Məhkəmə qərarları › İş №1(049)-150/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-150/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-150/2025 06.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 15:30 xx xxxxxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, evli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 236/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2025-ci ilin may ayında Lənkəran şəhəri ərazisində istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə, təmiz çəkisi-0,278 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən 27 may 2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 19:05-də Lənkəran şəhəri, V.Tereşkova küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən həmin çəkidə psixotrop maddə metamfetamin əynində olmuş şalvarının sağ yan cibində olan “Classic” markalı siqaret qutusunun içərisində sellofan kəsiyinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. Evlidir, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroindən istifadə edir. 27 may 2025-ci il tarixdə şəxsi istifadəsi üçün “Vüsal” adı ilə tanıdığı şəxsdən Lənkəran şəhərində 15 manata ümumilikdə 2 büküm olan metamfetamin və heroin almışdır. Elə həmin gün Lənkəran şəhəri, V.Tereşkova küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhəli olduğunu bildirərək onun üzərinə baxış keçirəcəklərini bildirmişlər və ona üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşlar. O da əynində olan qara rəngli şalvarının sağ yan cibindən boz rəngli “Classic” markalı siqarət qutusunun içərisindən sellofanda olan 2 bükümü təqdim edərək birinin metamfetamin, digərinin isə heroin olduğunu bildirmiş, sonra, o, bir ədəd “Huawei” markalı mobil telefonunu təqdim etmişdir. Onun təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən tərəzidə çəkilmiş, metamfetaminəbənzər kütlə 0,42 qram və heroinəbənzər kütlə isə 0,12 qram olmuşdur. Sonra o, polis əməkdaşlarına təqdim etdiyi kütlənin Lənkəran şəhərində, 5 nömrəli məktəbin yanında “Vüsal” adı ilə tanıdığı şəxdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən başqa hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Onun üzərinə baxış Lənkəran şəhəri, V.Tereşkova küçəsində keçirilmiş və və polis əməkdaşı tərəfindən videoçəkiliş aparılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və heç bir etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir psixi, fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Hazırda Lənkəran ŞRPŞ-də xidmət edir. Polis mayoru rütbəsindədir. Lənkəran şəhəri, V.Tereşkova küçəsi ev 11/2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə tərəfindən raportla bölmə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur. Ondan başqa, bölmənin baş əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2, bölmənin sahə rəisi polis kapitanı Şahid5 Cəmaləddin oğlu, bölmənin polis nəfərləri, polis serjantı Şahid4 və polis serjantı Şahid3 da tədbirin keçirilməsində iştirak etmişdir. 27 may 2025-ci il tarixdə, saat 19:05-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Hüccətov X1 şəhəri, V.Tereşkova küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş və saxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi barədə bildirilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən boz rəngli klassik markalı siqarət qutusunun içərisindən sellofanda olan 2 ədəd bükümü təqdim etərək, onlardan birinin metanfetamin, digərinin isə heroin olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs bir ədəd “Huawei” markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər tərəzidə çəkilmiş, metafetaminəbənzər kütlə 0,42 qram və heroinəbənzər kütlə isə 0,12 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni Lənkəran şəhərində, 5 nömrəli məktəbin yanında “Vüsal” adı ilə tanıdığı şəxdən 15 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ayrı-ayrılıqda zərflərə qoyularaq DİN-in 135 saylı möhürü ilə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalarla təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi “Huawei” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyindən onlar tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində başqa hər-hansı qadağan edilmiş vasitə aşkar edilməmişdir. Sonda protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və heç bir etiraz olmadığından imzalarla təsdiq edilmişdir. “Vüsal” adlı şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Liman PB-nin əməkdaşları Şahid5 Cəmaləddin oğlu, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. 27 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair" protokoldan görünür ki, 27 may 2025- ci il tarixdə, saat 19:05-də Lənkəran ŞRPŞ-nın Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı oıta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş. Lənkəran şəhəri V Tereşkova küçəsi ev 11/2-də qeydiyyatda olmaqla yaşayan, daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs 27 05.2025-cı il tarixdə saat 19:05-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri V.Tereşkova küçəsində tək piyada hərəkət etdiyi zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində daxıl olmuş əməliyyat məlumatı əsasında ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması izah edildikdən sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bır əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli isman şalvarının sağ yan cibindən boz rəngli klassik markalı siqaret qutusunun içərisindən siqaretin salafanmın içərisində 2 büküm təqdim və telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlərin hər biri ayrı ayrılıqda elektron tərəzidə çəkilərək metamfıtaminə bənzər kütlə 0.42 qram və heroinə bənzər kütlə isə 0.12 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Lənkəran şəhəri 5 nömrəli məktəbin yanında “Vüsal” adı ilə tanıdığı şəxsdən 15 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin aşkar olunaraq götürülmüş bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ayrı ayrılıqda zərflərə qoyularaq tərəfimdən DİN-nin 135 saylı möhürü ilə möhürlənərək üzərində müvafiq qeydlər aparılaraq imzalarla təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd "“Huawei”" markalı mobil telefon iş üçun əhəmiyyət kəsb edəcək məlumatlar olması ehtimalı olduğundan götürülmüşdür. Baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Videogörüntü protokola əlavə olunmaq üçün diskə köçürülmüşdür. Protokol iştirakçılara ucadan oxundu və heç bir etiraz olmadığından imzalarla təsdiq edilmişdir. 27 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən boz rəngli “Klassik” markalı siqaret qutusunun içərisindən siqaretin sellofanının içərisində 2 büküm halında olan, ilkin çəkisi 0,42 qram metanfetaminəbənzər kütlə və ilkin çəkisi 0,12 qram heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 28 may 2025-ci il tarixli 19/218 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,278 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,074 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış naroktik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 29 may 2025-ci il tarixli 296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı“ diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin 1(049)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli, 7(010)- 236/2024 nömrəli qərarın surətindən görünür ki, Hüccətov X1 Rayon Məhkəməsinin 1(049)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-236/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-236/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 24 iyul 2025-ci il tarixli, 580 nömrəli məktubdan görünür ki, Hüccətov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Lənkəran şəhəri, Tereşkova küçəsi ev 11/2-də qeydiyyatda olmaqla ailə üzvləri, arvadı-xx.xx.1992-ci il təvəllüdlü X3, uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 və oğlu xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə yaşamış və yaşayış yeri müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi» haqqında 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,278 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,228 qram qalığı, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,074 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,044 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,228 qram psixotrop maddə metamfetaminin və 0,044 qram narkotik vasitə heroinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, şəxsin üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 2 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və onun 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı“ diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,228 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videoçəkilişə dair 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2022ci il tarixdən ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0,228 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar