Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-15/2024 08.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Rusiya Federasiyasının Beloqorsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 10 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən «Fədək» marketin yaxınlığında tanışı Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qram, 0,308 qram, 0,272 qram və 0,256 qram, ümumi təmiz çəkisi 1,143 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi “daş körpü” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir bükümdə ümumi təmiz çəkisi 1,992qram(bir tam mində doqquz yüz doxsan iki) tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, həmin narkotik vasitəni satış məqsədilə yeddi ədəd büküm halına gətirərək üzərində saxlamaqla daşımış, narkotik vasitənin dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,307qr, 0,308qr, 0,272qr və 0,256qram, ümumi təmiz çəkisi 1,143qram hissəsini 10 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 20 manat pul müqabilində satmış, narkotik vasitənin qalan bükümlərini üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 11 fevral 2023-cü il tarixdə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 həmin günü, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı ondan aldığı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307qr, 0,308qr, 0,272qr və 0,256qram, ümumi təmiz çəkisi 1,143qram eyni tərkibli narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə, saat 21:50-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sol yan cibindən qalıq qalan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,248qr, 0,324qr və 0,277qram, ümumi təmiz çəkisi 0,849qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Buna görə də Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ittiham irəli sürülərək baxılması üçün hazırki cinayət işi ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmənin çağırışına gəlmədiyindən onun barəsində axtarış elan edilmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işindən ayrıca icraata ayrılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən ineksiya yolu ilə istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında olarkən orada tanışı olan Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün 20 manata dörd bükümdə heroin almışdır. Heroini alıb cibinə qoymuşdur ki, istifadə edər. Kifayətdən əvvəllər də bir neçə dəfə narkotik vasitə öz istifadəsi üçün almışdır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində S.Baxşiyev küçəsində piyada gedərkən yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaş, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin vaxtı üzərində narkotik vasitə olmasından polis işçilərinin məlumatlarının olmasını anlamışdır. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Şöbədə xidməti otaqların birində, ona müdafiəçi siyahısı təqdim olunmuş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarının müdafiə olunması üçün seçmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə, onun üçün dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, mənə polis əməkdaşı Baxşəli adlı şəxs tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarın sağ yan cibindən üzərində şəxsi istifadəsi üçün saxladığı dörd büküm heroini və gödəkcəsinin sol yan cibindən “KGTEL” markalı mobil telefonunu çıxarıb təqdim etmiş və həmin bükümlər polis işçisi Baxşəli tərəfindən götürülmüşdür. Polis əməkdaşları üzərindən aşkarlanmış heroini haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmişlər, o, da həyəcanlı olduğundan və Kifayətin adını vermək istəmədiyindən aşkarlanmış heroini saxlanıldığı gündən bir gün qabaq Lənkəran şəhəri “Fədək” marketin yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi qadından öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilən dörd ədəd bükümdə olan heroin polis əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş, çəkisi 1,33 qram olması müəyyən edilmiş, daha sonra qablaşdırılmış, protokol tərtib edilmişdir. O, heç bir təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Müdafiəçisinin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmiş, üzərindən aşkarlanmış heroin ona məxsusdur, polis əməkdaşlarından şikayəti yoxdur. O, aşkarlanmış heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heç kimə satmaq fikri və məqsədi olmamışdır. Üzərindən aşkar edilən dörd ədəd bükümdə heroini xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yaxınlığında tanışı və əvvəllər də bir neçə dəfə istifadəsi üçün aldığı Təqsirləndirilən şəxs2 20 manata almışdır. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Təqsirləndirilən şəxs son sözündə ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, 11 fevral 2023-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əldə etməsi barədə CAB-nin əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri S.Baxşiyev küçəsində Təqsirləndirilən şəxs1 müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq üzərində şəxsi axtarış aparılmasından ötrü Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞnin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha ona hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunduqda Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan büküm və əynində olan gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi dörd ədəd sellofan bükülünün içərisinə baxdıqda narkotik vasitə heroinə oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra həmin 4 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin 1,33 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1la aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Fədək” marketin yaxınlığında üzdən tanıdığı qadına 20 manat verməklə alaraq üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkarlanmış mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra əməliyyat tədbirlərinin davamı olaraq 11 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid4 və Şahid5 iştirak etmişdir. Həmin tarixdə, saat 21:50-də İbazadə X4 şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında saxlanılmış, saxlanma səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid6 tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış heroinləri bir gün qabaq Təqsirləndirilən şəxs2 əldə etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmışdır. Lakin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi şəxsləri dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid7 narkotik vasitələr satmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, 11 fevral 2023-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əldə etməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri S.Baxşiyev küçəsində Təqsirləndirilən şəxs1 müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan büküm və əynində olan gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə Baxşəli Rufullayev tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi dörd ədəd sellofan bükülünün içərisinə baxdıqda narkotik vasitə heroinə oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra həmin 4 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1la aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Fədək” marketin yaxınlığında üzdən tanıdığı qadına 20 manat verməklə alaraq üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkarlanmış mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra əməliyyat tədbirlərinin davamı olaraq Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını əldə etmə, üzərində saxlama, daşıma və satışında şübhəli bilinən Lənkəran rayon sakini Təqsirləndirilən şəxs2 həmin gün, saat 22 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılmış və polis şöbəsində üzərində aparılan şəxsi axtarış zamanı üzərindən 3 bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 4 bükümdə narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlamış, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış heroinləri bir gün qabaq Təqsirləndirilən şəxs2 əldə etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmışdır. Lakin keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi şəxsləri dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid7 narkotik vasitələr satmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün o, narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid3 Şahid2 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadələr vermişdir. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür). Məhkəmə istintaqında Şahid5 Baləddin oğlu ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid4 və Şahid1 iştirak etmişdir. Həmin tarixdə, saat 21:50-də İbazadə X4 şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında saxlanılmış, saxlanma səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid6 tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,93 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Bundan başqa həmin gün ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əldə etməsi barədə CAB-nin əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat məlumatı daxil olmuşdur. 11 fevral 2023-cü il tarixdə, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 4 bükümdə 1,33qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmışdır. Bundan başqa əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid7 narkotik vasitələr satmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətdən yayınmaq üçün yalan olaraq saxlanılıb üzərində şəxsi axtarış aparılarkən aşkarlanmış narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Üzərindən aşkarlanmış narkotik vasitələrin bükümlərinin çoxluğundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-də xadiməçi kimi çalışır. 11 fevral 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evdə olarkən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 onun istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən bir nəfər qadının üzərinə baxış keçirəcəklər, bu səbəbdən onun baxışda iştirak etməsini istəmişdir. O, Lənkəran ŞRPŞ-nin yaxınlığında yaşadığı üçün əməliyyat müvəkkili Şahid4la razılaşıb bir neçə dəqiqəyə şöbəyə gəlmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı Baxşəli Rufullayev tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirməyi bildirilmişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,93 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar”da, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan ünvan 4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri S.Baxşiyev küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 04 ədəd bükümdə 1,33qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 04 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılmamışdan gün qabaq Lənkəran şəhərində yerləşən “Fədək” marketinin yaxınlığında üzdən tanıdığı qadından 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/188 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,307 qr; -0,308 qr; 0,272 qr; 0,256 qram: ümumi təmiz çəkisi: -1,143 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Ekspertiza tədqiqatı üçün 0,2 qram (hər ob.-0,05 qr) heroin istifadə edilmiş, 0,943 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli, 19/193 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,248 qr; -0,324 qr; 0,277 qram: ümumi təmiz çəkisi: -0,849 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr...” və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 4 büküm heroin Rəy №19/188...” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumilikdə 7 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatı üçün 0,05 qr heroin istifadə edilmiş, 0,893 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1,143 qram narkotik vasitə heroin və şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış 0,943 qram heroinin qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(089)- 44/2015 №-li hökmündən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1406/2022 №-li qərarından və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əskərov X6 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Əskərov X6 şəhəri Səttərxan küçəsi ev 17 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin sadə residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki işin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qutardıqdan 6 il müddət keçməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi yaranmışdır. CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından, yəni 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 fevral 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,893 qram çəkidə narkotik vasitə heroin X1 barəsində yekun məhkəmə qərarı qüvvəyə minənədək Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılmalı, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,893 qram çəkidə narkotik vasitə heroin X1 barəsində yekun məhkəmə qərarı qüvvəyə minənədək Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılsın və Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X5, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-15/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-15/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver