Məhkəmə qərarları › İş №1(049)-147/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-147/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-147/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əİbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyun 2024-cü il tarixdə, saat 11.33-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 06 noyabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən Lənkəran bələdiyyəsinin mülkiyyətində olan “Rus” qəbristanlığımn ərazisinə daş hasardan tullanaraq daxil olub, həmin qəbristanlıqda olan qəbirlərin ətrafına çəkilmiş hər birinin qiyməti 50 manat olmaqla cəmi 550 manat qiymətində 11 metr dəmir metaldan hazırlanmış məhəccərləri gizli olaraq talamaqla zərərçəkmiş şəxs - Lənkəran bələdiyyəsinə ümumilikdə 550 manat qiymətində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 09 noyabr 2023-cü il tarixdə saat təxminən 02 radələrində Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən Lənkəran bələdiyyəsinin mülkiyyətində olan “Rus” qəbristanlığımn ərazisinə daş hasardan tullanaraq daxil olub, həmin qəbristanlıqda olan qəbirlərin ətrafına çəkilmiş hər birinin qiyməti 50 manat olmaqla cəmi 250 manat qiymətində 05 metr dəmir metaldan hazırlanmış məhəccərləri gizli olaraq talamaqla zərərçəkmiş şəxs- Lənkəran bələdiyyəsinə ümumilikdə 250 manat qiymətində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 12 noyabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən Lənkəran bələdiyyəsinin nəzdində olan “Rus” qəbristanlığımn ərazisinə daş hasardan tullanaraq daxil olub, həmin qəbristanlıqda olan qəbirlərin ətrafına çəkilmiş hər birinin qiyməti 50 manat olmaqla cəmi 700 manat qiymətində 14 metr dəmir metaldan hazırlanmış məhəccərləri gizli olaraq talamaqla zərərçəkmiş şəxs- Lənkəran bələdiyyəsinə ümumilikdə 700 manat qiymətində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran şəhərində anası və bacısı ilə birlikdə yaşayır. Yaşadığı evə yaxınlığında rus qəbristanlığı vardır. 06 noyabr 2023-cü il tarixdə, gecə saatlarında uzun müddət işsiz olduğundan qəbristanlığın içərisində olan qəbirlərin ətrafında düzəldilmiş dəmir məhəccərlərin oğurlayıb sataraq gəlir əldə etmək istəmişdir. Buna görə də qəbristanlığın içəriinə daxil olub bir neçə rus qəbirlərinin ətrafında düzəldilmiş dəmir məhəccərləri sökərək bir-birindən ayırmışdır. Daha sonra həmin dəmir məmulatlarını qəbristanlıqdan kənarda bir yerə yığaraq səhəri günü 07 noyabr 2023-cü il tarixdə səhər torbalara yığıb dəmir məmulatları alan yerə apararaq kilosunu 43 qəpikdən satmışdır. Aldığı pulu şəxsi tələbatına ödəmişdir. Bundan sonra pulu bitdiyindən yenidən 09 noyabr 2023-cü il tarixdə gecə saatlarında qəbristanlığa gələrək bir neçə qəbirin ətrafında olan dəmir məhəccərləri söküb bir-birindən ayırmış və qəbristanlıqdan kənara çıxarıb gizlətmiş, 10 noyabr 2023-cü il tarixdə səhər saatlarında onları torbalara yığıb yenidən dəmir məmulatları olan yerə apararaq satmışdır. Həmin gün əldə etdiyi pula isə spirtli içki alaraq istifadə etmişdir. 12 noyabr 2023-cü il tarixdə gecə saatlarında yenidən həmin qəbristanlığa gəlib bir neçə məzarın dəmir məhəccərləri sökərək qəbristanlıqdan kənara çıxararaq bir yerə yığmış və 13 noyabr 2023-cü il tarixdə onları apararaq dəmir məmulatlarını alan yerə satmışdır. 14 noyabr 2023-cü il tarixdə həmin qəbristanlığa nəzarət edən Saşa olaraq tanıdığı Əliisa həmin dəmir məhəccərlərin olmadığını aşkarlamış və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Buna görə də Lənkəran ŞRPŞ-nin əməkdaşları onu Lənkəran ŞRPŞyə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra törətdiyi oğurluq hadisəsini könüllü etiraf etmişdir. Törətdiyi oğurluq əməlindən peşimandır. Əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş hüquqi şəxslə barışaraq ona vurduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş hüquqi şəxs ondan şikayətçi və tələbkar deyildir. Buna görə və xəstə anasının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin cinayət əməli, öz etirafı ilə yanaşı, baxış keçirilməsi haqqında və ifadənin yerində yoxlanılması protokolları, mütəxəssis rəyi, əməliyyat tapşırığına verilmiş cavab, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, Lənkəran şəhər bələdiyyəsinin ərazisində olan “Rus” qəbristanlığına nəzarət edən Əlisa Əsgərov xx.xx.2023-cü il tarixdə qəbristanlığa olduğu zaman qəbirlərin ətrafında olan dəmir məhəccərlərinin çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək qəbristanlıqdan oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Bundan sonra hesablama aparılmış və naməlum şəxslərin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qəbristanlığa daxil olaraq qəbirlərin ətrafına çəkilmiş cəmi qiyməti təxminən 1500 manat olan 30 metr dəmir məhəccərləri oğurlayaraq aparması barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində Lənkəran şəhər bələdiyyəsinə ümumilikdə təxminən 1500 manat ziyan dəymişdir. Sonradan bilmişdir ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Əlavə olaraq məhkəməyə Lənkəran bələdiyyəsinin sədrinin möhürü ilə təsdiqlənmiş məktubu təqdim edərək bildirmişdir ki, təqsirləndirlən şəxslə barışmışlar, təqsirləndirlən şəxs onlara vurduğu ziyanı tam olaraq ödəmiş, ondan şikayətçi və tələbkar deyillər. Buna görə də təqsirləndirlən şəxsin həbs olunmasını istəmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 1992ci ildən Lənkəran Slavyan və sadrujstvo cəmiyyətlərinin sədri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Provaslav din xadimlərinin dini mərasimi keçirilmişdir. O da həmin mərasimdə iştirak etmişdir. Həmin vaxt qəbristanlıqda olan qəbirlərin ətrafına çəkilmiş dəmir məhəccərlər yerində olmuşlar. xx.xx.2023-cü il tarixdə qəbristanlığı yoxlamaq və kilsəni sahmana salmaq üçün qəbristanlığa getmiş və qəbristanlıqda olan qəbirlərin ətrafında olan dəmir məhəccərlərinin bir hissəsinin çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Dərhal fikirləşmişdir ki, kimlərsə qəbirlərin dəmir məhəccərlərin müəyyən hissəsini yerindən çıxararaq oğurlamış və müəyyən hissəsini isə oğurlamaq üçün hazır vəziyyətdə qoymuşdur. Buna görə də xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək qəbristanlıqdan oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirdərək getmişlər. Sonradan məlum olmuşdur ki, dəmir məhəccərlərini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər Şahid1 Baləddin oğlu və Şahid2 lazımı qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Dövlət ittihamçısının vəsatəti əsasında onların ibtidai istimtaq zamanı verdikləri ifadələr elan olunmuş hesab edilmişdir. Şahid1 Baləddin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən Lənkəran şəhər bələdiyyəsinin nəzdində olan “Rus” qəbristanlığmda oğurluq hadisəsinin baş verməsini öyrənmiş və bundan sonra xx.xx.2023-cü il tarixdə hadisə yerinə gəlmişlər. Hadisə yerində Lənkəran şəhər sakini Şahid3 onun nəzarət etdiyi “Rus” qəbristanlığına naməlum şəxs və ya şəxslər tərəfindən hasarı tullanaraq qəbiristanlıq ərazisinə daxil olub orada yerləşən qəbir daşlarının ətrafına hörülmüş dəmir armaturların, məhəccərlərin sökülərək oğurlanmasının bildirdi və biz də bunun şahidi olduq. Belə ki, naməlum şəxs və ya şəxslər ümumilikdə 30 metr olmaqla təxminən 1500 manat dəyərində dəmir məhəccərləri oğurlamışlar. Hadisə yerinə çıxmış təhqiqatçı hadisə yerini müayinə etmiş. Bundan sonra üzərindən bir neçə gün keçmişdir ki, həmin qəbiristanlığa girmiş şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. Belə ki, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, sözügedən qəbiristanlıqdan oğurluq etmiş Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən “Rus” qəbiristanlığına daxil olaraq oradan 11 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə 550 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə təkrar həmin qəbiristanlığa gələrək 05 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə ümumilikdə 250 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs son olaraq 12 noyabr 2023-cü il tarixdə təkrarən “Rus” qəbiristanlığına girərək oradan 14 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə ümumilikdə 700 manat maddi ziyan vurmuşdur. 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Lənkəran ŞRPŞ-ya dəvət olunmuş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən Lənkəran bələdiyyəsinin nəzdində olan “Rus” qəbiristanlığından ümumi sayı 30 metr olan 1500 manat dəyərində dəmir məhəccərləri oğurlamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞnin İTB-nin polis sahə rəisi xidmət edir, polis leytenantıdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən Lənkəran şəhər bələdiyyəsinin nəzdində olan “Rus” qəbristanlığmda oğurluq hadisəsinin baş verməsini öyrənmiş və bundan sonra xx.xx.2023-cü il tarixdə hadisə yerinə gəlmişlər. Hadisə yerində Lənkəran şəhər sakini Şahid3 onun nəzarət etdiyi “Rus” qəbristanlığına naməlum şəxs və ya şəxslər tərəfindən hasarı tullanaraq qəbiristanlıq ərazisinə daxil olub orada yerləşən qəbir daşlarının ətrafına hörülmüş dəmir armaturların, məhəccərlərin sökülərək oğurlanmasının bildirdi və biz də bunun şahidi olduq. Belə ki, naməlum şəxs və ya şəxslər ümumilikdə 30 metr olmaqla təxminən 1500 manat dəyərində dəmir məhəccərləri oğurlamışlar. Hadisə yerinə çıxmış təhqiqatçı hadisə yerini müayinə etmiş. Bundan sonra üzərindən bir neçə gün keçmişdir ki, həmin qəbiristanlığa girmiş şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. Belə ki, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, sözügedən qəbiristanlıqdan oğurluq etmiş Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən “Rus” qəbiristanlığına daxil olaraq oradan 11 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə 550 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan sonra o, xx.xx.2023cü il tarixdə təkrar həmin qəbiristanlığa gələrək 05 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə ümumilikdə 250 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs son olaraq 12 noyabr 2023-cü il tarixdə təkrarən “Rus” qəbiristanlığına girərək oradan 14 metr dəmir məhəccəri oğurlamaqla Lənkəran bələdiyyəsinə ümumilikdə 700 manat maddi ziyan vurmuşdur. 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Lənkəran ŞRPŞ-ya dəvət olunmuş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən Lənkəran bələdiyyəsinin nəzdində olan “Rus” qəbiristanlığından ümumi sayı 30 metr olan 1500 manat dəyərində dəmir məhəccərləri oğurlamışdır. İşdə olan 14 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən “Rus” qəbiristanlığıdır. Naməlum şəxs və ya şəxslər qəbiristanlığa daxil olaraq orada yerləşən qəbirlərin ətrafına hörülmüş dəmir armaturlardan hazırlanmış məhəccərləri sökərək oğurlamışlar. İşdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş ümumi uzunluğu 11 metr olan 150x100 sm ölçüdə polad çubuqlardan (armatur-prud) çərçivə şəklində hazırlanmış yuxarı uc hissələrinə bəzəklər vurulmuş dəmir məhəccərin 1 metrinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 550 manatdır. Qeyd olunmuş ümumi uzunluğu 5 metr olan 150x100 sm ölçüdə polad çubuqlardan (armatur-prud) çərçivə şəklində hazırlanmış yuxarı uc hissələrinə bəzəklər vurulmuş dəmir məhəccərin 1 metrinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 250 manatdır. Qeyd olunmuş ümumi uzunluğu 14 metr olan 150x100 sm ölçüdə polad çubuqlardan (armatur-prud) çərçivə şəklində hazırlanmış yuxarı uc hissələrinə bəzəklər vurulmuş dəmir məhəccərin 1 metrinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 700 manatdır. Qeyd olunan əşyalarının qiymətləri tələb və təklifə uyğun olaraq bazarda müəyyən olunduğundan görə qeyd olunan qiymətlər dəyişə bilər. Mütəxəssis xərci 30 manat təşkil eləyir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən, Lənkəran şəhər bələdiyyəsinin nəzdində olan “Rus” qəbiristanlığından 11 metr dəmir məhəccər, xx.xx.2023-cü il tarixdə qanunsuz daxil olaraq 05 metr dəmir məhəccər və 12 noyabr 2023-cü il tarixdə isə 14 metr dəmir məhəccər oğurlamaqla ümumilikdə 30 metr dəmir məhəccər oğurlamışdır. Təqsirləndirilən şəxs bu əməli törətməsində ona köməklik göstərən şəxs və ya şəxslərin olması bardə heç bir məlumat əldə edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs digər cinayət əməllərində iştirakının olması barədə məlumat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məhkumluq yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. İşdə olan tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Roman Yuryeviç barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, tutulmadan azad edilmişdir. İşə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Lənkəran bələdiyyəsinə dəymiş maddi ziyan təqsirləndirlən şəxs tərəfindən tam olaraq ödənilmiş, buna görə də Təqsirləndirilən şəxs şikayətləri yoxdur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidi dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 21 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərəçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 30 manat məhkəmə xərci tutularaq “Liman şəhər İstehsal- İstehlak Kooperativi Cəmiyyəti”nin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 02 (iki) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Roman Yuryeviçin üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 30 manat məhkəmə xərci tutularaq aşağıdakı hesaba köçürülməlidir: Bank Respublika Lənkəran filialı, kod 504357 VOEN **********, m/h AZ80NABZ**********0000014944, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar