Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-151/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:56 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran şəhəri, A.M.Məmmədhüseyn küçəsi ev 149-da qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı məqsədilə, 19 noyabr 2022-ci il tarixdə 20 (iyirmi) manat müqabilində 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,248 qram; -0,290 qram; -0,253 qram; -0,214 qram ümumi təmiz çəkiləri -1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran şəhəri A.M.Məmmədov küçəsində saxlanılaraq ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin narkotik vasitə olan heroin və şalvarının sol yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub özünə çörək pulu qazanır. Bədəninin ağrısından əziyyət çəkir. yeddi ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini siqaretin zərli kağızında yandırma yolu ilə damarına vurmaqla qəbul edir. Demək olar ki, hər gün iki dəfə narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən təsadüfən rastlaşaraq alır. Belə ki, 19 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran şəhəri mərkəzi bazar ərazisində küçədə piyada gəzdiyi zaman bir şəxslə rastlaşmışdır. Söhbət əsnasında bir-birilərinin norkoman olduqlarını bilmişlər və o həmin şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs də ona üzərində narkotik vasitə olduğunu demiş və 20 manata 4 bükümdə narkotik maddə olan heroin satmışdır. O, əldə etdiyi narkotik vasitə olan 4 bükümdə heroini əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Üzərində gəzdirdiyi tərəzini də heroini çəkdikdən sonra şalvarının sol yan cinə qoymuşdur. Aldığı heroini bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. 20 noyabr 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığı Lənkəran şəhəri A.M.Məmmədhüseyn küçəsində yerləşən evinə piyada gedən zaman küçədə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdib edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O də heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkil ilə təmin etmişlər. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sağ yan cibindən isə istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş dörd büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş dörd büküm heroini elektron tərəzidə çəkmişlər, heroinin çəkiləri 1,12 (bir tam yüzdə on iki) qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş dörd büküm heroini və elektron tərəzini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə cinayət törətdiyini başa düşür, narkotik maddələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. ünvan 3 qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və satması barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 20 noyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 20 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, CAB-nin əməliyyat müvəkkillləri polis leytenantı Şahid2 və polis kapitanı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Şəhriyev Əliyevin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 18:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri A.M.Məmmədhüseyn küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis kapitanı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş dörd büküm də qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə və sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin çəkisi 1,12 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərəni vəkil Müdafiəçi və Şəhriyev Əliyev imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən yeddi ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 19 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Böyük bazar adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 20 (iyirmi) manata almış , istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında Şahid3 Baləddin oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Şəhriyev Əliyevin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 18:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri A.M.Məmmədhüseyn küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis kapitanı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş dörd büküm də qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə və sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin çəkisi 1,12 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərəni vəkil Müdafiəçi və Şəhriyev Əliyev imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən yeddi ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 19 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Böyük bazar adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 20 (iyirmi) manata almış , istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 noyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən dörd bükümdə ümumi çəkisi 1,005 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını və elektron tərəzini isə öz istifadəsi üçün narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 19/1191 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,248 qram, 0,290 qram, 0,253 qram, 0,214 qram, ümumi təmiz çəkiləri 1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni, narkotik vasitə olan heroindir. Heroindən tədqiqata 0,16 qr (hər ob -0,04 qr) istifadə edilmiş, 0,845 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 1207 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkiləri -1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroin ekspertizadan qaytarılmış 0,845 qram qalığı, işlək vəziyyətdə elektron tərəzi, 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,845 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-435/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran ŞİH-nin şəhər 1 nömrəli sahə inzibati ərai dairəsi üzrə nümayəndəliyin 12 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X3 şəhəri A.M.Məmmədhüseyn küçəsi ev 149-da ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE12068183 №-li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Sabir Əliyevin atası Təqsirləndirilən şəxs, anası Gülay Əliyevadır. AZE12068189 №-li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Fatimənur Əliyevanın atası Təqsirləndirilən şəxs, anası Gülay Əliyevadır. Məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 1145 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədilə 4 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkiləri 1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması şahidlər Şahid1 və Şahid3 Baləddin oğlunun ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsind iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CMnin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 04 bükümdə ümumi təmiz çəkisi 0,845 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD diski isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 4 bükümdə ümumi təmiz çəkisi 0,845 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-151/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-151/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver