla müqavimətini tam qırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 əlində tutduğu şüşə qabın (butulka) başlıq hissəsini iradəsinə zidd şəkildə qəsdən Zərərçəkmiş şəxs düz bağırsağın arxa keçəcək (anus) nahiyəsinə dayayıb əlləri ilə fiziki güc tətbiq etməklə zorla itələyərək düz bağırsağın sfinktorunun boşalması və şüavari büküşlərdə nisbi hamarlaşma ilə müşayiət olunan arxa keçəcək nahiyəsinin daxilinə yeritməklə, bununla kifayətlənməyərək yenidən özü Zərərçəkmiş şəxs müqavimətini eyni qaydada qırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 əlindəki şüşə qabı (butulka) sonuncunun arxa keçəcək nahiyəsinə dayayıb fiziki güc tətbiq edərək zorla anus nahiyəsinin daxilinə yeritməyə cəhd göstərməklə və yalvarışlarına əhəmiyyət verməyib hər ikisi arqessiv şəkildə üstünə qışqıraraq 4 dəqiqədən artıq davam etmiş israrlı tələbləri nəticəsində Zərərçəkmiş şəxs yerə düşmüş nəcisini ağzına almağa məcbur etməklə,qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Müqabil oğluna əzab, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ibtidadi istintaq zamanı vediyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvülər ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Qanuni nümayəndə onun arvadıdır. Onun İranə ilə evliliyindən iki oğlu vardır. Böyük oğlu Ceyhun Masallı şəhərində yerləşən kollecin tələbəsidir. Kiçik oğlu Məhəmmədəli isə orta məktəb şagirdidir. Təqsirləndirilən şəxs2 onun ailəvi dostudur. Lənkəran rayonu Seydəkəran kənd sakini Zərərçəkmiş şəxs Müqabil oğlunu 2025-ci ilin mart ayının əvvəllərindən etibarən tanıyır. Onun Arazla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. X5 rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən "Beta" çay fabrikində fəhlə işləyir. Araz da həmin çay fabrikində fəhlə işləyir və o, Arazı çay fabrikində görüb tanımışdır. Araz qatıq da satır və arvadı İranə bir neçə dəfə iş yerində Arazdan qatıq almışdır. Araz həm də taksi fəaliyyəti ilə də məşğul olur və bir neçə dəfə də İranəni yaşadıqları evin həyət qapısının qarşısına gətirib qoymuşdur. Arvadı İranə bir-iki dəfə də onun yanında Arazın mobil telefonuna zəng edib, Araza qatıq sifariş etmişdir. 18 mart 2025-ci il tarixdə, saat 10-11 radələrində arvadı İranə yaşadıqları evdə mobil telefonunu ona verərək "mənə kimsə səs atıb, buna cavab ver" bildirmişdir. O da İranənin telefonunun "whatsapp"ında səsli mesaja qulaq asanda, kiminsə onun arvadı İranəyə "sən mənə niyə cavab vermirsən, mənəm Arazdır" sözlərini göndərdiyini eşitmişdir. O da arvadı İranənin üstünə qışqıranda kiçik oğlu Məhəmmədəli otağa daxil olmuş və nə baş verdiyini ondan soruşmuşdur. O da Məhəmmədəliyə anası İranənin mobil telefonuna səsli mesaj atıldığını bildirmişdir. Məhəmmədəli də ona, həmin şəxsin anası İranənin iş yoldaşı Araz olduğunu və anası İranənin telefon nömrəsini ancaq Arazın bildiyini söyləmişdir. O, Arazın ***-***-**-** mobil telefon nömrəsini İranənin telefonundan götürmüş və Chevrolet Cruze markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib həyətdən çıxmışdır. Həmin günü saat 14 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Arazın həmin mobil telefon nömrəsinə zəng edərək "danışan Arazdır? , haradasan?" soruşmuşdur. Araz da ona "hə Arazdır, işdəyəm, sizə nə lazımdır" bildirmişdir. O da Araza yalandan, telefonla bağlı onunla söhbətinin olduğunu bildirib, iş yerinin qarşısına çıxmağını Araza təklif etmişdir. Araz da onunla razılaşmışdır. Amma, o, kimliyini Araza bildirməmişdir. O, idarə etdiyi həmin avtomobili ilə "Beta" çay fabriki istiqamətində hərəkətə başlamışdır. Yolda Zaura zəng edib "Araz adlı şəxs arvadım İranəyə işdə bir neçə dəfə sataşıb, gedək onu götürək və bizim evə aparaq, onun başına oyun açacam" bildirmişdir. Zaur da Qalayçılar məhləsində olan avtoservisdə olduğunu və buna görə çıxa bilməyəcəyini ona söyləmişdir. O da Zaura "onda sən məni orada gözlə, Arazı götürüb gəlirəm" bildirmişdir. Zaur da onunla razılaşmışdır. O, "Beta" çay fabrikinin qarşısına çatanda Arazın fabrikin qarşısında dayanıb onu gözlədiyini görmüşdür. O, maşını Arazın yanında saxlamışdır. Araz onu tanımış və onunla görüşmüşdür. O, Araza "otur maşına, gedək, bir adam var, onu tanıyırsan, yoxsa yox" bildirmişdir. Araz da onun maşınının qabaq sağ oturacağına əyləşmiş və o, maşını Qalayçılar məhləsində yerləşən avtoservis istiqamətində idarə etməyə başlamışdır. Avtoservisin qarşısında Zauru da avtomobilinə götürüb yaşadığı evə getmişlər. O, maşını yaşadıqları evin həyət qapısının qarşısında saxlamış və maşından yerə düşərək həyətə daxil olmuşlar. Həmin vaxtı oğlu Məhəmmədəlinin həyətdə olduğunu görmüşdür. Onlar evin 2-ci mərtəbəsinə qalxıb ümumi otağa daxil olmuşlar. O, digər otağın qapısını açmış və arvadı İranəni Araza göstərərək "tanıyırsan bunu?" soruşmuşdur. Sonra isə qapını örtmüşdür. Araz dərhal ona, "hə tanıyıram, bağışla, səhv etmişəm" bildirmişdir. O da Araza divanda oturmağını təklif etmişdir. Araz divanda oturan kimi, o, Araza bir sillə vurmuş və Arazdan "oğraş, sən ailəli qadına qarşı niyə belə edirsən?" soruşmuşdur. O, Arazı ayağa qaldırmış və Araza bir sillə, bir yumruq vurmuşdur. Zaur da Araza bir neçə sillə vurmuşdur. Həmin vaxtı Araz ona "nə vurursunuz məni e, eləmişəm-eləmişəm də" bildirmişdir. Bundan sonra, o, hirslənmiş və evin 1-ci mərtəbəsinə düşərək, divarın yanından şüşədən olan "duşes" butulkasını götürüb evin 2-ci mərtəbəsinə qayıtmışdır. Sonra isə Zaura "bunun qollarını tut, götünə butulka soxacam" bildirmişdir. O və Zaur Arazı döşəmənin üstünə yıxmışlar. Zaur Arazın qollarından tutmuş və o, Arazın şalvarını aşağı çəkmişdir. O, həmin vaxtı oğlu Məhəmmədəlinin üstünə qışıraraq mobil telefonu ilə Arazı videoya çəkməyini tələb etmişdir. Məhəmmədəli də qorxusundan mobil telefonu ilə onların hərəkətlərini videoya çəkməyə başlamışdır. Həmin vaxtı Araz onlara müqavimət göstərməyə başlamışdır. O, Araza, böyrü üstə çevrilməsə başını kəsəcəyini bildirmişdir. Zaur dizini Arazın kürəyinə qoyub onu sol böyrü üstə çevirmiş və o, şüşədən olan həmin butulkanı Arazın arxa keçəcək dəliyinə yeritmişdir. Zaur təpiklə Arazı vurmuşdur. Araz qışqırmış və silkələnən kimi butulka onun arxa keçəcək dəliyindən çıxmış və döşəmənin üstünə nəcisi tökülmüşdür. O, butulkanı döşəmənin üstündən götürəndə, butulkanın uc hissəsində nəcis olduğunu görmüşdür. O, butulkanın nəcis olan uc tərəfini Arazın ağzına soxmaq istəmiş, amma Araz başını kənara çəkmişdir .O, Zaura "bunu dombalt götünə yenə də butulka soxacam" bildirmişdir. Zaur Arazın qollarından tutmuş və Arazı sağ böyrü üstə çevirərək dizini Arazın belinə qoymuşdur. O, butulkanı Arazın arxa keçəcək dəliyinə yeritməyə çalışsa da, Araz əli ilə buna imkan verməmişdir. O, butulkanın nəcis olan uc tərəfini Arazın sifətinə yaxınlaşdıraraq "indi poxunu ye" bildirmişdir. Amma Araz başını kənara çəkmişdir. Bundan sonra, o və Zaur ayağa qalxmışlar. Araz şalvarını yuxarı çəkmiş və dizi üstə oturmuşdur. Həmin vaxtı oğlu Məhəmmədəlinin mobil telefonunu aşağı salaraq video çəkmədiyini görmüşdür. O, Məhəmmədəlinin üstünə qışqıraraq, nə üçün Arazı videoya çəkmədiyini bildirib, telefonunu ona verməyini tələb etmişdir. Məhəmmədəli də mobil telefonunu ona vermiş və o, telefonun kamerasını açaraq Arazı videoya çəkməyə başlamışdır. O, Araza "indi poxunu ye" bildirmişdir. Amma Araz nəcisini yeməyərək ona yalvarmağa başlamış və onun ayağından tutmuşdur. O, Arazın arxasına bir təpik vuraraq "sən mənim ayağımı qucaqlamağa layiq deyilsən, poxunu ye çıx get" bildirmişdir. Araz döşəmənin üstünə tökülmüş nəcisini əlinə götürmüş və yeməyərək ağlamağa başlamışdır. O, Arazın başına bir-iki sillə vurmuş və Araza "onda poxunu sal ağzına çıx get" bildirmişdir. Araz nəcisini ağzına salmadığına görə, o, Arazı döşəmənin üzərinə yıxmışdır. Amma Araz yenə də nəcisini yeməmiş və o, Arazı ayağa qaldırıb başına sillə ilə vurmuşdur. Sonra isə Arazın boynunun arxasından paltarından tutub "ya poxunu yeyirsən, ya da ölürsən" bildirmişdir. Amma onun Arazı öldürmək fikri olmamışdır. Onun istəyi Arazın nəcisi yeyib, onun evindən çıxıb getməsi olmuşdur. Sonra isə otaqda olan "bita" adlı taxta dəynəyi əlinə götürmüş, amma Arazı vurmamış və həmin dəyənəklə Arazı vurmaqla da hədələməmişdir. O, Araza "deyirsən ki, səhv etmişəm, pox yemişəm, poxunu ye çıx get" bildirmişdir. Amma Araz yenə də onun dediklərini etməmişdir. O, həmin taxta dəyənəyi kənara qoymuş və Arazı döşəmədən qaldırıb "tez ol poxunu ye, çıx get" bildirmişdir. Araz da nəcisini dilinə sürtmüşdür. Bundan sonra, o, evindən Arazı yola salmaq üçün qolundan tutub evin 1-ci mərtəbəsinə düşürmüşdür. O, evin 1-ci mərtəbəsinə düşəndə sağ tərəfdə olan pəncərənin qarşısında baltanın olduğunu görmüş və baltanı götürüb Araza "səni bu balta ilə doğrayaram, sənin arvadına qarşı kimsə belə hərəkətlər edərsə, ondan keçərsən?" bildirmişdir. Araz onun sualına cavab verməmişdir. Zaur da ona "vurma" bildirmişdir. Bundan sonra, o, Məhəmmədəlidən mobil telefonu ilə onları videoya çəkməyini tələb etmişdir. Məhəmmədəli də mobil telefonu ilə onları videoya çəkməyə başlamışdır. O, Araza "əlində olan poxunu ye çıx get" bildirmişdir. Amma Araz onun dediyinə əməl etməmişdir. Zaur da Arazdan "sənin arvadına qarşı belə etsələr, sən keçərsən?" soruşmuşdur. Araz da "hə, keçərəm" bildirmişdir.O, Arazın bu sözlərindən çox hirslənmiş və əlində olan baltanı yuxarı qaldarıraq Araza "sən doğranılası adamsan" bildirmişdir. Amma onun Arazı balta ilə vurmaq fikri olmamış və Arazı qorxuzmuşdur ki, bir də belə hərəkətlər etməsin. Zaur da Araza "sən peysərsən çıx get" bildirmişdir. O, Araza bir sillə vurub, oturmağını bildirmişdir. Araz da oturacaqda oturmuşdur. Bundan sonra, o, Araza "özgəsinin arvadına sataşanı bu günə qoyurlar, indi dur, evimdən çıx get" bildirmişdir. Araz da onun evdən çıxıb getmişdir.O, oğlu Məhəmmədəlinin mobil telefonunda Arazın videoçəkilişinə baxandan sonra həmin videoçəkilişi silib telefonu Məhəmmədəliyə qaytarmışdır. Həmin gündən etibarən Arazı görməmiş və ona zəng də etməmişdir. Baş vermiş hadisə zamanı yaşadıqları evdə ondan, arvadı İranədən, oğlu Məhəmmədəlidən, dostu Zaurdan və Arazdan başqa heç kim olmamışdır. Həmin vaxtı böyük oğlu Ceyhun təhsil aldığı Masallı şəhərində yerləşən kollecdə olmuşdur. Arvadı İranə yataq otağından çıxmadığı üçün hadisəni görməmişdir. Onların səs-küyləri küçədə eşidilmədiyi üçün də qonşularından onların evinə gələn olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Müqabil oğlunun onun arvadına göndərdiyi əxlaqsız təkliflərlə əlaqədar qeyd edilən cinayəti törətdiyini bildirib məhkəmə iclası zamanı üzr istəyərək zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini nəzərə alaraq CM-nin 134-cü maddəsi ilə cinayət işinə xitam verilməsini və CM-nin 133.2.3-cü maddəsi ilə isə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ibtidadi istintaq zamanı vediyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvülərilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. Onun VAZ2107 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 və onun arvadı Qanuni nümayəndə 2007-ci il tarixdən etibarən tanıyır və ailəvi dostdurlar. Müşfiq və İranə ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Seydəkəran kənd sakini Zərərçəkmiş şəxs Müqabil oğlunu 18 mart 2025-ci il tarixdən etibarən tanıyır. Arazla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır. 18 mart 2025-ci il tarixdə, günorta saatlarında Müşfiq onun mobil telefonuna zəng edərək, ondan harada olduğunu soruşmuşdur. O da Qalayçılar məhləsində avtoservisdə olduğunu Müşfiqə bildirmişdir. Müşfiq telefonda ağlaya-ağlaya ona, Araz adlı oğlanın işdə arvadı İranəyə dəfələrlə sataşdığını bildirib, onunla birlikdə gedərək Arazı yaşadığı evə aparıb başına oyun açmağı təklif etmişdir. O da avtoservisdə bir az işi olduğunu Müşfiqə bildirmişdir. Müşfiq də ona, həmin yerdə onu gözləməyini və Arazı götürüb onun yanma gələcəyini bildirmişdir. O da Müşfiqlə razılaşmışdır. Bir neçə dəqiqədən sonra Müşfiq onun mobil telefonuna zəng edərək, avtoservisə tərəf gəldiyini bildirmişdir. Təxminən 1-2 dəqiqədən sonra Müşfiq idarə etdiyi Chevrolet Curuz markalı avtomobili ilə avtoservisə dönən yola gəlmiş və o, maşının arxa salonuna oturmuşdur. Sonradan adını bildiyi Araz adlı oğlanın da avtomobilin qabaq sağ oturacağında oturduğunu görmüşdür. Müşfiq avtomobili yaşadığı evin həyət qapısının qarşısına sürmüş və avtomobili həyət qapısının qarşısında saxlamışdır. Onlar maşından düşmüşlər və Müşfiqlə Araz həyətə daxil olmuşlar. O da onların arxasınca həyətə daxil olmuşdur. Müşfıqin oğlu Məhəmmədəlini həyətdə görmüşdür. Onlar evin 2-ci mərtəbəsinə qalxmışlar. Müşfiq evin 2-ci mərtəbəsində yerləşən yataq otağının qapısını açmış və arvadı İranəni Araza göstərərək "bu qadını tanıyırsan?" soruşmuşdur. Sonra isə Müşfiq yataq otağının qapısını örtmüşdür. Araz Müşfiqə, İranəni tanıdığını və səhv etdiyini bildirmişdir. Müşfiq Arazı divanda otuzdurmuş və ondan "sən mənim qeyrətimə sataşmısan?" soruşmuşdur. Araz da Müşfiqə, qələt elədiyini bildirib, onu bağışlamağını xahiş etmişdir. Həmin vaxtı İranənin digər otaqda qışqırıb ağladığını eşitmişdir. Müşfiq Araza "nə qələt eləmisən, ə," deyərək, Arazı yumruq və təkilə vurmağa başlamışdır. O da Araza bir neçə şillə və təpik vurmuşdur. Araz onlara "nə vurursunuz məni e, eləmişəmeləmişəm də" bildirmişdir. Bundan sonra, Müşfiq hirslənmiş və Araza, dalına butulka soxacağını bildirmişdir. Müşfiq tez evin 1-ci mərtəbəsinə düşmüş və əlində şüşə butulka ilə geri qayıtmışdır. Müşfiq ona "bunu yerə yıxaq, dalına butulka soxacam" bildirmişdir. Bundan sonra, o və Müşfiq, Arazı döşəmənin üstünə yıxmışlar. O, əlləri ilə Arazı tutmuş, Müşfiq isə Arazın şalvarını aşağı çəkmişdir. Həmin vaxtı Müşfiq oğlu Məhəmmədəlinin üstünə qışqıraraq, Arazı videoya çəkməyini tələb etmişdir. Araz onların əlindən çıxmağa çalışmış, lakin, o, Arazı söyüb təhqir edərək, qollarını buraxmamış və Arazı sol böyrü üstə çevirib, dizi ilə belindən döşəməyə sıxmışdır. Müşfiq şüşə butulkanı Arazın arxa keçəcək dəliyinə yeritmişdir. Araz qışqıraraq Müşfiqə "pox yemişəm, məni burax gedim" bildirmişdir. X12 yenidən döyməyə başlamışdır. Həmin vaxtı Arazın dalından butulka çıxıb yerə düşmüşdür. Həmçinin Arazın anus dəliyindən nəcis çıxıb yerə düşmüşdür.Müşfiq butulkanı döşəmənin üzərindən götürəndə, butulkanın uc hissəsində nəcis olduğunu görmüşdür. Müşfıq butulkanın nəcis olan uc tərəfini Arazın ağzına soxmaq istəmiş,amma Araz başını kənara çəkmişdir. Müşfiq ona "bunu dombalt götünə yenə də butulka soxacam" bildirmişdir. O da Arazın qollarından tutmuş və Arazı sağ böyrü üstə çevirərək dizini Arazın belinə qoymuşdur. Müşfiq butulkanı Arazın anus dəliyinə yeritməyə çalışsa da, amma Araz əli ilə buna imkan verməmişdir. Müşfiq butulkanın nəcis olan uc tərəfini yenə də Arazın sifətinə yaxınlaşdıraraq "ay oğraş, indi poxunu ye" bildirmişdir. Araz başını kənara çəkmişdir. Bundan sonra, o və Müşfiq ayağa qalxmışlar. Araz şalvarını yuxarı çəkmiş və dizi üstə oturmuşdur. Həmin vaxtı Məhəmmədəlinin mobil telefonunu aşağı salıb video çəkmədiyini görmüşdür. Müşfiq Məhəmmədəlinin üstünə qışqıraraq, nə üçün onları videoya çəkmədiyini bildirib, telefonu Məhəmmədəlidən almışdır. Sonra isə Müşfiq telefonun kamerasını açaraq Arazı videoya çəkməyə başlamışdır. Müşfiq Arazdan nəcisini yeməyini tələb etmişdir. Araz nəcisini yeməyərək Müşfiqə yalvarmağa başlamış və Müşfiqin ayağından tutmuşdur. Müşfiq Arazın arxasına bir təpik vuraraq, nəcisi yeməyini bildirmişdir. Bundan sonra, Müşfiq Məhəmmədəlinin üstünə qışqıraraq "ala telefonunu videoçəkilişi davam etdir" bildirmişdir. Məhəmmədəli də telefonunu Müşfiqdən almış və video çəkməyə başlamışdır. Araz döşəmənin üstünə tökülmüş nəcisini əlinə götürmüş və yeməyərək ağlamağa başlamışdır. Müşfiq Arazın başına bir-iki sillə vuraraq, "onda poxunu sal ağzına çıx get" bildirmişdir. Araz nəcisini ağzına salmadığına görə Müşfiq Arazı döşəmənin üstünü yıxmışdır. Amma Araz yenə də nəcisini yeməmişdir. Müşfiq Arazı ayağa qaldırıb başına sillə ilə vurmuşdur. Sonra isə Müşfiq Arazın boynunun arxasından paltarından tutub "ya poxunu yeyirsən, ya da ölürsən" bildirmişdir. Sonra isə Müşfiq otaqda olan "bita" adlı taxta dəynəyi əlinə götürmüş, amma Müşfiq həmin taxta dəyənəklə Arazı vurmamış və vurmaqla hədələməmişdir. Müşfıq yenə də Araza "deyirsən ki, səhv etmişəm, pox yemişəm, poxunu ye çıx get" bildirmişdir. Amma Araz yenə də nəcisini yeməmişdir. Müşfiq taxta dəyənəyi kənara atmış və Arazı döşəmədən qaldırıb "tez ol poxunu ye, çıx get" bildirmişdir. Araz da nəcisini dilinə sürtmüşdür. Bundan sonra, Müşfiq, Arazı evdən yola salmaq üçün qolundan tutub evin 1-ci mərtəbəsinə düşürmüşdür. Müşfiq evin 1-ci mərtəbəsinə düşəndə sağ tərəfdə olan pəncərənin qarşısında olan baltanı götürüb Araza "səni bu balta ilə doğrayaram, sənin arvadına qarşı kimsə belə hərəkətlər edərsə, ondan keçərsən? bildirmişdir. Araz Müşfiqin sualına cavab verməmişdir. O, həmin vaxtı Müşfiqin qolundan tutub, vurmamağını bildirmişdir. Bundan sonra, Müşfiq Məhəmmədəlidən onları tez videoya çəkməyini tələb etmişdir. Məhəmmədəli də mobil telefonu ilə onları videoya çəkməyə başlamışdır. Müşfiq Araza "əlində olan poxunu ye çıx get" bildirmişdir. Amma Araz yenə də nəcisini yeməmişdir. O da Arazdan "sənin arvadına qarşı belə etsələr, sən keçərsən? soruşmuşdur. Araz da "hə, keçərəm" bildirmişdir. Arazın bu sözlərindən Müşfiq çox hirslənmiş və əlində olan baltanı yuxarı qaldıraraq Araza "sən doğranılası adamsan" bildirmişdir. O da Araza "sən peysərsən çıx get" bildirmişdir. Müşfiq Araza bir sillə vuraraq oturmağını bildirmişdir. Bundan sonra Müşfiq Araza "özgəsinin arvadına sataşanı bu günə qoyurlar, indi dur, evimdən çıx get" bildirmişdir. Araz da evdən çıxıb getmişdir. O da bir neçə dəqiqədən sonra yaşadığı evə getmişdir. O, hadisədən əvvəl, hadisə baş verən zaman və yaxud da hadisədən sonra Arazla arxasından cinsi əlaqədə olmamış və Araza qarşı başqa seksual xarakterli hərəkətlər etməmiş, niyyəti də olmamışdır. Həmçinin Müşfiq də Arazla arxasından cinsi əlaqədə olmamış və Araza qarşı başqa seksual xarakterli hərəkətlər etməmişdir. Baş vermiş hadisə zamanı Müşfiqin evində ondan, Müşfiqdən, İranədən, Məhəmmədəlidən və Arazdan başqa heç kim olmamışdır. İranə yataq otağından çıxmadığı üçün hadisəni görməmişdir. Onların səsküylərinə qonşulardan Müşfiqin evinə gələn olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 üzr istəyərək zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 133.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 133.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onun təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Müqabil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Lənkəran rayonunun Seydəkəran kəndində yaşayır. 2014-cü il tarixdən etibarən Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən "Beta" çay fabrikində fəhlə işləyir. Mersedes Benz C 180 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, hər gün saat 08 radələrində idarə etdiyi həmin avtomobili ilə evdən çıxıb işə gedir. İş vaxtı hər gün saat 16 radələrində başa çatır və o, həmin avtomobili ilə sərnişin daşıyıb çörək pulu qazanır. Lənkəran şəhər sakini Qanuni nümayəndə təxminən 2-3 ildir ki, tanıyır. İranə ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. İranə də onun işlədiyi çay fabrikində fəhlə işləyir. İranə növbəli iş rejimi ilə işləyir. O, İranənin sifarişi ilə hərdən bir idarə etdiyi həmin avtomobili ilə İranəni evinə aparıb qoymuş və yaxud da evindən işə gətirmişdir. Həmçinin bir neçə dəfə də İranənin sifarişi ilə İranəni Lənkəran şəhəri 5 saylı orta məktəbin yanından götürüb istədiyi yerə aparmış və yaşadığı evə qaytarmışdır. O, bir neçə dəfə də İranənin sifarişi ilə iş yerinə süd məhsulları gətirib, İranəyə satmışdır. O, İranənin evində olmamışdır. Hazırda da İranənin mobil telefon nömrəsi yadında qalmamışdır. 18 mart 2025-ci il tarixdə, saat 14 radələrində tanımadığı bir nömrədən həmin ərəfələrdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmiş və o, telefonu açıb zəngə cavab verəndə bir kişi telefonda ona "işdən çölə çıx, səndən söz soruşacam" bildirmişdir. O da işdən çay fabrikinin giriş qapısının qarşısına çıxmış və həmin vaxtı onun yanında qara rəngli Chevrolet Cruze markalı bir avtomobil dayanmışdır. Həmin avtomobilin sükanı arxasında oturmuş bir kişi ondan söz soruşacağını bildirib, avtomobilə oturmağını təklif etmişdir. O da avtomobilin qabaq sağ oturacağına oturmuşdur. Həmin sürücü ona "mənimlə gedək, sənə bir nəfəri göstərəcəm, tanıyırsan, yoxsa yox, sonra səni gətirib iş yerinə qoyacam" bildirmişdir. O da həmin sürücü ilə razılaşmışdır. Bundan sonra, həmin şəxs avtomobili Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamış və keçmişdə "Cenub" şadlıq sarayı adlanan, hazırda "Ağ saray" adlanan şadlıq evinin qarşısında tanımadığı bir kişi də avtomobilə oturmuşdur. Sonra isə həmin şəxs avtomobili idarə etməyə başlamışdır. Həmin şəxs idarə etdiyi avtomobili Lənkəran şəhərində yerləşən bir həyət evinin qarşısında saxlayanda görmüşdür ki, həmin ev İranənin yaşadığı evdir. Onlar maşından yerə düşmüşlər və həmin şəxs onu evə dəvət etmişdir. O də həmin şəxslə birlikdə evin həyətinə daxil olmuşdur. Maşında olan digər şəxs də həyətə daxil olmuşdur. Bir oğlan uşağının evin həyətdə olduğunu görmüşdür. O, həmin iki nəfər şəxslə birlikdə evin 2-ci mərtəbəsinə qalxmış və ümumi otağa daxil olmuşlar. Həmin otaqda divan, kreslo,masa və oturacaqların olduğunu görmüşdür. Həmin şəxs İranənin əri olduğunu və adının da Müşfiq olduğunu ona bildirmişdir. Həmin cavan oğlan uşağı da ümumi otağa daxil olmuşdur. Bundan sonra, Müşfiq bir otağın qapısını açmış və İranəni ona göstərərək, tanıyıb-tanımadığını ondan soruşmuşdur. O da Müşfiqə, İranənin onun iş yoldaşı olduğunu bildirmişdir. Həmin vaxtı İranə qışqıraraq "Araz mənim iş yoldaşımdır, onunla başqa cür əlaqəm olmamışdır" bildirmişdir. Bundan sonra, Müşfiq qapını örtmüş və ona bir yumruq vurmuşdur. O, ümumi otaqda olan divanın üstünə yıxılmışdır. Müşfiq qışqıraraq ona "sən arvadım İranə ilə görüşürsən" bildirmişdir. O da İranə ilə görüşmədiyini, İranənin onun iş yoldaşı olduğunu və bir neçə dəfə avtomobili ilə İranəni yaşadığı evə gətirib qoyduğunu Müşfiqə bildirmişdir. Bundan sonra, Müşfiq və sonradan adını bildiyi Zaur, onu yumruq, sillə və təpiklə vurmağa başlamışlar. Sonra isə Müşfiq və Zaur, onu döşəmənin üzərinə yıxmışlar və Müşfiq qışqıraraq ona "sənin götünə butulka soxacam" bildirmişdir. Bundan sonra, Müşfiq qaçaraq evin 1-ci mərtəbəsinə düşmüş və Müşfiq geri qayıdanda, Müşfiqin əlində şüşə butulka olduğunu görmüşdür. Həmin vaxtı Zaur onun qollarından tutmuş və Müşfiq onun əynində olan şalvarını, alt paltarını aşağı çəkmişdir.Sonra isə Müşfiq, onun sonradan adını bildiyi oğlu Məhəmmədəlinin üstünə qışqıraraq mobil telefonu ilə video çəkməyini bildirmişdir. O, əlqol ataraq Zaurun əlindən çıxmaq istəsə də, Zaur onun qollarını buraxmamış və onu böyrü üstə çevirib dizi ilə döşəməyə sıxmışdır. Müşfiq əlində olan həmin şüşədən olan butulkanı onun arxa keçəcək anus dəliyinə yeritmişdir. O, həmin vaxtı silkələnərək butulkanı anus dəliyindən çıxartmışdır. Müşfiq bunu görən kimi şüşə butulkanı döşəmədən götürmüş və Zaura "bunu tut şüşə butulkanı yenə də onun götünə soxacam" bildirmişdir. Zaur onun qollarından tutub döşəmənin üzərində böyrü üstə çevirmiş və Müşfiq də şüşə butulkanı onun anus dəliyinə soxmağa çalışmışdır. Amma, o, bir əli ilə şüşə butulkanı tutmuş və Müşfiq şüşə butulkanı onun anus dəliyinə soxa bilməmişdir. Həmin vaxtı Müşfiq və Zaur, onu əllərilə və təpiklə vurmuşlar. Müşfiq şüşə butulkanın uc tərəfində olan nəcisini onun ağzına sürtərək "poxuvu ye" bildirmişdir. O isə sifətini kənara çəkmişdir. Müşfiq və Zaur bir az sakitləşəndən sonra, o, şalvarını yuxarı çəkib geyinmiş və dizi üstə oturmuşdur. Həmin vaxtı anus dəliyindən döşəmənin üzərinə nəcisinin töküldüğünü görmüşdür. Müşfiq və Zaur, onu söyüb təhqir etməyə başlamışlar və Müşfiq ona "sənin başını kəsərəm, bir də belə qələt eləmə, poxuvu ye çıx get mənim evimdən" bildirmişdir. O da Müşfiqə yalvararaq bundan sonra İranəyə iş yoldaşı kimi zəng etməyəcəyini bildirmişdir. Müşfiq də ona "yox belə olmaz, nəcəsini götür ye" bildirmişdir. O da yalvararaq Müşfiqə, onu nəcisini yeməyə məcbur etməməyini və nəcisini yeməyəcəyini bildirmişdir. Həmin vaxtı Müşfiq qışqıraraq oğlu Məhəmmədəliyə, nə üçün videoçəkilişi dayandırdığını bildirib, telefonu onun əlindən almışdır. Müşfiq telefonun kamerasını açaraq çəkiliş apara-apara ona "tez ol poxunu ye, çıx get mənim evimdən" bildirmişdir. O isə Müşfiqin dediklərini etməmişdir. Müşfiq əlində olan mobil telefonu oğlu Məhəmmədəliyə qaytarmış və qışqıraraq Məhəmmədəliyə videoçəkilişi davam etdirməyini bildirmişdir. Sonra isə Müşfiq əli ilə onun boyun tərəfindən paltarından yapışmış və döşəmədə onu sürüyərək söyüb təhqir edə-edə "tez ol poxunu ye" bildirmişdir. O isə Müşfiqə yalvararaq, yeməyəcəyini bildirmişdir. Müşfiq qışqıraraq ona "poxunu götür ye, sonra bizim evdən çıx get" bildirmişdir. Sonra isə Müşfiq sillə ilə onun başından vurmuşdur. O da qorxusundan döşəmənin üstündə olan nəcisini götürüb dilinə vurmuşdur. Bundan sonra, Müşfiq onu evindən çıxıb getməyi üçün qolundan tutub, evin 1ci mərtəbəsinə düşürmüşdür. Onlar evin 1-ci mərtəbəsinə düşəndə Müşfiq pəncərənin qarşısından baltanı götürmüş və ona "səni bu balta ilə doğrayaram, sənin arvadına qarşı kimsə belə hərəkətlər edərsə, ondan keçərsən?" bildirmişdir. O, Müşfiqə cavab verməmişdir. Zaur da Müşfiqin qolundan tutaraq "vurma" demişdir. Müşfiq oğlu Məhəmmədəlinin üstünə qışqıraraq, tez onları videoya çəkməyini bildirmişdir. Məhəmmədəli də mobil telefonu ilə onları videoya çəkməyə başlamışdır. Müşfiq qışqıraraq ona "əlində olan poxunu ye çıx get" bildirmişdir. Amma, o, əlində olan nəcisini yeməmişdir. Zaur ondan "sənin arvadına qarşı belə etsələr, sən keçərsən? soruşmuşdur. O da qorxusundan "hə, keçərəm" bildirmişdir. Müşfiq əlində olan baltanı yuxarı qaldıraraq ona "sən doğranılası adamsan" bildirmişdir. Zaur da ona "sən peysərsən çıx get burdan" bildirmişdir. Müşfiq ona bir sillə vuraraq oturmağını bildirmişdir. O da oturacaqda oturmuşdur. Təxminən 1-2 dəqiqədən sonra Müşfiq ona "özgəsinin arvadına sataşanı bu günə qoyurlar, indi dur, evimdən çıx get" bildirmişdir. O da Müşfiqin evindən çıxmış və təxminən 500-600 metr piyada getdikdən sonra yoldan keçən tanımadığı bir taksi maşınını saxlatdırmış və iş yerinə getmişdir.Müşfiq və Zaur, onu təxminən 10-15 ərzində döyüb, söyüb təhqir edərək, arxasına şüşə butulkanı yeritmişlər. O, bu barədə heç kimə deməmişdir. Müşfiq butulkanı onun anus dəliyinə yeritdiyi üçün qan gəlmiş və bir neçə gün ağrı vermişdir. O, utandığından 20 may 2025-ci il tarixli ərazisində Müşfiqin onu döydüyünü göstərmişdir. 18 mart 2025-ci il tarixdə, saat 14 radələrində Müşfiq, tanışı Zaurla birlikdə onu, idarə etdiyi avtomobillə yaşadığı evə aparmış və Zaurla birlikdə döyərək, şüşə butulkanı onun arxa keçəcək anus dəliyinə yetirmişdir. O, videosunun yayılmağından və el içində rüsvay olmasından ehtiyat etdiyi üçün hadisədən dərhal sonra polisə məlumat verməmişdir. Lakin sonradan fikirləşmişdir ki, Müşfiq və Zaurun, ona etdiklərinə görə cəzasız qalmamalıdırlar və buna görə də 20 may 2025- ci il tarixdə Lənkəran polis şöbəsinə gələrək baş vermiş hadisə barəsində ərizə ilə müraciət etmişdir. O, heç vaxtı işlədikləri sexdə İranəyə "səndən xoşum gəlir" deməmişdir. O, heç vaxtı İranəyə işdə söz atmamışdır. Nə də ki, İranəni söhbət etmək üçün idarə etdiyi maşınla Lənkəran rayon ərazisində yerləşən daş bazarına aparmamışdır. O, daş bazarının harada yerləşdiyini də bilmir. O, fabrikdə fəhlə işlədiyi üçün çay paketlərini paketləmə sexlərinə aparıb qoyur və bu onun işidir. O, İranənin işlədiyi paketləmə sexinə də çay paketləri aparıb qoymuşdur. Ola bilsin ki, İranə ondan qatıq istədiyi üçün, İranədən iş yerinə neçə banka qatıq gətirəcəyini soruşmaq məqsədi ilə 18 mart 2025-ci il tarixdə İranənin "whatsapp" nömrəsinə zəng etmiş və İranə zənginə cavab vermədiyindən, İranəyə "sən mənə niyə cavab vermirsən, Arazdır" səsli mesajını göndərmişdir. Onun İranəyə həmin mesajı göndərməkdə başqa niyyəti olmamışdır. Hazırda mobil telefonu format olunduğu üçün mesajlar telefonundan silinmişdir. O, İranəyə ümumiyyətlə sevgi mesajları göndərməmişdir. O,İranə ilə cinsi əlaqədə olmamışdır. Baş vermiş hadisə zamanı Müşfiqin evində, ondan, Müşfiqdən, Zaurdan, Məhəmmədəlidən və İranədən başqa heç kim olmamışdır. Hadisə vaxtı İranə başqa bir otaqda olmuş və İranə baş vermiş hadisəni görməmişdir. Səs-küyə də yaxınlıqda olan evlərdən heç kim Müşfiqin evinə gəlməmişdir. O, Müşfiqin evindən küçəyə çıxanda da küçədə heç kim olmamışdır. Baş vermiş hadisə zamanı Müşfiq balta ilə onu öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxslərlə barışmış və ona dəymiş ziyan zərərçəkmiş şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Müqabil oğlunun məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmiş, şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını, iş üzrə qərar qəbul edilərkən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Müşfiq onun atası, İranə isə onun anasıdır. Zaur onların ailəvi dostudur. X8 rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən "Beta" çay fabrikində fəhlə işləyir. Arazı 18 mart 2025-ci il tarixdən etibarən görüb tanımışdır. Araz onun anası İranə ilə bir yerdə işləyir və qatıq-süd satır. Anası İranə hərdən bir öz telefonu ilə, həmçinin onun telefonu ilə Araza zəng edib, ona qatıq sifariş etmiş və Araz adlı şəxs də onun anası İranə üçün işə yerinə qatıq gətirib vermişdir. O, 18 mart 2025-ci il tarixdə, saat 11 radələrində yaşadıqları evin 2-ci mərtəbəsində atası Müşfiqin qışqırtı səsini eşidib, onun yanına getmiş və nə baş verdiyini atası Müşfiqdən soruşmuşdur. Müşfiq də, onun anası İranəyə səsli mesaj gəldiyini bildirmişdir. O, anası İranənin mobil telefonunun "whatsapp"ında səsli mesaja qulaq asanda, "sən mənə niyə cavab vermirsən, mənəm Arazdır" sözlərini eşitmişdir. O, atası Müşfiqə, həmin şəxsin, anası İranənin iş yoldaşı Araz olduğunu və anası İranənin telefon nömrəsini ancaq Arazın bildiyini söyləmişdir. X10, onun hazırda xatırlamadığı mobil telefon nömrəsini anası İranənin telefonundan götürmüş və maşınına oturub evin həyətindən çıxıb getmişdir. Həmin günü saat 14 radələrində atası Müşfiqin, atasının dostu Zaurun və tanımadığı bir nəfər şəxsin həyətə daxil olduqlarını görmüşdür. Sonra isə onlar evin 2-ci mərtəbəsinə qalxmışlar. O da onların arxasınca getmişdir. Yaşadıqları evin 2-ci mərtəbəsində yerləşən ümumi otaqda atası Müşfiq sol tərəfdə olan yataq otağının qapısını açmış və həmin şəxsə onun anası İranəni göstərərək "Araz bu qadını tanıyırsan?" soruşmuşdur. Araz da, iş yoldaşı İranə olduğunu bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, atası Müşfiqin yaşadıqları evə gətirdiyi şəxs Arazdır. X9, arvadı İranəyə nə üçün mesaj göndərdiyini soruşmuşdur. Araz da qələt elədiyini bildirmişdir. Həmin vaxtı X13 sillə ilə vurmuş və Araz divanın üstünə yıxılmışdır. Atası Müşfiq və Zaur, Arazı sillə və təpiklə vurmağa başlamışlar. Sonra isə atası Müşfiq evin 1-ci mərtəbəsinə düşmüş və geri qayıdanda atası Müşfiqin əlində şüşədən olan butulkanın olduğunu görmüşdür. Atası Müşfiq butulkanı döşəməyə qoymuş və Araza "sənin götünə butulka soxacam" bildirmişdir. Atası Müşfiq və Zaur, Arazı yumruq və təpiklə vuraraq döşəməyə uzatmışlar. Həmin vaxtı atası Müşfiq onun üstünə qışqıraraq, mobil telefonu ilə Arazı videoya çəkməyini tələb etmişdir. Həmin vaxtı atası Müşfiqin çox hirsli olduğunu gördüyü üçün qorxusundan "Poco C 75" markalı mobil telefonu ilə onları videoya çəkməyə başlamışdır. Zaur Arazın qollarından tutmuş, atası Müşfiq isə Arazın şalvarını aşağı çəkib şüşədən olan "Duşes" butulkasını Arazın anus dəliyinə yetirmişdir. Araz qışqıraraq "pox yemişəm, məni burax gedim" bildirmişdir. Lakin atası Müşfiq və Zaur, Arazı təpiklə vurmuşlar. Həmin vaxtı Arazın anus dəliyindən butulka çıxıb yerə düşmüşdür. Həmçinin Arazın anus dəliyindən nəcisi çıxıb yerə düşmüşdür. Atası Müşfiq butulkanı döşəmənin üzərindən götürmüş və Zaura "bu oğraşı tut butulkanı yenə də onun götünə soxacam" bildirmişdir. Zaur da Arazı tutmuş və böyrü üstə çevirmişdir. Atası Müşfiq şüşə butulkanı Arazın anus dəliyinə soxmağa çalışmış, amma Araz əli ilə buna imkan verməmişdir. Sonra isə atası Müşfiq butulkanın ucunda olan nəcisi Arazın sifətinə sürtmək istəmiş, amma Araz başını kənara çəkmişdir. O, baş vermiş hadisədən həyəcanlanmış və videoçəkilişi dayandırmışdır. Sonra isə Araz şalvarını yuxarı çəkib geyinmiş və dizi üstə döşəmədə oturmuşdur. Atası Müşfiq, onun videoçəkilişi dayandırdığını görmüş və ona "telefonunu mənə ver özüm çəkiliş aparacam" bildirmişdir. O da mobil telefonunu atası Müşfiqə vermişdir. Atası Müşfiq onun telefonu ilə videoçəkiliş apara-apara Araza "indi yerdə olan poxunu ye" bildirmişdir. Amma Araz onun atası Müşfiqə yalvararaq, nəcisini yeməyəcəyini bildirmişdir. Bundan sonra, atası Müşfiq qışqıraraq, ona telefonu ilə videoçəkilişi davam etdirməyini tələb etmişdir. O da qorxusundan mobil telefonunu atası Müşfiqdən almış və videoçəkilişi davam etdirmişdir. Bundan sonra, Arazın nəcisini yeməsi üçün onun atası Müşfiq, Arazın əynində olan paltarından tutub, Arazı döşəmənin üstündə ora-bura dartmağa başlamışdır .Lakin Araz nəcisini yemək istəməmişdir. X13 əlindən buraxmayaraq, Araza "poxunu ye, çıx get bizim evdən" bildirmişdir. Araz da yerə düşmüş nəcisini əlinə götürüb dilinə vurmuşdur. Bundan sonra, o, videoçəkilişi dayandırmışdır. Atası Müşfiq yaşadıqları evdən Arazı yola salmaq üçün qolundan tutub pilləkanla evin 1-ci mərtəbəsinə düşürməyə başlamışdır. Həmin vaxtı atası Müşfiq pilləkanla evin 1-ci mərtəbəsinə düşəndə sağ tərəfdə olan pəncərənin qarşısından baltanı götürmüş və baltanı yuxarı qaldıraraq Araza "səni öldürərəm" bildirmişdir. Həmin vaxtı Zaur əli ilə onun atası Müşfiqin sol qolundan tutaraq "vurma" demişdir. X9 "əgər sənin arvadına belə mesaj göndərsəydilər, xoşuna gələrdi?, sən onu bağışlayardın?" soruşmuşdur. Araz cavab verməmişdir. Bundan sonra, atası Müşfiq ona mobil telefonu ilə onları videoya çəkməyini bildirmişdir. O da mobil telefonunun kamerasını açaraq videoçəkiliş aparmağa başlamışdır. Zaur da Arazdan "əgər sənin arvadına belə mesaj göndərsəydilər, xoşuna gələrdi?, sən onu bağışlayardın?" soruşmuşdur. Araz da "hə, bağışlayardım" demişdir. X14 bir sillə vuraraq, oturmağını bildirmişdir. Araz da oturacaqda oturmuşdur. O, videoçəkilişi dayandırmışdır. Bundan sonra, X14 "sən kişi deyilsən, dur, həyətimdən çıx getdi" bildirmişdir. Araz da onların evdən çıxıb getmişdir. Atası Müşfiq həmin günü videoçəkilişə baxdıqdan sonra həmin videogörüntüləri onun mobil telefonundan silmişdir. O, mobil telefonunun çöp qutusundan həmin video görüntüləri bərpa edib diskə köçürərək, anası İranə ilə birlikdə gətirib müstəntiqə təqdim etmişdir. Həmin vaxtı, o, Arazı vurmamışdır. O, atası Müşfiqin deməsi ilə qorxusundan onları videoya çəkmişdir.O, baltanı da anası İranə ilə birlikdə gətirib müstəntiqə təqdim etmişdir. Hadisə zamanı yaşadıqları evdə, ondan, atası Müşfiqdən, Zaurdan, anası İranədən və Arazdan başqa heç kim olmamışdır. Anası İranə yataq otağından çıxmadığı üçün baş vermiş hadisəni görməmişdir. Baş vermiş hadisə zamanı qonşularından onların yaşadığı evə gələn olmamışdır. Çünki atası Müşfiqin, Zaurun və Arazın qışqırtı səsləri küçədə eşidilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, ünvan 6ində fəhlə işləyir. O,növbəli iş rejimi ilə işləyir. Təqsirləndirilən şəxs1 onun əridir. Onun Müşfiqlə birgə nigahdan iki oğlu vardır. Böyük oğlu X6 Regional Kollecinin 2-ci kurs tələbəsidir. Ceyhun hər gün saat 11 radələrində evdən çıxıb Masallı şəhərinə gedir və saat 19 radələrində yaşadıqları evə qayıdır. Kiçik oğlu Məhəmməddi Lənkəran şəhəri 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Əri Müşfiq santexnika ustasıdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2, onun əri Müşfiqin dostudur və Zaur hərdən bir arvadı Aygünlə birlikdə onların evinə gəlib-gedirlər. Lənkəran rayonu Seydəkəran kənd sakini Zərərçəkmiş şəxs Müqabil oğlunu 2024-cü ilin fevral ayından etibarən tanıyır. Arazla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Araz da "Beta" çay fabrikində fəhlə işləyir. Araz qatıq alveri ilə də məşğul olur. Həmçinin Araz idarə etdiyi Mersedes Benz markalı avtomobili ilə işdən sonra taksi kimi işləyir. 2024-cü ilin iyun-iyul aylarında Arazdan qatıq almaq üçün iş yoldaşı Aynurədən Arazın mobil telefon nömrəsini almışdır. O, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Arazın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, səhər iş yerinə onun üçün 4 banka qatıq gətirməyini Araza bildirmişdir. O, səhərisi günü saat 08 radələrində işdən çıxan zaman Araz 4 banka qatıqı gətirib ona vermiş və o, buna görə Araza 4 manat pul vermişdir. Həmin gündən etibarən, o, Arazdan qatıq almağa başlamışdır. Bir neçə dəfə də Araz idarə etdiyi avtomobili ilə onu yaşadığı evə və bazara aparıb qoymuşdur. Hər dəfə də Arazın pulunu vermişdir. Bir müddətdən sonra Araz işdə bir neçə dəfə ona "səndən xoşum gəlir" demişdir. O isə Araza cavab verməyib işi ilə məşğul olmuşdur. Bir neçə dəfə də, o, işdə Arazın yanından keçib gedərkən, Araz ona söz atmışdır. O isə Araza cavab verməmişdir. Bir dəfə də Araz idarə etdiyi avtomobili ilə onu yaşadığı evə aparan zaman görmüşdür ki, Araz maşını başqa yerə sürür. O, Arazdan, onu hara apardığını soruşmuşdur. Araz da ona, həmin yerin daş bazarı olduğunu və söhbət etmək üçün onu həmin yerə gətirdiyini bildirmişdir. O da qışqıraraq Araza, ailəli qadın olduğunu, nə üçün onu həmin yerə gətirdiyin və tez onu evinə aparmağını bildirmişdir. Həmin vaxtı Araz da ona, onun subay olduğunu, ya da ərindən boşandığını güman etdiyini bildirmişdir. Bundan sonra, Araz idarə etdiyi avtomobillə onu aparıb yaşadığı evin həyət qapısının qarşısına qoymuşdur. Araz heç vaxt onun evində olmamışdır. Araz bir neçə dəfə fabrikdə onun işlədiyi paketləmə sexinə gəlmişdir. Bir dəfə də Araz sexə gələndə, o, Araza bir də onun işlədiyi sexə gəlməməyini və ailəli qadın olduğunu bildirmişdir. 18 mart 2025-ci il tarixdə, saat 11 radələrində ***-***-**-** mobil telefonunun "whatsapp"na səsli mesaj gəldiyini eşitmişdir. O, mesaja qulaq asanda səsli mesajı göndərənin Araz olduğunu bilmişdir. O, mobil telefonunu əri Müşfiqə verərək, həmin səsli mesaja cavab verməyini bildirmişdir. Müşfiq mesajı açıb qulaq asanda "sən mənə niyə cavab vermirsən, Arazdır" sözlərini eşitmiş və ondan Arazın kimliyini soruşmuşdur. Həmin vaxtı kiçik oğlu Məhəmmədəli otağa daxil olmuş və Müşfiqə "Araz, anamın iş yoldaşıdır və anam ondan həmişə qatıq alır" bildirmişdir. O da Müşfiqə, Arazın işdə həmişə onu narahat etdiyini və ona göz atdığını, ondan xoşu gəldiyini dediyini bildirmişdir. Bundan sonra, Müşfiq onun mobil telefonundan Arazın həmin mobil telefon nömrəsini götürmüş və maşınına oturub evin həyətindən çıxmışdır. O, bazara getmiş və evə bayram bazarlığı etdikdən sonra yaşadığı evə qayıtmışdır. Onların yaşadığı ev 2 mərtəbəlidir, evin 1-ci mərtəbəsindən mətbəx və əşyaların yığıldığı yer kimi istifadə edirlər. Evin 2-ci mərtəbəsindən isə yatmaq və qonaq qarşılamaq üçün istifadə edirlər. O, həmin günü saat 14 radələrində yatıb bir az istirahət etmək üçün evin 2-ci mərtəbəsinə qalxmışdır. O, yataq otağına keçmiş və bu zaman Müşfiqin onu həyətdən çağırdığını eşitmişdir. O, pəncərədən həyətə baxan zaman Müşfiq və Zaurun, Arazı həyətə gətirdiklərini görmüşdür. Onlar evə daxil olub 2-ci mərtəbəyə qalxmağa başlamışlar. O, yataq otağına keçmişdir. Bu zaman Müşfiq yataq otağının qapısını açmış və onu Araza göstərərək, Arazdan onu tanıyıb-tanımadığını soruşmuşdur. Araz da Müşfiqə "hə tanıyıram, iş yoldaşım İranədir, bağışla səhv etmişəm, pox yemişəm" bildirmişdir. Bundan sonra, Müşfiq, onun olduğu yataq otağının qapısını örtmüşdür. O, yataq otağından ümumi otağa çıxmamışdır. Həmin vaxtı Müşfiqin və Zaurun qışqıraraq Arazı döydüklərini eşitmişdir. Sonra isə Müşfiqin Məhəmmədəlinin üstünə qışqıraraq "tez ol videoya çək" dediyini eşitmişdir. Amma, o, yenə də otaqdan çıxmamışdır. Sonra isə Arazın qışqırtı səslərini eşitmişdir. Bir neçə dəqiqədən sonra onların evin 2-ci mərtəbəsindən 1-ci mərtəbəsinə düşdüklərini eşitmişdir. Bir neçə dəqiqədən sonra Müşfiq onu çağırmış və o, otaqdan çıxıb evin 1-ci mərtəbəsinə düşmüşdür. O, Arazı nə evin 1-ci mərtəbəsində, nə də ki, həyətdə görməmişdir. Müşfıq Məhəmmədəlinin telefonunda olan videogörüntüləri ona göstərərkən, o, Müşfiq və Zaurun, Arazı evin 2-ci mərtəbəsinin ümumi otağında döşəmənin üzərinə yıxdıqlarını, Arazın şalvarının aşağı çəkildiyini görmüşdür. O, əli ilə Müşfiqin telefon tutan əlini kənara itələmiş və videogörüntülərə baxmaq istəmədiyini bildirmişdir. Bundan sonra, Müşfiq ona, "Zaurla birlikdə Arazı yerə yıxıb şüşə butulkanı onun arxasına (götünə) soxdum ki, bir də başqalarının arvadlarına sataşmasın" bildirmişdir. O, Arazın harada olduğunu Müşfiqdən soruşmuşdur. Müşfiq də Arazı həyətdən qovduğunu və Arazın harasa çıxıb getdiyini ona bildirmişdir. Müşfiq həmin videonu telefondan silmiş və telefonu Məhəmmədəliyə qaytarmışdır. Həmin gündən etibarən Araz ona yaxınlaşmamış və mobil telefonuna da zəng etməmişdir. Həmin videogörüntüləri oğlu Məhəmmədəli mobil telefonunda bərpa etmiş və videogörüntüləri Lənkəran şəhərində yerləşən telefon dükanında diskə köçürtmüşlər və həmin diski aparıb müstəntiqə vermişlər. Müstəntiq həmin diskə onun, oğlu Məhəmmədəlinin iştirakı ilə baxış keçirmiş və protokol tərtib etmişdir. O və oğlu Məhəmmədəli həmin protokola imza etmişlər. O, heç vaxt Arazla cinsi əlaqədə olmamışdır. Baş vermiş hadisə zamanı yaşadıqları evdə ondan, əri Müşfiqdən, kiçik oğlu Məhəmmədəlidən, Zaurdan və Arazdan başqa heç kim olmamışdır. Həmin vaxtı böyük oğlu Ceyhun Masalh şəhərində kollecdə olmuşdur. Baş vermiş hadisə zamanı qonşularından onların evinə gələn olmamışdır. Cinayət işinin 13-17, 259-263-cü səhifələrində olan məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilməklə tədqiq edilmiş 20 may 2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollar və videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1, dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında CM-nin 133.2.3-cü maddəsində göstərilən cinayətin obyektiv cəhətini qəsdən birgə icra etməklə zərərçəkmiş şəxsə əzab vermişlər. Cinayət işinin 88-91-ci səhifələrində olan məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilməklə tədqiq edilmiş 21 may 2025-ci il tarixli ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə olunmuş istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd DVD diskdə olan video görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs Müqabil oğlunun Təqsirləndirilən şəxs1 idarə etdiyi Cehvrolet Cruze markalı ** BZ *** nömrə nişanlı avtomobilinə oturduğu yer Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən "Beta" çay fabrikinin giriş qapısının qarşısından keçən asfalt yolun kənarında yerləşir. Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 idarə etdiyi həmin avtomobilinə götürdüyü yer Lənkəran şəhəri Fizuli küçəsində yerləşən avtomobil təmiri sexinə dönən yolda yerləşir. Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evi ünvan 7 ünvanında yerləşir. Həmin evin giriş qapısı dəmirdəndir. Ev 2 mərtəbəlidir və mişar daşından inşa olunmuşdur. Evin 1-ci mərtəbəsində bir ümumi otaq vardır. Evin 2-ci mərtəbəsinə qalxmaq üçün daşdan pilləkan vardır. Evin 2ci mərtəbəsinin giriş qapısı taxtadandır. Evin 2-ci mərtəbəsi bir ümumi otaqdan, iki yataq otağından və bir mətbəxdən ibarətdir. Evin həyətə açılan 2 pəncərəsi və sol yan tərəfində 1 pəncərəsi vardır. Hadisənin baş verdiyi ümumi otaqda 1 ədəd masa, 8 ədəd oturacaq, bir ədəd qaz sobası, 1 ədəd televizor, 1 ədəd qövsvari divan və 1 ədəd jurnal masası vardır. Cinayət işinin 83-85-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 may 2025-ci il tarixli, 299 nömrəli rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs Müqabil oğlunda düz bağırsağın arxa keçəcək (anus) nahiyyəsində dəyişikliklər aşkar edildi. Həmin dəyişikliklər (düz bağırsağın sfınktorunun boşalması, şüavari bükümlərdə nisbi hamarlaşma) qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şüşə butulkanın arxa keçəcək nahiyəsinə yeridilməsi (basılması) nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Düz bağırsağın arxa keçəcəyində xəsarət qalmadığı üçün müddət təyin etmək mümkün deyildir. Cinayət işinin 169-170-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2025-ci il tarixli baxış protokolundan görünür ki, 1 (bir) ədəd baltanın dəstək hissəsi ağac materialından hazırlanmışdır, kəsici hissəsi isə dəmir materialından hazırlanmışdır. Şahid1 təqdim etdiyi 1 (bir) ədəd balta iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən istintaq orqanı tərəfindən götürülmüşdür. Cinayət işinin 221-224-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 05 iyun 2025-ci il tarixli, 1846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgilərinə xas olan-inadkarlıq, öz firiklərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına biganəlik, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Cinayət işinin 101-102-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli 303 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs1 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin 103-104-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli 304 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin 156-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 29 may 2025-ci il tarixli, 426 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Cinayət işinin 157-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 29 may 2025-ci il tarixli, 428 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Cinayət işinin 218-219-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 1991-ci ildə Lənkəran şəhərində doğulması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli (himayəsində arvadı, xx.xx.2008-ci il və xx.xx.2010-cu il təvəllüdlü iki övladının olması), fərdi əməklə məşğul olması, məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, iş üzrə onun şəxsiyyətini səciyyələndirən hallardır. Cinayət işinin 218-219-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulması ,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli (himayəsində arvadı, anası, xx.xx.2008-ci il, xx.xx.2010-cu il və xx.xx.2018-ci il təvəllüdlü üç övladının olması), fərdi əməklə məşğul olması, əvvəllər məhkum olunması və məhkumluğu olmayan hesab edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, iş üzrə onun şəxsiyyətini səciyyələndirən hallardır. Cinayət işinin 173-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin 171-172-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, İbadov X2 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətə islah işləri -15% cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə islah işləri cəzasından azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş və götürülmüşdür. Cinayət işinin 37-38-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 20 may 2025-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-58-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2025-ci il tarixdə saat 21:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 142-143-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində həbs növündə qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 may 2025-ci il tarixdə saat 21:55-dən hesablanmışdır. Cinayət işinin 144-147-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində həbs növündə qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 may 2025-ci il tarixdə saat 21:00-dan hesablanmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 133.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 133.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 133.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 133.2.3-cü maddəsi ilə ilə düzgün tövsif edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 1(049)-145/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmiş və Təqsirləndirilən şəxs1 həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə— 133.2. Eyni əməllər: 133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödənilməsini, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, təqsirini boynuna almaqla səmimi peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödənilməsini, həmçinin himayəsində iki uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, təqsirini boynuna almaqla səmimi peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə həmçinin izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. CM-in 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. CM-in 62.1 və 62.2-ci maddələrinin tələbinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli 15 nömrəli qərarının 53-cü bəndində qeyd olunur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62-cı maddəsi tətbiq olunmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Qərarın 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxslə barışmaları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödənilmələrini, zərərçəkmiş şəxsin hazırda və gələcəkdə də təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmaması ilə bağlı qəti mövqeyini, himayələrində azyaşlı və yetkinlik yaşına çatmış övladlarının olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, ailənin yeganə gəlir gətirən şəxsləri olmalarını, eləcə də cinayətin məqsəd və motivini, cinayətin ictimai təhlükəliliyini azadan halları, cinayətin açılmasında fəal kömək edərək etdikləri əməli əvvəlcədən səmimi etiraf etməklə islah yönümlü davranışları müstəsna hal hesab edir və CM-in 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 133.2.3-cü maddəsində müəyyən edilən cəzanın aşağı həddən də az cəza təyin edilməsini mümkün sayır. CM-in 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə maddi sübut – Lənkəran Şəhər Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 1 (bir) ədəd balta məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Maddi sübut – Lənkəran Şəhər Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 1 (ədəd) balta məhv edilsin və 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar