Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-146/2025 04.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 15:40 Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili oğlunun iştirakları Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: 26 iyul 1975-ci ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 21 aprel 2025-ci il tarixdə, Lənkəran rayonu Göyşaban kəndi ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi -0,298 qram olmaqla xeyli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 22 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 03:50 dəqiqədə Lənkəran şəhəri İ.Səmədzadə küçəsində piyada şəkildə hərəkətdə olarkən saxlanılaraq orada üstü yoxlanılarkən qeyd olunan miqdarda psixotrop maddə olan metamfetamin 01 (bir) ədəd şəffaf sellofan bükümdə əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 7 ünvanında anası ilə birgə yaşayır. 2007-ci ildə ailə həyatı qursa da, 2010-cu ildə rəsmi şəkildə boşanmışdır. Həmin nikahdan bir qız övladı var və hazırda 15 yaşı vardır. Heç bir xəstəliyi yoxdur. Maşın ustasıdır və bu yolla özünü dolandırır. 30 ildir ki, narkotik vasitə istifadəçisidir. Aludəçi olduğu üçün narkotik vasitə istifadə edir. Son 2 il müddət olarmış ki, narkotik vasitədən çox az istifadə edir. Sonuncu dəfə 21 aprel 2025-ci il tarixdə yenidən narkotik vasitə istəyirmiş. Adətən istifadə etdiyi vaxtlarda da Lənkəran rayonu Göyşaban kənd ərazisində olan dəmiryol xəttinin yanına gedərək orada gözləyirmiş. Üzdən tanıdığı lakin şəxsiyyəti barədə heç bir məlumatının olmadığı bir şəxs həmin ərazidə görsənirmiş və onu da istifadəçi kimi tanıyırmış, beləliklə ondan narkotik vasitə əldə edirmiş. 21 aprel 2025-ci il tarixdə təxminən günorta saatları 15-16 radələri olarmış ki, yenidən avtobusla yaşadığı yerdən Lənkəran rayonu Göyşaban kəndində getmişdir. Həmin ərazidə olan dəmiryol xəttinin yanında bir qədər gözləməli olmuşdur çünki, üzdən tanıdığı adam orada deyilmiş, təxminən 45-50 dəqiqə gözlədikdən sonra həmin şəxs orada görünmüşdür. O dərhal ona yaxınlaşmış və metamfetamin istəmiş, həmin şəxs bunun qarşılığında 10 manat istəmişdir. O 10 manat vermiş 1 büküm metamfetamini almış və dərhal oradan uzaqlaşmışdır. Yenidən avtobusla yaşadığı ünvana gəlmiş, lakin metafetamini hələki istifadə etməmiş, çünki istəmirmiş, düşünmüşdür ki, ürəyi istədiyi zaman istifadə edəcək. Həmin metamfetamin də gödəkçənin cibində qalmışdır. Gecə saatlarında siqareti bitdiyi üçün dükana getmək qərarına gəlmiş və evdən çıxmışdır. Siqareti almış, evə qayıdarkən təxminən saat 04 radələri olarmış, 3 nəfər şəxsin ona yaxınlaşdığını görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini Lənkəranın polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Daha sonra narkotik vasitə istifadəsi ilə bağlı şübhəli olduğunu bildirərək, üzərini yoxlayacaqlarını demişlər. Üzərini yoxlamamış, ona nə qanunsuz əşyası varsa təqdim etməyini istəmişlər. O da gödəkçənin ciblərində olan hər şeyi çıxarmış, gödəkçənin sol yan cibində də gündüz aldığı 1 büküm metamfetamini də təqdim etmişdir. Həmin metafetamin polis əməkdaşları tərəfindən tərəzi ilə çəkilmişdir. Üzərinə də baxış keçirmişər. Lakin başqa heç nə aşkarlanmamışdır. İki ədəd telefonunu polis əməkdaşları götürmüşlər və 1 büküm metamfetamini zərfə qoymuşlar. O da zərfin üzərini imzalamışdır. Bunlar baş verərkən polis əməkdaşlarından biri video ilə olanları qeydə alırmış. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə icraatına məlumatlar daxil olmuşdur. Bu barədə məlumat icraatına qəbul edilmiş və həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa Lənkəran ŞRPŞ-nın CAB-ın baş əməliyyat müəkkili polis mayoru Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 da olmuşdur. 22 aprel 2025-ci il tarixdə saat 03:50 radələrində rəhbərliyi altında Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ərazisinə çıxaraq müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin ərazidə yaşayan və mütəmadi hərəkətdə olan Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. Onlar bir qədər müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs Lənkəran şəhəri İ.Səmədzadə küçəsində piyada hərəkətdə olan zaman aşkar edərək saxlamışlar. Rəhbəri olduğu əməliyyat qrupunun üzvləri və özünü polis əməkdaşı kimi təqdim edib və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif etmişdir. O, əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd Redmi markalı, 1 (bir) ədəd Kgtel markalı mobil telefonları və 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə, həmin gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqan, 1 ədəр təsbeh, 1 ədəd siqaret qutusu çıxararaq mənə təqdim etdi. Təqsirləndirilən şəxs üstundə olanları təqdim etdikdən sonra tərəfindən üstu yoxlanıldı və qanunla qadağan edilmiş hər-hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Əynində olan gödəkçənin sol yan cibindən çıxardığı 1 ədəd psixotrop maddə metafetaminə bənzər kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və kütlənin çəkisi 0,36 (sıfır tam yüzdə otuz altı) qram təşkil etmişdir. Daha sonra pxsixotroр maddə olan metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütləni kimdən, haradan, nə vaxt və neçəyə əldə etməsi sual verildikdə, sonuncu cavab olaraq bugün gün yəni 22 aprel 2025-ci il tarixdə Lənkəran rayonu Göyşaban kəndi ərazisində üzdən tanıdığı, haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərinde qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və başqa heç nə aşkar olunmamışdır. Keçirilən əməliyyat tədbiri zamanı bütün hərəkətlər əməliyyat qrupunun üzvü olan polis mayoru Şahid2 Baləddin oğlu tərəfindən videokamera vasitəsiylə qeydə alınmışdır. Daha sonra saxlanılan şəxs polis şöbəsinə gətirilmişdir. Şöbədə araşdırmanın davam etdirilməsi üçün Lənkəran ŞRPŞ-nın TB-nın təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyliyə yaxınlaşmılar. Təhqiqatçı tərəfindən xidməti otaqda bir ədəd zərfdə təqdim olunmuş əşyaya videokamera vasitəsiylə baxış keçirilmiş və baxış keçirildikdən sonra yenidən təqdim olunmuş əşya eyni zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Bundan sonra protokol istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə baş əməliyyat müvəkkili Şahid3 məlumatlar daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa Lənkəran ŞRPŞ-nın CAB-ın baş əməliyyat müəkkili polis mayoru Şahid2 və həmin bölmənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 olmuşdur. Qrupa rəhbərliyi Şahid3 yerinə yetirmişdir. 22 aprel 2025-ci il tarixdə saat 03:50 radələrində rəhbərliyi altında Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ərazisinə çıxaraq müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin ərazidə yaşayan və mütəmadi hərəkətdə olan Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. Onlar bir qədər müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs Lənkəran şəhəri İ.Səmədzadə küçəsində piyada hərəkətdə olan zaman aşkar edərək saxlamışlar. Şahid3 rəhbəri olduğu əməliyyat qrupunun üzvləri və özünü polis əməkdaşı kimi təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. O, əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd Redmi markalı, 1 (bir) ədəd Kgtel markalı mobil telefonları və 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə, həmin gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqan, 1 ədəр təsbeh, 1 ədəd siqaret qutusu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündə olanları təqdim etdikdən sonra Şahid3 onun üstünü yoxlamış və qanunla qadağan edilmiş hər-hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Əynində olan gödəkçənin sol yan cibindən çıxardığı 1 ədəd psixotrop maddə metafetaminə bənzər kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və kütlənin çəkisi 0,36 (sıfır tam yüzdə otuz altı) qram təşkil etmişdir. Daha sonra pxsixotroр maddə olan metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütləni kimdən, haradan, nə vaxt və neçəyə əldə etməsi sual verildikdə, sonuncu cavab olaraq bugün gün yəni 22 aprel 2025-ci il tarixdə Lənkəran rayonu Göyşaban kəndi ərazisində üzdən tanıdığı, haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərinde qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və başqa heç nə aşkar olunmamışdır. Keçirilən əməliyyat tədbiri zamanı bütün hərəkətlər əməliyyat qrupunun üzvü olan polis mayoru Şahid2 Baləddin oğlu tərəfindən videokamera vasitəsiylə qeydə alınmışdır. Daha sonra saxlanılan şəxs polis şöbəsinə gətirilmişdir. Şöbədə araşdırmanın davam etdirilməsi üçün Lənkəran ŞRPŞ-nın TB-nın təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyliyə yaxınlaşmılar. Təhqiqatçı tərəfindən xidməti otaqda bir ədəd zərfdə təqdim olunmuş əşyaya videokamera vasitəsiylə baxış keçirilmiş və baxış keçirildikdən sonra yenidən təqdim olunmuş əşya eyni zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Bundan sonra protokol istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalamışdır. Məhkmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 Baləddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə baş əməliyyat müvəkkili Şahid3 məlumatlar daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa Lənkəran ŞRPŞ-nın CAB-ın baş əməliyyat müəkkili polis mayoru Şahid3 və həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 olmuşdur. Qrupa rəhbərliyi Şahid3 yerinə yetirmişdir. 22 aprel 2025-ci il tarixdə saat 03:50 radələrində rəhbərliyi altında Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ərazisinə çıxaraq müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin ərazidə yaşayan və mütəmadi hərəkətdə olan Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. Onlar bir qədər müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs Lənkəran şəhəri İ.Səmədzadə küçəsində piyada hərəkətdə olan zaman aşkar edərək saxlamışlar. Şahid3 rəhbəri olduğu əməliyyat qrupunun üzvləri və özünü polis əməkdaşı kimi təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. O, əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd Redmi markalı, 1 (bir) ədəd Kgtel markalı mobil telefonları və 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə, həmin gödəkçənin sağ yan cibindən isə 1 ədəd alışqan, 1 ədəр təsbeh, 1 ədəd siqaret qutusu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündə olanları təqdim etdikdən sonra Şahid3 onun üstünü yoxlamış və qanunla qadağan edilmiş hər-hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Əynində olan gödəkçənin sol yan cibindən çıxardığı 1 ədəd psixotrop maddə metafetaminə bənzər kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və kütlənin çəkisi 0,36 (sıfır tam yüzdə otuz altı) qram təşkil etmişdir. Daha sonra pxsixotroр maddə olan metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd psixotrop maddə olan metafetaminə bənzər kütləni kimdən, haradan, nə vaxt və neçəyə əldə etməsi sual verildikdə, sonuncu cavab olaraq bugün gün yəni 22 aprel 2025-ci il tarixdə Lənkəran rayonu Göyşaban kəndi ərazisində üzdən tanıdığı, haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərinde qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və başqa heç nə aşkar olunmamışdır. Keçirilən əməliyyat tədbiri zamanı bütün hərəkətlər onun tərəfindən videokamera vasitəsiylə qeydə alınmışdır. Daha sonra saxlanılan şəxs polis şöbəsinə gətirilmişdir. Şöbədə araşdırmanın davam etdirilməsi üçün Lənkəran ŞRPŞ-nın TB-nın təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyliyə yaxınlaşmılar. Təhqiqatçı tərəfindən xidməti otaqda bir ədəd zərfdə təqdim olunmuş əşyaya videokamera vasitəsiylə baxış keçirilmiş və baxış keçirildikdən sonra yenidən təqdim olunmuş əşya eyni zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Bundan sonra protokol istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalamışdır. Cinayət işinin 11-13-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli "əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında" protokol və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd psixotrop maddə ümumi çəkisi: - 0.36 qram olan metamfetamin qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi madddənin metamfetamin olduğunu bildirərək, ona məxsus olduğunu və Lənkəran rayonu Göyşaban kəndi ərazisində, əvvəllər tanımadığı şəxsdən 10 (on) manat müqabilində aldığını bildirmişdir. Cinayət işinin 16-17-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 23 aprel 2025-ci il tarixli "Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında" protokol və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çəkisi 0.36 qram olan 1 ədəd bükümdə olan metamfetaminə baxış keçirilmiş və ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 51-53-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 19/167 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə olan metafetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə çəkisi: -0,298 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Cinayət işinin 108-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 01 iyul 2025-ci il tarixli 396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının təqdim etdiyi 25 aprel 2025-ci il tarixli, 334 nömrəli məktubdan görünür ki, Quliyev X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Cinayət işinin 73-75-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonucu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay (iki il altı ay) müddətində azdlıqdan məhrum edilmiş və xx.xx.2006-cı il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə 9 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmişdir. Cinayət işinin 105-106-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram (qalıq-0,248 qram) psixotrop maddə metamfetamin və videogörüntülərin yazıldığı iki ədəd DVD disk maddi sübut hesab edilmişdir. Cinayət işinin 126-130-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,248 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 2 ədəd DVD disk (şübhəli şəxsin üstünün yoxlanılmasına dair istintaq hərəkətində qeydə alınmış video görüntülərin və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətinin aparılmasına dair qeydə alınmış video görüntülər yazılmış) cinayət işinin materiallarında saxlanılmışdıır. Cinayət işinin 30-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma” protokolundan görünür ki, 22 aprel 2025-ci il tarixdə, saat 05:05 dəqiqədə Quliyev X4 ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 90-91-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli protokol və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, bir ədəd “Redmi Note 9” və bir ədəd “KGTEL” markalı mobil telefonda cinayət işi üçün hər hansı əhəmiyyət kəsb edən məlumat əldə olunmamış və Poco markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməməsi, Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşaması, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xasiyyətləndirilməsi onu səciyyələndirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə onun cəzasını yügülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0,298 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona cəza təyin edilərkən CM-nin 69.3-cü maddəsinin tələbləri nəzə alınmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,248 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 04 (dörd) gün müddət çıxılmaqla üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində X3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,248 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-146/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-146/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver