Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-146/2024 21.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Lənkəran rayonu Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, işləməyən, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə 21 may 2024-cü il tarixdə saat 15.59-da baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü ilin yanvar ayının sonlarında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 0,977 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 15:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibində sellofan bükümün içərisindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, ibtidai istintaq zamanı göstərmişdir ki, o, 3 ilə yaxındır ki, bədənində ağrılar olduğu üçün hərdən narkotik vasitə heroini hərdən də metamfetamini qızıdırb tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində olakrən üzdən tanıdığı adını və ünvanını bimədiyi şəxsdən 10 manata 1 ədəd bükümdə şəxsi istifadəsi üçün metamfetamin almışdır. Həmin metamfetaimi qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Lənkəran polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Sonra vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümə baxış keçirmiş və bükümün içərisində metamfetamin aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə metamfetaminin çəkisi 1,06 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olunmuş kütlənin özünə məxsus metamfetamin olduğunu, tutulmamışdan bir neçə saat əvvəl Lənkəran şəhəri Z.Əliyeva küçəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. O Əldə etdiyi metamfetamini tutulduğu gün Z.Əliyeva küçəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata almışdır. Bildirir ki, həmin şəxsin istifadə etdiyi mobil nömrəsini bilmir. Onun harada yaşaması barədə heç bir məlumatı yoxdur. O həmin metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi metamfetamindən heç kəsə satmamış. Həmçinin heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki,əməlindən peşmandır, özü karate növü üzrə idmançı olmuşdur. Xəstə yataq xəstəsi olan anası onun yolunu gözləyir. Anasının onun həbs olunmasından xəbəri yoxdur. Az yaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübut, şəxsi axtarış və götürmə protokolu və həmin protokola əlavə edilmiş DVD disk, ilkin təhqiqat materialları, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi və məhkəmə-psixatriya ekspertizalarının rəyləri ilə təsdiq edilərək sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, Lənkəran rayon Girdəni kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 29 yanvar 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkili Şahid2 və şöbənin polis sahə rəisi Cəfər Məmmədov da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 15:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis bölməsində gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Eynulla Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra sahə polis rəisi Cəfər Məmmədov tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb təqdm etmişdir. Təhqiqatçı tərəfində həmin bükümə baxış keçirildikdə, bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 1,06 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə, o təqdim etdiyi bükümün içərisində olan maddənin metamfetamin olduğunu, metamfetamini tutulmazdan bir neçə saat öncə Lənkəran şəhərində Z.Əliyeva küçəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin psixotrop maddə olan metafetaminə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan psixotrop maddə metafetaminə bənzər maddəni çıxardıb təqdim edərək götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamin özünə məxsus olduğunu etiraf etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının məhkəmə kimyəvi ekspertizasının 29 yanvar 2024-cü il tarixli 19/80 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət: Təqsirləndirilən şəxs üzərində metamfetaminə bənzər kütlə 1 büküm 1,06 qram...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,977 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,927 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə- narkoloji ekspertizasının 01 fevral 2024-cü il tarixli, 86 saylı rəyindən görünür i, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorlarin qəbulundan yaranan asililiq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Qasımov X2 Rayonlararası Psixatiriya Xəstəxanasında xx.xx.2009-cü il tarixdən “ Mülaiym ifadəli dissosvativ (Konversion) pozuntusu, çoxsaylı özünü kəsmələr və döymələrlə, uzun müddətli gedişli” diaqnozu ilə qeyddiyyatdadır. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülicəyə ehtiyyacı yoxdur. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,977 qram olan 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə tədbirlər görülərək müvafiq istiqamətdə əməliyyat-axtarış tədbirləri görülməsi üçün tapşırıq verilmiş, lakin keçirilmiş tədbirlərlə psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narktoik vasitələrin satışı ilə məşqul olması barədə CAB-nə məlumat daxil olmamışdır. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2022-ci il təvəllüdlü Xanağa adlı uşaq olmaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində nümayəndəliyə bir neçə dəfə şikayətlər daxil olmuşdur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarix olmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildən başlayaraq 3 dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2022-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İşdə olan “Maddi sübut hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,997 qram olan psixotrop maddə metamfetamin və üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -0,927 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində əsasən himayəsində bir azyaşlı uşağın olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. Lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhklumluğu ödənilmədiyi dövrdə o, hazırki cinayət əməlini törətmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Bununla yanaşı məhkumluğu dövründə hazırki cinayət əməlinin törətməsi cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından CM-nin 18.4.4-cü maddəsinə əsasən onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və və onun 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,927 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və onun 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,927 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan, təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(049)-146/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-146/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver