Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-150/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Lənkəran şəhəri, Dosa parkının girişində yerləşən "Köz dönər” köşkünün yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən təpiklə onun sinə nahiyəsinə vurması nəticəsində yerə yıxılması və yumruqla iki dəfə onun burun nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, burun, sol gözaltı nahiyələrində qançırlardan ibarət xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 44 günlük vətən müharibəsi qazisidir. Vətən müharibəsi zamanı xəsarətlər aldığından mütəmadi müalicə alır. xx.xx.2024-cü il tarixdə, saat təqribən 23 radələrində Lənkəran şəhəri, Dosa parkının girişində yerləşən “Köz dönər” adlı köşkün yanında olarkən Şahid2la Vətən müharibəsi qazisi Elşadın sonradan adını bildiyi İqballa mübahisə etdiyini görmüşdür. Yaxınlaşaraq münaqişənin mövzusunu öyrənməyə çalışmışdır. “Köz dönər”-in sahibi kimi tanıdığı Şahid2 dönər köşkünün şəklini çəkərək İcra hakimiyyətinə şikayət etdiyi üçün İqbala irad bildirmişdir, İqbal isə ona narazılığını bildirərək bunun böhtan olduğunu, dönər köşkünün şəklini çəkmədiyini ona demişdir. Söhbətə müdaxilə etməyə çalışdıqda İqbal kobud şəkildə ona "get işinlə məşğul ol” deyərək söhbətə qarışmamağını və çıxıb getməyini tələb etmişdir, İqbalı təhqir etmişdir, İqbal da, ona qarşı nalayiq ifadə işlətmişdir. Əsəbiləşərək sağ ayağıyla İqbalın sinə nahiyəsinə zərbə endirmiş, İqbal zərbədən yerə yıxılaraq əlləri ilə üz-gözünü tutmağa çalışmışdır. İqbalın burun nahiyəsinə sağ əli ilə 2 dəfə yumruq zərbəsi endirmişdir. Münaqişəni görüb yaxınlaşan polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. Əməlindən peşmandır, hazırda İqabl Ağayevlə barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 23:00-23:30 radələrində Lənkəran şəhəri, Dosa parkının qarşısındakı “Orxanın köz dönəri”-nin yaxınlığında dayanarkən, dönər köşkünün qarşısında dayanan həmin dönərxananın sahibi Orxan adlı şəxs vətən müharibəsi qazisi kimi tanıdığı Elşadla söhbət edərək əlini onun dayandığı istiqamətə uzadıb onu Elşada göstərmişdir. Bir neçə gün əvvəl Orxanın dönər-köşkü avtomobilllərin gediş-gəlişinə mane olduğu üçün ona irad bildirmişdir. Dönər köşkü əhalinin gediş-gəlişinə maneəçilik törətdiyindən tanımadığı şəxs həmin dönər köşkünü çəkərək Lənkəran Şəhər İcra Hakimiyyətinə şikayət etdiyi halda, Orxan bir neçə gün əvvəl ona həmin şəxsin özü olmadığını deməyinə baxmayaraq aralarındakı söhbət zamanı şikayət etməkdə onu günahlandırmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat təqribən 23:00-23:30 radələrində- Orxana yaxınlaşaraq onu niyə əliylə göstərməsinin səbəbini soruşmuşdur. Orxan onun dönər köşkünün şəklini çəkərək ictmiailəşdirməyində günahlandırmışdır. Orxan və Elşad aralarındakı mübahisədə onun yanlış tərəf olduğunu bildirmişdir. Söhbət zamanı yanlarında dayanaraq söhbətlərini dinləyən digər Vətən müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs söhbətə müdaxilə etdiyi üçün “get işinlə məşğul ol” deyərək ona irad bildirmişdir. Bir-birilərini təhqir etdikdən sonra Alim əsəbiləşərək qəfil onun sinə nahiyəsinə təpik zərbəsi vurmuşdur. Yerə yıxıldıqdan sonra isə onun burun nahiyyəsinə iki dəfə sağ əli ilə yumruq zərbəsi endirmişdir. Sonra onlara yaxınlaşan Lənkəran ŞRPŞ-nin PPXB-nin əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və sonuncudan şikayət tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, son günlərdə İqbal onun dönər köşkümün yolu bağlamasını, avtomobillərin gediş-gəlişinə mane olmasını əsas gətirərək narazılığını bildirmişdir. Bir neçə dəfə bununla bağlı hətta ona irad da bildirmişdir. Bu səbəbdən münasibətləri pisləşmişdir. Onun dönər köşkünün videosunu çəkərək aidiyyati qurumlara məlumat verdiyini öyrənmişdir. O, şikayət etmədiyini bildirsə də, ona inanmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təqribən axşam 23:00-23:30 radələrində sahibi olduğu dönər köşkünün qarşısında dayanaraq dostu vətən müharibəsi iştirakçısı Elşadla söhbət edərkən- İqbal da dönər köşkünün yaxınlığında dayanmışdır. İqbalı Elşada əliylə göstərib onun dönər köşkünün videosunu çəkərək şikayət etdiyini bildirmişdir. İqbal ona yaxınlaşaraq onu niyə göstərməyinin səbəbini soruşduqda şikayət etməsinə narazılığını bildirmişdir. O. yenə də, köşkünün videosunu çəkmədiyini, şikayət etmədiyini bildirmişdir. Aralarındakı mübahisə zamanı digər vətən müharibəsi iştirakçısı Alim də onlara yaxınlaşmışdır. Mübahisənin səbəbini öyrənməyə çalışmışdır, İqbal Alimdən çıxıb getməsini, söhbətə müdaxilə etməməsini tələb edərək onu təhqir etmişdir. Alim də əsəbiləşib İqbalı təhqir edərək onun sinəsinə sağ ayağı ilə təpik zərbəsi endirmişdir. İqbal Alimin zərbəsi nəticəsində yerə yıxılmışdır. Alim yerdə olan İqbalın burun nahiyəsinə sağ əli ilə iki dəfə yumruq zərbəsi vurmuşdur. Münaqişəni görüb yaxınlaşan polis əməkdaşları onları şöbəyə dəvət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Vətən müharibəsi qazisidir. xx.xx.2024-cü il tarixdə saat təqribən 23:00-23:30 radələrində Lənkəran şəhəri, Dosa parkının girişində yerləşən “Köz dönər" köşkünün yanında həmin köşkün sahibi kimi tanıdığı Orxanla dayanıb söhbət edərkən Orxan ona bir qədər aralıda dayanan İqbalı əlini uzadıb göstərərək avtomobillərin gediş-gəlişinə mane olması səbətiilə həmin şəxsin onun dönər köşkünün videosunu çəkərək Lənkəran Şəhər icra Hakimiyyətinə şikayət etdiyini bildirmişdir. Bunu görən İqbal onlara yaxınlaşaraq Orxandan onu göstərməsinin səbəbini soruşmuşdur. Orxan onun dönər köşkünü çəkərək şikayət etməkdə günahlandırmışdır. İqbal Orxanın dediklərini inkar etmişdir. Onların arasında olan mübahisəni sakitləşdirməyə çalışdıqda İqbal kobud formada ona aralarındakı söhbətə müdaxilə etdiyi üçün irad bildirmişdir. Aralarındakı mübahisə zamanı digər Vətən müharibəsi qazisi Təqsirləndirilən şəxs də onlara yaxınlaşaraq söhbətin mövzusunu, mübahisə səbəbini İqbaldan soruşmuşdur, İqbal Alimə “get işinlə məşğul ol” deyərək kobud formada təhqir etmişdir. Söhbətə qarışmamasını, çıxıb getməsini tələb etmişdir. Alimin müharibə sonrası psixoloji durumu gərgin olduğundan İqbalın sozü ona pis təsir etmişdir. Alim onun sözündən qəzəblənərək İqbalı təhqir edib onun sinəsinə sağ ayağı ilə təpik zərbəsi, vurmuşdur. İqbal zərbənin təsirindən yıxıldıqdan sonra isə o, yerdə olarkən Alim onun sifət-burun nahiyəsinə iki dəfə sağ əli ilə yumruq zərbəsi endirmişdir. Polis əməkdaşları münaqişəni görüb yaxınlaşaraq Alimlə iqbalı polis şöbəsinə dəvət etmişdir. İş materiallarının 25-26-cı vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin Məhkəmə-tibbi ekspertizasının 23 aprel 2024-cü il tarixli, 377 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, burun sol gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarının 21-22-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Lənkəran şəhəri, Dosa parkının girişində yerləşən “Köz dönər" köşkünün yanıdır. İş materiallarının 52-27-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, X1 CM-nin 128-ci maddəsi ilə tərəflərin barışması və vurulmuş ziyanın tam ödənməsi əsası ilə CPM-in 40.3-cü maddəsi ilə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarının 46-47-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı, xx.xx.2015-ci l təvəllüdlü qızı və xx.xx.2017-ci il təvəllüdlü oğlu ilə birlikdə Lənkəran rayonu, Hirkan qəsəbsəində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarının 49-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ərizədən görünür ki, təhqiqat zamanı Zərərçəkmiş şəxs ərizə ilə polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarxili əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəməyə təqdim edilmişmedalların surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması”, “Cəsur döyüşçü” və 2Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı ödəməsini, əməlindən peşman olmasını, Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif edilməsini, İİ qrup əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.1.4, 59.1.12 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Yuxarıda şərh olunduğu kimi Təqsirləndirilən şəxs artıq Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyi üçün, yəni 72-ci maddə tətbiq edildiyi üçün hazırda onun barəsində olan cinayət təqibinə xitam verilməsi istisna edilir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-150/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-150/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver