Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-15/2023 06.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – X5 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 17:55 xx xxxxxx 1977-ci ildə Lənkəran rayonu Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2018-ci ilin dekabr ayının sonlarında Lənkəran şəhəri Nizami küçəsində yerləşən bazarın içərisində olan çayxanada istintaqa məlum olmayan şəxsdən 60 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi-450,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi- 37,140 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etməklə saxlamış və üzərində daşıyaraq 27 fevral 2019-cu il tarixdə Lənkəran şəhəri dəmiryolu stansiyasında Astar-Bakı qatarına əyləşib Bakı şəhərinə gəlmiş və X9 Polis İdarəsinin əməkdaşlarının 28 fevral 2019-cu il tarixdə, saat 06 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində,həmin günü saat 05:55 dəqiqədə Bakı şəhəri,Bakı dəmiryolu stansiyası ərazisində saxlanılaraq DYNPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin 450,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 37,140 qram çəkidə narkotik vasitə olan tiryək 1 (bir) ədəd qara rəngli sellofan torbada əlindəki qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə 2022-ci ilin fevral ayının ortalarından, mart ayının ortalarınadək olan müddət ərzində,ayrı-ayrı vaxtlarda Lənkəran rayonu Kərgəlan kəndində yerləşən, Rusiya Federasiyasının vətəndaşı, hazırda Rusiya Federasiyasının Volqaqrad şəhərində yaşayan X2 məxsus yaşayış sahəsi hesab olunan evə, daş hasardan tullanıb keçərək, evin 1-ci mərtəbəsinin pəncərəsinin şüşəsini sındırıb açmaqla qanunsuz daxil olub, Namik Məmmədovun baldızı Zərərçəkmiş şəxs2 məxsus 80 manat qiymətində dəmir metalından hazırlanmış 1(bir) ədəd sobanı, 1(bir) ədədinin qiyməti 50 manat olan cəmi 200 (iki yüz) manat qiymətində alüminium metalından hazırlanmış 4(dörd) ədəd ləyəni evin 1-ci mərtəbəsindən və soyuducunun 150 manat qiymətində olan 1(bir) ədəd mühərrikini evin 2ci mərtəbəsində yerləşən mətbəxdən, 60 manat qiymətində "Tefal" markalı 1(bir) ədəd ütünü,30 manat qiymətində idman çantasını və həmin idman çantasının içərisində olan 420 manat qiymətində tül pərdə dəstini, bir dəstinin qiyməti 15 manat olan cəmi 30 (otuz) manat qiymətində 2(iki) ədəd dəsmal dəstini, 160 manat qiymətində 1(bir) ədəd yun odeyalı evin 2-ci mərtəbəsində yerləşən ümumi otaqdan, 250 manat qiymətində 82 sm dioqanallı "Samsung" markalı televizoru, 80 manat qiymətində 1(bir) ədəd odun samovarını, 40 manat qiymətində latun metalından hazırlanmış 1(bir) ədəd avtafa-ləyən dəstini,60 manat qiymətində 1(bir) ədəd şirəçəkən mikser aparatını, 40 manat qiymətində 1(bir) ədəd DVD pleyer aparatını evin 2-ci mərtəbəsində yerləşən digər otaqlardan,1(bir) ədədinin qiyməti 10 manat olan cəmi 100 (yüz) manat qiymətində alüminium metalından hazırlanmış 10 (on) ədəd pəncərə örtüklərini isə evin 1-ci və 2-ci mərtəbəsində yerləşən pəncərələrin qarşısından söküb gizli olaraq talamaqla, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 mart 2022-ci il tarixdə, saat 01 radələrində Lənkəran rayonu Kərgəlan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan yeni tikilmiş təmirsiz evə, daş hasardan tullanıb keçərək qanunsuz daxil olmaqla,evin divarına bərkidilmiş 10 manat qiymətində 1(bir) ədəd elektirik şitini və onun içərisindəki bir ədədinin qiyməti 6 manat olmaqla cəmi 48 (qırx səkkiz) manat qiymətində 8 ədəd qoruyucu aparatı və evin 1-ci və 2-ci mərtəbəsinə bərkidilmiş 1 metrinin qiyməti 1 manat 30 qəpik olan cəmi 455 (dörd yüz əlli beş) manat qiymətində 350 metr uzunluğunda tək damarlı və 1 metrinin qiyməti 4 manat olan cəmi 60 (altmış) manat qiymətində 15 metr uzunluğunda üç damarlı mis metalından hazırlanmış elektrik naqillərini gizli olaraq talamaqla, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 573 (beş yüz yetmiş üç ) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 06 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən bazarın qarşısında olan binanın tinində şəxsiyyəti istintaqa məlum olmayan "Vaska" ləqəbli şəxsdən 12 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi -0,162 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 06 aprel 2022-ci il tarixdə, saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində,həmin günü saat 18:55 dəqiqədə yaşadığı Lənkəran rayonu Kərgəlan kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 1 (bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilir, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəlləri ilə elan edilmiş ittihamlarla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, tutulana qədər bir qayda olaraq hər gün narkotik vasitə istifadə etmişdir. 28 fevral 2019-cu il tarixdə X9 Polis İdarəsinin əməkdaşları və 06 aprel 2022-ci ildə isə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının onu aldatması nəticəsi üzərində guya narkotik vasitə aşkar edilməsi barədə rəsmiləşdirmə aparılmışdır. X6 və onun arvadı X3 həmkəndlisidir. Onlarla ədavət və ya düşməmçiliyi olmamışdır. Namikin yaşadıqları kənddə yerləşən iki mərtəbəli evi vardır. Namik və arvadı Firuzə hazırda Rusiya Federasiyasında yaşadıqları üçün evlərində heç kim yaşamamışdır. Zərərçəkmiş şəxs1 da həmkəndlisidir, onunla da ədavət və ya düşmənçiyi olmamışdır. Gülmira Lənkəran rayonu Kərgəlan kəndində yaşayır. Gülmiranın əri Xanağa Rusiya Federasiyasında yaşayır. Gülmiranın yaşadığı evin həyətində başqa bir yeni tikilmiş təmirsiz iki mərtəbəli evi vardır. 2022-ci ilin fevral ayının ortalarında saat 22 radələrində Namikə məxsus evin daşdan olan hasarının yanına getmiş, hasardan tullanıb həyətə keçmiş, evin 1-ci mərtəbəsinin pəncərəsinin şüşəsini sındırıb əli ilə pəncərəni açaraq evə daxil olmuşdur. Pilləkanla evin 2-ci mərtəbəsinə qalxıb qapısı açıq olan mətbəxə daxil olmuş, mətbəxdə olan soyuducunun mühərrikini açıb götürmüş və onu evin 1-ci mərtəbəsinə aparıb qoymuşdur. Evin 1-ci mərtəbəsinə baxdıqda divarın küncündə dəmir sobanın olduğunu görmüşdür. Oğurladığı həmin əşyaları bir-bir evin daş hasarından küçəyə tullayıb özü də daş hasardan tullanıb küçəyə çıxmışdır. Oğurladığı həmin əşyaları ağac kollarının arasında gizlətdikdən sonra yaşadığı evə getmişdir. Səhərisi günü həmin əşyaları Lənkəran şəhər ərazisində yerləşən əlvan metal qəbulu sexinə aparıb, orada adını bilmədiyi şəxsə cəmi 24 manata satmışdır. Üç gündən sonra saat 23 radələrində yenidən eyni üsulla Namikə məxsus evə daxil olaraq pilləkanla evin 2-ci mərtəbəsinə qalxmış, 2-ci mərtəbədə olan ümumi otağın qapısının açıq olub-olmadığını əli ilə yoxladıqda otağın qapısının bağlı olduğunu görmüşdür. Çiyni ilə qapıya zərbə endirib açıb otağa daxil olmuşdur. Həmin otaqdan bir ədəd "tefal" markalı ütünü, idman çantasında olan tül pərdə dəstini, bir ədəd odun samovarını oğurlayıb eyni üsulla evdən küçəyə çıxmışdır. Sonra isə yenə də oğurladığı həmin əşyaları ağac kollarının arasında gizlədərək yaşadığı evə getmişdir. Səhərisi günü həmin əşyaları Lənkəran şəhərində yerləşən bazara aparıb tanımadığı bir qadına "tefal" markalı ütünü 10 manata, tül pərdəni idman çantası ilə birlikdə 25 manata satmışdır. Bir ədəd odun samovarını isə bazarın yaxınlığında dəllək işləyən Asif adlı şəxsə 50 manata satmışdır. Amma həmin samovarın oğurluq olduğunu Asifə deməmişdir. 2022-ci ilin mart ayının ortalarında saat 24 radələrində yenə də eyni üsulla Namikə məxsus evə daxil olmuş, evin 2-ci mərtəbəsində olan otaqların birindən latun metalından olan bir ədəd avtafa-ləyən dəstini, şirəçəkən mikser aparatını, evin 1-ci mərtəbəsindən bir ədəd alüminium ləyəni götürmüş və alüminium metalından olan evin pəncərə örtüklərini söküb çıxartmışdır. Sonra isə yenə də oğurladığı əşyaları eyni üsulla evdən küçəyə çıxardaraq ağac kollarının arasında gizlədərək yaşadığı evə getmişdir. Səhərisi günü oğurladığı həmin əşyaları Lənkəran şəhərində yerləşən bazara aparmış və şirəçəkən mikser aparatını 12 manata tanımadığı bir qadına satmışdır. Amma bir ədəd avtafa-ləyən dəstini sata bilməmişdir. Ona görə də həmin bir ədəd avtafa-ləyən dəstini sındırmış və çəkisi 3 kq gəlmişdir. Bundan sonra 3 kq olan avtafa-ləyən dəstinin qırıqlarını,alüminiumdan olan bir ədəd ləyəni və alüminiumdan olan pəncərə örtüklərini Lənkəran şəhərində yerləşən əlvan metalların qəbulu sexinə aparmışdır. Avtafa-ləyən dəstinin qırıqlarını, bir ədəd alüminium ləyəni və alüminium metalından olan evin pəncərə örtüklərini cəmi 36 manata əlvan metal qəbulu sexində adını bilmədiyi şəxsə satmışdır. 29 mart 2022-ci il tarixdə həmkəndlisi Gülmiraya məxsus yeni tikilmiş təmirsiz evin elektirik naqillərini oğurlayıb sataraq pul əldə etmək qərarına gəlib həmin günü saat 01 radələrində Gülmiraya məxsus evin daş hasarından tullanıb həyətə keçmiş və həmin 2 mərtəbəli təmirsiz evə yaxınlaşmışdır. Sonra isə evin divarına bərkidilmiş, içərisində 8 ədəd qoruyucu aparatı olan dəmir şiti özü ilə gətirdiyi kəlbətinlə elektrik naqillərindən ayırıb kənara qoymuşdur. Sonra isə evin 1-ci və 2-ci mərtəbələrində divara bərkidilmiş elektrik naqillərini kəsib yerə qoymuş, sonra isə oğurladığı kəsilmiş vəziyyətdə olan elektirik naqillərini və içərisində 8 ədəd qoruyucu aparat olan bir ədəd dəmir şiti götürüb həyətdən küçəyə daşımışdır. Sonra isə oğurladığı həmin əşyaları hissə-hissə daşıyıb yaxınlıqda olan ağac kollarının arasında gizlədərək yaşadığı evə getmişdir. Oğurladığı elektirik naqillərini və içərisində 8 ədəd qoruyucu aparat olan bir ədəd dəmir şiti iki gün ərzində daşıyıb Lənkəran şəhərində yerləşən əlvan metal qəbulu sexinə aparmış və cəmi 60 manata satmışdır. . Təqsirləndirilən şəxs son sözündə narkotik vasitə ilə bağlı verilmiş ittihama görə bəraət verilməsini, oğurluq cinayəti üzrə isə etdiyi əməlindən peşmançılıq çəkdiyini, zərərçəmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmadığını, bir daha belə əməllərə yol verməyəcəyini bildirib, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında narkotik vasitə ilə bağlı hissədə ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “oğurluqdan qazandığı pullara bir neçə gün ərzində "Vaska" adlı şəxsdən heroin alıb inneksiya yolu ilə istifadə etmişdir. Belə ki, narkotik vasitə olan heroindən inneksiya vasitəsilə istifadə etmişdir. O, istifadə etdiyi heroini həmişə Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında "Vaska" ləqəbli üzdən tanıdığı, amma əsl adını bilmədiyi şəxsdən almışdır. O, əvvəllər bir neçə dəfə oğurluq hadisələri törətdiyi üçün və üzərində narkotik vasitələr gəzdirdiyinə görə məhkum olunmuşdur. 2018-ci ilin dekabr ayının təxminən axırlarında Lənkəran şəhərində yerləşən bazarın içərisində olan çayxanada oturduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və onunla salamlaşıb görüşdükdən sonra masa arxasında əyləşmişdir. O, söhbət əsnasında həmin şəxsdən adını soruşmuşdur. Həmin şəxs də ona "adımı neynirsən?, mən də qurudulmuş marixuana və tiryək var satıram" bildirmişdir. O da həmin şəxsdən "sən haradan bildin ki, mən narkotik vasitələrdən istifadə edirəm?" soruşmuşdur. Həmin şəxs də ona, narkotik vasitələrdən istifadə etdiyinin sifətindən bəlli olduğunu bildirmişdir. Bundan sonra, o, narkotik vasitələri neçəyə satmaq istədiyini həmin şəxsdən soruşmuşdur. Həmin şəxs də təcili pula ehtiyacı olduğu üçün narkotik vasitələri ona 60 manata satacağını bildirmişdir. O da həmin şəxsə 60 manat verib, ondan qara rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuananı və bir ədəd sellofan bükülüdə olan tiryəki almışdır. Sonra isə tez yaşadığı evə getmiş və aldığı narkotik vasitələri evin zirzəmisində gizlətmişdir ki, sonra hərdən bir hissə-hissə istifadə edər. Bir neçə ay ərzində həmin narkotik vasitələrdən az-az istifadə etmişdir. Lənkəran rayon ərazisində iş tapa bilmədiyindən Bakı şəhərinə gedib fəhləlik edərək pul qazanmaq qərarına gəlmişdir. Həmçinin qərara gəlmişdir ki, evdə gizlətdiyi qurudulmuş marixuana və tiryəki də hərdən bir istifadə etmək üçün özü ilə Bakı şəhərinə aparsın. Buna görə də yaşadığı evin zirzəmisində gizlətdiyi içərisində qurudulmuş marixuana və bir ədəd sellofan bükülüdə tiryək olan qara rəngli sellofan bağlamanı qara rəngli idman çantasının içərisinə qoymuşdur. O, 27 fevral 2019-cu il tarixdə axşam saatlarında idman çantasını götürüb Lənkəran şəhərində yerləşən dəmiryolu stansiyasına gəlmiş və Astar-Bakı qatarına əyləşib Bakı şəhərinə getmişdir. Qatar 28 fevral 2019-cu il tarixdə saat 05:50 dəqiqədə Bakı dəmiryolu stansiyasına daxil olmuş və o, qatardan düşmüşdür.Həmin vaxtı mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və dəmir yolu polisinin əməkdaşları olduqlarını bildirib, onu X9 Polis İdarəsinə gətirmişlər. Polis idarəsində dəvət olunmuş vəkilin və hal şahidlərinin iştirakı ilə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı polis işçisi onun əlində olan qara rəngli idman çantasının içərisində olan qara rəngli sellofan torbanın içərisindəki qurudulmuş marixuana və tiryəki aşkar edib götürmüşdür. Şifahi sorğu zamanı etiraf edərək bildirmişdir ki, qara rəngli sellofan torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuana və tiryəkdir, həmin narkotik vasitələri tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün idman çantasında saxlamışdır. Polis işçisi tərəfindən həmin narkotik vasitələr, onun, müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bundan sonra, polis işçisi tərəfindən protokol tərtib olunmuş və o, protokola imza etmişdir. O, həmin narkotik vasitələri satış məqsədilə deyil, özü istifadə etmək üçün almışdır. 01 mart 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş və onu Bakı İstintaq Təcridxanasına göndərmişlər. Məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtı 28 may 2019-cu il tarixdə başa çatdığına görə onu Bakı İstintaq Təcridxanasından buraxmışlar və həmin tarixdə X12 Polis İdarəsinin müstəntiqi tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sonra isə o, yaşadığı Lənkəran rayonu Kərgəlan kəndinə qayıtmışdır.” “Oğurluqdan qazandığı pullara bir neçə gün ərzində "Vaska" adlı şəxsdən heroin alıb inneksiya yolu ilə istifadə etmişdir. Belə ki, 06 aprel 2022-ci il tarixdə, saat 13 radələrində istifadə etmək üçün heroin almaq məqsədilə yaşadığı evdən çıxmış və avtobusa əyləşib Lənkəran şəhərində yerləşən bazarın qarşısına getmişdir.Bazarın qarşısında avtobusdan yerə düşmüş və binanın tinində dayanıb, ona heroin satan "Vaska" ləqəbli şəxsi gözləməyə başlamışdır.Təxminən 20-25 dəqiqədən sonra "Vaska" ləqəbli şəxs dayandığı yerə gəlmiş və o, 12 manat verib ondan 1 ədəd ağ rəngli sellofan kəsiyi bükümdə heroin almışdır. Sonra isə həmin bir bükümdə olan heroini əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətmiş və avtobusa əyləşib yaşadığı Lənkəran rayonu Kərgəlan kəndinə qayıtmışdır. Kərgəlan kəndində avtobusdan düşüb yaşadığı evə getmişdir.Həmin günü,saat 19 radələrində yaşadığı evdən küçəyə çıxmış və üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır.Bu zaman polis işçiləri onu tutub Lənkəran polis şöbəsinə gətirmişlər. Sonra isə onu otaqların birinə aparmışlar.Həmin otaqda polis işçisi, ona müdafiəçi qismində təqdim olunmuş Lənkəran rayon Vəkil bürosunun vəkili Ədalət Muradovun və digər polis əməkdaşlarının iştirakı ilə üstündə axtarış aparmışdır.Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir.Bundan sonra, digər bir polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır.Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir.Polis işçisi, ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin.O da əynində olan qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi həmin bir bükümdə olan heroini və şalvarının sol yan cibində olan bir ədəd cib dəsmalını, 2 ədəd 10 manatlıq, 3 ədəd isə 1 manatlıq pullarını çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi, həmin bir ədəd bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin bir ədəd bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Bundan sonra, polis işçisi üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını ondan soruşmuşdur.O da təqdim etdiyi həmin bir bükümdə olan heroindən başqa üzərində heç nə olmadığını bildirmişdir.Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış,amma təqdim etdiyi bir ədəd bükülüdə olan heroindən başqa üzərindən qanunla saxlanması qadağan olunmuş heç nə aşkar olunmamışdır.Polis işçisi içərisində heroin olan həmin bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman içərisində heroin olan bir ədəd bükülünün çəkisinin 0,19 qram olduğunu görmüşdür.Bundan sonra, polis işçisi içərisində heroin olan bir ədəd bükülünü zərfə qoymuş və zərfin üzərinə möhür vurmuşdur. O,müdafiəçisi Ədalətlə birlikdə həmin zərfin üzərinə imza etmişdir.Bundan sonra videoçəkiliş dayandırılmışdır.Polis işçisi protokol tərtib etmiş və o da, müdafiəçisi Ədalətlə birlikdə həmin protokola imza etmişdir.Polis işçisi bir ədəd cib dəsmalını və cəmi 23 manat pulu ona qaytarmışdır.Ona həmişə heroin satmış "Vaska" ləqəbli şəxsin əsl adını və harada yaşadığını bilmir.Amma həmin şəxs arıq bədən quruluşlu, sarışın, boyu 160-165 sm olan 45-50 yaşlarında kişidir.O, əldə etdiyi həmin bir bükümdə olan heroini özü istifadə etmək üçün almışdır.Onun mobil telefonu yoxdur və mobil telefon nömrəsindən də istifadə etmir.O, yuxarıda göstərdiyi oğurluq hadisələrini tək törətmiş və ona heç kim köməklik də göstərməmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.O, yuxarıda göstərdiyi oğurluq hadisələrindən başqa, digər oğurluq hadisələri törətməmişdir”. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, oğlu Şahverdi ilə birlikdə Lənkəran rayonunun Kərgəlan kəndində yaşayır. X17 Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun böyük oğlu Ruslan Caniyev Bakı Dövlət Universitetinin tələbəsi olduğu üçün Bakı şəhərində yaşayır.Onlar yaşadıqları evin həyətində yeni bir 2 mərtəbəli ev tikdirmişlər.Həmin ev yaşadıqları evin arxa tərəfində yerləşir. Həmin ev təmirsizdir və əri Xanağa Rusiya Federasiyasına getməmişdən təxminən 1 il əvvəl həmin evin divarlarına elektrik naqilləri çəkdirmiş və evin 2-ci mərtəbəsinin girişinin sağ tərəfindəki divara içərisində 8 ədəd qoruyucu aparat olan elektrik şiti qoydurmuşdur. Şahverdi ilə birlikdə hər gün yeni tikdirdikləri 2 mərtəbəli evə nəzarət edirlər. Lakin 28 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək olan müddət ərzində, o və Şahverdi həmin evə gedib baxmamışlar. 31 mart 2022-ci il tarixdə saat 12 radələrində Şahverdi həmin evə baxmağa getmiş və təxminən 5 dəqiqədən sonra geri qayıdıb, naməlum şəxsin yeni tikdirdikləri evə daxil olaraq divara bərkidilmiş elektrik naqillərini və içərisində 8 ədəd qoruyucu aparat olan elektrik şitini oğurlayıb apardığını ona bildirdikdə tez həmin evə getmiş və evin içərisinə daxil olan zaman evin 1-ci və 2-ci mərtəbələrində olan elektrik naqillərinin çoxunun kəsildiyini və evin 2-ci mərtəbəsində divara bərkidilmiş elektrik şitinin də yerində olmadığını görmüşdür.Evdən neçə metr elektrik naqilinin kəsilib aparıldığını ölçərək naməlum şəxsin daş hasardan tullanıb həyətə keçərək yeni tikilmiş evinin divarlarına bərkidilmiş 350 metr uzunluğunda tək damarlı və 15 metr uzunluğunda üç damarlı mis metalından hazırlanmış elektrik naqillərini, içərisində 8 ədəd qoruyucu aparat olan elektrik şitini oğurlayıb apardığı ona məlum olmuşdur. İstifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yeni tikilmiş evinin elektrik kabellərinin kəsilərək oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri onun həyətinə gələrək yeni tikilmiş evinə baxış keçirmişlər. Oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. 07 aprel 2022-ci il tarixdə saat 12 radələrində polis işçisi Ceyhun onun mobil telefonuna zəng edərək,yeni tikilmiş evində baş vermiş oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətdiyini bildirmişdir.Evində baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 573 manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Kərgəlan kəndində yaşayır.Şahid8 onun doğma qardaşıdır.Nicat da ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu Kərgəlan kəndində yaşayır.X3 onun doğma bacısıdır.Firuzə 1992-ci il tarixdə həmkəndlisi X6 ilə evlənmişdir.Namikin Kərgəlan kəndində 2 mərtəbəli evi vardır.Kürəkəni Namik və bacısı Firuzə 1998-ci ilin aprel ayınadək həmin evdə yaşamışlar və onlar 1998-ci ilin aprel ayından etibarən Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayırlar.Kürəkəni Namik və bacısı Firuzə 2020-ci il tarixdən etibarən ölkə ərazisində yayılmış "Covid 19" pandemiyası ilə bağlı karantin rejimi tətbiq olunanadək ildə bir dəfə olmaqla əsasən də yay mövsümündə gəlib həmin evdə təxminən 1 ay yaşamışlar. 1998-ci ilin dekabr ayında yaşamaq üçün Rusiya Federasiyasının Perm şəhərinə getmişdir.O, Perm şəhərinə getməmişdən əvvəl ev əşyalarını və artıq paltarlarını bacısı Firuzənin evinə aparıb qoymuşdur.2019-cu il tarixdə Perm şəhərindən yaşadığı Kərgəlan kəndinə qayıtmışdır.O, Firuzənin evinə qoyduğu əşyalarının bir hissəsini və paltarlarını yaşadığı evə gətirmişdir. Ev əşyalarının bir hissəsi isə Firuzənin evində qalmışdır. Firuzə evinə nəzarət etməyi ona tapşırdığı üçün evin açarları ondadır. Kürəkəni Namikin bacısı Asudə isə onların evinin həyətində göyərti əkib sataraq ailəsini saxlayır. Bacısı Firuzənin evinə həşəratlar girməsin deyə,2020-ci il tarixdə Lənkəran şəhərində yerləşən məişət əşyaları satılan mağazadan öz puluna birinin qiyməti 10 manat olan alüminium metalından hazırlanmış on ədəd pəncərə örtükləri almış,həmin örtükləri evin 1-ci və 2-ci mərtəbəsində olan pəncərələrin qarşısına vurdurmuşdur.02 aprel 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman Asudə onun mobil telefon nömrəsinə zəng edərək,Namikin evinin 1-ci mərtəbəsinin pəncərəsinin şüşəsinin sındırıldığını və evin qapılarının açıq vəziyyətdə olduğunu, kiminsə evdən oğurluq etdiyini bildirmişdir.O, dərhal yaşadığı evdən çıxıb, Firuzənin evinə getmişdir. O, evin 1-ci mərtəbəsinin pəncərəsinin şüşəsinin sındırıldığını görmüşdür.Bundan sonra, o, evin 2-ci mərtəbəsinə qalxmış və ümumi otağın qapısının zamok yerindən sındırılıb açıq vəziyyətdə olduğunu görmüşdür. Otağa daxil olmuş və ətrafa baxan zaman həmin otağa qoyduğu 250 manat qiymətində bir ədəd 82 sm dioqanallı "Samsung" markalı televizorunun və 80 manat qiymətində bir ədəd odun samovarının yerində olmadığını görmüş və kimsə evə daxil olaraq həmin əşyaları oğurlayıb apardığını bilmişdir. Nicata zəng edib,bacısı Firuzənin evindən bir ədəd 82 sm dioqanallı "Samsung" markalı televizor və bir ədəd odun samovarının oğurlandığını bildirmişdir. Bir az keçdikdən sonra Lənkəran polis şöbəsinin işçiləri Firuzənin evinə gələrək evə baxış keçirmişlər. Firuzənin evindən ona məxsus birinin qiyməti 10 manat olan alüminium metalından hazırlanmış on ədəd pəncərə örtüklərini,80 manat qiymətində dəmir metalından hazırlanmış bir ədəd sobanı, birinin qiyməti 50 manat olan alüminium metalından hazırlanmış dörd ədəd ləyini, soyuducunun 150 manat qiymətində olan bir ədəd mühərrikini, 60 manat qiymətində "Tefal" markalı bir ədəd ütünü,30 manat qiymətində olan idman çantasını və həmin çantanın içərisindəki 420 manat qiymətində tül pərdə dəstini, bir dəstinin qiyməti 15 manat olan iki ədəd dəsmal dəstini,160 manat qiymətində bir ədəd yun odeyalı, 40 manat qiymətində latun metalından hazırlanmış bir ədəd avtafa-ləyən dəstini, 60 manat qiymətində bir ədəd şirəçəkən mikser aparatını və 40 manat qiymətində bir ədəd DVD pleyer aparatının oğurlandığı soradan ona məlum olmuşdur. 07 aprel 2022-ci il tarixdə qardaşı Nicat ona Firuzənin evindən əşyaları həmkəndliləri Təqsirləndirilən şəxs oğurladığını bildirmişdir. Oğurlanmış əşyalar kürəkəni Namikə və bacısı Firuzəyə deyil, ona məxsusdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1700 manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “ailə üzvülərilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının axırlarından etibarən tanıyır.Maislə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, Lənkəran şəhəri M.Mustafaxan küçəsində yerləşən bərbər dükanında bərbər işləyir. 2022-ci ilin mart ayının təxminən axırlarında bərbərxananın yaxınlığında samovar satan Adil sonradan adını bildiyi Maislə birlikdə bərbər dükanına gəlmiş və ona "bu şəxsdə yaxşı bir samovar var,satmaq istəyir,əgər istəyirsənsə ala bilərsən" bildirmişdir.O da samovara baxmış və samovar xoşuna gəldiyi üçün samovarı neçəyə satmaq istədiyini Maisdən soruşmuşdur.Mais də samovarı 100 manata satmaq istədiyini bildirmişdir.O da samovarı 70 manata alacağını Maisə bildirmişdir. Mais də onunla razılaşmışdır.O, həmin samovarın oğurluq olub-olmadığını Maisdən soruşmuşdur. Mais də samovarın özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. Bundan sonra, o, Maisə inanmış və Maisə 70 manat pul verib samovarı ondan almışdır. 09 aprel 2022-ci il tarixdə saat 16 radələrində adını bilmədiyi polis işçisi onun işlədiyi bərbər dükanına gəlmiş və onu Lənkəran polis şöbəsinə dəvət etmişdir.O da təxminən 15 dəqiqədən sonra işdən çıxıb Lənkəran polis şöbəsinə gəlmiş və polis şöbəsində ona məlum olmuşdur ki, Mais adlı şəxs, ona satdığı samovarı yaşadığı kənddə yerləşən bir evdən oğurlamışdır.Mais adlı şəxs həmin samovarı ona satarkən, samovarın oğurluq olduğunu deməmişdir.O, Maisdən aldığı samovarı yaşadığı evdən gətirib Lənkəran şəhər-rayon polis şöbəsində istintaqa təqdim etmişdir.” Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının axırlarından etibarən tanıyır.Maislə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, Lənkəran şəhəri M.Mustafaxan küçəsində köhnə samovarların satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının təxminən axırlarında bir nəfər şəxs ona yaxınlaşmış və əlindəki samovarı göstərərək, pula ehtiyacı olduğu üçün samovarını satmaq istədiyini bildirmişdir.O, həmin şəxsdən adını və samovarı neçəyə satmaq istədiyini soruşmuşdur. Həmin şəxs də adının Təqsirləndirilən şəxs olduğunu, Kərgəlan kəndində yaşadığını, samovarı da 100 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxtı pulu olmadığına görə Maisdən samovarı almamış,birdən yadına düşmüşdür ki, dəllək Asif ondan samovar istəmişdir. Buna görə də, o, Maislə birlikdə qonşuluqda olan bərbər dükanında işləyən Asifin yanına getmiş və Asifə "bu şəxsdə yaxşı bir samovar var,satmaq istəyir,əgər istəyirsənsə ala bilərsən" bildirmişdir. Asif də samovara baxmış və samovar xoşuna gəldiyi üçün Maisdən samovarı neçəyə satmaq istədiyini soruşmuşdur. Mais də samovarı 100 manata satmaq istədiyini Asifə bildirmişdir.Asif də samovarı 70 manata almaq istədiyini Maisə bildi rmişdir. Mais də Asiflə razılaşmışdır. Həmin vaxtı Asif samovarın oğurluq olub-olmadığını Maisdən soruşmuşdur.Mais də samovarın özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini Asifə bildirmişdir. Bundan sonra, Asif Maisə 70 manat pul verib samovarı ondan almışdır.Mais bərbərxanadan çıxıb getmişdir. O isə iş yerinə qayıtmışdır. 10 aprel 2022-ci il tarixdə saat 10 radələrində Asif onun yanına gəlmiş və ona, Mais adlı şəxsdən aldığı samovarı, Maisin yaşadığı kənddə yerləşən bir evdən oğurladığını,həmin samovarı aparıb Lənkəran polis şöbəsinə təhvil verdiyini bildirmişdir. Mais adlı şəxsin həmin samovarı oğurlamasından onun məlumatı olmamışdır.” Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, polis leytenantı Şahid6 və polis leytenantı Şahid7 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Lənkəran rayonu Kərgəlan kənd ərazisində saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmiş, təhqiqatçının otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. O da daxil olmaqla Şahid6, Şahid7 və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü və həmin şalvarının sol yan cibindən bir ədəd cib dəsmalını, 2 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinaslarını çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükülüdən,23 manat puldan və bir ədəd cib dəsmalından başqa heç nə aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd ağ rəngli sellofan bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs da təqdim etdiyi 1 ədəd bükülünün içərisində narkotik maddə olan heroin olduğunu və heroindən istifadə etdiyini bildirmişdir. Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlə olan həmin bir ədəd ağ rəngli sellofan bükülünü elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs, müdafiəçisi Ədalət Muradovla birlikdə həmin zərfin üzərinə imza etmişdir.Baxşəli Rufullayev bir ədəd cib dəsmalını və 23 manat pulu Təqsirləndirilən şəxs qaytarmışdır. Təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə heroinə bənzər kütləni haradan, nə üçün və kimdən əldə etdiyini Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə olan heroini özü istifadə etmək üçün Lənkəran şəhərində yerləşən "Böyük bazar" adlanan yerdə 12 manata üzdən tanıdığı amma adını bilmədiyi "Vaska" ləqəbli bir nəfər şəxsdən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Lənkəran rayonu Kərgəlan kənd ərazisində yerləşən bir evdən elektrik naqillərini, digər bir evdən isə soba, alüminium ləyən, samovar və digər məişət əşyaları oğurlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri - polis leytenantı Şahid6 və polis leytenantı Şahid7, şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş şahidlər Şahid12 və Şahid13 məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqramla müraciət edərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasına gələ bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “X9 Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili,polis kapitanıdır. narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli bilinən 40-45 yaşlarında “Mais” adlı şəxsin Astara-Bakı qatarı ilə Bakı dəmir yolu sərnişin vağzalına gəlməsi barədə daxil olmuş məlumat əsasında 27 fevral 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna, o və X9 Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid11 daxil edilmişdir.Qərar qəbul edildikdən sonra məlumat verən mənbə “Mais” adlı şəxsin Lənkəran şəhər dəmir yolu vağzalından Astara-Bakı qatarı ilə Bakı şəhərinə gələcəyini, lakin ola bilsin Bakı şəhərinə gələnə qədər digər dəmiryolu stansiyalarında düşə biləcəyini və ya ola bilsin üzərində ola biləcək narkotik vasitəni hər hansı bir şəxsə sata biləcəyi barədə məlumat vermişdir.Ona görə də Lənkəran şəhəri dəmir yolu sərnişin vağzalına gedib “Mais” adlı şəxsi müəyyən edib izləmək qərarına gəlmişlər. DYNPİ-nin NMB-nin rəisi, polis kapitanı Şahid13 da onlara kömək məqsədi ilə Lənkəran şəhərinə getmək qərarına gəlmişdir. Rəsmi olaraq idarə rəhbərliyinə Lənkəran şəhərinə ezam olunmaqları barədə müraciət edib icazə aldıqdan sonra 27 fevral 2019-cu il tarixdə, günorta saatlarında Lənkəran şəhərinə getmişlər və Lənkəran şəhər Dəmir yolu sərnişin vağzalını müşahidəyə götürmüşlər, lakin “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edə bilməmişlər. Mənbənin verdiyi məlumata əsasən “Mais” adlı şəxsin Astara-Bakı qatarı ilə Bakı şəhərinə gedəcəyi dəqiq olduğuna görə onlar Astara-Bakı qatarına əyləşmişlər. Onlar qatarda müşahidə aparmalarına baxmayaraq gecə vaxtı olduğuna görə sərnişinlərin çoxunun yatmış olduğu səbəbindən "Mais" adlı şəxsin yerini müəyyən edə bilməmişlər. 28 fevral 2019-cu il tarixdə, səhərə yaxın qatar Bakıya yaxınlaşmağa az qalmış “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxsin qatarın 15-ci vaqonunun 9-cu yerində olduğunu müəyyən edib onu kənardan müşahidə etməyə başlamışlar. Həmin günü saat 05:50-də Astara-Bakı qatarı Bakı sərinişin dəmir yolu vağzalının 1-ci platformasına qəbul olunmuş, təxminən 5 dəqiqə sonra, yəni 05:55-də həmin “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxs əlində qara idman çantası ilə qatarın 15ci vaqonundan onlardan şübhələnmiş kimi özünü apararaq tələsik platformaya enmiş və onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, şəxsiyyəti barədə soruşmuşlar və həmin şəxs adının Mais olduğunu bildirmişdir. Həmin şəxsi DYNPİ-nə gətirmişlər. Polis idarəsində müəyyən edilmişdir ki, idarəyə gətirdikləri “Mais” adlı şəxs Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olduğuna görə idarəyə dəvət edilmiş hal şahidlərinin və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Sellofan torbanın içərisindən spesifik iyə malik, yaşıl rəngli ota bənzər maddə və bundan əlavə həmin torbanın içərisində isə şəffaf sellofana bükülmüş bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan bərk halda maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki,bağlamanın içərisindən aşkar olunmuş narkotik maddələr qurudulmuş marixuana və tiryəkdir, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək 28 fevral 2019-cu il tarixdə Bakı şəhərinə gətirmişdir. Bundan sonra aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokol imzalarla təsdiqlənmişdir”. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli bilinən 40-45 yaşlarında “Mais” adlı şəxsin Astara-Bakı qatarı ilə Bakı dəmir yolu sərnişin vağzalına gəlməsi barədə daxil olmuş məlumat əsasında 27 fevral 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna, X9 Polis İdarəsinin NMB-nin əməkdaşları -baş əməliyyat müvəkkili,polis kapitanı Şahid12 və əməliyyat müvəkkili polis leytenantı Şahid11 daxil edilmişdir. O da kömək məqsədi ilə Lənkəran şəhərinə getmək qərarına gəlmişdir. Qərar qəbul edildikdən sonra məlumat verən mənbə “Mais” adlı şəxsin Lənkəran şəhər dəmir yolu vağzalından Astara-Bakı qatarı ilə Bakı şəhərinə gələcəyini, lakin ola bilsin Bakı şəhərinə gələnə qədər digər dəmiryolu stansiyalarında düşə biləcəyini və ya ola bilsin üzərində ola biləcək narkotik vasitəni hər hansı bir şəxsə sata biləcəyi barədə məlumat vermişdir.Ona görə də Lənkəran şəhəri dəmir yolu sərnişin vağzalına gedib “Mais” adlı şəxsi müəyyən edib izləmək qərarına gəlmişlər. Rəsmi olaraq idarə rəhbərliyinə Lənkəran şəhərinə ezam olunmaqları barədə müraciət edib icazə aldıqdan sonra 27 fevral 2019-cu il tarixdə, günorta saatlarında Lənkəran şəhərinə getmişlər və Lənkəran şəhər Dəmir yolu sərnişin vağzalını müşahidəyə götürmüşlər, lakin “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edə bilməmişlər. Mənbənin verdiyi məlumata əsasən “Mais” adlı şəxsin Astara-Bakı qatarı ilə Bakı şəhərinə gedəcəyi dəqiq olduğuna görə onlar Astara-Bakı qatarına əyləşmişlər. Onlar qatarda müşahidə aparmalarına baxmayaraq gecə vaxtı olduğuna görə sərnişinlərin çoxunun yatmış olduğu səbəbindən "Mais" adlı şəxsin yerini müəyyən edə bilməmişlər. 28 fevral 2019-cu il tarixdə, səhərə yaxın qatar Bakıya yaxınlaşmağa az qalmış “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxsin qatarın 15-ci vaqonunun 9-cu yerində olduğunu müəyyən edib onu kənardan müşahidə etməyə başlamışlar. Həmin günü saat 05:50-də Astara-Bakı qatarı Bakı sərinişin dəmir yolu vağzalının 1-ci platformasına qəbul olunmuş, təxminən 5 dəqiqə sonra, yəni 05:55-də həmin “Mais” adlı şəxsin əlamətlərinə oxşar şəxs əlində qara idman çantası ilə qatarın 15ci vaqonundan onlardan şübhələnmiş kimi özünü apararaq tələsik platformaya enmiş və onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, şəxsiyyəti barədə soruşmuşlar və həmin şəxs adının Mais olduğunu bildirmişdir. Həmin şəxsi DYNPİ-nə gətirmişlər. Polis idarəsində müəyyən edilmişdir ki, idarəyə gətirdikləri “Mais” adlı şəxs Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olduğuna görə idarəyə dəvət edilmiş hal şahidlərinin və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Sellofan torbanın içərisindən spesifik iyə malik, yaşıl rəngli ota bənzər maddə və bundan əlavə həmin torbanın içərisində isə şəffaf sellofana bükülmüş bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan bərk halda maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki,bağlamanın içərisindən aşkar olunmuş narkotik maddələr qurudulmuş marixuana və tiryəkdir, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək 28 fevral 2019-cu il tarixdə Bakı şəhərinə gətirmişdir. Bundan sonra aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokol imzalarla təsdiqlənmişdir” Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: İş materiallarında olan Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarışın keçirilməsi haqqında 28 fevral 2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoçəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan çantanın içərisində qara rəngli sellofan torbanın içərisində qurudulmuş marixuana və tiryəkə bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan şəxsi axtarışın keçirilməsi haqqında 06 aprel 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, sol yan cibində bir ədəd cib dəsmalı, 2 ədəd 10 manatlıq pul əskinası, 3 ədəd 1 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Həmin kütləni Lənkəran şəhəri “Böyük Bazar” ərazisində üzdən tanıdığı Vaska ləqəbli adını bilmədiyi şəxsdən 12 manata aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xatırlamadığı xatirxlərdə Lənkəran rayonu, Kərgəlan kəndində bir evdən müxtəlif ölçüdə kabelləri kəsərək oğurlandığını, digər evdən isə soba, aliminium ləyən, somavar və məişət əşyaları oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd cib dəsmalı, 2 ədəd 10 manatlıq pul əskinası və 3 ədəd 1 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 fevral 2019-cu il tarixli, 5632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..." və s. qeydlər olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi- 37,140 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatının dəyəri 144,6 manat təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 fevral 2019-cu il tarixli, 5633 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş təmiz çəkisi 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 19/418 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə...." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,162 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 aprel 2019-cu il tarixli, 809 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində 2000-ci ildən "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli, 414 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 aprel 2019-cu il tarixli, 572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Təqsirləndirilən şəxs 28 fevral 2019-cu il tarixdə narkotik vasitələri əldə edib saxlayaraq, həmin tarixdə üzərində daşıyıb Bakı şəhəri dəmiryolu stansiyasına gəlməsi ilə törətdiyi hərəkətləri qavramaq və anlamaq qabliyyətinə malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmətibb-espertizasının 07 aprel 2022-ci il tarixli, 282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş latun metalından hazırlanmış, 10 litr su tutumuna malik, bir ədəd kömür samovarının orta bazar qiyməti 80 (səksən) manatdır. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 04 may 2022-ci il tarixli, 351 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş fotoçəkillərdən görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evidir. Baxışda iştirak edən Şahid8 bildirmişdir ki, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evdən bacısı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd soba, dörd ədəd ləyən, bir ədəd soyuducunun mühərriki,"Tefal" markalı ütü, idman çantası və həmin idman çantasının içərisində olan tül pərdə dəsti, iki ədəd dəsmal dəsti,bir ədəd yun odeyal, 82 sm dioqanallı "Samsung" markalı televizor, bir ədəd odun samovarı, bir ədəd avtafa-ləyən dəsti, bir ədəd şirəçəkən mikser aparatı,bir ədəd DVD pleyer və alüminium metalından olan pəncərə örtükləri oğurlanmışdır. İş materiallarında olan 31 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş fotoçəkillərdən görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evidir. Baxışda iştirak edən X5 bildirmişdir ki, ona məxsus evdən elektirik şitini və onun içərisindəki qoruyucu aparatı və elektrik naqillərini oğurlanmışdır. İş materiallarında olan “ifadənin yerində yoxlanması barədə” 08 aprel 2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs Hüseynov X4 rayon sakini Gülmira Canıyevə və Namiq Məmmədova məxsus fərdi yaşayış evdən oğurlq etməsi barədə ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman əyanı olaraq göstərmişdir. İş materiallarında olan “tanınmaya təqdim etmə” haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Natiqə Babayevə ona təqdim olunmuş və 3 rəqəmi ilə işarələnmiş samovarı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 04 mart 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi-37,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdən və təmiz çəkisi-450,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan təhqiqatdan sonra qalıq qalmış 37,040 qram çəkidə narkotk vasitə olan tiryək və 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut qismində tanınaraq DYNPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə 0,162 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,112 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdır. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 18 aprel 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, 1 ədəd odun samovarı maddi sübut qismində tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 4(006)-109/2019 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 28 fevral 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin müddəti başa çatdığına görə 28 may 2019-cu il tarixdə saxlanıldığı Azərbaycan Respublikası ƏN-i Bakı İstintaq Təcridxanasından buraxılmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 28 may 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 4(049)-116/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan notariat qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X5 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 01 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 177.3.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 09 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixi hökm dəyişddirilmədən saxlanılmışdır. Azərbaycn Respublikası Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yenidən Apellyasiya məhkəməsinə baxılması üçün təyin edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 08 il 03 ay cəza müddəti təyin edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2017-ci ildə şərti cəza bitmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyun 2022-ci il tarixli 510 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Hüseynov X4 rayonu, Kərgəlan kəndində ailə üzvləri ilə (anası, arvadı və 2002 və 2006-cı il təvəllüdlü qızları-X7 və X8) ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 20 may 2022-ci il tarixli 5(049)- 179/2022 nömrəli qərardan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 06 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Qeydin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeydin 3-cü bəndində əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 1772.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidin ifadələri, habelə mütəxəssis və ekspertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitə heroin, tiryək və marixuananın tutularkən üzərində aşkar olunmamaqla ona məxsus olmaması, polis əməkdaşları tərəfindən aldadılaraq rəsmiləşdirilməsi barədə göstərdikləri dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında dindirilmiş və elan olunmuş şahid ifadələri, ekspertiza rəyləri, həmçinin tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və digər sənədlərlə təkzib olunur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 01 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 177.3.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 09 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun zərərçəkmiş şəxsə külli miqdar təşkil edən 24.472 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 01 iyun 2010-cu il tarixli hökmlə verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə külli miqdar təşkil edən 24.472 manat məbləğində ziyan qüvvədə olan CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə və CM-nin 15.3-cü maddəsinə əsasən (Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanun) xeyli miqdar təşkil etməklə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs 01 iyun 2010-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə xx.xx.2016-cı il tarixdə 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Hazırkı ittiham olunan cinayət əməllərini 28 fevral 2019-cu il, 2022-ci ilin fevral, mart və aprel aylarında törətmişdir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki iş üzrə də Təqsirləndirilən şəxs sonuncu dəfə cəzadan şərti olaraq vaxtından əvvəl azad olduğunu vaxtdan (xx.xx.2016-cı il tarixdən) hazırkı cinayət əməllərini törətdiyi (28 fevral 2019-cu il, 2022-ci ilin fevral, mart və aprel ayları) vaxtadək 2 il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayət əməllərini etiraf etməsi və əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərə vurmuş ziyanı ödəməklə onlarla barışması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi (CM-nin 234.1-ci maddələrinə münasibətdə) onun cəzasını ağırlaşdıran haldır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı ağırlaşdıran halları, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs cəza təyin edilməli, həmçinin 28 fevral 2019-cu il tarixdən 28 may 2919-cu il tarixədən şübhəli şəxs qismində tutularaq həbsə saxlanıldığı 03 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə X9 Polis İdarəsində saxlanılan maddi sübut tədqiqatdan sonra qalıq qalmış 37,040 qram çəkidə narkotik vasitə tiryək və 449,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut tədqiqatdan sonra qalıq qalmış 0,112 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd odun samovarın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 281,6 (iki yüz səksən bir manat 60 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1772.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2019-cu il tarixdən 28 may 2019-cu il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 03 ay müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə X9 Polis İdarəsində saxlanılan maddi sübut - tədqiqatdan sonra qalıq qalmış 37,040 qram çəkidə narkotik vasitə tiryək, 449,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut - tədqiqatdan sonra qalıq qalmış 0,112 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut - 1 ədəd odun samovarın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 281,6 (iki yüz səksən bir manat 60 qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-15/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-15/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver