Məhkəmə qərarları › İş №1(049)-148/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-148/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-148/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə 29 avqust 2000-ci il tarixdə Lənkəran rayon, Darquba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, həmkəndlisi olan bibisi Zərərçəkmiş şəxs 28 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində onun evinə qonaq gəldiyini görüb, bibisinin evindən heç kəsin olmadığından əmin olduğu üçün bibisi Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonun Kərgəlan kəndində yerləşən yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarın gəlib, bu məqsədlə həmin gün saat 20 radələrində piyada qeyd olunan evə gələrək, evin hasarından keçməklə evin həyətinə və evin arxa hissəsində olan plastik pəncərəni möhkəm sıxıb açmaqla Lənkəran rayonu, Kərgələn kəndində yerləşən həmin yaşayış evinə qanunsuz daxil olaraq orada axtarış apararkən evin qonaq otağında saxlanc yeri hesab edilən güzgülü dolabın siyirməsində aşkar etdiyi, bibisi Zərərçəkmiş şəxs məxsus çəkisi 10 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 850 manat qiymətində qızıl bilərzik və çəkisi 5 qram olan, 583 əyarlı, 01 (bir) ədəd 425 manat qiymətində qızıb kloun olmaqla, cəmi 1275 (min iki yüz yetmiş beş) manat qiymətində əmlakı yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X4 ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, maddi sıxıntıları olduğu üçün cinayəti törətmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində bibisi Zərərçəkmiş şəxs əri ilə birlikdə onların evinə qonaq getmişlər. O, həmin müddətdə bibisinin evində heç kim olmamağından istiafə edib həmin evə getmişdir. Saat 20 radələrində Lənkəran rayonun Kərgəlan kəndində yerləşən bibisinin evinin hasarından keçməklə evin həyətinə və evin arxa hissəsində olan plastik pəncərəni möhkəm sıxıb açmaqla evə girmişdir. Evin qonaq otağında saxlanc yeri hesab edilən güzgülü dolabın siyirməsində 1 ədəd bilərik 1 ədəd kloun götürüb evə qayıtmışdır. O, evə qayıdan zaman bibisigil evdə olmuşlar. Bir qədər sonra isə polis əməkdaşları gəlmiş və o, törətdiyi əməli etiraf etmişdir. Hazırda zərərçəkmişlə barışmış ona dəymiş ziyanı tam ödəmişdir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonun Kərgəlan kəndində ailəsi ilə bilikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində əri X6 ile birlikdə bir kənddə yaşayan qardaşı Əmirin evinə qonaq getmişlər. Evdə heç kim olmamışdır. Həmin gün saat 21 radələrində evə qayıtmışlar. Evə daxil olduqda evin arxa tərəfindən açılan pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. O evdən oğurluq olmasından şübhələnib tez qızıl əşyalarının saxladığı zalda olan güzgülü dolaba baxmışdır. Dolabın aşağısında olan siyirtmədə qoyduğu özünə məxsus bir ədəd qızıl bilərzik və bir ədəd klounu yerində olmadığını görmüşdür. Bu zaman oğlu Xudaverdiyə zəng etmişdir. O da DİN- 102 xidmətinə zəng etmişdir. Sonra polis əməkdaşları onlara gəlmişlər. Hadisə yerinə baxış keçirmişlər. O polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. O polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra həmin oğurluğu onunla bir kənddə yaşayan qardaşı Əmirin oğlu Təqsirləndirilən şəxs tərəfində törədilməsi məlum olmuşdur. İlkinin evinə əri ilə birlikdə getmişlər. Onlara getdikdən bir qədər sonra İlkin evinə əri ilə getmişdir. Üstündən təxminən 30 dəqiqə sonra İlkin evə gəlmişdir. O həmin vaxt İlkindən şübhələnməmişdir. Ona məxsus evdə baş vermiş oğurluqda bir ədəd 10 qram çəkisi olan, 583 əyarlı, 700 manat qiymətində qızıl bilərziyi və 5 qram çəkisi olan, 583 əyarlı 230 manat qiymətində qızıl klounu oğurlanmışdır. Lakin sonradan polis tərəfindən ona məxsus qızıl bilərzik və qızıl klonu təqdim olunmuşdur. Ona vurulmuş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarçı heç bir şikayıt tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Kərgəlan kəndində yaşayır. Zərərçəkmiş şəxs onun analığıdır. O ikinici dəfə atası X6 ilə ailə qurmuşdur. Onlar kənddə ondan ayrı evdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə olarkən Şahnaz ona zəng edərək evdə olmadığı vaxtda evində oğurluq olduğunu bildirmişdir. O da Şahnaza DİN-nin 102-xidmətinə məlumat verməsini desə də, Şahnaz isə ona bacarmadığını demişdir. O da buna görə həmin vaxt DİN-nin 102-xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Sonra özü də Zərərçəkmiş şəxs evinə getmişdir. Şahnaz ona evindən bir ədəd qızıl bilərzik və bir ədəd qızıl kloun oğurlandığını demişdir. Zərərçəkmiş şəxs evinə polis əməkdaşları gəlib ora baxış keçirmişlər. Sonra Şahnaz evindən oğurluq olmas barədə ərizə Lənkəran ŞRPŞ- na müraciət etmişdir. Şahnaz ərizə ilə Lənkəran polis şöbəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, həmin qızılları onunla bir kəndə yaşayan qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Sonra həmin qızılları polis əməkdaşlarının vasitəsi ilə Şahnaza qaytarılmışdır. Cinayət işinin 6-10 və 41-44 vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 28 yanvar 2024-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qızıl bilərzik və kloun Zərərçəkmiş şəxs tanınmaya təqdim olunarkən Zərərçəkmiş şəxs həmin qızılları tanıyaraq ona məxsus olduğunu və Təqsirləndirilən şəxs tərəfindən evindən oğurlanan həmin qızıl bilərzik və qızıl kloun olduğunu təsdiq etmişdir. Cinayət işinin 71-73-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 fevral 2024-cü il tarixli 19/153 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl- zinət əşyalarının orta istismar müddəti və orta intensivliyi parametrlərinə uyğun olaraq 2024- cü ilin yanvar ayına olan orta bazar qiyməti çəkisi 10 qram olan 583 əyarda bir ədəd qızıl bilərzik 850,00 manat, çəkisi 5 qram olan 583 əyarda bir ədəd qızıl kloun 425,00 manat qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 1275,00 manat müəyyən edilir. Cinayət işinin 58-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon, Kərgəlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə ictimai işlərdə, abadlıq işlərində fəal iştirak etmişdir, onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 97-100-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 10 aprel 2024-cü il tarixli “Maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, bir ədəd qızıl bilərzik və bir ədəd qızıl klon maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli CMin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X4 həmin tarixdə, saat 17.00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin gün, saat 16.00-da MSY-dən azad edilmişdir. Cinayət işinin 66-67,82-92-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbanmədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdə Aministiya qərarına əsasən cəzadan azad edilmişdir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxs X3 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın məbləğini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən X2 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla ümumi müddət cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən X2 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - bir ədəd qızıl bilərzik və bir ədəd qızıl klonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfini təşkil edən 60 manat məbləğində pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə yaşayış yerini saat 00:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - bir ədəd qızıl bilərzik və bir ədəd qızıl klonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfini təşkil edən 60 manat məbləğində pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası X2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar