Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-149/2024 15.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:40 xx.xx.1994-cü ildə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 124-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin may ayının əvvəllərində Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Mülki müdafiə alayının Qəza-xilasetmə taborunun Mühəndis-texniki bölüyünün Su çəkmə taqımının Su çəkmə manqasının baş xilasedicimühərrikçisi vəzifəsində işləyən Lənkəran rayonunun Daşdaleqjar kənd sakini Zərərçəkmiş şəxs2 qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs2 vəzifəsini Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə Xidmətinə dəyişəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanaraq bunun müqabilində Zərərçəkmiş şəxs2 7000 manat məbləğində pul istəmiş, sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 21:22-də Lənkəran rayonu Şürük kəndi, Favorit marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş adına olan m10 hesabına köçürdüyü 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə, saat 14:19-da ünvan 1 ünvanında quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə adına olan "xxxx"a məxsus 5261 6333 3392 2152 nömrəli kart hesabına köçürdüyü 750 manat məbləğində, 07.0.2023-cü il tarixdə, saat 21:14-də Lənkəran rayonu Mamusta kəndi, Anar marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş adına olan m10 hesabına köçürdüyü 1000 manat məbləğində və xx.xx.2023-cü il tarixdə, saat 21:19-da Lənkəran rayonu Hirkan qəsəbəsi, Həsən marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş adına olan m10 hesabına köçürdüyü 2000 manat məbləğində məbləğində olmaqla ümumilikdə 4750 manat məbləğində pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 29 iyun 2023-cü il tarixdə Lənkəran rayonunun Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs1 qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu deyib özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş oğlu X9 həbsdən azad etdirəcəyi barədə yalandan vəd verib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanaraq bunun müqabilində 2023-cü ilin iyul ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmayan tarixdə sonuncunun yaşadığı ünvan 3ində yerləşən evində 2000 manat məbləğində, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 20:07-də Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə istifadə etdiyi X3 adına olmaqla "xxxx"a məxsus 4169 7388 4158 6419 nömrəli kart hesabına köçürdüyü 4000 manat məbləğində, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3ində yerləşən evində ona əlbəəl verdiyi 15.000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə, saat 15:27-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, UFA marketdə quraşdırımış MilliÖn elektron ödəmə sistemi vasitəsilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş adına olan m10 hesabına köçürdüyü 3800 manat məbləğində və xx.xx.2023-cü il tarixdə, saat 14:37də Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə adına olan "xxxx"a məxsus 5261 6333 3392 2152 nömrəli kart hesabına köçürdüyü 1000 manat məbləğində olmaqla ümumilikdə 25.800 manat məbləğində pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 25800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin sentyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə Lənkəran rayonunun Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs1 qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs1 inam və etibarını qazanıb sonuncunun Lənkəran şəhərində ipoteka yolu ilə yeni aldığı mənzilə 3 ədəd sayğac quraşdırılması üçün 1500 manat və ipoteka işini həll edən şəxsə verilməsi adı ilə 3000 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3ində yerləşən evində sonuncudan ümumilikdə 4500 manat məbləğində pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayının əvvəllərində Lənkəran rayonunun Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs1 qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə, yəni Zərərçəkmiş şəxs1 kredit borcunu bağlayıb 1000 manat qabağa düşəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanaraq sonuncudan pulunu əvvəlcə özünə, daha sonra isə ona məxsus m10 hesabına köçürməsini istəmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 20:56-da Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş m10 hesabına köçürdüyü 10245 manat məbləğində pulu həmin yerdə, xx.xx.2023-cü il tarixdə, saat 21:11-də ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, adına olan m10 hesabına köçürməsinə nail olub ələ keçirməklə Zərərçəkmiş şəxs1 10245 (on min iki yüz qırx beş) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsi təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Daşdaleqjar kənd sakini Zərərçəkmiş şəxs2 2023-cü ilin əvvəllərindən tanımışdır. Ümidin tanışı Coşqun adlı şəxs FHN-nin MMQ-nin hərbi hissəsində MAHHXHQ əsgər olan Zərərçəkmiş şəxs2 adlı tanışı olduğunu, Ümidin FHN-nin Yanğından Mühafizə Xidmətinə təyinat almağına köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Coşquna köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində Coşqunla birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı Lənkəran rayonu Daşdaleqjar kəndində yerləşən evinə gedib söhbət etmişlər. Danışıq zamanı Zərərçəkmiş şəxs2 FHN-nin Yanğından Mühafizə Xidmətinə təyin etdirə biləcəyini bildirmiş və oradan çıxıb getmişlər. Təxminən 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 zəng edib “sənin işini həll edə bilirəm, bunun üçün 7000 manat pul lazımdır” demiş və Ümid onunla razılaşmışdır. Həmin gün Ümiddən 1000 manat pul istəmiş, həmin pulu ***-***-**-** saylı nömrənin m10 hesabına göndərməyini istəmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə 1000 manat pulu ***-***-**-** saylı nömrəsinin “m10” hesabına göndərmişdir. Həmçinin qəbzin şəklini də ona göndərmişdir. Bir neçə gün sonra yenidən Ümidə zəng edib 800 manat da lazım olduğunu bildirmişdir. Ümiddən həmin pulu adına olan “Rabitə Bank”a məxsus karta göndərməyini istəmişdir. Zərərçəkmiş şəxs2 750 manat pulunun olduğunu demiş və xx.xx.2023-cü il tarixdə həmin pulu kartına göndərmişdir. Bir neçə gün sonra Ümidə zəng edib təyinatı ilə bağlı daha 1000 manat göndərməyini istəmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə ***-***-**- ** saylı nömrənin “m10” hesabına 1000 manat pul köçürüb qəbzin şəklini ona göndərmişdir. Daha sonra Ümidə daha 2000 manat da pul lazım olduğunu bildirib həmin pulu istəmişdir. Zərərçəkmiş şəxs2 ***-***-**-** saylı nömrənin “m10 “hesabına xx.xx.2023cü il tarixdə göndərmiş, 1 aya işinin həll olunacağını Ümidə demiş, lakin Zərərçəkmiş şəxs2 verdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. ünvan 3 sakini Zərərçəkmiş şəxs1 2023-cü ilin iyun ayının 29-dan tanımışdır. Əvvəllər aralarında narazılıq və ziddiyyət olmamışdır. Tanışı Məhəmməd adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib “dostu Qədir Cəfərovu narkotiklərin dövriyyəsinə görə tutublar, anası vəkil axtarır ki, köməklik olunsun, sənin tanışların çoxdur, ona kömək et” demiş və Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 zəng edib Məhəmmədin tanışı olduğunu demişdir. Zərərçəkmiş şəxs1 ona telefonda danışa bilməyəcəyini demiş və görüşməyini istəyib Lənkəran RMX-nin qarşısına çağırmışdır. Buna görə də Lənkəran RMX-nin qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Avtomobilində söhbət edərkən Zərərçəkmiş şəxs1 oğlu Qədirin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, narkotik vasitənin Qədirə “yükləndiyini” demiş, buna görə də Zərərçəkmiş şəxs1 yanında hüquqşünas Şahid5 ilə danışmışdır. Şahid5 istintaq zamanı Qədir Cəfərova köməklik oluna biləcəyini, lakin azadlığa buraxılmayacağını bildirmişdir. Qərənfil də həmin vaxt “eybi yox, çıxmasa da olar, 5 il azadlıqdan məhrum edilsin, bəsdir” deyə cavab vermişdir. Həmçinin Şahid5 ona vəkil tanışı olduğunu və vəkillə müqavilə bağlayacaqlarını demiş, sonuncu ona vəkilin 5 min manata müqavilə bağladığını demişdir. Zərərçəkmiş şəxs1 yalandan hüquqşünas Şahid5 müstəntiqin yanına girmək üçün 2000 manat pul istədiyini demiş, sonrakı günlərdə Zərərçəkmiş şəxs1 Lənkəran RMX-nin həyətində ona 300 manat pulu əlbəəl vermişdir. Həmçinin, onlar Qədirə məxsus avtomobili çıxarmaq istədiklərini demişlər. Onlara Qədirə məxsus avtomobili çıxartdıra biləcəyini deyib həmin ərəfələrdə xatırlamadığı şəxsə zəng etmiş və Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zahir Cəfərov avtomobili oradan götürmüşdür. Avtomobili götürdükdən sonra həmin avtomobili lizinq şirkətinə qaytarmağa da kömək etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 yalandan Rüfətin adından “Rüfət deyir ki, ekspert rəyini dəyişmək üçün 10.000 manat pul istəyirlər” demiş, Zərərçəkmiş şəxs1 həmin iş üçün yox, işin ümumi həll olunmasından ötrü nə qədər pul lazım olduğunu soruşduqda Qərənfilə 20000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs1 tanışı X1 şəklini atıb 4000 manat pul göndərməsini istəmişdir. Nərmin Məmmədovanın həmin puldan heç bir xəbəri olmamış, həmin kartı özü istifadə etmişdir. Zərərçəkmiş şəxs1 Nərminin adına olan kart hesabına 4000 manat pulu xx.xx.2023-cü il tarixdə göndərmişdir. Həmin puldan 1000 manatını Şahid5 kartına vəkillə müqavilə bağlaması üçün göndərmiş, qalan pulu isə göndərməmişdir. Şahid5 ondan qalan pulu soruşduqda ona sonra göndərəcəyimi demişdir. 2023-cü ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs1 evinə gedib onlara “Rüfət müstəntiqin yanına girib, hər şeyi dəqiqliklə öyrənib, Qədir Cəfərovu yükləmişlər, onun narkotik vasitə ilə bağlı heç bir əlaqəsi yoxdur, Qədirin çıxarılması üçün böyük məbləğdə pul lazımdır” demişdir. Qərənfil ona böyük məbləğdə pul verə bilməyəcəyini dedikdən sonra Zərərçəkmiş şəxs1 “belə olsa Qədir buraxıla bilməz, heç olmasa 20000 manat pul tapın ki, Qədirə az iş versinlər” demişdir. Zərərçəkmiş şəxs1 anası Şahid2 məxsus evi satmağa da köməklik etmiş və evi 2023-cü ilin avqust ayının xatırlamadığı günündə demələrinə görə 40000 manata satmışlar. Həmin puldan 10.000 manatını xx.xx.2023-cü il tarixdə Sütəmurdov kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncudan almış, Qərənfil pulu verərəkən Şahid1 da orada olmuşdur. Pulu aldıqdan sonra əvvəlki pullar da daxil olmaqla 15000 manat pul almağı barədə sənəd yazmış, həmin sənədə şübhələnməsinlər deyə hüquqşünas Şahid5 də adını yazıb özü imzalamışdır. Lakin Şahid5 həmin məbləğdən heç bir məlumatı olmamışdır. Bundan sonra avtomobilə minib MilliÖn aparatına gedərək öz “m10” hesabına 10000 manat pul yükləmişdir. Daha sonra Qərənfilə işə görə 4000 manat da pul lazım olduğunu demiş, Şahid1 3800 manat pulu ona məxsus ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına xx.xx.2023-cü il tarixdə göndərmişdir. Daha sonra Qədirin işinə görə Zərərçəkmiş şəxs1 daha 1000 manat pul lazım olduğunu demiş və sonuncu xx.xx.2023-cü il tarixdə onun adına olan “Rabitə Bank”a məxsus karta MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs1 işi həll edə biləcəyini demiş və bunun üçün çalışdığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 ələ keçirdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid5 hər hansı məbləğdə pul göndərmədiyindən Şahid5 işin alınmadığını görüb 1000 manat pulu da onun kartına göndərmiş, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonrakı tarixlərdə Zərərçəkmiş şəxs1 evinə gəlib ipotekaya almaları üçün ev tapdığını demiş, kredit şöbəsi ilə danışmış, bütün sənədləşmə işlərini yerinə yetirmişlər. İpotekaya ev almışlar. Həmin ev təmir olunmamış, Zərərçəkmiş şəxs1 “narahat olmayın, Pərviz adlı əmim vardır, inşaat materialları satır, ondan nisyə mal götürərəm” demiş və oradan tikinti materialları alıb həmin evə gətirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 “bina sahibi Hikmət müəllim dedi ki, 3 ədəd sayğacın pulu 1500 manat götürür, həmin pulu vermək lazımdır və ipoteka işini düzəldən şəxsə 3000 manat vermək lazımdır” demişdir. Buna görə də 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ona yaşadığı Sütəmurdov kəndində yerləşən evdə 4500 manat pul vermişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 10 gün sonra Şahid3 Zahir Cəfərovdan sayğacın pulunu istəmiş və Zərərçəkmiş şəxs1 bu barədə ona dedikdən sonra Qərənfilə “pulu hələ verməmişəm, verəcəyəm” demişdir. Lakin həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 anası üçün evi aldıqdan sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, adında kredit olmamalıdır. Zərərçəkmiş şəxs1 ona öz kredit borcunu bağlamaq üçün 10245 manat pul saxladığını demiş, Qərənfilə “sən həmin pulu birdəfəlik ödəmə, mən bankla danışaram bankı bağlayarıq oradan 1000 manat qabağa düşərsən” deyib həmin 10245 manat pulu Qərənfilin öz “m10” hesabına, sonra isə ona məxsus ***- ***-**-** saylı mobil nömrənin “m10” hesabına köçürməyini istəmişdir. Zərərçəkmiş şəxs1 10245 manat məbləğində pulu elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə onun “m10” hesabına göndərmişdir. Qərənfilə kreditinin bağlanacağını bildirmiş, lakin krediti bağlamayıb həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Dələduzluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan heç kimə hər hansı məbləğdə pul verməmişdir. Şahid5 onun cinayətkar niyyəti barədə məlumatı olmamış, Şahid5 müqavilə bağlaması üçün 1000 manat vermiş, sonra isə vəkilin müqavilə pulunu tam vermədiyinə görə Şahid5 həmin pulu da geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 ona inanması üçün Şahid5lə danışıb guya məsləhət almışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 15 min manat məbləğində pulu alması barədə sənədlə tanış olmuş, həmin sənəd tərəfindən yazılıb imzalanmışdır. Zərərçəkmiş şəxs2 əldə etdiyi puldan heç kimə, həmçinin Coşqun Abdullazadəyə verməmiş, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərər çəkmiş şəxslərin onunla barışmasını və ondan şikayətçi olmamlarını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. xx.xx.2023-cü il tarixdə oğlu X13 narkotik vasitələrin qanunsuz dövriyyəsinə göərə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, həmin işlə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm çıxarılmış və oğlu Qədir Cəfərov 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, telefona cavab verdikdə danışan şəxs ona adının Təqsirləndirilən şəxs olduğunu, atasının FHN-nin hospitalında baş həkimin müavini işlədiyini və özünün “narkobiznesin əməkdaşı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona “Qədiri tanıyıram, onunla tanışlığım var, mən tam əminən Qədir belə iş görməz, mən sizə kömək edərəm” demiş, Təqsirləndirilən şəxs Qədirin tutulması barədə haradan məlumatlı olmasını soruşduqda ona həmin idarədə işlədiyini, köməklik göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs telefonda danışa bilməyəcəyini bildirib iş yerinə dəvət etmiş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs onun işlədiyi Lənkəran RMX-nin TTTY şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxslə xəstəxananın həyətində görüşüb söhbət etmiş, Tural onların ailəsi barədə bütün məlumatları bilmiş, özünün BMCMİ-nin əməkdaşı olduğunu, oğlu Qədirin azadlığa buraxılması ilə bağlı onlara köməklik göstərəcəyini bildirmişdir. Tural ona ilk öncə Rüfət adlı hüquqşünasın olduğunu, onlara kömək edəcəyini demiş və yanında Rüfət adlı şəxsin mobil telefonuna zəng etmişdir. Tural Rüfət adlı şəxslə danışıb nə olursa olsun Qədirin həbsdən buraxılmasını bildirmişdir. Rüfət danışıq zamanı bunun müqabilində müstəntiqin yanına girmək üçün 2000 manat pul verməli olduqlarını demiş, həmçinin Rüfət əri Zahir Cəfərovun ona etibarnamə verməli olduğunu demişdir. Turalla razılaşmış və oradan uzaqlaşmışlar. Təxminən 3-4 gün sonra Tural evlərinə, Lənkəran rayonunun Sütəmurdov kəndinə gəlmiş, evdə Turala 2000 manat pul vermişlər. Tural onlara Qədirə məxsus avtomobili çıxartdıra biləcəyini demişdir. Tural narkobiznesdə işləyən kiməsə zəng etmiş və bundan sonra həyat yoldaşı Zahir Cəfərov avtomobili oradan götürmüşdür. Avtomobili götürdükdən sonra Tural həmçinin onlara həmin avtomobili lizinq şirkətinə qaytarmağa da kömək etmişdir. Avtomobili satdıqdan sonra Tural ona “Rüfət deyir ki, ekspert rəyini dəyişmək üçün 10000 manat pul istəyirlər” demiş, Turala həmin iş üçün yox, işin ümumi həll olunmasından ötrü nə qədər pul lazım olduğunu soruşduqda sonuncu 20000 manat pul istəmişdir. Tural ona “pulu evdəkilərin adına göndərək, mənim kartımın limiti keçib” demiş və kart şəkli atıb 4000 manat pul atmağını istəmişdir. Buna görə də Nərmin adlı qızın adına olan kart hesabına 4000 manat pulu xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, H.Əliyev pr, Xəzər marketdə quraşdırılmış Milli Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs evlərinə gəlib onlara “Rüfət narkobiznesin rəisinin yanına girib, hər şeyi dəqiqliklə öyrənib, Qədir Cəfərovu yükləmişlər, onun narkotik vasitə ilə bağlı heç bir əlaqəsi yoxdur, Qədirin çıxarılması üçün 66 min manat pul lazımdır” demişdir. Turala həmin məbləğdə pulu verə bilməyəcəklərini demiş, bundan sonra Tural “belə olsa Qədir buraxıla bilməz, heç olmasa 20000 manat pul tapın ki, Qədirə az iş versinlər” demişdir. Turala həmin məbləğdə pulunun olmadığını, telefonunda olan kredit borcunu da göstərmişdir. Tural onun anası Şahid2 “evinizi satın, mən ipotekaya sizin üçün ev almağa da köməklik edərəm” demiş, bundan sonra evi satmaq üçün əlləşmiş və anası Şahid2 evi satışa qoymuşdur. 2023-cü ilin avqust ayının xatırlamadığı günündə evlərini 40000 manata satmışlar. Həmin puldan 15000 manatını xx.xx.2023-cü il tarixdə yaşadığı Sütəmurdov kəndində yerləşən evdə Turala vermişdir. Turala pulu verərkən qazi oğlu Əbdülün döyüş yoldaşı Şahid1 da orada olmuşdur. Tural pulu aldıqdan sonra 15000 manat pulu alması barədə sənəd yazmış, həmin sənədi notariusda təsdiq etmək istədiyini Turala bildirmişdir. Lakin Tural buna ehtiyac olmadığını deyərək həmin sənədə həmçinin hüquqşünas kimi təqdim etdiyi Şahid5 da adını yazıb özü imzalamışdır. Turaldan nə üçün Rüfətin yerinə imza etdiyini soruşduqda ona “narahat olmayın, Rüfət özü mənə yerinə qol çəkməyi tapşırıb” deyə cavab vermişdir. Daha sonra Tural ondan təcili olaraq yenidən 4000 manat pul istəmiş və Əkbərə 3800 manat pul verib Turalın m10 hesabına göndərməsini bildirmişdir. Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 15:27-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, UFA marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin m10 hesabına 3800 manat pul göndərmişdir. Daha sonra Tural oğlu Qədirin işinə görə 1000 manat da pul istəmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14:37-də Turalın adına olan Rabitə Banka məxsus karta Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat pul göndərmişdir. Tural onlara Qədirin işinin həll olunduğunu demiş, bundan sonra Tural evlərinə gəlib onlar üçün ipotekaya ev tapmışdır. Kredit şöbəsi ilə danışmış, bütün sənədləşmə işlərini yerinə yetirmişlər. İpotekaya ev almışlar. Həmin ev təmir olunmamış, evin təmiri ilə bağlı Turala bildirdikdə sonuncu ona “narahat olmayın, Pərviz adlı əmim vardır, inşaat materialları satır, ondan nisyə mal götürərəm, siz pulu verəsiniz” demişdir. Tural oradan 2 dəfə ümumilikdə 600 manatlıq tikinti materialları alıb həmin evə gətirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının sonlarında ona “bina sahibi Hikmət müəllim dedi ki, 3 ədəd sayğacın pulu 1500 manat götürür, həmin pulu vermək lazımdır və ipoteka işi düzəldən şəxsə 3000 manat vermək lazımdır” demiş, buna görə də 2023-cü ilin sentyabr ayının sonlarında yaşadığı Sütəmurdov kəndində yerləşən evdə Turala 4500 manat pul vermişdir. Təxminən 10 gün sonra Şahid3 əri Zahir Cəfərovdan sayğacın pulunu istəmiş və yoldaşı bu barədə ona dedikdən sonra Turala bu barədə danışmış, Tural ona “pulu hələ verməmişəm, verəcəyəm” demişdir. Evi aldıqdan sonra Tural ona adına kredit olmamalı olduğunu demiş, həmin vaxtlarda öz kreditini bağlamaq üçün kartında 10245 manat pul saxlamışdır. Turalı isə ona “sən həmin pulu birdəfəlik ödəmə, mən bankla danışaram bankı bağlayarıq oradan 1000 manat qabağa düşərsən” demiş, bundan sonra Tural ona həmin 10245 manat pulu öz m10 hesabına köçürməyini istəmişdir. Kartında olan 10245 manat məbləğində pulu çıxarıb xx.xx.2023-cü il tarixdə, saat 20:56-da Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn ödəmə sistemi vasitəsilə öz nömrəsinin, yəni ***-***-**-** saylı nömrənin m10 hesabına köçürmüş, Bundan sonra Tural həmin pulu ona məxsus ***- ***-**-** saylı mobil nömrənin m10 hesabına köçürməyini istəmişdir. Həmin yerdə, saat 21:11-də öz m10 hesabında olan 10245 manat məbləğində pulu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin m10 hesabına köçürmüş, Təqsirləndirilən şəxs onun kreditini bağlayacağını demişdir. Təxminən 1 həftə sonra Beynəlxalq bankdan ona zəng edilərək aylığının gecikmədə olduğu bildirilmişdir. Bundan sonra başa düşmüşdür ki, Tural pulunu ələ keçirmiş, kreditini də bağlamamışdır. Sonrakı vaxtlarda Turala zənglər etsə də, sonuncu telefonlarına cavab verməmiş və əmin olmuşdur ki, Tural onu aldatmışdır. Təqsirləndirilən şəxs ona məxsus 40550 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ümumilikdə 40550 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs atası tərəfindən tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Daşdalejar kəndində qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikası FHN-nin MMQ-nin N saylı hərbi hissəsində MAHHXHQ əsgər işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. Keçmiş iş yoldaşı Lənkəran rayonunun Mamusta kənd sakini X4 ilə birlikdə işlədiyi zaman FHN-nin Yanğından Mühafizə Xidmətinə təyinatlarını dəyişdirmək istəmişlər. Bunun üçün çalışsalar da alınmamış, buna görə də Coşqun Abdullazadə işdən çıxıb Bakı şəhərinə köçmüşdür. 2023-cü ilin əvvəllərində Coşqun mobil telefonuna zəng edib Tural adlı tanışının olduğunu, onu başqa işə təyin etdirə biləcəyini deyib bəlib üz-üzə görüşüb danışacaqlarını bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində Coşqun sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxslə birlikdə yaşadığı Lənkəran rayonu Daşdaleqjar kəndində yerləşən evinə gəlmişdir. Oturub söhbət etmiş, Coşqun onu Turalla tanış etmişdir. Onlarla söhbət etdiyi zaman Coşquna Turala inanmadığını demiş, bunu dedikdən sonra Təqsirləndirilən şəxs mobil telefonunda atasının videosunu göstərib atasının FHN-də işlədiyini demişdir. Həmçinin öz şəxsiyyət vəsiqəsini də ona göstərib əlinin hər yerə çatdığını, bir neçə dəfə belə işlər gördüyünü bildirib onu özünə inandırıb etibarını qazanmışdır. Təqsirləndirilən şəxs onun təyinatını FHN-nin Yanğından Mühafizə Xidmətinə dəyişdirə biləcəyini bildirib bu barədə ona vəd vermiş, həmin vaxt ondan pul istəməyib “narahat olma, sənə zəng edərəm, öz şəxsiyyət vəsiqəni mənə göndərərsən” demiş və Coşqunla birlikdə evdən çıxıb getmişlər. Təxminən 5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib “sənin işini həll edə bilirəm, bunun üçün 7000 manat pul lazımdır” demiş və onunla razılaşmışdır. Təqsirləndirilən şəxs həmin gün ondan 1000 manat pulu ***-***-**-** saylı nömrənin m10 hesabına göndərməyini istəmiş, buna görə də xx.xx.2023-cü il tarixdə, saat 21:22-də Lənkəran rayonu Şürük kəndində yerləşən Favorit marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1000 manat pulu Təqsirləndirilən şəxs dediyi m10 hesabına göndərmişdir. Həmçinin qəbzin şəklini də Təqsirləndirilən şəxs göndərmiş, bir neçə gün sonra Tural yenidən zəng edib ondan 800 manat da lazım olduğunu bildirmişdir. Həmin pulu öz adına olan Rabitə Banka məxsus karta göndərməsini istəmişdir. Turala 750 manat pulu olduğunu demiş və sonuncu razılaşdığından xx.xx.2023-cü il tarixdə, saat 14:19-da Təqsirləndirilən şəxs adına olan Rabitə Banka məxsus kart hesabına ünvan 1 ünvanında quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə 750 manat pul göndərib qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Bir neçə gün sonra Tural təyinatı ilə bağlı daha 1000 manat göndərməsini istəmiş, buna görə də xx.xx.2023-cü il tarixdə, saat 21:14-də Lənkəran rayonu, Mamusta kəndi, “Anar market”də quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs dediyi ***-***-**-** saylı nömrənin m10 hesabına 1000 manat pul köçürüb qəbzin şəklini Turala göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan daha 2000 manat da pul lazım olduğunu bildirmiş, buna görə də Təqsirləndirilən şəxs verdiyi ***-***-**-** saylı nömrənin m10 hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:19-da Lənkəran rayonu Hirkan qəsəbəsi, “Həsən market”də quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə 2000 manat pul köçürüb qəbzin şəklini Turala göndərmişdir. Tural ona 1 aya işinin həll olunacağını demiş, lakin Turalın dediyi müddətdə, həmçinin sonrakı vaxtlarda işi həll olunmamışdır. Bundan sonra başa Turalın onu aldatdığını başa düşmüşdür. Bu barədə Turala bildirib pulunu geri istədikdə ona narahat olmamasını demiş, lakin pulunu geri qaytarmamışdır. Buna görə də məcbur qalıb polisə müraciət etmişdir. X11 də Təqsirləndirilən şəxs aldanmışdır. Coşqun Turalın onu aldadacağını bilməmişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadaraq iş yerini başqa yerə dəyişdirəcəyi barədə yalandan vəd verib bunun müqabilində 4750 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə baxışında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi təsdiq edərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında dostu bina tikmiş, həmin tikintiyə nəzarət etmişdir. ünvan 3 sakini Zərərçəkmiş şəxs1 tanıyır, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2023-cü ilin avqust ayının dəqiq bilmədiyi tarixində Zərərçəkmiş şəxs1 və sonradan adının Tural olduğunu bildiyi Təqsirləndirilən şəxs tikinti olan binaya gəlib mənzil baxıb bəyənmişlər. İpotekaya ev ala bilib-bilməyəcəklərini soruşmuş və mənzili ipotekaya ala biləcəklərinə görə onlarla razılaşmışlar. Qərənfil evi təmir etməyə başlamaq istədiyini deyib icazə istəmiş, Qərənfilə kommunikasiya xətləri üçün 1500 manat ödəniş etməli olduğunu demişdir. Qərənfil pulu Təqsirləndirilən şəxs verəcəyini, sonuncunun da pulu onlara çatdıracağını demişdir. Təqsirləndirilən şəxs sonrakı tarixlərdə mənzilə tanımadığı ustaları gətirmiş və ustalar mənzilin təmirinə başlamışlar. Turaldan kommunikasiya xərci olan 1500 manatı istədikdə ona “hələ mənə pul verməyiblər, Qərənfilin pulu yoxdur” deyə cavab vermişdir. Bundan sonrakı vaxtlarda da pulu istədikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək 1500 manat pulu verməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının dəqiq bilmədiyi tarixlərində onlardan başqa nə xərclərinin çıxacağını soruşduqda Turala evi mənzilin ipoteka sənədləşdirməsinə görə təxminən 2500-3000 manat civarında firma xərcinin ola biləcəyini, yəni həmin pulu firmaya ödəyəcəyini demişdir. Bundan sonrakı tarixlərdə də Təqsirləndirilən şəxs pulu vermədiyinə görə Zərərçəkmiş şəxs1 həyat yoldaşı, əvvəllər tanıdığı Zahir Cəfərovla görüşərək hər hansı ödənişin edilmədiyini demiş, Zahir Cəfərov ona “biz Təqsirləndirilən şəxs sayğacların quraşdırılması üçün 1500 manat, ipoteka işinin həll olunması üçün də 3000 manat olmaqla ümumilikdə 4500 manat pul vermişik” deyə cavab vermişdir. X19 Əliyevin onları aldatdığını bildirmişdir. Bir neçə müddət sonra eşitmişdir ki, Əliyev X7 Cəfərovanı aldadıb etibarından sui-istifadə edərək pulunu ələ keçirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış iclasında iştirak etmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs1 döyüş yoldaşı Əbdül Cəfərovun anasıdır, münasibətləri yaxşıdır, aralarında narazılıq və ziddiyyət olmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs1 oğlu Qədir Cəfərov tutulduqdan sonra onların evində qalmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib özünün narkobiznesin əməkdaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Qərənfilə “Qədiri tanıyıram, onunla tanışlığım var, mən tam əminən Qədir belə iş görməz, mən sizə kömək edərəm” demiş, köməklik göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Qədirin azadlığa buraxılması ilə bağlı köməklik göstərəcəyini bildirib ilk öncə Rüfət adlı hüquqşünasın olduğunu, onlara kömək edəcəyini deyib hüquqşünasın müstəntiqin yanına girmək üçün 2000 manat lazım olduğunu demişdir. Qərənfil Turalla razılaşmış və təxminən 3-4 gün sonra Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evində Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. X17 məxsus avtomobili çıxartdıra biləcəyini demiş, Tural narkobiznesdə işləyən kiməsə zəng etmiş və bundan sonra Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zahir Cəfərov avtomobili oradan götürmüşdür. Avtomobili götürdükdən sonra Tural həmçinin həmin avtomobili lizinq şirkətinə qaytarmağa da kömək etmişdir. Qərənfil avtomobili satdıqdan sonra Tural yenidən pul istəmiş, Qərənfil nə qədər pul lazım olduğunu soruşduqda Tural 20000 manat lazım olduğunu demiş, buna görə də Qərənfil Turalın ona verdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, H.Əliyev pr, Xəzər marketdə quraşdırılmış Milli Ön ödəmə terminalı vasitəsilə 4000 manat göndərmişdir. 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs evlərinə gəlib onlara “Rüfət narkobiznesin rəisinin yanına girib, hər şeyi dəqiqliklə öyrənib, Qədir Cəfərovu yükləmişlər, onun narkotik vasitə ilə bağlı heç bir əlaqəsi yoxdur, Qədirin çıxarılması üçün 66 min manat pul lazımdır” demişdir. Qərənfil Turala həmin məbləğdə pulu verə bilməyəcəklərini bildirmiş, bundan sonra Tural “belə olsa Qədir buraxıla bilməz, heç olmasa 20000 manat pul tapın ki, Qədirə az iş versinlər” demişdir. Tural Qərənfilin anası Şahid2 “evinizi satın, mən ipotekaya sizin üçün ev almağa da köməklik edərəm” demişdir. Bundan sonra Tural evi satmaq üçün çalışmış və Şahid2 evi satışa qoymuşdur. 2023-cü ilin avqust ayının xatırlamadığı günündə həmin ev 40000 manata satılmış, həmin puldan 15000 manatını xx.xx.2023-cü il tarixdə yaşadıqları Sütəmurdov kəndində yerləşən evdə Turala verilmişdir. Turala pulu verərkən o da orada olmuşdur. Tural pulu aldıqdan sonra 15000 manat pulu alması barədə sənəd yazmış, həmin sənədə həmçinin hüquqşünas kimi təqdim etdiyi Şahid5 da adını yazıb özü imzalamışdır. Onun da adını həmin sənəddə yazmış və imzalamışdır. Tural özü Rüfət adlı şəxsin yerinə də imza etmişdir. Qərənfil Turaldan nə üçün Rüfətin yerinə imza etdiyini soruşduqda “narahat olmayın, Rüfət özü mənə yerinə qol çəkməyi tapşırıb” deyə cavab vermişdir. Bundan sonra Turalla birlikdə MilliÖn aparatına getmiş, Tural həmin m10 hesabına yükləmişdir. Daha sonra Tural təcili olaraq yenidən 4000 manat pul istəmiş və Qərənfilin ona verdiyi 3800 manat pulu xx.xx.2023-cü il tarixdə, saat 15:27-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, UFA marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin m10 hesabına göndərmişdir. Daha sonra Tural Qədirin işinə görə 1000 manat da istəmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Turalın adına olan Rabitə Banka məxsus karta Lənkəran şəhəri, H.Əliyev prospekti, Xəzər marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat göndərmişdir. Tural Qədirin işinin həll olunduğunu demişdir. Bundan sonra Tural evə gəlib ipotekaya ev tapmış, Zərərçəkmiş şəxs1 kredit şöbəsi ilə danışıb bütün sənədləşmə işlərini yerinə yetirmiş və ipotekaya ev almışlar. Həmin ev təmir olunmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 guya 3 ədəd sayğacın pulu kimi dediyi 1500 manat və ipoteka işi düzəldən şəxsə vermək adı ilə 3000 manat da almışdır. Evi aldıqdan sonra Tural Zərərçəkmiş şəxs1 adında kredit olmamalı olduğunu demiş, sonuncunun m10 hesabına köçürdüyü 10245 manat pulu da ələ keçirmişdir. Sonrakı vaxtlarda Turala zənglər etsələr də, sonuncu telefonlara cavab verməmiş və əmin olmuşlar ki, Tural Zərərçəkmiş şəxs1 aldatmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış iclasında iştirak etmiş şahid X5 ibtidai istintaqda verdiyi ifadəsi təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Mamusta kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, B.Çobanzadə küçəsi, ev 123-də kirayədə yaşayır. 2018-2021-ci illər ərzində Azərbaycan Respublikası FHN-nin MMQ-nin N saylı hərbi hissəsində MAHHXHQ əsgər işləmişdir. Lənkəran rayonu Daşdaleqjar kənd sakini Zərərçəkmiş şəxs2 iş yoldaşım olmuş, münasibətlərimiz yaxşıdır. Birlikdə işlədiyi dövrdə təyinatını Bakı şəhərində, Ümid isə Lənkəran şəhərində yerləşən FHN-nin Yanğından Mühafizə Xidmətinə dəyişdirmək istəmişlər. İşi alınmadığına görə məcbur olub öz ərizəsi əsasında işdən xaric olunmuşdur. İşdən çıxdıqdan sonra Bakı şəhərində taksi fəaliyyəti göstərmişdir. 2023-cü ilin may ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxs taksi sifarişi vermiş və sonuncunu Biləcəri qəsəbəsinə, Fövqəladə hallar Nazirliyinin arxa hissəsində yerləşən evinə aparmışdır. Yolda olarkən Tural ondan işləyib-işləmədiyini soruşduqda işləmədiyini demişdir. Tural ona “əgər istəyirsənsə səni təcili tibbi yardıma sürücü işinə düzəldim” demiş, həmçinin bunun üçün 6000 manat pul da istəmişdir. Turala imkanının olmadığını demişdir. Təqsirləndirilən şəxs ona atasının FHN-də işlədiyini, özünün Lənkəran rayonundan olduğunu, əlinin hər yerə çatdığını deyib müxtəlif vəzifəli şəxslərin adlarını çəkmişdir. 7 manat taksi pulu əvəzinə ona 20 manat pul vermişdir. Tural onu özünə inandırmış, taksidən düşərkən öz nömrəsini vermiş və onun nömrəsini göötürüb “sən mənim yerlimsən, mən taksidən çox istifadə edirəm, xeyiri sənə verərəm” demişdir. Səhəri gün Tural yenidən onu taksi kimi çağırmış və Turalı bir neçə yerə aparmışdır. Həmçinin avtomobildə gedərkən bir neçə şəxslə danışmış, həmin şəxslərin işlərini düzəltdiyini deyib danışdıqları şəxsdən pul istəmişdir. Təxminən bir həftə ərzində Tural ancaq onun avtomobilində gəzmişdir. Tural ona FHN-ə düzəlmək istəyən qohumları, tanışları varsa xəbər etməsini istəmiş, buna görə tanışı Zərərçəkmiş şəxs2 barədə Təqsirləndirilən şəxs danışmışdır. Təqsirləndirilən şəxs Ümidin işini həll edəcəyini demiş, Ümidə zəng edib Tural barədə danışmış, Ümid Turalla görüşmək istədiyini demişdir. 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs Lənkəran rayonu Daşdaleqjar kəndinə Zərərçəkmiş şəxs2 evinə aparmış, Ümid və Tural oturub söhbət etmişlər. Təqsirləndirilən şəxs mobil telefonunda atasının videosunu Ümidə göstərmiş və atasının FHN-də işlədiyini demişdir. Həmçinin öz şəxsiyyət vəsiqəsini də Ümidə göstərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlinin hər yerə çatdığını, bir neçə dəfə belə işlər gördüyünü bildirib sonuncunu özünə inandırıb etibarını qazanmışdır. Təqsirləndirilən şəxs Ümidin iş yerini FHN-nin Yanğından Mühafizə Xidmətinə dəyişdirməyə nail olacağını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mobil telefonunu götürüb əlaqə saxlayacağını demişdir. Tural və Ümid danışıb razılaşmış və Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə aparmışdır. Yolda olduğu zaman Tural ona da narahat olmamasını, Ümidin işini tez bir zamanda həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinə aparıb evində düşürmüş, bundan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 ümumilikdə 4750 manat məbləğində pul almış, lakin verdiyi vədə əməl etməyib sonuncunu aldatmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadacağını bilməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 78/22, mənzil 5-də qeydiyyatda olmaqla ünvan 3ində yaşayır. Zərərçəkmiş şəxs1 qızıdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. X20 narkotiklərin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. Tutulduqdan sonra Təqsirləndirilən şəxs mütəmadi evlərinə gəlib-getmişdir. Tural nəvəsinin işini guya həll edəcəkdi. Bunun üçün qızı Qərənfil ona dəqiq bilmədiyi məbləğdə pul da vermişdir. Günlərin birində, dəqiq xatırlamadığı tarixdə Tural ona “nənə sənin evini sataq, pulu ilə Qədiri azadlığa çıxaraq” demiş, buna görə “evim nəvəmə qurbandır” demiş və Turalın köməkliyi ilə Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 78/22, mənzil 5-də yerləşən evi satmışlar. Oğlu cavan yaşda rəhmətə getdiyindən evini qızı Zərərçəkmiş şəxs1 bağışlamışdır. Evi satıb əldə etdiyi 40000 manatı da qızı Qərənfilə vermişdir. Zərərçəkmiş şəxs1 nəvəsi Qədirin həbsdən buraxılmağından ötrü Turala evlərində 15000 manat pul vermiş, həmçinin sonrakı vaxtlarda da Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 dəqiq bilmədiyi məbləğlərdə pul almışdır. Yaşlı olduğuna görə nə qədər pul aldığını dəqiq bilmir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 aldatmış və pulu da qaytarmamışdır. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1992-ci ildə Litva Respublikasının Polis Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirmiş, 1987-ci ildən 2002-ci ilədək Goranboy, Gəncə, Ağdərə və Bakı şəhərinin bir neçə rayonunun polis şöbələrində müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin İ Qarabağ müharibəsinin iştirakçısı və İ qrup əlildir. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. Belə ki, ortaq tanışları olan keçmiş polis əməkdaşı Əli adlı şəxs onları tanış etmişdir. Belə ki, tanışı Əli Təqsirləndirilən şəxs barəsində çoxlu şikayətlər olduğunu, hüquq sahəsindən heç bir anlayışının olmamasını deyib bu sahədə ona köməklik göstərməyini xahiş etmiş, bu işə görə Təqsirləndirilən şəxslə münasibəti yaranmış və sonuncuya hüquqi işlərdə köməklik göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünün və atasının Fövqəladə Hallar Nazirliyində işlədiyini demişdir. 2023-cü ilin iyun sonlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib ona “bibim oğlu narkotik vasitələrin külli miqdarda dövriyyəsinə görə narkobiznesin əməkdaşları tərəfindən tutulmuşdur və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaq aparılır, ona kömək etmək lazımdır” demiş, Təqsirləndirilən şəxs bunun üçün vəkillə müqavilə bağlanmalı olduğunu demişdir. Bibisinin Bakı şəhərinə gəlməli olduğunu demiş, Tural ona həmin qadının yataq xəstəsi olduğunu və Bakı şəhərinə gələ bilməyəcəyini, köməklik göstərməli olduğunu demişdir. Buna görə də Turala “belədirsə onda mənə etibarnamə versinlər, mən onların adından vəkillə müqavilə bağlayaram” demişdir. Bu barədə vəkillə müqavilə bağlamaq üçün tanışı Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Beyrək Tağıyevlə danışmış, vəkil təqsirləndirilən şəxslə müqavilə bağlamaq üçün 5 min manat pul istəmiş və bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Tural gedib danışacağını demiş və bir neçə vaxt sonra ona “onların 5 minə gücü çatmır, 2-3 min manat pul verə biləcəklər” demişdir. Bu barədə Beyrək Tağıyevə bildirmiş, sonuncu ona həmin məbləği verdikdən sonra qalanını da işin sonunda verməli olduqlarını demişdir. Bu barədə Təqsirləndirilən şəxs bildirmiş və sonuncu razılaşaraq xx.xx.2023-cü il tarixdə adına olan Kapital Banka məxsus kart hesabına 1000 manat pul göndərmişdir. Turala pulun az olduğunu, həmçinin vəkil Beyrək Tağıyevə də 1000 manat göndərdiklərini demiş, lakin vəkil razılaşmayıb pulun az olduğunu bildirmişdir. Vəkilin həmin məbləğlə razılaşmadığını Təqsirləndirilən şəxs dedikdə sonuncu ona “pulu özündə saxla, qohumlarıma Rusiyadan pul gələcək, evlərini satacaqlar, pulun qalanını da verərlər” demişdir. 2023-cü ilin avqust ayının xatırlamadığı günündə Tural mobil telefonuna zəng edib evi satacaqlarını, sənədləşmə işlərində çətinlik yarandığını, vəkilin pulunu göndərəcəyini demiş, bundan sonrakı günlərdə də müxtəlif bəhanələr gətirib pulu göndərməmişdir. Buna görə də həmin 1000 manat pulu xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus kart hesabına geri qaytarmışdır. Bu barədə də Təqsirləndirilən şəxs zəng edib bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu işlə bağlı ona bir daha zəng etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslə ekspert rəyini dəyişmək və s. məzmunda söhbət etməmiş, ekspert rəyini dəyişmək və ya başqa adla hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Təqsirləndirilən şəxs onun adından istifadə edib pul almışdır. Təqsirləndirilən şəxs “müstəntiqin yanına girmək” adı ilə pul istəməmiş və almamışdır. Ona təqdim olunmuş xx.xx.2023-cü il tarixli qəbzlə tanış olmuşdur. Həmin qəbzdən heç bir məlumatı yoxdur. Bu barədə əvvəlcədən və ya sonradan məlumatı olmamışdır. Həmçinin həmin qəbzdə adının qarşısında olan imza ona məxsus deyil. Kim tərəfindən icra olunmasını bilmir. Ona təqdim olunmuş çıxarışla tanış olmuşdur. Təqsirləndirilən şəxs vəkil üçün ilkin olaraq 1000 manat pul göndərmiş, lakin sonrakı günlərdə də müxtəlif bəhanələr gətirib pulu tam şəkildə göndərmədiyindən həmin 1000 manat pulu xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus kart hesabına geri qaytarmışdır. Pulu Təqsirləndirilən şəxs qaytarması barədə qəbzin surətini, həmçinin etibarnamənin surətini ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs1 və ya ailə üzvlərini tanımamış, onlarla heç bir narazılıq və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmaq niyyətinin olması barədə məlumatlı olmamış, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 bibisi olduğunu demişdir. Təqsirləndirilən şəxs cinayətkar niyyəti barədə qabaqcadan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bibisi oğluna istintaqda köməklik göstərilməsi üçün vəkillə müqavilə bağlamağına görə 1000 manat pul göndərmiş, sonradan pulun qalanını göndərmədiyi üçün həmin pulu da Təqsirləndirilən şəxs özünə geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında tutulması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 16:20də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-38/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-68/2024 nömrəli qərarından görünür ki, vəsatət təmin edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, bundan əlavə Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkumluğu olmayan şəxsdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1851 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2024-cü il tarixli, 105 nömrəli məktubundan görünür ki, Şahid5 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının 13 mart 2024-cü il tarixli, 3-18-22/2-369/2024 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə qəbul edilməsi və ehtiyata buraxılması haqqında əmrdən çıxarışlardan görünür ki, ehtiyatda olan əgər Təqsirləndirilən şəxs 19 oktyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyində 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş və Nazirliyin Mülki müdafiə qoşunlarının Mülki müdafiə alayının Maddi-texniki təminat bölməsinin Yanacaq-sürtkü materialları xidmətinin kargüzarı vəzifəsinə təyin edilmiş, Radiasiya və kimya laboratoriyasının Səyyar kimyəvi laboratoriyasının mütəxəssisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-806/2023 nömrəli hökmün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 9 avqust 2023-cü il tarixli, AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evi Lənkəran rayonu Kərgəlan kənd sakini X10 40000 manata satmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, “Mən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 Səyyad qızından 15 min manat Azərbaycan manatı aldım. Bu ödəniş Zərərçəkmiş şəxs1 oğlu X8, cinayət işinin, işində hüquqşünas Şahid5, Cəfərov Qədirin gələcəkdə olan məhkəmə xitamında yüngül (3-5) il aralığında cəza təyin olunması üçündü. Pulu təhvil alanda Şahid1 yanımızda olub” mətni yazıları yazılaraq imza ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-xətşünaslıq ekspertizasının 15 aprel 2023-cü il tarixli, 4/294 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş A4 formatlı vərəqin üzərində “xx.xx.2023-cü il. Mən Təqsirləndirilən şəxs, Cəфərova.....” sözləri ilə başlayıb, “....İmza: Vəliyev Rüфət Mirzə oğlu” sözləri ilə bitən xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və “İmza: Təqsirləndirilən şəxs” yazıları arasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. 15 fevral 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, sonuncunun dələduzluq yolu ilə onun ümumilikdə 40.545 manat məbləğində pulunu ələ keçirməsini bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:56:15-də Lənkəran şəhəri, H.Əliyev pr. Xəzər marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 51222 nömrəli terminaldan M***** N***** Z***** qızına məxsus 416973******6419 nömrəli karta (KapitalKart8 – **********3) 4000 manat pul köçürmüş, xx.xx.2023-cü il tarixdə, saat 15:27:47-də Lənkəran şəhəri, T.İsmayılov küçəsi, UFA marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 00356 nömrəli terminaldan +994 50 417 11 10 nömrəsi ilə qeydiyyatdan keçmiş m10 hesabına 3800 manat pul köçürmüş və xx.xx.2023-cü il tarixdə, saat 14:37:07-də Lənkəran şəhəri, H.Əliyev pr. Xəzər marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 51222 nömrəli terminaldan ƏliXXX TuXXX ƏrəXXXX oğluna məxsus AZ75RBTA**********694438049 hesab nömrəsinə (RabitaBank8 – 6********) 1000 manat pul köçürmüşdür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21:22:52-də Lənkəran r. Şürük k. Favorit marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 17003 nömrəli terminaldan +994 50 417 11 10 nömrəsi ilə qeydiyyatdan keçmiş m10 hesabına 1000 manat pul köçürmüş, xx.xx.2023-cü il tarixdə, saat 14:19:05-də ünvan 6 ünvanında quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə ƏliXXX TuXXX ƏrəXXXX oğluna məxsus AZ75RBTA**********694438049 hesab nömrəsinə (RabitaBank8 – 6********) 750 manat pul köçürmüş, xx.xx.2023-cü il tarixdə, saat 21:14:23-də Lənkəran r. Mamusta k. Anar marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 00740 nömrəli terminaldan +994 50 417 11 10 nömrəsi ilə qeydiyyatdan keçmiş m10 hesabına 1000 manat pul köçürmüş və xx.xx.2023-cü il tarixdə, saat 21:19:10-da Lənkəran r. Hirkan qəs. Həsən marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus 00747 nömrəli terminaldan +994 50 417 11 10 nömrəsi ilə qeydiyyatdan keçmiş m10 hesabına 2000 manat pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 31 yanvar 2024-cü il tarixli, PPO-LEG/0203/2024 nömrəli məktubu ilə daxil olmuş məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 saylı mobil nömrənin m10 hesabına ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 21:22-də 1000 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:14-də 1000 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:19-da 2000 manat məbləğində pul mədaxil olmuş, həmin pul vəsaitləri cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərlə eynilik təşkil edir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 15:27-də ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 saylı mobil nömrənin m10 hesabına xx.xx.2023-cü il tarixdə, saat 15:27-də 3800 manat pul mədaxil olmuş və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş **********77 saylı mobil nömrənin m10 hesabından Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 saylı mobil nömrənin m10 hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:11-də 10245 manat məbləğində pul köçürülmüşdür. Həmin pul vəsaitləri Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərlə eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli, 2024/111/7866 nömrəli məktubu ilə daxil olmuş məlumatlara və 01 ədəd DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, ******************** hesab nömrəli “X18” kartı X6 məxsusdur. Kartın hesabına xx.xx.2023-cü il tarixdə, saat 07:32-də 4000 manat məbləğində pul terminal vasitəsilə mədaxil edilmişdir. Həmin 4000 manat pul Birbank vasitəsilə müxtəlif kart hesablarına göndərilmiş, Birbank vasitəsilə mobil nömrələr üzrə ödənişlər edilmiş, “Araz Market”, “X24” üzrə pos-terminal vasitəsilə ödəniş olunmuş və 491 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə, saat 06:03-də Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən bankomat vasitəsilə nağdlaşdırılmışdır. Bundan əlavə həmin puldan 1000 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə, saat 19:29-da Şahid5 kart hesabına köçürülmüşdür. Daxil olmuş 01 ədəd DVD markalı diskə baxış zamanı DVD diskdə “4261888” adlı fayl olması, həmin fayla daxil olduqda 28 ədəd fotoşəkilin olması, fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 06:03:24-dən 06:04:27-dək bankomat vasitəsilə əməliyyat aparıb pul nağdlaşdırılması müəyyən edilmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, X3 adına olan ******************** hesab nömrəli “X18” kartı Təqsirləndirilən şəxs istifadə etdiyi +**********10 saylı mobil abunə nömrəsi ilə Birbank mobil tətbiqində qeydiyyatdan keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin 14 mart 2024-cü il tarixli, RB02/1020 nömrəli məktubu ilə daxil olmuş məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-yə məxsus 526163******2152 nömrəli plastik kart xx.xx.1994cü ildə anadan olmuş, AA******* seriya nömrəli, xxxxxxx fin kodlu Təqsirləndirilən şəxs adınadır. Həmin kartın hesabına xx.xx.2023-cü il tarixdə, saat 14:37-də MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat məbləğində pul mədaxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 05 mart 2024-cü il tarixli, 5109 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD markalı diskə baxış zamanı müəyyən olunmuşdur ki, CD diskdə antena2024.xlsx, antena2023.xlsx, abunechiler.xls, abunechiler.xlsx, **********10.txt, və 504171110_SMS.txt faylları vardır. **********10.txt faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 14:02-də 23 saniyə müddətində danışıqlar qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Nerimanov r-nu, Z.Bunyadov pr 1965,E.Rec?bli kuc 239, Bina 1” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran seh” adlı antenin əhatə dairəsində olmuşdur, xx.xx.2023-cü il tarixdə, saat 17:19-da 28 saniyə müddətində danışıq qeydə alınmış danışıq zamanı Təqsirləndirilən şəxs “Baki seh,9-cu mikrorayon, Adil Memmedov kuc.” Adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur, həmin tarixdə saat 20:04-də 21 saniyə müddətinə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “M.Rasulzade qes. X27:36 Auto Yuma” adlı antenin Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 09:41-də 49 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Bineqedi qes”, isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin tarixdə saat 11:20-də 190 saniyə müddətinə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Sebail r-nu, Nizami kuc 50. K/T Veten” adlı antenin Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17:18-də 44 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Tbilisi pr.Mebel Fabrikasi”, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin tarixdə, saat 20:53-də 128 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki seh, Nerimanov rnu,Ehmedbey Aghaoglu kuc 18” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran r-nu, Mamusta” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16:09-da 73 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki seh, Nerimanov r-nu,Ehmedbey Aghaoglu kuc 18” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 14:16-da 63 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Azizbekov st., Salatin Askerova st.” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 10:55-də 14 saniyə müddətə danışıqlar qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Bineqedi r., Bileceri q., Y.Huseynov k., Don. 2, 11a” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin tarixdə, saat 19:17-də 9 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki seh, Nerimanov r-nu,Ehmedbey Aghaoglu kuc 18” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 11:09-da 18 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Bineqedi r-nu, Zengezur Sadliq sarayi” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin tarixdə, saat 19:27-də 59 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki sh., X26 kuc. Genclik Mall” adlı antenin, Zərərçəkmiş şəxs2 isə “Lenkeran r-nu, Mamusta” adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 09:26-da 6 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Bileceri,Yeni Avtovagzal” adlı antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 16:15-də 7 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Lenkeran r-nu” adlı antenin, Zərərçəkmiş şəxs1 isə “Lenkeran r-nu "Lenkaran stadionun yanindaki Bakcell qullesi" adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 14:33-də 7 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “X21” adlanan, Zərərçəkmiş şəxs1 isə “Lenkaran stadionun yanindaki Bakcell qullesi" adlı antenin əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 20:24-də 11 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “2 & 3 mikrorayon, X25 st.” adlanan, Zərərçəkmiş şəxs1 isə “Lenkaran stadionun yanindaki Bakcell qullesi" adlı antenin əhatə dairəsində olmuşdur. Həmin gün, saat 20:28də 27 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki sheheri, Nesimi ray-nu, Tbilisi prospekti 56” adlanan, Zərərçəkmiş şəxs1 isə “Lenkeran sh., Fuzuli kucesi 50 “Cenub" shadliq sarayi” adlanan anten əhatə dairəsində olmuşdur. Həmin gün, saat 20:38-də 18 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki sheheri, Nesimi ray-nu, Tbilisi prospekti 56”adlanan, Zərərçəkmiş şəxs1 isə “Lenkeran seh” adlanan anten əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 13:47-də 67 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Baki sheh.,Bileceri Qesebesi, FHN Xestaxanasi” adlanan, Zərərçəkmiş şəxs1 isə “Masalli r-nu, Dadva” adlanan anten əhatə dairəsində olmuşdur. Həmin gün, saat 14:45-də 39 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs “Bileceri enishi 21 "Azeravtoyol 1 sayli idare" adlanan, Zərərçəkmiş şəxs1 isə “Masalli r-nu,Dadva” adlanan anten əhatə dairəsində olmuşdur. “504171110_SMS.txt” faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 15:59-da “Herbi hiseyle danwiram gozle boo” mətnli mesaj yazmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ödəmələrlə əlaqədar zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Mən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 Səyyad qızından 15 min manat Azərbaycan manatı aldım. Bu ödəniş Zərərçəkmiş şəxs1 oğlu X8, cinayət işinin, işində hüquqşünas Şahid5, Cəfərov Qədirin gələcəkdə olan məhkəmə xitamında yüngül (3-5) il aralığında cəza təyin olunması üçündü. Pulu təhvil alanda Şahid1 yanımızda olub” yazıları yazılmış xx.xx.2023-cü il tarixli 01 ədəd vərəqdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 31 yanvar 2024-cü il tarixli, PPO-LEG/0203/2024 nömrəli məktubu ilə daxil olmuş məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli, 2024/111/7866 nömrəli məktubu ilə daxil olmuş məlumatlarda və 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin 14 mart 2024-cü il tarixli, RB02/1020 nömrəli məktubu ilə daxil olmuş məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 05 mart 2024-cü il tarixli, 5109 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs atası tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2023-cü ilin may-iyul aylarında Bakı şəhər sakini Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq 4750 manat məbləğində pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 4750 manat məbləğində ziyanı tam halda geri qaytarmışdır. Təqsirləndirilən şəxslə barışmış, barəsində heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etitafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini və barışmasını CM-in 59.1.12, 59.1.13-cü, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 ay 1 gün müddət - bir günə iki gün hesablanmaqla, 10 ay 2 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ödəmələrlə əlaqədar zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən qəbzlər, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 01 ədəd vərəq, "xxxx" MMC-nin 31 yanvar 2024-cü il tarixli, PPO- LEG/0203/2024 nömrəli məktub, "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli, 2024/111/7866 nömrəli məktub və məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" ASC-nin 14 mart 2024cü il tarixli, RB02/1020 nömrəli məktub, "xxxx" MMC-nin 05 mart 2024-cü il tarixli, 5109 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2023-cü il tarixli, 4/294 nömrəli rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 ay 1 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay 2 gün gün ona təyin edilmiş cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 8 ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ödəmələrlə əlaqədar zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən qəbzlər, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 01 ədəd vərəq, "xxxx" MMC-nin 31 yanvar 2024-cü il tarixli, PPO- LEG/0203/2024 nömrəli məktub, "xxxx" ASC-nin 27 mart 2024-cü il tarixli, 2024/111/7866 nömrəli məktub və məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" ASC-nin 14 mart 2024cü il tarixli, RB02/1020 nömrəli məktub, "xxxx" MMC-nin 05 mart 2024-cü il tarixli, 5109 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-149/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-149/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver